* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Doğulduğu zaman adama verilən şəxsi isim. Ad və soyad. Ad qoymaq. Adın nədir? Adını söyləmək. – Sən öləsən, Xanmirzə bəyin adını verən kimi, qoçaqlar o saat qalxdılar. N.Vəzirov. // Ləqəb, təxəllüs. 2. Şöhrət. [Elmar:] Siz qızları ad maraqlandırır. İ.Əfəndiyev. // Bir adam haqqında əmələ gəlmiş ümumi rəy. Yaxşı ad. Pis ad. – Yaxşı igid yaman etməz adını; Yaman ad etməkdən ölüm yaxşıdı. Xəstə Qasım. 3. Bir şeyin şifahi işarəsi. Kitabın adı. Bitkinin adı. – Lətifə oxuduğu kitabların adını çəkir, bəzilərinin qısa məzmununu danışırdı. M.Hüseyn. Ülfət “toy” adı eşidib əvvəl tutuldu. Mir Cəlal. 4. Hər hansı bir iş sahəsində ixtisası və ya xidməti vəziyyəti müəyyən edən rəsmi rütbə, ünvan. Fəxri ad. Baş elmi işçi adı almaq. Nobel mükafatı laureatı fəxri adı. Şahmat üzrə dünya çempionu adı. 5. məc. Əsas, bəhanə, səbəb mənasında. …İndi sənin mənə badalaq qurmağının heç adı yoxdur. Ə.Haqverdiyev. ◊ Ad almaq – bax ad qazanmaq (çıxarmaq). Sən də igidlər kimi iş gör, ad al! M.Ə.Sabir. Ad batırmaq – nüfuzdan düşmək, etibardan düşmək, hörmətdən düşmək (salmaq). Ad eləmək (etmək) – 1) bax ad qazanmaq (çıxarmaq). Seyyidi-bəxti qəranı gər məlalımdır desən; Ey adın qurbanı, mən aləmdə bir ad eylərəm. S.Ə.Şirvani; 2) adaxlamaq, nişanlamaq. Vay o gündən ki, məni ad elədiz; Elə bildiz də ki, dilşad elədiz. M.Ə.Sabir. Qardaşlar bu iki uşağı bir-birinə körpə vaxtlarından ad etmişdilər. S.S.Axundov. Ad qazanmaq (çıxarmaq) – şöhrət qazanmaq, məşhur olmaq. Yaxşılıqda ad qazanmaq. Pislikdə ad çıxarmaq. O, fizika sahəsində böyük ad qazanmışdır. – Otuz il qoymuşdu can balıqçı gəmisində; Ad qazanmışdı Qurban balıqçı gəmisində. S.Rüstəm. Ad qazanmış – şöhrət tapmış, tanınmış, məşhur. Zərgər Hacı Məhəmməd öz sənətində ad qazanmış bir adam idi. H.Sarabski. Ad qoymaq – 1) yaxşı işləri ilə adını əbədiləşdirmək, şöhrət qazanmaq (bu mənada “ad qoyub getmək” şəklində də işlənir). Yetişdi sahilə köhnə tərlanım; Tarixdə ad qoyan o qəhrəmanım. S.Vurğun; 2) böhtan atmaq, ləkələmək, biabır etmək, bədnam etmək. Ad olmaq – nişanlanmaq, adaxlanmaq. Nazlı dilbər özgələrə ad olsa; İşim-gücüm nalə olsa, dad olsa; Dəli könlüm dost kuyindən yad olsa; Kəsilərmi bu qafqafa, görəsən? Q.Zakir. [Şahbaz bəy:] Özün bilirsən ki, [Nəcibə] sənə ad olubdur. S.S.Axundov. Ad tutmaq (çəkmək) – söhbət zamanı yeri gəlmişkən birinin adını çəkmək, haqqında danışmaq. // Yada salmaq, xatırlamaq. Şəhərdə nə çoxdu yurdsuz-yuvasız uşaq, üzünə baxan kimdi? Adını tutan, yaxına qoyan kimdi? Mir Cəlal. Ad vermək – 1) çuğullamaq, şeytanlamaq, xəbərçilik etmək; 2) qiymətləndirmək. Buna nə ad vermək olar? Adı anılmaq (söylənmək) – xatırlanmaq. Adı batmaq – şöhrətdən, nüfuzdan düşmək, rüsvay olmaq, biabır olmaq. Atalar oğul istər ki, adı batmasın. Adı çəkilmək – 1) bax adı anılmaq. Yuxu, həsrətlə adı çəkilən şeylərdən biridir. Mir Cəlal; 2) namizədliyi qoyulmaq. Adı çıxmaq – şöhrət qazanmaq, məşhur olmaq (bəzən mənfi mənada işlənir). [Laçının] kənd uşaqları arasında adı çıxmışdı. M.Hüseyn. Adı dillərdə dastan olmaq (söylənmək) – məşhur olmaq, şöhrət qazanmaq. Fənalıq, eyilik bil nə deməkdir; Yarın adın dastan olur dillərdə. H.Cavid. [Erkək Tükəzban] ümumi mahalda özünə bir şöhrət qazanıb, adı dillərdə söylənməkdə idi. B.Talıblı. Adı qalmaq – özündən sonra yaxşı bir iş, əsər qoyub getməklə adı əbədiləşmək. Adı qara gəlmək – ölmək, yası tutulmaq. Adı pis çıxmaq – pis ad çıxarmaq, pislikdə adı söylənmək. Adı var, özü yox – yalnız sözdə olub həqiqətdə mövcud olmayan şey haqqında. Adı yanmaq – bax adı batmaq. Adın batsın! – nifrin, qarğış məqamında işlənən ifadə. Zülmkar ismi ilə aləmə oldun məşhur; Yeri, ey çərx, adın batsın, əcəb ad etdin. S.Ə.Şirvani. Adına dəyməz – adına, mövqeyinə yaraşmaz. Yaman ad – 1) pis ad, şərəfsizlik, bədnamlıq; 2) bəzən böyük ad, şöhrət mənasında işlənir.
Azərbaycan dilinin izahlı lüğəti / ad2 \ – əski türkcədən gəlmədir, hal-hazırda çox işlənən və müxtəlif mənalara gələn sözlərdən biridir. Dili-mizdə adlar əşyalara məxsus ən böyük xarakterik xüsusiyyət olub, bilavasitə onun mahiyyətini tərif edir. Adlar vasitəsilə biz canlı və cansız təbiətdə və kainatda olan hər var olanı tanıyır, bilirik. Adlar və sifətlər bütün var olanların ən mühüm xüsusyyətlərini təşkil edir. Doğulduğu zaman adama verilən şəxsi isim. Ad və soyad. Ad qoymaq. Adın nədir? Adını söyləmək və s. ADAPTASİYA – \ insanların yeni etnik mühitə uyğunlaşmasına deyilir. Ümumi mənada fəlsəfədə uyğunlaşma, həmahəng olmağa deyilir. Adaptasiya və ya akkomodasiya ən çox biologiyada işlədilir, misal üçün növlərin adaptasiyası. ADƏT \– müəyyən etnik birlik daxilində qəbul edilmiş davranış qaydalarıdır. Adətlər və ənənələr hər hansı bir xalqa, topluma, hətta kiçik topluma da aid ola bilər. Adətlər bu sosial birliklərin yüz, hətta min illərdən süzülüb gələn köklərə malikdir.
Fəlsəfə terminlərinin izahlı lüğəti / ad2 1. AD, İSİM (kl.əd.) [Sərxan:] Bağışlayın isminizi bilmirəm. Cavad tez adını dedi (Ə.Vəliyev); NAM Koroğlu namını götürən; Yurdunda can olan yoxdu (“Koroğlu”). 2. ad bax ad-san 3. ad bax sərlövhə
Azərbaycan dilinin sinonimlər lüğəti / ad1 1. имя, название, наименование; 2. кличка; 3. известность, слава; 4. звание, степень;
Azərbaycanca-rusca lüğət / ad2 I сущ. 1. имя. Ad qoymaq дать имя, назвать; adını və atanın adını söylə назови имя и отчество, sizin adınızdan от вашего имени, Nəsimi adına Dilçilik İnstitutu институт языкознания имени Насими, kimin adına на имя кого, sizin adınıza məktub var есть письмо на ваше имя 2. кличка 3. название, наименование. Bitkinin adı название растения, kitabın adı название книги, ad göstəricisi указатель наименований 4. звание. Kapitan adı almaq получить звание капитана, Sosialist Əməyi Qəhrəmanı adı истор. звание Героя Социалистического Труда, təyyarəçi-kosmonavt adı звание лётчика – космонавта, şərəfli ad почётное звание, professor adı звание профессора 5. разг. степень. Elmlər namizədi adı (elmi dərəcəsi) степень кандидата наук, elmlər doktoru adı (elmi dərəcəsi) степень доктора наук 6. разг. слава. Onun elə adı var imiş у него одна только слава II прил. 1. именной. библ. Adlar göstəricisi именной указатель, adlar siyahısı именной список, adlar ayrıcısı именной разделитель 2. титульный. Ad səhifəsi титульная страница ◊ adı var, özü yox одно название; пустой звук; ad qazanmaq приобретать, приобрести славу (известность); ad qazandırmaq kimə прославлять, прославить кого; ad qoymaq kimə давать, дать имя кому, назвать, давать, дать название; ad qoyub getmək (ad qoymaq) оставлять, оставить о себе память; ad qoşmaq kimə наклеивать, наклеить ярлык кому; adını daşımaq носить чьё имя, носить звание …, adı anılmaq kimin быть упомянутым; adı altında məlumdur (məşhurdur) известен под именем …, известен под названием …, adı batmaq терять, потерять доброе имя, терять, потерять славу; adını batırmaq: 1. терять, потерять былую славу, известность; 2. опорочить доброе имя чьё; ad vermək присваивать, присвоить, присуждать, присудить звание; adı dillərdə əzbər olmaq: 1. прославиться; 2. склоняться на все лады; adı dildən düşməmək: 1. приобрести добрую славу; 2. быть притчей во языцех; adını biabır etmək позорить своё имя; adına ləkə vurmaq пачкать своё имя; adına layiq olmaq kimin быть достойным имени чьего, кого; adına qara yaxmaq очернить, запятнать чью репутацию; adını qorumaq оберегать, беречь своё имя; adı üstündə əsmək дорожить своим именем; adımı dəyişərəm (etməsəm) я не я буду (если не сделаю); adını tutub gəlmək kimin обращаться, обратиться к кому с надеждой на помощь; adı çəkilmək быть упомянутым, быть названным по имени; adını çəkmək: 1. kimin назвать имя, упомянуть имя чьё; 2. nəyin упомянуть название чего; adını çək, qulağını bur лёгок (легка) на помине; adın oldu göbələk, gir səbətə назвался груздем, полезай в кузов; adı pisə çıxmaq приобрести дурную славу; adı çıxmaq приобретать, приобрести славу, приобретать, приобрести известность; adı tutulmaq kimin быть названным; adı siyahıya salınmaq быть включенным в список; adı qara gəlmək получить весть о смерти чьей; adın qalsın чтоб тебе пусто было; ни дна тебе, ни покрышки; adın batsın чтоб ты сгинул, пропал, чтобы тебя не стало; adı gələndə при одном имени; adı çəkiləndə при упоминании имени; adına dəyməz kimin не к лицу кому, не подобает кому
Azərbaycanca-rusca lüğət / ad1 i. 1. name; ad vermək / qoymaq to name (d.); Uşağın adını Cavid qoydular They named the baby Javid; ad çıxarmaq to leave* a name of oneself; yaxşı ad çıxarmaq to leave* a good name of oneself; to become* famous / well-known; pis ad çıxarmaq to leave* a bad name of oneself; to fall* into dispute; adı anılmaq to be* mentioned / remembered; adı batmaq 1) to lose* prestige / fame; 2) (unudulmaq) to be* forgotten; d.d. (ölmək) to die; (qeyb olmaq) to disappear; adı qalmaq 1) to leave* name; 2) (ölmək) to die; adı pisə çıxmaq to fall* into dispute, to be* disgraced, to gain a bad name; adı çəkilmək / tutulmaq to be* mentioned / remembered; adı çıxmaq 1) (müsbət mənada) to become* famous / well-known; (mənfi mənada) to fall* into dispute; adını ləkələmək; to stain one’s (good) name adından on behalf (of); bir kəsin adından on behalf of someone, on someone’s behalf; fəhlələrin adından on behalf of the workers, on workers’ behalf; 2. (kitab, məqalə və s. adı, titul) title; rank; kitabın adı the title of the book; markiz adı the rank of marquis; 3. (təxəllüs) nickname; 4. (elmi, hərbi rütbə) degree; rank; elmi ad academic rank; ad almaq (elmi) to get* a degree; 5. qram. 1) (isim) noun; 2) (sifət) adjective; 3) (əvəzlik) pronoun 4) (say) numeral
Azərbaycanca-ingiliscə lüğət / ad1 is. 1) nom m (familiya) ; prénom m, petit nom ; 2) célébrité f ; gloire f ; renommée f (şan, şöhrət) ; 3) appellation f ; dénomination f, désignation f ; 4) surnom m ; pseudonyme m (ləğəb) ; 5) qualification f ; titre m (müəyyən edilən rəsmi rütbə) ; 6) toponymie f (yer adı) ◊ ~ batırmaq déshonorer vt ; diffamer vt ; entamer la réputation ; ne pas se moucher du pied (du talon) ; ~ vermək donner un nom ; décerner (attribuer, accorder) un nom ; ~ qoyub getmək laisser un nom après soi ; ~ günü fête f, anniversaire m ; ~ a qara yaxmaq diffamer un nom ; ~ına nommé, -e ; ~ı dillərdə əzbər olmaq être connu, -e de tout le monde ; yaman ~ un mauvais nom ; yaxşı ~ qazanmaq avoir un nom bien famé ; ~ını siyahıya salmaq porter le nom de qn sur la liste ; ~ını daşımaq porter le nom ; ~ını dəyişdirmək débaptiser vt ◊ ~ını tut (çək) qulağını bur quand on parle du loup on en voit la queue ; quand on parle du soleil on en voit les rayons ; et le voilà qui arrive ; lupus in fabulis (ifadənin latın dilindəki ekvivalenti) ; ~ səhifəsi titre m ; page f de titre ; ~ çıxarmaq rendre (se) célèbre (illustre) ; devenir vi (ê) illustre ; gagner la popularité ; şərəfli ~ titre m honorifique
Azərbaycanca-fransızca lüğət / ad1 сущ. 1. тӀвар; kitabın adı ктабдин тӀвар; heyvan adları гьайванрин тӀварар; 2. лакӀаб; 3. тӀвар, тӀвар-ван; yaxşı ad хъсан тӀвар; 4. пер. багьна, асас, себеб манада; ** ad batırmaq тӀвар кьацӀурун, гьуьрметдай (ихтибардай) аватун (авудун); ad tutmaq (çəkmək) тӀвар кьун, рахадамаз садан тӀвар лугьун; рикӀел гъун (хкун); adı batmaq тӀвар кьацӀун, гьуьрметдай аватун, русвагь хьун, беябур хьун; adı çıxmaq тӀвар акъатун, тӀвар-ван акъатун, машгьур хьун (гагь-гагь пис манада); adı qalmaq тӀвар амукьун, тӀвар эбеди хьун.
Azərbaycanca-ləzgicə lüğəti / ad