Şimali Makedoniyada ay adları
Makedoniya ayları (mak. Македонски месеци) — Şimali Makedoniyada və makedon icmalarının yaşadığı digər ölkələrdə rəsmi olaraq istifadə edilən 12 təqvim ayının adları. Ümumlikdə həm latın mənşəli standart beynəlxalq formalar (rəsmi mənbələrdə və kilsə təqvimlərində), həm də bəzi kənd yaşayış məntəqələrində qədim slavyan adları da (onlar müəyyən təbii dövrlərə və ya kənd təsərrüfatı işlərinə əsasən qoyulurdu) istifadə olunur. Adların müasir formaları 19-cu əsrin sonunda istifadə olunmağa başladı və sözlər ilk öncə “-ja” ilə bitirdi (јануарија, февруарија, септемврија, декемврија və s.). Standart normalar makedon dilində təhsilin sayəsində bərqərar olundu.
== Hamı tərəfindən qəbul edilmiş adlar ==
== Müxtəlif rayonlarda xalq adları ==
Gevgeliya şəhərində S. Tanoviç elar arasında istifadə olunan ay adlarında aşağıdakı fərqləri qeyd etdi: may— црешар [tsreşar], iyun — житвар [jitvar], iyul — билјар [bilyar], avqust — прабражденски [prabrajdenski], sentyabr — бугуројчин [buquroyçin] və ya груздобер [qruzdober], oktyabr — митровски [mitrovski] və ya касим [kasım], noyabr — листупад [listupad], dekabr — гулемијут месиц [qulemuyım mesits] və ya бужикјов [bujikyov].
Pirava, Valadnovo kəndlərində növbəti adlar istifadə olunur: коложег [kolojeq] — yanvar, сечко [seçko] — fevral, летник [letnik] — mart, тревен [treven] — aprel, цутник [tsutnik] — may, црвеник [tsrevnik] — iyun, горешник [qoreşnik] — iyun, гумнар [qumnar] — avqust, гроздобер [qrozdober]— sentyabr, листокап [listokap] — oktyabr, снежен [snejen] — noyabr, студен [studen] — dekabr.
Boşaviya rayonlarında, Kojuf dağının ətəyində kavadarlar ayları fərqli adlandırırlar. Belə ki, onlar noyabr ayına алистоп [alistop] deyirlər, dekabra isə андреја [andreja] deyirlər, çünki makedon eli arasında yayılmış deyimə görə, Həvari Andreyin anım günü ərəfəsində həmişə qar yağır. Yanvar ayı ən pis və ən soyuq qış ayı hesab olunduğundan коложег [kolojeq] adlanır, ona görə də keçmişdə bu ayda yandırıb istilənmək üçün odun doğrayırdılar.