avqusta sözü azərbaycan dilində

avqusta

Yazılış

  • avqusta • 81.5385%
  • Avqusta • 18.4615%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avqusta Ferdinanda
Avqusta Ferdinanda (1 aprel 1825[…], Florensiya – 26 aprel 1864[…], Münxen) — Toskana knyazı II Leopold və onun birinci həyat yoldaşı Saksoniyalı Mariya-Anna yetkinlik yaşına gəlib çıxmış yeganə qızı idi. Avqustanın yetkin yaşa gəlib çıxmış iki qardaşı vardı. Onlardan biri, IV Ferdinand Toskana knyazı idi. Ciddi katolik tərbiyəsindən sonra o, erkən yaşlarında incəsənətə və elmlərə maraq göstərmişdi. Müasirləri onu hündürboy, gözəl və özünə inamlı biri kimi təsvir edirdilər. == Evliliyi və ailəsi == 15 aprel 1844-cü ildə Florensiyada Bavariya şahzadəsi Luitpoldla evlənmişdi. Luitpoldun atası Bavariya kralı I Lüdviq əvvəlcə Luitpoldun evlilik planlarına qarşı çıxdı, çünki Avquste nikahdan əvvəl artıq vərəmin əlamətlərini göstərirdi (bu xəstəlikdən o, nəhayət 39 yaşında ölmüşdü). Bunlara baxmayaraq onun dörd övladı olmuşdu və onlarla həmişə italyanca danışırdı. Luitpolda bütün siyasi fəaliyyətlərində böyük dəstək olmuşdu. Belə ki, 1848-ci il inqilabı zamanı o, qaynatasının məşuqəsi Lola Montezin əleyhinə danışmışdı və monarxiyanın əleyhdarlarını təcrid etməyə çalışırdı.
Avqusta Viktoriya
Avqusta Viktoriya Frederika Luiza Feodora Cenni (alm. Auguste Viktoria Friederike Luise Feodora Jenny‎; 22 oktyabr 1858[…] – 11 aprel 1921[…]) — Almaniya imperatriçası və Prussiya kraliçası. Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı olmuşdur. O, 1881-ci ildə sonradan imperator olan Prussiya şahzadəsi Vilhelmlə evlənmişdir. Viktoriya vaxtını xeyriyyə və dini cəmiyyətlərə həsr etmişdir. == Həyatı == Avqusta Viktoriya 22 oktyabr 1858-ci ildə anadan olmuşdur. O, Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı olmuşdur. O, incəsənəti sevirdi və klarnet üçün musiqi parçaları bəstələyirdi. Onun həyat arzusu Parisdəki Luvr muzeyini ziyarət etmək idi. Siyasi səbəblərə görə bunu heç vaxt edə bilməmişdir.
Yan Avqusta
Yan (İohann) Avqusta (çex. Jan Augusta, alm. Johann Augusta‎; həmçinin Yan Klobuçnik, çex. Jan Kloboučník; təq. 1500[…], Praqa, Bohemiya tacı torpaqları[d] – 13 yanvar 1572, Mlada-Boleslav) — Çexiya ilahiyyatçısı və təbliğçisi. Avqusta 1500-cü ildə Praqada anadan olmuş və atasının papaq tikmə sənətinə yiyələnmişdir. Çex qardaşlığının rəhbəri olan Yan Avqusta Lüter və Melanxtonun dostu idi. O, əvvəlcə utrakvistlərin təlimlərinə sadiq qalmış, lakin sonra rəhbəri olduğu çex qardaşlarının təlimlərini qəbul etmişdir. Avqusta I Ferdinandın hakimiyyəti dövründə işgəncələrə məruz qalmış və 16 il həbs edilmişdir. O, 1564-cü ildə Maksimilian tərəfindən bir daha təbliğ etməmək şərti ilə azad edilmişdir.
Uelsli Şarlotta Avqusta
Uelsli Şarlotta Avqusta (ing. Princess Charlotte Augusta of Wales; 7 yanvar 1796[…] – 6 noyabr 1817[…]) — Birləşmiş Krallığın kralı IV Georqun yeganə qızı. Babası III Georq və atası naib Şahzadə Georqun ölümünün ardından onun taxta çıxması gözlənilirdi. Ancaq hələ 21 yaşında ikən hər ikisindən öncə, doğuş əsnasında vəfat etdi. 2 may 1816-cı ildə Londonda gələcəkdə Belçika kralı olacaq Saksen-Koburq-Qotalı Leopoldla evləndirildi. Cütlüyün evlənməsinin ardından Leopold feldmarşal ünvanı aldı və Bant ordeni ilə mükafatlandırıldı. Cütlük bu evliliyində xoşbəxt olsa da, çox keçmədən 5 noyabr 1817-ci ildə Şarlotta ölü bir oğlan uşağı dünyaya gətirdi və ertəsi gün özü də vəfat etdi. Leopoldun xanımının ölümündən məyus olduğu bilinir. == Mənbə == Chambers, James (2007). Charlotte and Leopold.
Baden-Badenli Avqusta (Orlean hersoqinası)
Baden-Badenli Avqusta (fr. Auguste de Bade-Bade; 10 noyabr 1704, Aşaffenburq – 8 avqust 1726, Paris) — Orlean hersoqu Lüdovikin xanımı, Orlean hersoqinası. 10 noyabr 1704-cü ildə Baden-Baden markqrafı Lüdovik Vilhelmin yeganə qızı Aşaffenburqda doğuldu. Hələ 3 yaşında ikən atası vəfat etdi. 4 yaşlı qardaşı taxta çıxarıldı və anası naibə elan edildi. Anasının istəyilə Orlean hersoqu Lüdoviklə evlənməsi müzakirə edildi. Nəticədə, cütlüyün nigahı 18 iyun 1724-cü ildə Baden-Vürtemberqdə qiyabi olaraq bağlandı və 13 iyulda Marnada keçirilən rəsmi mərasimlə evləndilər. Cütlüyün bu nigahdan 2 övladı doğulsa da, bunlardan yalnız biri yetkinlik yaşına çatdı. Üstəlik qızının doğumundan 3 gün sonra xanımı da vəfat etdi və Lüdovik qalan ömrünü təkbaşına yaşadı. Lui-Filipp, Orlean hersoqu Luiza Mariya (5 avqust 1726 - 14 may 1728) == Mənbə == Adams, Tracy (2010).

Oxşar sözlər

#avqusta nədir? #avqusta sözünün mənası #avqusta nə deməkdir? #avqusta sözünün izahı #avqusta sözünün yazılışı #avqusta necə yazılır? #avqusta sözünün düzgün yazılışı #avqusta leksik mənası #avqusta sözünün sinonimi #avqusta sözünün yaxın mənalı sözlər #avqusta sözünün əks mənası #avqusta sözünün etimologiyası #avqusta sözünün orfoqrafiyası #avqusta rusca #avqusta inglisça #avqusta fransızca #avqusta sözünün istifadəsi #sözlük