ayrı sözü azərbaycan dilində

ayrı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ayrı • 95.3565%
  • Ayrı • 4.6089%
  • AYRI • 0.0293%
  • AyRI • 0.0053%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İrqi ayrı-seçkilik
İrqi ayrı-seçkilik — irq əsasında şəxslərə qarşı ayrı-seçkilik. İrqi seqreqasiya siyasəti irqi ayrı-seçkiliyi bir növ "qanuniləşdirsə" də, dünya dövlətlərinin qanunvericiliyində belə fəaliyyət qadağan olunur və onun dəstəklənməsi ədalətsizliyə səbəb olur. == Dünya üzrə == Dünya Dəyərləri Sorğusunun məlumatlarına əsasən, The Washington Post qəzetinin təhlil etdiyi kimi, dünyada irqçiliyə qarşı ən az tolerantlıq nümayiş etdirən ölkə İordaniyadır. Tədqiqata əsasən, irqi tolerantlıq etnik müxtəlifliyin olduğu Asiya ölkələrində də aşağı səviyyədədir, bununla belə Qərbi və Mərkəzi Avropa ölkələri və ABŞ nisbətən irqi tolerant dövlətlər hesab olunurlar. Bu sahədə 30 ildən çox müddətdə aparılmış tədqiqatlar 10 fərqli ölkədə əmək, mənzil və məhsul bazarlarında qeyri-ağlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik olduğunu aşkar etmişdir. === Hindistan === Dünya Dəyərləri Sorğusuna əsasən, ikinci ən irqçi dövlət Hindistandır. Burada Hindistan əhalisi tərəfindən digər dövlətlərin vətəndaşlarına qarşı həm dərisinin rəngi, həm də mənsub olduğu ölkəyə görə fərqli münasibət göstərilir. Hindistanda xüsusilə afrikalılar irqçilikdən əziyyət çəkirlər, hətta onlar hücuma məruz qalır və öldürülürlər. === Niderland === Niderlandda aparılmış və 2013-cü ildə yayımlanmış bir tədqiqat nəticəsində aşkar edilmişdir ki, ərəb dilində səslənən adları olan iş axtaranlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik edilir. === Liberiya === Liberiyanın Konstitusiyası qeyri-qaraların vətəndaşlıq üçün qeyri-məqbul olduğunu müəyyən edir.
Ayrı
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984–1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya
İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya (ICERD) — 21 dekabr 1965-ci ildə Baş Məclis tərəfindən qəbul edilmiş və 4 yanvar 1969-cu ildə qüvvəyə minən BMT konvensiyası. 2020-ci ilin dekabr ayından etibarən 182 ölkə Konvensiyanın iştirakçısıdır, daha 3 ölkə Konvensiyanı imzalamış, lakin təsdiqləməmişdir . Konvensiyaya uyğunluğa 18 mütəxəssisdən ibarət olan İrqi Ayrı-seçkiliyin ləğvi Komitəsi nəzarət edir. Konvensiyanın hər hansı bir üzv dövlət tərəfindən pozulmasına dair dövlətlərarası şikayətlərə və müvafiq bəyannamə vermiş 54 ölkəyə münasibətdə Konvensiyanın pozulmasına dair fərdi şikayətlərə baxıla bilər. 2014-cü il tarixinə komitə 30 şikayətin mahiyyəti üzrə qərarlar qəbul etdi və 15 işdə konvensiya pozuntuları aşkar etdi. Komitə daha 18 şikayəti mahiyyəti üzrə baxılmadan qəbuledilməz hesab etdi, 1 şikayətə baxılması başqa bir səbəbə görə xitam verildi və daha 6 işə baxılma mərhələsində idi . İlk üç dövlətlərarası şikayət - Qətər - Səudiyyə Ərəbistanı, Qətər - BƏƏ və Fələstin - İsrail - 2018-ci ilin baharında girdi. == Konvensiyanın strukturu == Preambula Hissə I (Maddə 1-7) - İştirakçı ölkələrin öhdəlikləri: M. 1 - irqi ayrıseçkiliyin tərifi. M. 2 - ümumi öhdəliklər. M. 3 - irqi ayrı-seçkilik və aparteidin xüsusi qınanması.
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya — BMT-nin Baş Assambleyasının 34 /180 saylı 18 dekabr 1979-cu il tarixli qətnaməsi ilə qəbul edilmiş qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəd. Konvensiyanın özünəməxsusluğu ondan ibarətdir ki, digər beynəlxalq müqavilələrdə ümumi şəkildə insan üçün təmin olunan hüquqlar burada məhz qadın üçün nəzərdə tutulmuşdur. Digər müqavilələrdən fərqli olaraq Konvensiyanın əsasında digər beynəlxalq müqavilələrdə təmin edilən “bərabərlik” deyil, “ayrı-seçkiliyin ləğv olunması” durur. == Tarixi == Keçən əsrin 70-80-ci illərində qadın hüquqları uğrunda hərəkatın daha da genişlənməsi, BMT-nin təşəbbüsü ilə 1975-ci ildə Beynəlxalq qadın ilinin, daha sonra 1975-1985-ci illərdə Qadın onilliyinin keçirilməsi qadın hüquqlarının tənzimlənməsinə dair xüsusi beynəlxalq hüquqi aktın qəbul edilməsi zərurətini meydana çıxartdı və BMT-nin Baş Assambleyası 18 dekabr 1979-cu il tarixdə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanı qəbul etdi. Konvensiya 3 sentyabr 1981-ci il tarixində qüvvəyə minmişdir. Bu gün Konvensiya Uşaq Hüquqları Konvensiyasından sonra dünyada ən çox ratifikasiya olunmuş beynəlxalq müqavilədir. Azərbaycan Respublikası 1995-ci il 10 iyul tarixində Konvensiyanı ratifikasiya etmişdir. == Maddələri == Konvensiya preambula, 30 maddə və 6 hissədən ibarətdir. Konvensiyanın preambulasında qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biri kimi qeyd olunur və qadınların vəziyyətinin yaxşılaşdırılması problemi müasir dövrün ən qlobal problemləri sırasına aid edilir. I hissə (Maddə 1-6) Konvensiyanın 1-ci maddəsi qadına qarşı ayrı-seçkiliyin tərifini müəyyən edir: “Bu Konvensiyaya görə, “qadınlara qarşı ayrı-seçkilik” qadınların ailə vəziyyətindən asılı olmayaraq kişi və qadınların hüquq bərabərliyi əsasında və siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya hər hansı digər sahədə insan hüquqlarının və əsas azadlıqlarının tanınmasının, istifadə edilməsinin və ya həyata keçirilməsinin əngəllənməsinə və ya heçə endirilməsinə səbəb olan və ya bu məqsədi daşıyan, cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud məhdudiyyət deməkdir.” Konvensiyanın 2-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarını qınayır və bütün mümkün yollarla bu ayrı-seçkiliyin aradan qaldırılması siyasətini “təxirə salınmadan” həyata keçirirlər.
Ayrı-seçicilik
Ayrı-seçkilik və ya diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Ayrı-seçkilik
Ayrı-seçkilik və ya diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Ayrı seçicilik
Ayrı-seçkilik və ya diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Ayrı seçkilik
Ayrı-seçkilik və ya diskriminasiya (lat. discriminatio – fərqləndirmə) – dövlətlərin, hüquqi və fiziki şəxslərin digər dövlətlər, hüquqi və fiziki şəxslərlə müqayisədə hüquqlarının boğulması. Diskriminasiyanın bütün formaları demokratik dövlətlərdə daxili hüquqla, habelə beynəlxalq hüquqla qadağan olunur. Həmin termin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında da istifadə olunur. Həmçinin hüquqların məhdudlaşdırılması, hər hansı bir dövlətin və ya əhali qrupunun hüquq bərabərliyindən məhrum edilməsidir.
Başqırd ayrı süvari briqadası
Başqırd ayrı süvari briqadası (rus. Башкирская отдельная кавалерийская бригада; 1919—1921) — Rusiya vətəndaş müharibəsi dövründə başqırd birləşmələrinin hərbi quruluşu. == Tarixi == Başqırd ayrı süvari briqadası M. L. Murtazin tərəfindən 1919-cu ilin iyun ayında Başqırd korpusunun Əmir Karamışev adına 1-ci başqırd süvari alayının bazasında təşkil edilmişdir. Briqadaya 1-ci Başqırd süvari alayı, 2-ci Başqırd süvari alayı və piyada diviziyası daxil idi. 1920-ci ilin may ayında briqadanın tərkibinə 1-ci Başqırd süvari alayı əlavə olundu, hansı ki keçmiş Başqırd ayrı süvari diviziyasının hissəsi idi. Başqırd ayrı süvari briqadası Ağ Qvardiyanın Cənub Ordusunun tərkibində idi. 8 avqust 1919-cu ildə Başqırd ayrı süvari briqadası Ağ Qvardiya komandanlığının əmrlərinə əhəmiyyət vermədən müstəqil fəaliyyətə başladı. 18 avqust 1919-cu ildə ani hücum ilə 4-cü Orenburq Ordu Korpusunu məğlubiyyətə uğratdı. Başrevkom nümayəndəsi T. G. İmakovun köməyi ilə 23 avqust 1919-cu ildə Qırmızı Ordunun tərəfinə keçən briqada 1-ci Ordunun sıralarına daxil edildi. 1919-cu ilin sentyabrında briqada 1800 qılınc, iki silah aləti və səkkiz pulemyotu olan piyada batalyonuna sahib idi.
Aman, ayrılıq (film, 1989)
Aman, ayrılıq qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən bəhs edir. == Məzmun == Film Cənubi Azərbaycanda doğulub böyümüş məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən, Bakıda və Lənkəranda konsertlər verməsindən, tamaşaçılarla görüşlərindən bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Azər Əbilov Rejissor: Tofiq Mütəllimov Operator: Nizami Abbas, Rəfael Salamzadə == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Kiçik Ayrım
Kiçik ayrım - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-şərqdə, Borçalı (Debet) çayının sol sahilində yerləşir. Toponim Azərbaycan toponomiyasında fərqləndirici əlamət bildirən kiçik sözündən və ayrım türk tayfa adından əmələ gəlmişdir. Ə.Babazadə «Ayrım dialekti» əsərində göstərir ki, ayrımlar oğuz tayfalarından biri olan eymurların xələfləridir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1926-cı ildə 88 nəfər, 1931-ci ildə 154 nəfər, 1939 - cu ildə 207 nəfər, 1959 - cu ildə 233 nəfər, 1970-ci ildə 420 nəfər, 1979 - cu ildə 388 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən qovulmuşlar. İndi buralarda yalqız ermənilər yaşayır.
Molla Ayrım
Molla Ayrım — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Bir mülahizəyə görə, kəndi ayrım tayfasından olan molla saldığına görə belə adlanmışdır. Məlumdur ki, ayrımlar Azərbaycanın bölgələrində (Qazax, Tovuz, Gədəbəy və s. rayonlarda) yaşayan, mübariz həyat keçirmiş oğuz tayfalarından biri olmuşdur. Başqa ehtimala görə, Molla Ayrım şəxs adı olmuşdur. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd orta dağlıq qurşaqda yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Molla Ayrım kənd ibtidai məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Müsbət ayrıseçkilik
Müsbət ayrı-seçkilik — cəmiyyətdə digər şəxslər ilə bərabər səviyyədə yaşamadığı düşünülən müəyyən qruplara müxtəlif imtiyazlar verməklə onlara dəstək vermək deməkdir. == Tarixi == 1789 Fransız İnqilabını ilə bərabərlik, azadlıq və insan hüquqları kimi məhfumlar yayılmağa başlanmışdır. 8 Mart 1957-ci ildə Nyu-Yorkda geyim sektorunda çox ağır şərtlərlə işləyən qadınların etirazı ilə başlayan müddət, 1977-ci ildə də "8 Mart Dünya Qadınlar Günü" olaraq rəsmiyyət qazanmışdır . Doğumdan yaranmış xüsusiyyətlər səbəbiylə sosial, iqtisadi və siyasi sahədən təcrid olunmuş azınlıqlarların ayrıseçkiliyini azaltmaq və uzun müddət də qarşısını almaq üçün müsbət ayrı-seçkilik anlayışı yaranmışdır.Müsbət ayrı-seçkilik könüllü ya da məcburi şəkildə irqi, etnik və cinsi mənsubiyyətə fərq qoymadan qrupların imtiyazlarını artırmaq və onların inkişafını təmin etmək məqsədilə hazırlanan xüsusi strategiyaya verilən termindir.Müsbət ayrı-seçkilik daha az təmsil olunmuş təbəqə, qrup və ya fərdlərə dair xüsusi rəftarı və ya üstünlüklərin verilməsini nəzərdə tutur. Qadınların kişilərə, əlillərin əlil olmayan şəxslərə, qaradərililərin digər şəxslərə müqayisədə müsbət şəkildə seçilməsi və üstünlük verilməsi bu strategiyanın əsas yönəldilmiş addımlardır. Müsbət ayrıseçkiliyin əsas məqsədi cəmiyyətin bütün üzvlərini inteqrasiya etdirmək, bərabərliyi yaratmaq və ən önəmlisi müddətli istifadə olunan xüsusi strategiyadır. == Kvota == Müsbət ayrı-seçkilikdə bərabərsizliyi müddətli şəkildə aradan qaldırır.Kvota ən çox istifadə olunan siyasətlərdən biridir və bununla qərar orqanlarında bərabərlik tənzimlənir. Azərbaycan qanunvericiliyi sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara kvotaların ayrılmasını nəzərdə tutur. Bu öz əksini "Məşğulluq haqqında" qanunda tapıb. Sənədə əsasən mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün qurumlar (kvota şamil olunmayan müəssisələr istisna olmaqla) kvota üzrə xüsusi iş yerləri müəyyən edilir.Qanuna əsasən sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyasına aşağıdakılar aid edlir:20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, əlil uşaqları tərbiyə edən qadınlar, pensiya yaşına 2 ildən az qalmış şəxslər, əlillər, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlar, məcburi köçkünlər, müharibə veteranları, şəhid ailələri.
Məhəmmədhüseyn xan Ayrım
Məhəmmədhüseyn xan Ayrım (1882, Bakı – 1948, Lixtenşteyn) — Pəhləvi sülaləsindən olan Rza şahın hakimiyyəti illərində (1925–1941) İran ordusunun rəhbəri olmuşdur. O, general və Rza şahın qayınatası olan Teymur xan Ayrumlunun qardaşı oğlu, Rza şahın həyat yoldaşı Tacülmülukün əmisi oğludur. Ayrım ailəsinin yalnız bir neçə üzvünün soyadının sonunda "lu" sonluğu olmuşdur. == Həyatı == 1882-ci ildə Rusiya imperiyasının bir hissəsi olan Bakıda anadan olmuşdur. Məhəmmədhüseyn xan Ayrımlu əslən Şəmşəddil mahalındandır. babaları Urmiyanın Sulduz mahalına köç etmişdilər. O, Rusiyada hərbi təhsil almışdır. 1948-ci ilin 31 martında vətəndaşı olduğu Lixtenşteyndə müalicə alarkən vəfat etmişdir. == Kareyerası == İran Kazak Diviziyasına qoşulmuş və həmin zamandan Rza xanla (sonradan Rza şah) yaxınlaşmışdır. Xidmət illərində sürətlə yüksələrək 1901-ci ildə polkovnik rütbəsi almışdır.
Nadirin Simindən ayrılması (film, 2011)
Nadirin Simindən ayrılması, (fars. جدایی نادر از سیمین‎) ssenari müəllifi və rejissoru Əsgər Fərhadi olan, 2011-ci ildə Qızıl Qlobus mükafatın qazanan və Leyla Hatəmi, Peyman Məadi, Şəhab Hüseyni, Sarə Bayat və Sarina Fərhadinin oynadığı İran dram filmi. Boşanmış bir orta sinif İranlı cüt və həyat yoldaşın yaşlı atası üçün alt sinif bir sorğu tutmasını izləyən çəkişmələri mövzu edinmektedir.61.Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film sahəsində Qızıl Ayı və ən yaxşı aktyor ilə ən yaxşı aktrisa sahələrində Gümüş Ayı qazandı, beləcə Qızıl Ayı qazanan ilk İran filmi oldu. 2012 ildə 69.Qızıl Qlobus mükafatlarında ən yaxşı xarici dil film mükafatın qazandı. Film həmçinin İran film seçimi şurası tərəfindən 2012 Oskar mükafatlarının, ən yaxşı xarici dil film mükafatında iştirak etmək üçün təqdim edilmişdir və Oskar mükafatını əldə etmişdir. == Məzmun == Nadir və Simin 11 yaşlı qızları Tirmə ilə birlikdə Tehranda yaşayırlar. Şəhərli orta sinif xarakterə sahib olan ailə dağılmaq üzrədir. Simin qızı Tirmənin İrandakı mövcud şərtlər altında böyüməsini istəmədiyi üçün əri və qızıyla birlikdə ölkəni tərk etmək istəyir. Ancaq Nadir eyni fikirdə deyil. Çünki ailəylə yaşayan və Alzheimer xəstəsi olan atası üçün nigarandır.
Nimtac Ayrımlı
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. == Həyatı == Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Paşa xan Ayrım
Paşa xan Xəlifəqulu xan oğlu Ayrım (?-?) — Qacarlar dövlətinin sərkərdəsi, general. == Həyatı == Paşa xan Xəlifəqulu xan oğlu Maku xanlığının Avacıq mahalında anadan olmuşdu. Hərbi məktəb bitirmişdi. Mirpənc rütbəsi daşıyarkən Avacığa başçılıq etmişdi. Sonra sərhəddar olmuşdu. Cənubi Azərbaycandakı Ayrım elinə başçılıq edirdi. == Ailəsi == Paşa xanın Nəcəfqulu xan adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.
Polad Ayrım
Polad (Polad Ayrım, 1991-ci ildən XAÇARDZAN) - azərbaycanlılar yaşamış kənd. == Haqqında == Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Polad çayının mənbəyi yaxınlığında, rayon mərkəzindən 18 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 567, 1914-cü ildə 381, 1931-ci ildə 452 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar. == Tarixi == Polad kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı. == Görkəmli şəxsiyyətləri == Müsrəddin Tağıyev - Fizika-riyaziyyat elmləri namizədi (1998), müəllim.
Quşçu Ayrım
Quşçu Ayrım — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1999-cu ildə Ermənistan Silahlı Qüvvələri kəndin ətrafında yerləşən dağları işğal edib. Ermənilər bütün örüş yerlərini tutub, ona görə də sakinlər mal-qaranı otarmağa apara bilmirlər. Onlar bulaqdan ancaq gecə su götürə bilirlər. == Toponimikası == Quşçu Ayrım oyk., miir. Qazax r-nunun Əskipara i.ə.v.-də kənd. Qazançı dağının ətəyindədir. Keçmişdə Qazax qəzasında Ayrım adlı iki kənd vardı. Bir-birindən fərqləndirmək üçün biri Quşçu kəndi yaxınlığında yerləşdiyinə görə Quşçu Ayrım, digəri Bağanıs çayı kənarında olduğuna görə Bağanıs Ayrım adlanırdı. Oykonim "Quşçu kəndi yaxınlığında Ayrım kəndi" mənasındadır.
Sürünən ayrıqotu
Elymus repens (lat. Elymus repens) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin elymus cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Kökləri uzun, üfqi uzanan, sapabənzər olub 5–15 sm dərinliyə qədər gedir. Gövdədinin hündürlüyü 40–150 sm olur. Bitkinin dibindən çixan və gövdədən 2–8,5 mm hündürlükdə olan yarpaqları uzunluğu 15–40 sm, eni 3–10 mm çılpaq düz xət şəklində olur. Çiçəyin formulu: ↑ P 2 A 3 G ( 2 ) _ {\displaystyle \uparrow P_{2}\;A_{3}\;G_{\underline {(2)}}} . == Yayılması == Bitkinin vətəni Avropa, Şimali Afrika və Asiyadır olsa da, demək olar ki, hər yerə yayılmışdır və əksər yerlərdə alaq otu hesab edilir. Bostan şəraitində bu bitkiləri təmizləmək üçün torpağı çevirir və kökləri əllə çıxarılıb atılır. Torpaqdan kənarda tez quruyur və məhv olur. Düzənliklərdə və dağlarda bitir.
Yol Ayrıcında (1988)
Yol ayrıcında (film, 1988)
Yol ayrıcında — Azərbaycanfilmin istehsalı olan qısametrajlı sənədli film. == Məzmun == Film qeyri-adi insan — Naxçıvan Şəhər Partiya Komitəsinin keçmiş katibi K.Rüstəmov haqqındadır. O, işlədiyi partiya vəzifəsini atıb bərpaçı rəssam olur. Xalq sənəti-şəbəkə ornamentlərini yaratmaqla, o, həyatda öz yerini tapır, yaradıcılıq sevincini duyur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Davud İmanov Ssenari müəllifi: Aydın Dadaşov Operator: Valeri Kərimov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Yol ayrıcında (film, 1999)
Yol ayrıcında (hind: Jaanwar (hərfi tərcüməsi: “Heyvan”)) 24 dekabr 1999-cu ildə nümayiş etdirilən, Suneel Darşan tərəfindən çəkilmiş hindi dilli döyüş filmidir. Filmdə əsas rollarda Akshay Kumar, Karisma Kapoor və Shilpa Shetty çəkilmişdir. Film kommersiya müvəffəqiyyəti qazanmış və Kumar və Shettynin zəifləmiş karyeralarında yenidən canlanma yaratmışdır. Film iki dəfə benqal dilində, bir dəfə 2001-ci ildə Banqladeşdə Mukho Mukhi adı ilə, ikinci dəfə isə Hindistanın Qərbi Benqal əyalətində 2004-cü ildə Mastan adı ilə yenidən çəkilmişdir. == Süjet xətti == Ölkədə quraqlıqdır. İnsanlar acından ölürlər. Onların arasında 10 yaşlı Bapunun anası da vardır. Oğlan boş yerə onun üçün yemək istəyir. O, qətiyyətlə anasının həyatını xilas edə biləcək bir parça tort üçün vəhşi itlərlə vuruşur. Ancaq buna baxmayaraq onun anası ölür.
Yuxarı Ayrım
Yuxarı Ayrım — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yuxarı Ayrım kəndi Ayrım çayının (Tərtər çayının qolu) sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Yuxarı Binə olmuşdur. Yerli məlumata görə, yaşayış məntəqəsini indiki Qazax rayonu ərazisindən buraya gəlmiş Qazax Alı adlı şəxs salmışdir. Ona görə da kənd bir müddat Alıuşağı da adlanmışdır. Yaşayış məntəqəsi XIX əsrə qədər Ayrım çayının sahilində olmuş Ayrım binəsi əsasında yaranmış iki yaşayış məntəqəsindən biri olub, nisbətən yuxarıda yerləşdiyinə görə belə adlanmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Yuxarı Ayrım kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Ayrım kəndində 129 evdə 684 şiə kürd yaşayırdı.
İlkər Ayrık
İlkər Ayrık (19 oktyabr 1979, Balıkəsir ili, Türkiyə) — Türk aktyoru, aparıcı və rejissor. == Həyatı == İlkər Ayrık 16 oktyabr 1979-cu ikdə Balıkəsirdə dünyaya gəldi. Müjdat Gəzən Sənət Mərkəzi Universitetinə qəbul oldu və teatr bölməsindən məzun oldu. 2005–2006-cı sezonunda Aykut Taşkın ilə birlikdə Pervasız Teatrını qurdu. 2008-ci ildə Doanın Yallah klipində oynayıb. 2007–2009-cu sezonunda Cimri oyunu ilə Kənd Aktyorlarına qatıldı. Teatr aktyorluğundan başqa 2002-ci ildən bəri bir neçə kinoteatr, teleserial və reklam çalışmaları etdi. Kıvanç Tatlıtuğ ilə bir neçə dəfə Akbank reklamında oynayıb. Çaqqallarla Rəqs filmində "Mühasibatçı Sərvət" olaraq bilinir. Uzun bir vaxt Səksənlər teleserialında Çağatay obrazını canlandırmışdır.
İrqi ayrıseçkilik
İrqi ayrı-seçkilik — irq əsasında şəxslərə qarşı ayrı-seçkilik. İrqi seqreqasiya siyasəti irqi ayrı-seçkiliyi bir növ "qanuniləşdirsə" də, dünya dövlətlərinin qanunvericiliyində belə fəaliyyət qadağan olunur və onun dəstəklənməsi ədalətsizliyə səbəb olur. == Dünya üzrə == Dünya Dəyərləri Sorğusunun məlumatlarına əsasən, The Washington Post qəzetinin təhlil etdiyi kimi, dünyada irqçiliyə qarşı ən az tolerantlıq nümayiş etdirən ölkə İordaniyadır. Tədqiqata əsasən, irqi tolerantlıq etnik müxtəlifliyin olduğu Asiya ölkələrində də aşağı səviyyədədir, bununla belə Qərbi və Mərkəzi Avropa ölkələri və ABŞ nisbətən irqi tolerant dövlətlər hesab olunurlar. Bu sahədə 30 ildən çox müddətdə aparılmış tədqiqatlar 10 fərqli ölkədə əmək, mənzil və məhsul bazarlarında qeyri-ağlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik olduğunu aşkar etmişdir. === Hindistan === Dünya Dəyərləri Sorğusuna əsasən, ikinci ən irqçi dövlət Hindistandır. Burada Hindistan əhalisi tərəfindən digər dövlətlərin vətəndaşlarına qarşı həm dərisinin rəngi, həm də mənsub olduğu ölkəyə görə fərqli münasibət göstərilir. Hindistanda xüsusilə afrikalılar irqçilikdən əziyyət çəkirlər, hətta onlar hücuma məruz qalır və öldürülürlər. === Niderland === Niderlandda aparılmış və 2013-cü ildə yayımlanmış bir tədqiqat nəticəsində aşkar edilmişdir ki, ərəb dilində səslənən adları olan iş axtaranlara qarşı əhəmiyyətli dərəcədə ayrı-seçkilik edilir. === Liberiya === Liberiyanın Konstitusiyası qeyri-qaraların vətəndaşlıq üçün qeyri-məqbul olduğunu müəyyən edir.
Şamil Ayrım
Şamil Ayrım (1950, Duzluca, İğdır ili) — Türkiyə siyasətçisi. == Həyatı == Əslən azərbaycanlıdır. İstanbul Texniki Universiteti Mexanika Fakültəsini gəmiqayırma və mexanika mühəndisi ixtisası ilə bitirib. Türkiyə Gəmi Sənayesi MMC baş müdirliyi və İdarə Heyəti başçılığı, Dəniz Nəqliyyat MMC baş müdir müşaviri, TBMM XX çağırış İğdır, XXI çağırış İstanbul millət vəkili olmuşdur. == Ailəsi == Evli və iki uşaq atasıdır. İbrahim bəy Cahangirzadə ata tərəfdən nənəsinin dayısıdır.
Şərq və Qərb kilsələrinin ayrılması
Şərq və Qərb kilsələrinin aralanması (Skizma/Schisma) - Bizans-Ortodoks və Roma-Katolik kilisələrinin birbirindən 1054-cü ildə ayrılmasıdır. Ona Böyük skizma (q. yun. σχίσμα - parçılanma, ayrılma) deyilir. == İxtilafların başlanması == 858-ci ildə Konstantinopol kilsəsinin patriarxı (şərq kilsənin başçısı) vəzifəsinə Fotius (Photius) adlı dünyavi bir adam təyin olunmuşdu. Patriarx olması üçün onu, altı günün ərzində qiraətçidən yepiskopa qədər bütün kilsə rütbələrindən keçirmişdilər. Ondan öncəki patriarx İqnatius (Ignatius) isə, imperator III Mixaellə birlikdə imperiyanı idarə edən, dayısı Varda ilə olan ixtilafdan sonra vəzifəsindən getmişdi. Ancaq onun tərəfdarları buna qarşı etiraz edərək, Fotiusu qəsbkar elan etmişdilər. Bundan sonra kilsədə parçalanma baş vermişdi. 859-cu ildə Konstantinopolda yığılan Kilsə Məclisi İqnatiusun tərəfdarlarını pisləmişdir.
Teymur xan Ayrımlı
Teymur xan Ayrımlı (d. Şimali Azərbaycan, Rusiya imperiyası - ö. İran) — Azərbaycan türklərinin tayfalarından olan Ayrım tayfasına mənsub briqada generalı. Rza şah Pəhləvinin kraliçası Tacülmülukün atası, Pəhləvilərin sonuncu şahı Məhəmməd Rza şah Pəhləvinin ana babası. == Həyatı == Teymur xan Ayrımlının və ümumiyyətlə Ayrımlı ailəsinin əsli Şəmşəddil mahalındandır. Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Ayrımlının ailəsini tam olaraq nə zaman Qacar imperiyasına apardığı bəlli deyil.
Ayrılıq imiş
Ayrılıq imiş tammetrajlı bədii filmi rejissorlar Ağaəli Əliyev və Faiq Kərimoğlu tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İ. F. A şirkətinin istehsalıdır. Film Orxan Hüseyn adlı əyalətdən gələn və məşhurlaşan müğənninin həyatından bəhs edir. Əsas rolları İzzət Bağırov,Natəvan Həbibi və Mehriban Xanlarova ifa edirlər. == Məzmun == Orxan Hüseyn (İzzət Bağırov) adlı müğənninin həyatından bəhs edən filmdə baş qəhrəman əyalətdən gələn bir oğlandır. Yaxşı insanların dəstəyi ilə o, bir xanım bəstəkarla tanış olur. Südabə (Mehriban Xanlarova) adlı bu xanım həm də konsert təşkilatçısıdır. Orxana hədsiz simpatiyası olan Südabə, istəmədən ona vurulur və hər şey də bundan sonra başlanır. Orxan isə Nərmin (Natəvan Həbibi) adlı bir qızla tanış olur və onun məhəbbətini qazanır. Süjet xətti Orxanı dəlicəsinə sevən Südabənin tapançadan açdığı güllə ilə yekunlaşır.
Ayrılmış hostinq xidməti
Ayrılmış hostinq xidməti, ayrılmış server və ya idarəolunan hostinq xidməti — internet hostinqi növü. Burada müştəri başqa heç kimlə paylaşılmayan bütün bir serveri icarəyə götürür. Bu, paylaşılan hostinqdən daha çevikdir, çünki təşkilatlar serverlər, o cümlədən əməliyyat sistemi, aparat və s. üzərində tam nəzarətə malikdirlər. Ümumi olaraq kompleks idarəolunan və hostinq adlandırılan başqa bir ayrılmış hostinq səviyyəsi də var. Kompleks idarəolunan hostinq həm fiziki ayrılmış serverlərə, həm də hibrid serverlərə və virtual serverlərə aiddir. Bir çox şirkətlər hibrid (fiziki və virtual birləşməsi) hostinq həllini seçirlər. Standart və kompleks idarəolunan hostinq arasında bir çox oxşarlıqlar var, lakin əsas fərq, infrastrukturun yerləşdirilməsinin həm artan ölçüsü, həm də mürəkkəbliyi səbəbindən müştərinin ödədiyi inzibati və mühəndislik dəstəyinin səviyyəsidir. Provayder təhlükəsizlik, yaddaş, saxlama və İT dəstəyi də daxil olmaqla, idarəetmənin böyük hissəsini öz üzərinə götürmək üçün addımlayır. Xidmət ilk növbədə proaktiv xarakter daşıyır.
İrqi ayrı-seçkiliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü
İrqi ayrı-seçkiliyin (diskriminasiya) ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü — (International Day for the Elimination of Racial Discrimination) BMT-nin Baş Assambleyasının 1966-cı il 26 oktyabr tarixində keçirilən XXI sessiyasının qərara alınıb və hər il martın 21-i rəsmən bütün dövlətlərdə qeyd edilir. BMT-nin Baş Assambleyası bu günü elan edərək beynəlxalq birliyi, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üçün səylərini birləşdirməyə çağırıb.

ayrı sözünün leksik mənası və izahı

  • 1 1. zərf Xüsusi, tək, başqası ilə bağlı olmayaraq, müstəqil, özbaşına. O, ataanasından ayrı yaşayır. Ayrı gəzib dolanmaq. □ Ayrı düşmək – aralı düşmək, uzaq düşmək, uzaqlaşmaq, əlaqəsini itirmək. Ailədən ayrı düşmək. – Vətəndən ayrı düşüb indi laməkan ölürəm. X.Natəvan. Alagözlü, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Ələsgər. Sənin vəziyyətin o qədər də çıxılmaz … deyil, sən ancaq bir-iki gün öz ailəndən ayrı düşmüsən. M.S.Ordubadi. Ayrı salmaq – ayırmaq, uzaqlaşdırmaq, əlaqənin kəsilməsinə səbəb olmaq. Gəlin, çox yormayın sevgilinizi; Fələk ayrı saldı deyəsən bizi. S.Vurğun. 2. sif. Başqa, əlahiddə, qeyri, digər. Ayrı bir iş. Ayrı məsələ. Ayrı adam. Onun paltarı ayrı parçadandır. – Gördü bir ayrı arı bu halı; Arılardan soruşdu əhvalı. S.Ə.Şirvani. Mən də: – Məlik Məmməd, Qırat nağıllarından ayrısını bilmirəm, – deyə bacım kifayətləndi. S.S.Axundov. 3. Qoşma mənasında. Qərar etməz könül zülfündən ayrı. Nəsimi. Səndən ayrı bağrım kababə dönmüşdür. M.P.Vaqif.

    Azərbaycan dilinin izahlı lüğəti / ayrı

ayrı sözünün etimologiyası

  • 1 Bu söz yerinə görə, qoşma və sifət kimi işlədilir. Ayırmaq feilindən əmələ gəlib. -ı şəkilçisi feillərdən ad düzəldir: dolmaq və dol-u... (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ayrı

ayrı sözünün sinonimləri (yaxın mənalı sözlər)

ayrı sözünün antonimləri (əks mənalı sözlər)

ayrı sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 AYRI I sif. Başqa, qeyri, digər. Öz ləyaqətimi qorumaq üçün ayrı yol tapmadım (S.Qədirzadə). AYRI II zərf Tək, müstəqil. ...Hər nəysə, mən ki o paltoları bir dəfə də ayrı asmadım (Anar). AYRI III zərf Aralı düşmək, uzaq düşmək, uzaqlaşmaq. Camal ailəsindən ayrı, tək yaşayırdı, Əsmər də onun evinə köçdü (Anar).

    Azərbaycan dilinin omonimlər lüğəti / ayrı

ayrı sözünün rus dilinə tərcüməsi

  • 1 1. иной, другой; 2. отдельный, особый, обособленный; 3. отдельно, особо;

    Azərbaycanca-rusca lüğət / ayrı
  • 2 I нареч. 1. отдельно, обособленно. Ayrı yaşamaq жить отдельно 2. раздельно. Ayrı yazmaq писать раздельно II прил. 1. отдельный. Mənə ayrı otaq verdilər мне отвели отдельную комнату 2. раздельный: 1) обособленный. Ayrı əmlak раздельное имущество, ayrı təlim пед. раздельное обучение 2) не слитный. Ayrı yazılış раздельное написание 3. другой: 1) иной. Ayrı iş другая работа, ayrı məsələ другой вопрос, ayrı məna другой смысл, ayrı səbəb другая причина, ayrı dildə на другом языке 2) следующий. Ayrı vaxt в другое время 3) чужой, посторонний. Ayrı adamların yanında при других 4. особенный, особый, не похожий на других. Ayrı adamdır он особенный человек, ayrı ləzzətlə с особенным удовольствием, ayrı bir nəzakətlə с особой любезностью; ayrı gözlə baxmaq kimə, nəyə смотреть другими глазами на кого, на что, ayrı yolla окольным путём; ayrı cür desək говоря иначе; ayrı cür ola bilməz по-другому нельзя; иначе не может быть III послел. kimdən, nədən без кого, без чего, вдали от кого, от чего. Səndən ayrı без тебя; вдали от тебя, vətəndən ayrı вдали от родины; ayrı düşmək kimdən, nədən 1. разлучаться, разлучиться 2. оказаться вдали; отвыкать, отвыкнуть от кого, от чего; ayrı salmaq kimi разлучить кого ◊ ayrı düşmüş отрезанный ломоть, оторванный от дома, от родины и т.п.; ayrı çarə (əlac) yoxdur нет другого выхода, нет другого средства, ничего другого нет; ayrı hava çalmaq изменить мнение, взгляд; ayrı yol seçmək избрать, выбрать другой путь; ayrı yola düşmək идти по другому пути; ayrı fikrə düşmək изменить свои намерения; ayrı şeydir! что-то особенное!; ayrı cürə иначе, по-другому, поиному; heçi ayrı, köçü ayrı kimin kimlə ничего общего у кого с кем нет

    Azərbaycanca-rusca lüğət / ayrı

ayrı sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. 1. different, other, another; ~ sözlə in other words pl.; Bu ayrı məsələdir This is another affair / matter; ~ gün / vaxt another day / time; 2. separate, private; special; ~ otaq separate / special room; ~ giriş private / special entrance II. z. separately, privately, in private; apart; ~ yaşamaq to live* separately; Onlar ayrı yaşayırlar They live separately / apart; ~ düşmək bax ayrılmaq; vətəndən ~ düşmək to leave* one’s country; ~ salmaq to separate (d. from), to apart (d. from); ~ cür differently; ~ cür danışmaq to speak* differently

    Azərbaycanca-ingiliscə lüğət / ayrı

ayrı sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. 1) autre ; 2) à part ; particuli||er, -ère ; spécial, -e ; isolé, -e ; 3) séparément adv ; isolément adv ; 4) distinctement adv ; ~ düşmək séparer (se) ; quitter (se) ; ~ salmaq séparer vt ; ~ hava çalmaq 1) jouer un autre air ; 2) məc. changer d’opinion (de regard) ; ~ cür autrement ; d’une autre façon

    Azərbaycanca-fransızca lüğət / ayrı

ayrı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. нареч. ччараз, ччарадаказ, тек, кьилди; // ayrı düşmək къакъатун, ччара хьун, аралу хьун, яргъаз хьун, алакъа амукь тавун; ailədən ayrı düşmək хзандивай къакъатун; ayrı salmaq ччара авун, къакъудун, алакъа атӀуниз себеб хьун; 2. прил. ччара, маса, гъейри, кьилди; ayrı adam ччара кас; ayrı məsələ маса месэла; 3. къушма манада: ччараз.

    Azərbaycanca-ləzgicə lüğəti / ayrı

ayrı sözünün türk dilinə tərcüməsi

"ayrı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ayrı nədir? #ayrı sözünün mənası #ayrı nə deməkdir? #ayrı sözünün izahı #ayrı sözünün yazılışı #ayrı necə yazılır? #ayrı sözünün düzgün yazılışı #ayrı leksik mənası #ayrı sözünün sinonimi #ayrı sözünün yaxın mənalı sözlər #ayrı sözünün əks mənası #ayrı sözünün etimologiyası #ayrı sözünün orfoqrafiyası #ayrı rusca #ayrı inglisça #ayrı fransızca #ayrı sözünün istifadəsi #sözlük