Aydəmir sözü azərbaycan dilində

Aydəmir

Yazılış

  • Aydəmir • 99.1453%
  • aydəmir • 0.8547%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aydəmir
Aydəmir — soyad, təxəllüs.
Aydəmir (Miyanə)
Aydəmir (fars. آيدمير‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (20 ailə).
Aydəmir Hacıyev
Azər Aydəmir
Azər Aydəmir (24 iyul 1986, Bakı) — azərbaycanlı aktyor, ssenarist, prodüser. == Həyatı == Azər Aydəmir 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Ailəlidir 1 övladı var. Aktyorun əsli Xızıdandır. Atası malakandır. Yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsindəndir. Ata nənəsi rus, anası isə dağlıdır, Əmbizlər kəndindən. == Fəaliyyəti == Məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində natamam ali təhsil almışdır.
Naz Aydəmir
Naz Aydemir – Türkiyə milli voleybol komandasının əsas toppaylayıcısı. Red Bull şirkətinin Türkiyədə reklam müqaviləsi imzaladığı 7 idmançıdan biridir. Türkiyə milli komandasının və Qalatasarayın basketbolçusu Cenk Akyolun həyat yoldaşıdır. Həmçinin voleybolçu dünyaca məşhur alman futbolçu İlkay Gündoğanla da qohumdur. Eczacıbaşının aşağı yaş qruplarında başladığı voleybol karyerasına on beş yaşında yüksəldiyi Eczacıbaşı A (əsas) komandası ilə davam etdi. Cəmi on beş yaşında peşəkar karyerasına başlayan voleybolçu 2005-06 sezonunda Türkiyə Qadınlararası Voleybol Çempionatının qalibi və bunu bacara bilən ən gənc türk voleybolçu oldu. Buradakı çıxışıyla 2008 Pekin Olimpiya Oyunlarının seçmə mərhələsində çıxış edən Türkiyə millisinin heyətinə ilk dəfə çağrılan voleybolçu seçmə mərhələdəki oyunu ilə millidəki yerini də möhkəmləndirdi. Həmin il gənclərin Avropa çempionatında "Ən dəyərli oyunçu" mükafatını qazanır və göstərdiyi oyunla Türkiyənin aparıcı voleybol klublarının diqqətini çəkməyə başlayırdı. 2009-10 sezonunu Fənərbaxçada keçirən Naz burada CEV Çempionlar Liqasının ikinciliyini qazanmışdır. Bunun yanında Türkiyə çempionatını, kubokunu və superkubokunu da qalibi ola bilmişdir.
Səma Aydəmir
Səma Aydəmir (17 avqust 1985, Bursa) — Türkiyəli yüngül atlet. 2012-ci il London Olimpiadasında 4x400 m estafet yarışında iştirak etmək hüququ qazandı. O, 6 iyun 2012-ci ildə Ankarada keçirilən yarışda 400 m maneəli qaçışda 56,62 saniyə ilə ən yaxşı dərəcəsini əldə edib.
Əsma Aydəmir
Əsma Aydəmir (1 yanvar 1992) — Türkiyəli marafonçu. Əsma Aydəmir Türkiyəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Əsma Aydəmir birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 39 dəqiqə 59 saniyəyə qət edərək 157 marafonçu sırasında 58-ci yeri tutdu.
Zəhranur Aydəmir
Zəhranur Aydəmir (1998, Ankara ili) — proqram mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Zəhranur Aydəmir 1998-ci ildə Ankarada anadan olub. 2021-ci ildə TOBB İqtisadiyyat və Texnologiya Universiteti Sənaye Mühəndisliyi Bölməsindən, 2023-cü ildə isə həmin universitetin Kompüter Mühəndisliyi Bölməsindən məzun olub. Proqram mühəndisi olaraq çalışır. 2016-cı ildən AK Partiyasının üzvüdür. AK Partiyası Ankara il şöbəsinin gənclər qanadında Siyasi və Hüquqi İşlər Komissiyasının üzvü, həmçinin AK Partiyası gənclər qanadının İdarə Heyətinin üzvü, gənclər qanadının xarici işlər üzrə şöbənin sədri vəzifələrində çalışıb. 2023-cü il mayın 14-də AK Partiyasının namizədi olaraq Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə və almanca bilir. Evlidir.
Şövkət Sürəyya Aydəmir
Şövkət Sürəyya Aydəmir (türk. Şevket Süreyya Aydemir; d. 1897, Ədirnə - ö. 25 mart 1976) — Türk yazıçısı, mütəfəkkir, iqtisadçı, tarixçi, müəllim. 1919-1920-ci illərdə Nuxada (Şəkidə) müəllimlik etmiş, 1920-ci ilin martında Nuxadan Qarabağa yola düşən 400 nəfərlik könüllülər dəstəsinin komandanı olmuş və o zaman bir xalq qəhrəmanı kimi məşhurlaşmışdı. O, həmin ilin 30 aprel tarixində XI Qızıl Ordunun Nuxaya daxil olmasını da öz gözləri ilə görmüş və bu hadisələrin hamısını daha sonralar öz əsərində ətraflı təsvir etmişdir. Şövkət Sürəyya 1920-ci il sentyabrın 1-də Bakıda öz işinə başlayan Şərq xalqlarının I qurultayında Nuxa şəhərindən göndərilmiş nümayəndə kimi iştirak edibdir. O, 1932-ci ildə Türkiyədə nəşrə başlayan "Kadro" adlı jurnalın yaradıcılarından və Kadro hərakatının rəhbərlərindən də biri idi. Yaşlaşdığı zaman, yazıçılığa girişmiş, türk tarixində əhəmiyyətli rolu olan şəxsiyyətlər barədə əsərlər yazmışdı. Öz həyatından bəhs etdiyi "Suyu arayan adam" (1959), Atatürk və İnönü dövrləri haqqında hər biri 3 cildlik "Tək adam" (1963-65) və "İkinci adam" (1966-68) adlı kitabları onu bir yazıçı kimi məşhurlaşdırdı.
Abuzər Aydəmirov
Abuzər Əbdülhakimoviç Aydəmirov (29 oktyabr 1933 – 27 may 2005) — Sovet və Çeçen yazıçı və şairi, Çeçen klassiki. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq yazıçısı (1977), Çeçenistan Yazıçılar Birliyinin sədri (2004–2005) olub. == Həyatı == Abuzər Aydəmirov Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Naji-Yurt rayonunun Mesket kəndində anadan olmuşdur. İlk təhsilini kəndində almışdır. Sonradan Qroznı şəhərində oxumuşdur. 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı o, da ailəsi ilə birlikdə sürgün edilmişdir. Aydəmirov sürgün illərində kolxoz briqadasında mühasib, məktəb kitabxanaçısı və sovxozda baş mühasib müavini işləyib. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra vətəninə qayıdıb. Abuzər Aydəmirov 1957–1987-ci illərdə doğma kəndində çeçen dili və ədəbiyyatı müəllimi işləyib. 1963-cü ildə Çeçen-İnquş Dövlət Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini bitirib.
Aymani Aydəmirova
Aymani Aydəmirova (8 mart 1965) — müğənni, aktrisa, Çeçenistan Respublikasının xalq artisti, İnquşetiya Respublikasının xalq artisti, Rusiya Federasiyasının əməkdar artisti. Çeçenistan Respublikasının Əməkdar İncəsənət Xadimi, Çeçenistan Respublikasının Əməkdar Mədəniyyət İşçisi. Çeçenistan Dövlət Filarmoniyasının bədii rəhbəri. Milləyyətcə çeçendir. == Bioqrafiyası == Aymani Aydəmirova 1965-ci il martın 8-də anadan olmuşdur. Yaradıcılıq fəaliyyətinə 1981-ci ildə Çeçen-İnquş Dövlət Filarmoniyasının solist-vokalistinin işinə girərək başlayır. Müğənni karyerasının ilk günlərindən xalq mahnılarının istedadlı ifaçısı kimi diqqəti cəlb edir. Krasnodar Mədəniyyət İnstitutunu xor dirijoru ixtisası üzrə bitirmişdir. Təhsil aldığı müddətdə Kuban Kazak Xorunda işləyir. 1990-cı ildə "Jovxar" (İnci) adlı qız qrupunu qurur.
Beyrək Aydəmirov
Məryəm Aydəmirova
Məryəm Aydəmirova (1 yanvar 1924 – 2 noyabr 1992, Qroznı) — Çeçen müğənnisi, musiqiçi, bəstəkar, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq artisti, RSFSR əməkdar artisti. 1 yanvar 1924-cü ildə Nadterek rayonunun Beno-Yurt kəndində anadan olmuşdur. Ailənin yeganə övladı olur. Məktəbdə onunla birlikdə oxuduğu Mahmud Esambayev tərəfindən bir həvəskar sənət dərnəyində mahnı oxumağa çağrılır. Beşinci sinifdə Pyatiqorskda istedadlı uşaqlar üçün keçirilən yarışmada iştirak edir. Ancaq xüsusi bir musiqi təhsili almır. Deportasiya illərini Cambulda keçirir. Bir tanış onu ziyarətçilər üçün mahnı oxuduğu yeməkxanada işləməyə dəvət edir. Ailəyə verilən cüzi yardımla anası bir qarmon alır. Məryəm bunun üzərində çalmağı öyrənməyə başlayır.
Məşədibaba Aydəmirov
Məşədibaba (13 fevral 1971, Maştağa – 10 yanvar 2011, Maştağa) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı. Məşədibaba Aydəmirov 1971-ci ilin 13 fevral tarixində Bakı şəhərinin Maştağa kəndində anadan olmuşdur. Uşaq yaşlarından şeirə böyük maraq göstərib. Yüzlərlə şeir, qəzəl, qəsidə müəllifidir. Məşədibaba Aydəmirov uşaq yaşlarından şeirlər yazırmış. Böyüdükcə onun bu istedadı daha da artır. Valideynləri Məşədibabanın bu istedadını görüb onu orta məktəbdən çıxardırlar. Beləliklə, balaca Məşədibaba bütün vaxtını bədii kitablar oxumağa, şeir yazmağa ayırır. Məlahətli səsi və şeirləri ilə hər kəsi heyran edən Məşədibaba gənc yaşlarından məşhurlaşır. Artıq o, yazdığı qəzəlləri meyxanaya çevirir.
Nizami Aydəmirov
Yaşar Aydəmirov
Yaşar Məhəmməd oğlu Aydəmirov — azərbaycanlı hərbçi, general-leytenant. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1994-cü il tarixli, 217 nömrəli Fərmanı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir.1991-ci il "Horadiz əməliyyatı" na rəhbərlik edənlərdən biri olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2002-ci il tarixli, 662 nömrəli Fərmanı ilə ona General-leytenant hərbi rütbəsi verilmişdir.
Mirzə Aydəmirov
Mirzə Məlik oğlu Aydəmirov (1901, Sabunçu, Bakı qəzası – bilinmir) — Azərbaycan-sovet hüquqşünası və dövlət xadimi, Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1941–1946), Naxçıvan MSSR xalq daxili işlər komissarı (1939–1941). Mirzə Məlik oğlu Aydəmirov 1901-ci ildə Bakı qəzasının Sabunçu qəsəbəsində anadan olmuşdur. Uzun illər Azərbaycan Dövlət Siyasi İdarəsi sistemində müxtəlif vəzifələrdə çalışmış, 1935–1939-cu illərdə Azərbaycan SSR Ali Məhkəməsinin xüsusi kollegiyasının üzvü olmuşdur. 1939-cu ildə Mirzə Aydəmirov Naxçıvan MSSR xalq daxili işlər komissarı vəzifəsinə təyin edilmiş və 1941-ci il avqustun 16-dək bu vəzifədə çalışmışdır. 1941–1946-cı illərdə Azərbaycan SSR Ali Məhkəməsinin sədri olmuşdur. Mirzə Aydəmirov "Lenin", "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.

aydəmir sözünün leksik mənası və izahı

"aydəmir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#aydəmir nədir? #aydəmir sözünün mənası #aydəmir nə deməkdir? #aydəmir sözünün izahı #aydəmir sözünün yazılışı #aydəmir necə yazılır? #aydəmir sözünün düzgün yazılışı #aydəmir leksik mənası #aydəmir sözünün sinonimi #aydəmir sözünün yaxın mənalı sözlər #aydəmir sözünün əks mənası #aydəmir sözünün etimologiyası #aydəmir sözünün orfoqrafiyası #aydəmir rusca #aydəmir inglisça #aydəmir fransızca #aydəmir sözünün istifadəsi #sözlük