avqust sözü azərbaycan dilində

avqust

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • avqust • 97.8690%
  • Avqust • 2.1280%
  • AVQUST • 0.0029%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
III Avqust
Saksoniyalı III Avqust (pol. August III Sas; 17 oktyabr 1696[…], Drezden – 5 oktyabr 1763[…], Drezden) — 1734–1763-cü illərdə hakimiyyətdə olmuş Reç Pospolita kralı və Saksoniya kürfürstü. II Avqustun ölümündən sonra şlyaxtanın əksəriyyəti Leşşinskini taxt-taca seçdi, lakin zadəganların bir hissəsi təkcə Avstriya və Rusiyanın Leşşinski taxtına buraxılmaması ilə bağlı bəyanatlarına deyil, həm də rus silahlı qüvvələrinə arxalanaraq Avqustu kral elan etdilər. Tam titulu belədir: "Allahın lütfü və xalqın iradəsi ilə Polşa kralı, Litva, Rus, Pruss, Mazov, Jemayt, Kiyev, Volın, Podolsk, Podlyaş, İnflyant, Smolensk, Severski, Çerniqov böyük knyazı, həmçinin irsi hersoq və sakson kürfürstü". == Həyatı və hakimiyyəti == Anası Kristian Bayreuth tərəfindən protestantizm ruhunda böyüdülən yeganə qanuni oğlu və Güclü Augustun varisi olmuşdur. 1712-ci ildə Almaniya, Fransa və İtaliyada etdiyi səyahət zamanı o, gizli şəkildə Boloniyada katolikliyi qəbul etdi, baxmayaraq ki, o, yalnız 1717-ci ildə Saksoniyada özünün tərəfdarı olduğunu açıq şəkildə etiraf etdi. Ehtimal ki, bu qərara onun Polşa tacı və Avstriya şahzadəsi ilə evlənməsi ilə bağlı fikirləri təsir edib. 1733-cü ildə atasının ölümündən sonra XV Lüdovikin Stanislav Leşçinskini yenidən Polşa taxtına yüksəltmək üçün göstərdiyi səylərə baxmayaraq, o, Polşa əyanlarının bir hissəsi tərəfindən kral elan edildi, lakin rəsmi olaraq yalnız Varşavada kral kimi tanındı. 1736-cı ildə Polşa irsi uğrunda müharibə bitdikdən sonra, atası kimi siyasi qabiliyyətlərinə malik olmasa da, o, dəbdəbə və sənətə olan həvəsini ondan miras aldı, ondan nümunə götürərək parlaq bir həyət saxladı və Drezden Qalereyasından və digər məşhur muzeylərdən rəsmlərin alınmasına külli miqdarda pul xərclədi. habelə məhkəmə kapellasının saxlanmasına dair.
Oktavian Avqust
Sezar Avqust (23 sentyabr e.ə. 63, Roma – 19 avqust 14) — Oktavian olaraq tanınan, e.ə. 27 — eramızın 14-cü ilinə qədər hakimiyyətdə olan ilk Roma imperatoru. Roma Prinsipatının (Roma imperiyasının ilk mərhələsi) qurucusu olması onun insanlıq tarixinin ən təsir gücünə malik başçılarından biri kimi mövqeyini daha da möhkəmləndirdi. Avqustun hakimiyyəti Pax Romana adlanan dinclik dövrünün başlanğıcını qoydu. İmperiyanın ərazisini genişləndirmək uğrunda sərhədlərdə davam edən işğallara və 4 fərqli imperator tərəfindən idarə olunması ilə nəticələnən bir illik vətəndaş müharibəsinə baxmayaraq, romalılar iki əsrdən çox genişmiqyaslı münaqişələrdən uzaq qaldı. Əsl adı Qay Oktavi olan Avqust pleybeylərin ekvit qoluna mənsub köklü və varlı bir ailədə dünyaya göz açdı. Anasının dayısı Qay Yuli Sezar e.ə. 44-cü ildə qətlə yetirildi və Sezarın vəsiyyətinə əsasən, Avqust onun oğulluğu və varisi elan olundu; beləcə, Sezarın adı, mal-mülkü və legionları ona miras qaldı. Avqust, Mark Antoni və Markus Lepid Sezarın qatillərini məğlub etmək üçün İkinci Triumvirat qurdular.
Romul Avqust
Romul Avqust (ən tezi 461 və ən geci 463, Ravenna – ən tezi 511) — Sonuncu Qərbi Roma imperatoru. 476-cı ildə qot kralı Odoakr tərəfindən hakimiyətdən salınmışdır.
İmperator Avqust
Sezar Avqust (23 sentyabr e.ə. 63, Roma – 19 avqust 14) — Oktavian olaraq tanınan, e.ə. 27 — eramızın 14-cü ilinə qədər hakimiyyətdə olan ilk Roma imperatoru. Roma Prinsipatının (Roma imperiyasının ilk mərhələsi) qurucusu olması onun insanlıq tarixinin ən təsir gücünə malik başçılarından biri kimi mövqeyini daha da möhkəmləndirdi. Avqustun hakimiyyəti Pax Romana adlanan dinclik dövrünün başlanğıcını qoydu. İmperiyanın ərazisini genişləndirmək uğrunda sərhədlərdə davam edən işğallara və 4 fərqli imperator tərəfindən idarə olunması ilə nəticələnən bir illik vətəndaş müharibəsinə baxmayaraq, romalılar iki əsrdən çox genişmiqyaslı münaqişələrdən uzaq qaldı. Əsl adı Qay Oktavi olan Avqust pleybeylərin ekvit qoluna mənsub köklü və varlı bir ailədə dünyaya göz açdı. Anasının dayısı Qay Yuli Sezar e.ə. 44-cü ildə qətlə yetirildi və Sezarın vəsiyyətinə əsasən, Avqust onun oğulluğu və varisi elan olundu; beləcə, Sezarın adı, mal-mülkü və legionları ona miras qaldı. Avqust, Mark Antoni və Markus Lepid Sezarın qatillərini məğlub etmək üçün İkinci Triumvirat qurdular.
Avqust (ad)
Avqust — kişi adı. Avqust Burnonvil — Danimarka balet artisti, xoreoqraf, pedaqoq. Henrix Avqust Qrisebax — Almaniya botaniki. Oktavian Avqust — Oktavian olaraq tanınan, e.ə. 27 — eramızın 14-cü ilinə qədər hakimiyyətdə olan ilk Roma imperatoru.
Avqust (dəqiqləşdirmə)
Avqust — Qriqori təqviminin 8-ci ayı. 31 gündən ibarətdir.
Avqust
Avqust — Qriqori təqviminin 8-ci ayı. 31 gündən ibarətdir == Tarixi və etimologiyası == Əvvəllər bu ay "seks stili." adlanıb (latın dilindəki lat. Sextilis — "altıncı" sözündən) və 29 gündən ibarət olub. Yuli Sezar Roma təqvimində islahatlar aparan zaman e.ə. 45-ci ildə daha iki günü bu aya əlavə edib və bununla da ona indiki görkəmini verib. Avqust ayı öz adını Roma imperatoru Oktavian Avqustdan alıb. Roma senatı e.ə. 8-ci ildə imperatorun həyatında xüsusilə xoşbəxt dövrü təşkil edən bu aya onun adını verib. Makrobinin sitat gətirdiyi Senatus consultum-a görə Oktavian bir neçə möhtəşəm qələbəsi, o cümlədən Misirin fəth olunması bu aya təsadüf etdiyinə görə onu öz ayı seçib. Bu cür şərəfə bundan əvvəl senat Yuli Sezarı layiq bilib və onun adına uyğun olaraq "kvintili" (latın dilindəki lat.
10 avqust
10 avqust — Qriqorian təqvimində ilin 222-ci günü. (uzun ildə 223-cü) Bu tarixdə ilin sonuna 143 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1821 — Missuri ABŞ-nin 24-cü ştatı olub. === 1901–cari === 1910 — Antanta Dövlətləri və Osmanlı imperiyası arasında Sevr müqaviləsi imzalanmışdır. === Azərbaycana aid hadisələr === 1990 — Gəncədən 20 km uzaqlıqda Tbilisi-Ağdam marşrut avtobusu partladılmışdır. 2012 — Londonda keçən 2012 Yay Olimpiya Oyunlarında boksçular Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov bürünc medal qazanıb.
11 avqust
11 avqust — Qriqorian təqvimində ilin 223-cü günü. (uzun ildə 224-cü) Bu tarixdə ilin sonuna 142 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1473 — Ağqoyunlular və Osmanlı imperiyası arasında Otluqbeli döyüşü baş vermişdir. === 1601–1900 === === 1901–cari === 1920 — RSFSR və Latviya arasında Riqa sülh müqaviləsi imzalanmışdır. 1932 — Belarusda Belovejskaya Puşça Milli Parkı yaranmışdır. 1960 — Çad Fransadan müstəqilliyini elan edib. 2012 — İranın Şərqi Azərbaycan ostanında zəlzələlər baş vermişdir. === Azərbaycana aid hadisələr === 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında cüdoçu Elnur Məmmədli qızıl medal qazanıb. 2012 — Londonda keçən 2012 Yay Olimpiya Oyunlarında güləşçilər Şərif Şərifov və Toğrul Əsgərov qızıl medal qazanıb.
15 avqust
15 avqust — Qriqorian təqvimində ilin 227-ci günü. (uzun ildə 228-ci) Bu tarixdə ilin sonuna 138 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1960 — Konqo Respublikası (Brazzavil) Fransadan müstəqilliyini qazanıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan manatı dövriyyəyə buraxılmışdır. 1994 — Azərbaycan və Sinqapur arasında diplomatik əlaqələr qurulmuşdur. 2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında güləşçi Sabah Şəriəti bürünc medal qazanıb.
16 avqust
16 avqust — Qriqorian təqvimində ilin 228-ci günü. (uzun ildə 229-cu) Bu tarixdə ilin sonuna 137 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 avqust tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1960 — Kipr Böyük Britaniyadan müstəqilliyini qazanıb. === Azərbaycana aid hadisələr === 2008 — Pekində keçən 2008 Yay Olimpiya Oyunlarında güləşçi Mariya Stadnik bürünc medal qazanıb. 2010 — Azərbaycan və Türkiyə arasında Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişi imzalanmışdır. 2016 — Rio-de-Janeyroda keçən 2016 Yay Olimpiya Oyunlarında kanoeçi İnna Osipenko-Radomska və güləşçi Rəsul Çunayev bürünc medal qazanıb.
Avqust (titul)
Avqust (lat. augustus – müqəddəs, böyük) Roma imperatorlarının titul adıdır. Qadın üçün Avqusta qəbul eilir. İlk dəfə olaraq e.ə. 27-ci ildə Oktaviana senat tərəfindən təltif edilərək imperator titulu kimi qəbul eilmişdir. Sezar (titul)dan fərqli olaraq onun hakimiyyətinə məhddudiyyət qoyulmur.
Avqust Ames
Mersedes Qrabovski (ing. Mercedes Grabowski; 23 avqust 1994, Antiqoniş[d], Yeni Şotlandiya – 5 dekabr 2017, Kamarilo[d], Kaliforniya) — kanadalı pornoaktrisa. == Həyatı == Mersedes Qrabovski 23 avqust 1994-cü ildə Yeni Şotlandiyanın Antiqoniş şəhərində dünyaya gəldi və Ontarionun Petavava ərazisində böyüdü. 2013-cü ilin noyabr ayında pornoqrafiya film sənayesinə başladı. 2016-cı ildə Kevin Muri ilə evləndi. 5 dekabr 2017-ci ildə Kaliforniya ştatının Kamarillo şəhərindəki evində özünü asaraq intihar edib.
Avqust Bebel
Avqust Bebel (alm. August Bebel‎; 22 fevral 1840[…] – 13 avqust 1913[…]) — Alman Sosial-Demokratlarının və İkinci İnternasyonalin qurucu və öndərlərindən biri. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Avqust Bebel ilə əlaqəli mediafayllar var. Биографии: [1], [2], [3] Arxivləşdirilib 2011-10-17 at the Wayback Machine, [4] Бебель А. Женщина и социализм Сталин И. В. Август Бебель, вождь германских рабочих Гемков Г. Август Бебель.
Avqust Burnonvil
Avqust Burnonvil (fr. August Bournonville; 21 avqust 1805[…], Kopenhagen – 30 noyabr 1879[…], Kopenhagen) — Danimarka balet artisti, xoreoqraf, pedaqoq. == Həyatı == Danimarkada atası Antuan Burnonvildən və V. Qaleottidən, sonra Parisdə (1820 və 1824–26), o cümlədən O. Vestrisdən dərs almışdır. Paris operasında (M. Talyoninin partnyoru) çıxış etmişdir. 1829-cu ildə Kopenhagenə qayıtmış, rəqqas (1848-ci ilə qədər; "Pol və Virciniya" və s.) və baletmeyster (1877-ci ilədək) kimi fəaliyyət göstərmişdir; 1855–56-cı illərdə Vyanada çıxış etmiş, 1861–64-cü illərdə Stokholmda, Danimarka kral sarayı nəzdində rəqs dərsləri vermişdir. == Fəaliyyəti == 53 balet tamaşaya qoymuşdur; onlardan bəziləri saxlanılmış və dünya repertuarına daxil edilmişdir. Ən məşhurları H. Lövenşellin "Silfida" (1836), H.S. Paulli, E. Helsted, N.V. Qade və X. Lümbünün "Neapol, yaxud Balıqçı və onun nişanlısı" (1842), Paullinin "Konservatoriya, yaxud Qəzetdə evlənmə elanı" (1849) və "Brüggedə yarmarka, yaxud Üç bəxşiş" (1852), Qade və Y.P.E. Hartmanın "Xalq rəvayəti" (1854), Helsted və Paullinin "Cendzanoda gül festivalı" (1858) baletləridir. 1874-cü ildə Rusiyaya səfər etmiş Burnonvilin sonuncu işi K.X. Mollerin "Sibirdən Moskvaya" (1876) baletidir. Romantik baletin görkəmli nümayəndəsi olan Burnonvil müxtəlif janrlarda baletlər yaratmışdır: lirik dramlar, komediyalar, pantomim baletlər, vodevil-baletlər və s. Klassik və səciyyəvi rəqsləri birləşdirərək, Danimarka xalq eposundan istifadə etmiş, müxtəlif xalqların folklorundan bəhrələnmişdir.
Avqust Horx
Avqust Horx (alm. August Horch‎; 12 oktyabr 1868 – 3 fevral 1951) – alman mühəndisi və avtomobil istehsalının pioneridir, bu gün "Audi" kimi tanıdığımız nəhəng istehsal müəssisəsinin yaradıcısıdır. == Həyatı == Avqust Horx 12 oktyabr 1868-ci ildə Almaniyada Vinningen şəhərində doğulub. Həmin gün dünya tarixinə təkcə Almaniyanın deyil, dünyanın avtomobil istehsalı sənayesinin patriarxının doğum günü kimi daxil olub. Avqust Horx Mitvaydda təhsil alıb. 1896-cı ildə 28 yaşında ikən Manhaymda Karl Benzin müəssisəsində işləməyə başlayıb. Söhbət 1885-ci ildə dünyada ilk avtomobili ixtira etmiş Karl Benzdən gedir. Onun şirkətində cəmi üç il işlədikdən sonra 1899-cu ilin noyabrında Horx Almaniyanın Köln şəhərinin Erenfeld qəsəbəsində "A.Horch & Cie" müəssisəsini təsis etdi. Avqust Horx sahibkar kimi təcrübəsinin çatışmadığını hiss edirdi, amma bu çatışmazlığı mühəndis-texniki işlər sahəsində və o dövrün istehsalat məsələlərində dərin bilikləri ilə tamamlayırdı. 1901-ci ildə Horx özünün ilk dördsilindrli avtomobilinin prototipini yaratdı və 1903-cü ildə seriya ilə istehsala buraxdı.
Avqust Strindberq
Yuhan Avqust Strindberq (isv. Johan August Strindberg d. 1849 – ö. 1912) — isveç yazıçısı, dramaturqu, rəngkar, müasir isveç ədəbiyyatının və teatrının banisi. Onun yaradıcılığı bir neçə roman, hekayə, dram və çoxlu sayda şeir və məktublardan ibarətdir. Bunlar İsveç ədəbiyyatının klassikası hesab edilir. O, dünyada ən çox dramaturq kimi tanınır. Strindberq həmçinin isveç dilinin novatoru hesab edilir. == Bioqrafiya == Strindberq 1849-cu ildə Stokholm şəhərində doğulub. Atasının birinci ailəsinin 8 uşağından 3-cüsü olub.
Avqust Yoxmus
Avqust Cakomo Yoxmus (alm. August Giacomo Jochmus‎;27 fevral 1808, Hamburq – 14 sentyabr 1881, Bamberq, Bavariya) — Almaniya hərbi və siyasi xadimi. Avstriya imperiyası leytenant feldmarşalı və Almaniya ittifaqının naziri. O, həyatını yunan, ingilis, ispan və osmanlı dövlətlərinə hərbi xidmətdə keçirib, 1849-cu ildə Almaniya ittifaqının Frankfurt Parlamentində qısa müddət xarici işlər naziri və Hərbi Dəniz Qüvvələri naziri olub və Avstriya leytenantı feldmarşalı kimi karyerasını başa vurub. == Həyatı == Avqust Yoxmus XIX əsrdə müxtəlif xarici ölkələrin ordusunda xidmət edən və karyerasının sonunda Avstriya ordusunda general rütbəsinə yüksələn, lakin praktiki olaraq artıq orada xidmət etməyən bir qəribə hərbçi taleyinə malikdir. Əvvəlcə o, ticarətlə məşğul olub, daha sonra Parisdə hərbi elmə yiyələnib. 1827-ci ildə, 19 yaşında Yunanıstana getmiş və burada general Riçard Kurçun adyutantı kimi yunanların Osmanlı imperiyasına qarşı üsyanında iştirak edib. O, 20 yaşında kapitan olub, sonra Yunanıstan Müharibə Nazirliyində baş qərargah zabiti vəzifəsində çalışıb. Milli Partiyanın daimi intriqalarından qəzəblənən Yoxmus 1835-ci ildə İngiltərəyə yola düşür. Oradan o, ingilis-ispan Xarici Legionu ilə birlikdə İspaniyaya gedir.
Avqust bloku
Avqust bloku (rus. Августовский блок) — Rusiya SDFP-nin Praqa şəhərində keçirilən VI konfransından sonra özünü Kommunist Partiyasına qarşı qoyan antipartiya qrup və cərəyanlarının (trotskiçi, təsviyəçi və bundçuların) ittifaqı. 1912-ci ilin avqustunda Vyanada Lev Trotskinin təşəbbüsü ilə təşkil edilmişdi. Orqanı "Lüç" qəzeti idi. Trotski ittifaqın fəaliyyətini bolşeviklərlə menşevikləri "birləşdirmək" və "barışdırmaq" olduğunu bildirmiş, lakin Vladimir Lenin hakimiyyətinə görə, o, protelariatın gizli inqilabi partiyasını ləğv etməyə çalışan menşevik-təsviyəçiləri müdafiə edirdi. Lenin əvvəllər bildirmişdir ki, Trotski açıq təsviyəçilərdən daha "alçaq və zərərlidir", çünki o, "fəhlələri aldadaraq, özünü elə göstərir ki, fraksiyalara qoşulmuş, həqiqətdə isə menşevik-təsviyəçiləri müdafiə edir". Ona görə, "Avqust bloku"nun əsas məqsədi fəhlələri inqilabdan uzaqlaşdırmaq, bolşevik partiyası və onun leninçi mərkəzi komitəsinə qarşı mübarizə aparmaqdan ibarət idi. Azərbaycan Sovet Ensiklopediyasında bildirilir ki, inqilabi fəhlə hərəkatının daha da yüksəlməsi, partiyanın möhkəmləndirilməsi sahəsində aparılan gərgin iş, trotskiçilərin prinsipsizliyinin bolşeviklər tərəfindən ifşa olunması "Avqust bloku"nun süqutunu sürətləndirirdi. Blok 1913–1914-cü ildə dağıdılmışdır. == Əlavə ədəbiyyat == Kitablar Avqust bloku // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.).
Avqust inqilabı
Vyetnamda 1945-ci il Avqust inqilabı (vyet. Cách mạng Tháng Tám) — İkinci Dünya müharibəsinin sonunda Vyetnamda qısa müddət ərzində mövcud olmuş, yaponpərəst kukla rejimi olan Vyetnam imperiyasını devirən milli azadlıq inqilabı. Avqust inqilabı Vyetnam xalqının XIX əsrin ikinci yarısında ölkəni zəbt etmiş Fransa müstəmləkəçilərinə və 1940-cı ildə Vyetnamı özünə tabe etmiş yapon işğalçılarına qarşı apardığı mübarizənin nəticəsi idi. == Zəmin == XIX əsrin ikinci yarısında Vyetnam Fransanın müstəmləkəsi olmuş, 1887-ci ildə yaradılmış Fransa Hind-Çin İttifaqının bir hissəsinə çevrilmişdir. Fransanın süqutundan qısa müddət sonra Hind-Çin müstəmləkə administrasiyası Yaponiyaya güzəştə getməyə məcbur olmuşdur. Fransa Hind-Çini Yaponiyanın iqtisadi və hərbi nəzarəti altına alınmışdı. Vyetnam ərazisinə imperiyanın hərbi birləşmələri daxil edilmiş və ölkədə faktiki olaraq Yaponiya ilə Vişi rejiminin birgə protektoratı qurulmuşdur. Buna baxmayaraq, rəsmi olaraq ölkədəki bütün hakimiyyət general-qubernator Dekunun başçılıq etdiyi Vişi administrasiyasının əlində qalmışdır. 1941-ci ilin mayında Ho Şi Minin başçılıq etdiyi Hind-Çin Kommunist Partiyasının VIII Plenumu keçirilmişdir. Burada "Vyetnam Müstəqillik Liqası" olan Vyetminin yaradılması haqqında rəsmi qərar qəbul edilmişdir.
Avqust müharibəsi
Rusiya–Gürcüstan müharibəsi — 2008-ci ilin avqust ayında Gürcüstan, Rusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında baş vermiş müharibə. Bu müharibə iki keçmiş Sovet dövləti olan Rusiya və Gürcüstan arasında münasibətlərin ən pis həddə çatdığı 2008-ci ilin avqust ayında başlamışdır. Döyüşlər strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda baş tutmuşdur. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır. Gürcüstan Respublikası Sovet İttifaqının dağılmağa başladığı 1991-ci ilin əvvəllərində öz müstəqilliyini elan etmişdir. Bu fonda Gürcüstanla faktiki olaraq Rusiya tərəfindən nəzarət olunan keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin separatçıları arasında ilk müharibə baş verdi. Müharibənin ardınca bölgədə gürcü, rus və osetin qoşunlarından ibarət birgə sülhməramlı qüvvə yerləşdirildi. Eyni zamanda, oxşar hərbi toqquşmalar ölkənin Abxaziya regionunda da baş verdi. Burada yerli abxaz separatçılarla gürcülər arasında 1992-1993-cü illəri əhatə edən müharibə başladı. 2000-ci ildə Rusiyada Vladimir Putinin prezident seçilməsi və 2003-cü ildə Gürcüstanda baş vermiş qərbyönümlü Qızılgül inqilabı nəticəsində Rusiya və Gürcüstan arasındakı münasibətlər pisləşməyə başladı və 2008-ci ilin aprelindən etibarən tam şəkildə diplomatik böhrana çevrildi.
Avqust qiyamı
Avqust qiyamı bu mənalara gələ bilər:
Avqust İffland
Avqust Vilhelm İffland (alm. August Wilhelm Iffland‎; 19 aprel 1759[…], Hannover – 22 sentyabr 1814[…], Berlin) — dövrünün ən böyük alman aktyoru, dramaturqu, rejissoru. İffland üzüyünün ilk sahibi. == Haqqında == Pastorun oğlu, atasının istəyi ilə dini təhsil aldı, lakin aktyorluq karyerasına üstünlük verdi. 1777-ci ildə Konrad Ekhofun rəhbərliyi altında teatrda aktyor kimi işə götürərək Qotaya köçdü. Ekhofun ölümündən sonra 1779-cu ildə Mannheim Teatrının dəvətini qəbul edir və burada məşhur aktyor olur və daha sonra qastrol səfərlərində Almaniya şəhərlərinə getməyə başlayır. 1792-ci ildə teatrın baş rejissoru oldu. 1796-cı ildə Hötenin dəvəti ilə Berlinə səfər etdi, 1798-ci ildə Berlin Kral Milli Teatrının direktoru, 1811-ci ildən isə bütün teatr saray tamaşalarının baş rejissoru oldu. O, ən məşhurları "Die Jäger", "Dienstpflicht", "Die Advokaten", "Die Mundel" və "Die Hagstolzen" pyesləri, həmçinin "Almanach für Theater" və "Theaterfreunde" jurnallarında tənqidi məqalələr yazıb. 1798-1802-ci illərdə onun tərcümeyi-halı da daxil olmaqla 16 cildlik "Dramatişen Werke" adlı yazılar toplusu nəşr olundu.
Avqust Şleyxer
Avqust Şleyxer (alm. August Schleicher‎; 19 fevral 1821 — 6 dekabr 1868) — Almaniya dilçisi. == Həyatı == == Yaradıcılığı == A.Şleyxer (1821-1868) "Hind-Avropa dillərinin müqayisəli qrammatikası kompendiumu" (1861-1862) əsəri ilə müqayisəli-tarixi metodun böyük bir dövrünə yekun vuraraq "ulu dil" nəzəriyyəsini yaratmışdır. Lakin A.Şleyxerə qədər də bu barədə müəyyən fikirlər söylənmişdi: "...XVIII əsrin sonunda Vilyam Cons sanskrit, yunan, latın, qot, kelt və qədim fars dillərinin artıq mövcud olmayan bir mənbədən törəməsi fikrini irəli sürmüşdü. F.Bopp əvvəllər Hind-Avropa dillərinin sanskritdən, yaxud onunla ümumi olan bir "atadan" törəməsi fikrini deyirdisə, sonralar bu dillər arasında yalnız "qardaşlıq münasibətləri" olmasından danışırdı. F.Şlegel sanskrit dilinin ilkin olması, bütün Hind-Avropa dillərinin ondan törəməsi ideyasını irəli sürürdü". A.Şleyxer bunlardan fərqli olaraq, Hind-Avropa dillərinin ilk təsnifini vermiş, dillərin şəcərəsi nəzəriyyəsini yaratmış, qohum dillərin bir "ulu dil"dən – kök dildən əmələ gəldiyini və sonrakı dillərin həmin ulu dilin nəsilləri, budaqları olduğunu göstərmiş, fikirlərini "Şleyxer ağacı" deyilən bir ağac şəklində təsvir etmişdir. Onun fikrincə, ulu dilin xüsusiyyətləri (müəllif "ulu dil" dedikdə Hind-Avropa protodilini nəzərdə tutur) slavyan-german dillərində daha az mühafizə olunmuşdur, deməli, slavyan-german dilləri ulu dildən daha qədim dövrlərdə ayrılmışdır; yunan-itali-kelt qrupu bir müddət ulu dil daxilində dialekt kimi yaşamış, nisbətən sonralar ayrılmışdır. A.Şleyxerin fikrincə, ulu dil sanskrit dilinin ideal quruluşuna malik olmalı idi, eyni zamanda dil inkişafının ən yüksək zirvəsini təşkil etməli və flektiv formanın zirvəsinə çatmalı idi. Bu cəhətdən N.Y.Marrın fikri daha əsaslı görünür.
Avqust Taylor
Avqust Taylor (28 may 1991, Corciya) — amerikalı pornoaktrisa, model və camgirl. == Həyatı == Avqust Taylor, ABŞ-nin Corciya ştatında aktyorlar Piter Edvard Taskiotti və Karen Novasiçin nikahının qızı, əsl adı Mişel Novasiç olan Avqust Taylor, çex, italyan və filippin əsilli ailədə anadan olub. Lauderdale, Florida da böyüyüb. 22 yaşında 2014-cü ilə qədər ictimaiyyətə açıqlanmayan ilk filmini lentə aldığı 2013-cü ilə qədər onun tərcümeyi-halından daha bir neçə məlumat məlumdur. Pornoqrafik aktrisa kimi, Evil Angel, Jules Jordan Video, Digital Sin, Elegant Angel, Pure Play Media, Bangbros, Wicked Pictures, Girlfriends Films, Devil's Film, Penthouse, Naughty America, Brazzers, Kink.com o New Sensations kimi aparıcı studiyalarda işləyib. Onu aktrisalar Ava Devine və Sybil Stallone ilə müqayisə edən oxşar xüsusiyyətləri ilə Brazzers üçün ilk anal seks səhnəsi 2015-ci ildə Ramón Nomar ilə lentə alınıb. İki il sonra aktrisa Criss Strokes saytında yerləşdirilən ilk ikiqat nüfuzunu qeyd edib. 2018-ci ildə ilin MILF artisti üçün Urban X Mükafatlarına namizəd olub. O, aktrisa kimi 130-dan çox filmdə rol alıb.
Henrix Avqust Qrisebax
Henrix Avqust Qrisebax (alm. Heinrich August Rudolf Grisebach‎; 17 aprel 1814[…], Hannover – 9 may 1879, Göttingen) — Almaniya botaniki. == Şərəfinə adlandırılmış takson == Grisebachianthus R.M.King & H.Rob. == Əsərləri == alm. Grisebach A. Über den Einfluß des Klimas auf die Begrenzung der natürlichen Floren // Linnaea. 1838. Bd 12. S. 159–200‎ lat. Grisebach A. Genera et Species Gentianearum observationibus quibusdam phytogeographicis. Stuttgart–Tübingen: J. G. Cotta, 1839 lat.
Henrix Avqust Qrisebax.
Henrix Avqust Qrisebax (alm. Heinrich August Rudolf Grisebach‎; 17 aprel 1814[…], Hannover – 9 may 1879, Göttingen) — Almaniya botaniki. == Şərəfinə adlandırılmış takson == Grisebachianthus R.M.King & H.Rob. == Əsərləri == alm. Grisebach A. Über den Einfluß des Klimas auf die Begrenzung der natürlichen Floren // Linnaea. 1838. Bd 12. S. 159–200‎ lat. Grisebach A. Genera et Species Gentianearum observationibus quibusdam phytogeographicis. Stuttgart–Tübingen: J. G. Cotta, 1839 lat.
II Filip Avqust
II Filip Avqust (fr. Philippe Auguste, 21 avqust 1165, Paris – 14 iyul 1223) — Bozonidlər sülaləsindən Fransa imperatoru. == Həyatı == İlk dəfə olaraq özünü "Frankların hökmdarı" yox, məhz "Fransa kralı" olaraq adlandırmışdır. II Filip Avqust Üçüncü Səlib yürüşünün iştirakçısı olmuşdu. 1190-cı ildə isə Fransa kralı II Filipp Avqust və İngiltərə kralı I (Şir ürəkli) Riçard yola çıxdı. İki kral birlikdə Akkanı 1191-ci ildə ələ keçirdi. Lakin burada baş verən mübahisəyə görə, II Filipp Fələstini tərk edərək Fransaya qayıtdı. Akkada, bəzi məlumatlara görə sayları 900-3000 arasında dəyişən müsəlman əsirini öldürən Riçard nə qədər çalışsa da, Qüdsü ələ keçirə bilmədi və 9 oktyabr 1192-ci ildə Fələstini tərk etdi. Beləliklə Üçüncü səlib yürüşü də nəticəsiz bitmişdi. Filipp II Avqustun hakimiyyəti illərində Paris şəhərinin müdahiəsi möhkəmləndirilmiş: 1190-cı ildə sağ sahil, 1210-cu ildə sol sahil boyu qala divarları, şəhərin qərb hissəsidə isə Luvr qəsri tikilmişdir.
Karl Avqust Möbius
Karl Avqust Möbius (alm. Karl August Möbius‎; 7 fevral 1825[…] – 26 aprel 1908[…], Berlin) – Almaniya hidrobioloqu. İlk dəfə elmə biosenoz terminini elmə daxil etmişdir.
Marselo Avqusto Matias da Silva
Marselo Avqusto Matias da Silva (26 Avqust 1991 – 28 Noyabr 2016) — Sadəcə Marselo kimi də tanınan, Şapekoense klubunda çıxış etmiş Braziliya futbolçusudur. O, klubda müdafiənin mərkəzi cinahında oynayırdı. Marselo həmçinin Flamenqo və Volta Redondo klublarında da çıxış etmişdir. Marselo LaMia Hava Yolları reys 2933-ün 28 noyabr 2016-cı ildə qəzaya uğraması nəticəsində həlak olanlardan biri olmuşdur. == Ölümü == 28 noyabr 2016-cı ildə Marselo Avqusto Matias da Silva Şapekoense klubunun xidməti heyəti ilə birlikdə LaMia Hava Yolları reys 2933 ilə uçarkən təyyarənin Kolumbiyanın La Yunion şəhərinin Serro-Qordo kəndində qəzaya uğraması nəticəsində həlak olmuşdur. == Karyerası == === Karyera statistikası === (1 noyabr 2016-cı il məlumatlarına əsasən) Mənbə məlumatlarını əldə edə bilərsiniz: Flamenqonun rəsmi səhifəsi və Flaestatistikadan.
Müqəddəs Avqustin
Avqustín Avrélius (lat. Aurelius Augustinus Hipponensis; 13 noyabr 354 – 28 avqust 430) — qərb Xristianlığının ən böyük ilahiyyatçılarından və filosoflarından biri, Xristian kilsəsinin müqəddəs atası, 395-ci ildən Hippon şəhərinin yepiskopu. Onun təlimi bir neçə yüzillik ərzində Qərb xristian kilsəsinin ideologiyasının əsasını təşkil etmişdir. == Həyatı == Avqustin Şimali Afrikanın Taqasta şəhərində anadan olmuşdu. Onun atası bütpərəst, anası isə xristian olmuşdu. O öz təhsilini Taqastada almışdı, sonra Kartacanın (Karfagenin) ritorika məktəbində davam etdirmişdi. On doqquz yaşında Avqustin mani dinini qəbul etmişdi. Maniliyin dualist təliminin əlamətləri, Avqustinin əqidəsində və əsərlərində, Xristianlığı qəbul edəndən sonra da özünü göstərirdi. 383-cü ildə Avqustin Romaya gəlib, orada ritorika məktəbini təsis etmişdi. Daha sonra o Mediolan şəhərinə köçmüş və orada yepiskop Ambrosiusla tanış olmuşdur.
Nikolaus Avqust Bernadot
Nikolaus Avqust 1831-ci il 24 avqustda 3 qardaşın ən kiçiyi olaraq Stokholmda dünyaya göz açdı. 1849–1853-cü illər arsında Uppsala Universitetində təhsil aldı. 1851-ci ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü oldu. 16 aprel 1864 tarixində alman əsilzadəsi Tereza Sakse-Altenburqla Altenburqda evlənən Avqust ömrü boyu övlad sahibi olmadı. Zehni olaraq problemləri olduğu və qatarlara olan marağına görə ona "qatardan da axmaq" deyirdilər. Avqust ayında 41 yaşında pnevmoniyadan öldü.
Oktavian Avqustun prinsipatı
Prinsipat -(prinseps -"birinci") - yeni ərazi monarxiyası ilə ənənəvi respublika sistemi arasında kompromis. E.ə 30-cu illərdən sonra Oktavianın vəziyyəti çətin olaraq qalırdı. Onun qarşısında bir neçə məsələ dururdu: Roma cəmiyyətinin sabitləşdirilməsi, ənənələrə və əski polis-respublika quruluşuna söykənərək onun yeni şəraitə uyğunlaşdırılması. Yeni sistem - prinsipat adını aldı (prinseps -"birinci") Prinsipat təzə ərazi monarxiya ilə ənənəvi respublika sistemi arasında kompromis oldu. Oktavianın birinci vəzifəsi öz hakimiyyətini möhkəmlətmək idi. E.ə 30 -29 illərdə o Şərqdə idi, sonra Romaya qayıtdı. Onun bütün hərəkətləri vətəndaş sülhünü simvolizə edirdi. O Misir üzərində qələbəsini triumf ilə qeyd etdi, Yanus məbədini bağladı və möhtəşəm tamaşalar və çörək paylanmaları keçirdi. Oktavianın şərəfinə qurbangahlar quruldu və dualar edildi. E.ə 13 yanvar 27 ildə Oktavian, imperator hakimiyyətinin hüquqi bazası olan, islahat keçirir.
Stanislav Avqust Panyatovski
Stanislav II Avqust Ponyatovski (pol. Stanisław August Poniatowski; 17 yanvar 1732[…], Volçin[d], Reç Pospolita – 12 fevral 1798[…], Sankt-Peterburq, Sankt-Peterburq quberniyası[d], Rusiya imperiyası) — 1764-1795-ci illərdə hakimiyyətdə olmuş sonuncu Reç Pospolita kralı və Böyük Litva knyazı. Tam titulu belədir: “Allahın lütfü və xalqın iradəsi ilə Polşa kralı, Litva, Rus, Pruss, Mazov, Jemayt, Kiyev, Volın, Podolsk, Podlyaş, İnflyant, Smolensk, Severski, Çerniqov və s. böyük knyazı". == Hakimiyyəti == Kral III Avqustun ölümündən sonra o, Çartoryski partiyası tərəfindən Reç Pospolita taxtına namizəd kimi irəli sürülüb. 1764-cü ildə zadəganların kiçik iştirakı və II Yekaterinanın həlledici dəstəyi ilə o, kral seçildi. Hakimiyyətinin ilk illərində Stanislav Avqust Ponyatovski xəzinədə, pul zərbində, orduda, yeni silah növlərini tətbiq etməklə və süvariləri piyadalarla əvəz etməklə, dövlət mükafatı və qanunvericilik sistemlərində dəyişikliklərə başladı. O, Seymin istənilən üzvünə istənilən qərara qadağa qoymağa imkan verən liberum vetonunu ləğv etməyə çalışırdı. Stanislav Ponyatovski,Stanislav Leşşinskinin kədərli təcrübəsini bilərək, "əcdadı Boleslavın günahına görə" əfsanəvi sehri zərərsizləşdirməyə çalışdı. 1764-cü ildə Krakovda deyil, Varşavada pozulmuş tacqoyma ənənəsinin əvəzini çıxmaq üçün yeni seçilmiş kral 1765-ci ildə Müqəddəs Stanislav ordenini təsis etməklə Polşanın himayədarı olan Müqəddəs Stanislavdan bağışlanma diləməyə qərar verdi.
Tənha (Avqust Strindberq)
Tənha — Avqust Strindberqin romanı. == Məzmun == “Tənha” romanı Strindberqin mənəvi axtarışlarının nəticəsidir. Yazıçının özü bu əsəri avtobioqrafik romanları sırasına aid edir. Əsərdə müəllifin həyatının bir dövrü, özü də onun həyatında tez-tez rast gəlinməyən harmonik bir dövrü əks olunub. Yazıçı elə bir reallıq və adamların dövrəsindədir ki, ruhi-mənəvi böhrandan xilas olur, onu zəncirləyən problemlərdən uzaqda dayana bilir. Tənhalıq burada adamlardan zahiri təcrid kimi anlaşılmır, əksinə, varlığın mənası ilə bağlı axtarışların tarıma çəkdiyi şüurun dərin qatlarına başvurmanı ehtiva edir. “Tənha” romanı Hamsunun “Aclıq” və “Misteriyalar”, Hessenin “Yalquzaq” kimi romanları ilə bir sırada dayanır, Avropa nəsrinin bu mənada şedevrlərindən hesab edilir. == Tərcümə və nəşr == Roman ATV Kitab layihəsi çərçivəsində Rəbiqə Nazimqızı tərəfindən rus dilindən azərbaycan dilinə tərcümə olunmuş və 2015-ci ildə Parlaq İmzalar nəşriyyatı tərəfindən Bakıda nəşr olunmuşdur. Əsər Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə nəşrə hazırlanmışdır.
Vyetnamda 1945-ci il Avqust inqilabı
Vyetnamda 1945-ci il Avqust inqilabı (vyet. Cách mạng Tháng Tám) — İkinci Dünya müharibəsinin sonunda Vyetnamda qısa müddət ərzində mövcud olmuş, yaponpərəst kukla rejimi olan Vyetnam imperiyasını devirən milli azadlıq inqilabı. Avqust inqilabı Vyetnam xalqının XIX əsrin ikinci yarısında ölkəni zəbt etmiş Fransa müstəmləkəçilərinə və 1940-cı ildə Vyetnamı özünə tabe etmiş yapon işğalçılarına qarşı apardığı mübarizənin nəticəsi idi. == Zəmin == XIX əsrin ikinci yarısında Vyetnam Fransanın müstəmləkəsi olmuş, 1887-ci ildə yaradılmış Fransa Hind-Çin İttifaqının bir hissəsinə çevrilmişdir. Fransanın süqutundan qısa müddət sonra Hind-Çin müstəmləkə administrasiyası Yaponiyaya güzəştə getməyə məcbur olmuşdur. Fransa Hind-Çini Yaponiyanın iqtisadi və hərbi nəzarəti altına alınmışdı. Vyetnam ərazisinə imperiyanın hərbi birləşmələri daxil edilmiş və ölkədə faktiki olaraq Yaponiya ilə Vişi rejiminin birgə protektoratı qurulmuşdur. Buna baxmayaraq, rəsmi olaraq ölkədəki bütün hakimiyyət general-qubernator Dekunun başçılıq etdiyi Vişi administrasiyasının əlində qalmışdır. 1941-ci ilin mayında Ho Şi Minin başçılıq etdiyi Hind-Çin Kommunist Partiyasının VIII Plenumu keçirilmişdir. Burada "Vyetnam Müstəqillik Liqası" olan Vyetminin yaradılması haqqında rəsmi qərar qəbul edilmişdir.
Vüsal Məmmədov (əsgər, avqust 1998)
Moskvalı Avqustin
Arxiyepiskop Avqustin, əsl adı ilə dünyada Aleksey Vasilyeviç Vinoqradski (rus. Алексе́й Васи́льевич Виногра́дский; 6 (17) mart 1766, Moskva – 3 (15) mart 1819) — Rus Pravoslav Kilsəsinin yepiskopu, 19 fevral (3 mart) 1818-ci ildən Moskva və Kolomna arxiyepiskopu. == Həyatı == Aleksey Vasilyeviç Vinoqradski 6 (17) mart 1766-cı ildə Moskvada anadan olmuşdur. Onun atası Vasili Mixaylov İlyinka küçəsində yerləşən Solunlu Dmitri kilsəsinin keşişi və ikona rəssamı olmuşdur. Təhsilinə Perervinskaya İlahiyyat Seminariyasında başlamış və Slavyan-Yunan-Latın Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Məktəbi bitirdikdən sonra seminariyada müəllim olmuş və 1788-ci ildə Troitse-Sergi lavrasının seminariyasına ritorika müəllimi təyin edilmişdir. O, 1792-ci ildə seminariyada prefekt və fəlsəfə müəllimi olmuşdur. O, 1794-cü ildə saç kəsdirmə mərasimindən keçmiş və Avqustin adını almışdır. 1795-ci ildə Troitse Seminariyasında rektor və ilahiyyat müəllimi olmuşdur. 30 aprel 1797-ci ildə imperator I Pavel tacqoyma mərasimindən sonra Troitse-Sergi lavrasını ziyarət etmişdir.
Müqəddəs Avqustin nizamnaməsi
Müqəddəs Avqustin nizamnaməsi (lat. Regula Sancti Augustini) — ən çox istifadə edilən katolik monastır nizamnamələrindən biri. Avqustin Avreli tərəfindən təqribən 400-cü ildə, həvarilərin həyatının modeli əsasında tərtib edilmişdir. Bu, qərb kilsəsindəki ən qədim monastır nizamnaməsidir. == Tarixi == Avqustin Avrelinin monastır nizamnaməsi Qərbi Avropada ilk monastır nizamnamələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Bunlardan biri də Müqəddəs Benedikt nizamnaməsi olmuşdur. Avqustin nizamnaməsi artıq XI əsrin ortalarında geniş yayılmış, sonradan "Avqustinlər" adını almış müntəzəm kanonlar hərəkatı tərəfindən qəbul edilmişdir. Avqustin monastır nizamnaməsi monastır icmasının həyatı üçün ən ümumi və əsas normaları müəyyən edir, icma üzvlərini ilk növbədə daxili mənəvi kamilliyə yönəldir. Monastır qardaşlarının dünyanı məcburi tərk etmələrini əmr edən Benedikt nizamnaməsindən fərqli olaraq, Avqustin nizamnaməsi ağır askentizmi monastırdan kənarda müntəzəm keşiş fəaliyyətlə birləşdirməyə imkan verir. Bu, XII–XIII əsrlərin Avropa cəmiyyəti tərəfindən tələb olunurdu.
VASXNİL-in avqust sessiyası (1948)
VASXNİL-in 1948-ci il avqust sessiyası (rus. Августовская сессия ВАСХНИЛ 1948 года) — 31 iyul–7 avqust 1948-ci il tarixlərində Moskvada, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin təsdiqi ilə Trufim Lısenko və onun tərəfdarları tərəfindən təşkil edilən Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (VASXNİL) geniş iclası. "Miçurin aqrobiologiyası" ilə klassik genetika arasında qarşıdurmada əsas hadisə hesab edilir. Sessiyada qəbul edilən qərar SSRİ-də biologiya elmlərinin normal inkişafı üçün mənfi nəticələr vermişdir. Klassik genetika diskreditasiya edilmiş, bu tədqiqatlarla məşğul olan alimlər təhsil və elm müəssisələrindən qovulmuş və ya başqa sahələrə köçürülmüşdülər. == İstinadlar == == Əlavə ədəbiyyat == О положении в биологической науке: Стенографический отчёт сессии Всесоюзной академии сельскохозяйственных наук имени В. И. Ленина, 31 июля — 7 августа 1948 г. (200000 nüs.). М.: ОГИЗ-Сельхозгиз. Ред. коллегия: В. Н. Столетов, А. М. Сиротин, Г. К. Объедков.
Yan Avqusta
Yan (İohann) Avqusta (çex. Jan Augusta, alm. Johann Augusta‎; həmçinin Yan Klobuçnik, çex. Jan Kloboučník; təq. 1500[…], Praqa, Bohemiya tacı torpaqları[d] – 13 yanvar 1572, Mlada-Boleslav) — Çexiya ilahiyyatçısı və təbliğçisi. == Həyatı == Avqusta 1500-cü ildə Praqada anadan olmuş və atasının papaq tikmə sənətinə yiyələnmişdir. Çex qardaşlığının rəhbəri olan Yan Avqusta Lüter və Melanxtonun dostu idi. O, əvvəlcə utrakvistlərin təlimlərinə sadiq qalmış, lakin sonra rəhbəri olduğu çex qardaşlarının təlimlərini qəbul etmişdir. Avqusta I Ferdinandın hakimiyyəti dövründə işgəncələrə məruz qalmış və 16 il həbs edilmişdir. O, 1564-cü ildə Maksimilian tərəfindən bir daha təbliğ etməmək şərti ilə azad edilmişdir.
Avqustun 5 günü
Avqustun 5 günü (ing. 5 Days of August, ing. 5 Days of War) — Gürcüstan-ABŞ birgə istehsalı olan 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi haqqında çəkilmiş bədii film. Gürcüstanda film «Haqq yolunda mübarizə» adı altında nümayiş etdirilmişdi və demək olar ki, bütün KİV-də geniş şəkildə ictimaiyyətə təqdim olunmuşdu. Gürcüstanın Diaspora işləri üzrə Dövlət Naziri Mirza Davitayanın bildirdiyinə görə, «qısa zaman içərisində heç bir filmə izləyicilər tərəfindən belə geniş maraq hələ olmamışdı». Onun sözlərinə görə, Google axtarış sisteminin verdiyi statistik məlumatlar onu göstərir ki, film, hələ Gürcüstan premyerasına 1 həftə qalmış artıq 134 min nəfəri maraqlandırmışdı. Filmə maraq əsasən Gürcüstan və Rusiya əhalisi göstərmişdi. Bundan başqa, Gürcüstanda filmə maraq elə yüksək idi ki, hətta 2009-cu ildə vizyona girmiş «Avatar» filminin reytinqini də ötmüşdü. Demək olar ki, istehsal başladıqdan və nümayişinə qədər olan müddət ərzində, film həm Gürcüstan, həm də Rusiyada tənqidlərə məruz qalmışdı. Gürcüstan tənqidçiləri (ilk növbədə müxalifət nümayəndələri və jurnalistlər) film istehsalına tənasübsüz surətdə yüksək pul vəsaitlərinin xərclənməsini və onu müşaiət edən reklam kompaniyasına (o zaman üçün ən bahalı Gürcüstan film proyektlərdən biri idi) işarə edirdilər.
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı ― rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Film Azərbaycan kinosu tarixində çəkilmiş ilk filmlərdən biridir. Kinosüjetdə Balaxanı mədənlərinin birində neft quyusunun fontan vurması əks olunmuşdur. Sujetdəki quyunun Balaxanı ərazindəki “21060” nömrəli quyu olduğu iddia olunur. Sözügedən quyu 1898-ci ilin noyabr ayında VI horizontdan sutkalıq 11 ton neft hasilatı ilə istismara verilmişdir və hələ də istismar olunur. Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Bibiheybətdə neft fontanı yanğını", Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi, "Qafqaz rəqsi", "İlişdin" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır. 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri — "Bibiheybətdə neft fontanı yanğını" və "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılır.
2022-ci il avqust ayında vəfat edənlər
2022-ci il iyul ayında vəfat edənlərin siyahısı. === 30 avqust === Mixail Qorbaçov — 91 yaşında vəfat edib. === 27 avqust === Cəmilə Həsənzadə — 74 yaşında vəfat edib. === 26 avqust === Nazim Məmmədov — 70 yaşında vəfat edib. === 16 avqust === Firəngiz Rəhimbəyli — 62 yaşında vəfat edib. === 11 avqust === Enn Heç — 53 yaşında vəfat edib. Hanae Mori — 96 yaşında vəfat edib. === 9 avqust === Arif Məhərrəmov (rəssam) — 74 yaşında vəfat edib. Ramin Mahmudzadə — 86 yaşında vəfat edib. === 8 avqust === Zofya Posmış — 98 yaşında vəfat edib.

avqust sözünün leksik mənası və izahı

avqust sözünün etimologiyası

  • 1 İmperator Avqustun adı ilə bağlıdır, iyul və avqust bir-birinin ardınca gəlsə də, hər biri 31 gündən ibarətdir. Səbəbi: iyul Yuli Sezarın adı ilə bağlıdır və 31 gündür, Avqust cənabları da fevralın bir gününü kəsib avqust ayına calayır ki, Yulidən geri qalmasın. (Bəşir Əhmədov. Etimologiya lüğəti) E.ə. I əsrdə Roma Aralıq dənizi ətrafında bütün torpaqları öz nəzarətinə götürmüşdü. Xarici düşmənlər imperiyanın ərazilərinə qəsd etməyə cürət eləmirdilər. Amma Roma dövlətinin daxilində tez-tez vətəndaş müharibələri baş verir, bu üzdən də hərc-mərclik hökm sürürdü. E.ə. 44-cü ildə bir neçə respublikaçı Romanın vahid hökmdarına çevrilmiş Yuli Sezara qarşı sui-qəsd təşkil etdi. Yenidən vətəndaş müharibəsi alovlandı və sonda hakimiyyət Sezarın bacısı nəvəsi Oktavianın əlinə keçdi və vətəndaş müharibəsi, nəhayət ki, başa çatdı. Oktavian Roma imperiyasının əsasını qoydu. E.ə. 27-ci ildə qədirbilən romalılar Oktaviana yeni ad verdilər. Onu Avqust adlandırmağa başladılar, yəni avqurlar tərəfindən xeyir-duası verilmiş. Avqurlar gələcəkdən xəbər verməyi bacardıqları üçün bu ad uğurlu və xoşbəxt ad  hesab olunurdu. Məhz bu adı ilə Oktavian insanların yaddaşında qaldı. Avqust vaxtilə Yuli Sezarın düşündüyü bir çox islahatları gerçəkləşdirdi; məsələn, o, Sezar tərəfindən təklif olunan və hər dörd ildən bir, ildə 365 yox, 366 günün olmasını nəzərdə tutan, uzun il adlandırılan təqvim islahatını həyata keçirdi. O vaxtdan da Oktavianın anadan olduğu sekstili ayını onun şərəfinə avqust adlandırmağa başladılar. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / avqust

avqust sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. август II прил. августовский. Müəllimlərin avqust müşavirəsi августовское совещание учителей

    Azərbaycanca-rusca lüğət / avqust

avqust sözünün inglis dilinə tərcüməsi

avqust sözünün fransız dilinə tərcüməsi

avqust sözünün ləzgi dilinə tərcüməsi

"avqust" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#avqust nədir? #avqust sözünün mənası #avqust nə deməkdir? #avqust sözünün izahı #avqust sözünün yazılışı #avqust necə yazılır? #avqust sözünün düzgün yazılışı #avqust leksik mənası #avqust sözünün sinonimi #avqust sözünün yaxın mənalı sözlər #avqust sözünün əks mənası #avqust sözünün etimologiyası #avqust sözünün orfoqrafiyası #avqust rusca #avqust inglisça #avqust fransızca #avqust sözünün istifadəsi #sözlük