atları sözü azərbaycan dilində

atları

Yazılış

  • atları • 92.1569%
  • Atları • 7.5817%
  • ATLARI • 0.2614%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan atları
Azərbaycan atları — dağlıq ərazidə yaşamağa uyğunlaşmış at növü Azərbaycan atları minik atları olub, qədim zamanlardan Azərbaycanın müxtəlif – Qarabağda, Qubada, Bakıda, Qazaxda və digər bölgələrində yetişdirilirdilər. Azərbaycan xalqının milli qəhrəmanı Koroğlunun Qıratı azadlıq və haqq-ədalət uğrunda vuruşan bir millətin yüksək bədiiliklə səciyyələndirilən rəmzidir. Yəqin ki, "At igidin dostudur" xalq məsəli də döyüş meydanlarında yaranmışdır. Bədii ədəbiyyatda, folklorumuzda Azərbaycan atlarının təsvirinə tez-tez rast gəlirik. Böyük Nizaminin "Xosrov və Şirin" poemasında Şirinin çox sevdiyi "Gülgün", Qaçaq Nəbinin, onun silahdaşı Həcər xanımın xilaskarı "Bozat" dillər əzbəri olmuşdur. İnsanın ən sədaqətli dostu olan atlara dünyanın hər yerində heykəllər qoyulur. Bu da atlara olan insan məhəbbətidir. Bakıda H.Əliyev adına İdman Oyunları Sarayının qarşısındakı xiyabanda ucaldılan at heykəli – monumental kompleks də dəqqəti cəlb edir. (Heykəltəraş Georgi Caparidze, memar Elbəy Qasımzadə). Heykəl-kompleks, həm atda olan tükənməz gücü nümayiş etdirir; həm də yerin təkindən çıxan atəş Azərbaycan və gürcü xalqlarının əbədi qardaşlığının simvolu kimi təsvir olunmuşdur.
Qarabağ atları
Qarabağ atı — Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII-XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Hal-hazırda Azərbaycan Respublikasında milli at cinsidir. Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atı yüksək qaçış sürəti ilə seçilir. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən "Sumqanda" adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə (50.52 km/saat), 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyəyə (50.24 km/saat) qaçmaqla qeydə alınıb.
Atları yəhərləyin (film, 1985)
Qanlı zəmi filmi rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Kəskin süjetli filmdə xalq qisasçısı, əfsanəvi qəhrəman Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən söhbət açılır. Film aktyor Həsənağa Turabovun quruluşçu rejissor kimi kinoda ilk işidir. Film 1-ci kateqoriyaya layiq görülüb. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Həsənağa Turabov, Mömünat Qurbanova, Gümrah Rəhimov, Ənvər Həsənov, Ömür Nağıyev, Eldəniz Quliyev, Rasim Balayev, Ramiz Əzizbəyli, Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == XIX əsrin sonlarında Azərbaycanın torpaqlarında çar canişinlərinin hakimiyyətinə, xalqın hesabına varlanan feodal əyanlarına və tacirlərinə qarşı silahlı kəndli dəstələri yaranırdı. Həmin dəstələrdən birinə xalq qəhrəmanı Qaçaq Nəbi başçılıq edirdi. Onun arvadı qorxmaz Həcər də əri ilə birgə həmin dəstədə vuruşurdu. == Film haqqında == O vaxtlar vəzifə sahibi olan ermənilər filmin istehsalata buraxılmasına əngəl törətməyə başlamışdılar.
Azərbaycan atları (film, 1937)
Azərbaycan atları filmi rejissor Vladimir Yeremeyev tərəfindən 1937-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Kinolentdə Azərbaycanın müxtəlif bölgələrindəki at zavodlarında cins atların yetişdirilməsindən danışılır. == Məzmun == Kinolentdə Azərbaycanın müxtəlif bölgələrindəki at zavodlarında cins atların yetişdirilməsindən danışılır, atçılıq sərgisi-respublikamızın ən yaxşı cins atları və cıdır yarışları öz əksini tapmışdır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Vladimir Yeremeyev Rejissor: Vladimir Yeremeyev Operator: Vladimir Yeremeyev, Əlibala Ələkbərov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Azərbaycan atları (film, 1953)
Azərbaycan atları filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1953-cü ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Ağdam atçılıq zavodunda məşhur Qarabağ atlarının yetişdirilməsindən bəhs edir. == Məzmun == Film Ağdam atçılıq zavodunda məşhur Qarabağ atlarının yetişdirilməsindən bəhs edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.50 dəfə / 1 mln.
2003 •••••••••••••• 3.15
2004 •• 0.34
2005 ••• 0.67
2006 •••••••••••• 2.70
2007 ••••••••••••• 2.96
2008 ••••••••• 1.95
2009 ••• 0.64
2010 •••••••• 1.82
2011 •••••••••••••• 3.26
2012 ••••••••••••••••• 3.87
2013 •••••••• 1.75
2014 •••••••••• 2.23
2015 ••••••••••• 2.38
2016 ••••••••• 1.91
2017 •••••••• 1.79
2018 •••••••••••••••• 3.75
2019 •••••••••••••••••••• 4.73
2020 ••••••• 1.59

"atları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#atları nədir? #atları sözünün mənası #atları nə deməkdir? #atları sözünün izahı #atları sözünün yazılışı #atları necə yazılır? #atları sözünün düzgün yazılışı #atları leksik mənası #atları sözünün sinonimi #atları sözünün yaxın mənalı sözlər #atları sözünün əks mənası #atları sözünün etimologiyası #atları sözünün orfoqrafiyası #atları rusca #atları inglisça #atları fransızca #atları sözünün istifadəsi #sözlük