Alman andızı
Inula germanica (lat. Inula germanica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
== Qısa morfoloji təsviri ==
Çoxillik, 30-50 (80) sm hündürlükdə, gövdəsi düz, tinli-şırımlı, tüklü, yuxarısı sıx budaqlı, horizontal sürünən kökümsovlu bitkidir. Yarpaqları oturaq, ürəkvariuzunsov və ya uzunsov-lansetvari, kənarları bütöv, bəzən xırda diş-dişli, altdan daha sıx tüklüdür. Səbətləri çoxsaylı, 5-6 (10) mm enində, uzunsov və ya yarımkürəvari, sıx qalxanvari çiçəkqrupunda yığılmışlar. Sarğısı tüklü, xarici yarpaqları üçkünc-yumurtavari, ucubizdir. Dilcikləri əlvan sarı, çox dardır. Toxumcaları tünd mixəyi, təqribən 1,5 mm uzunluqda, çılpaq, xırda şırımlıdır.
== Yayılması ==
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur- Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Kolluqlarda, məşə kənarlarında və talalarında, bağlarda bitir.