anqut sözü azərbaycan dilində

anqut

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • anqut • 83.3333%
  • Anqut • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.
Qırmızı anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.

anqut sözünün leksik mənası və izahı

  • 1 is. 1. zool. Uzunboğazlı, ördəyə oxşar, tutqun qırmızı rəngli caydaq quş. Anqut köçəri quşdur, lakin qışlayanları da olur. 2. məc. dan. Uzun, iri gövdəli, iri sümüklü, yaxud arıqlıqdan sümükləri çıxmış adam haqqında. □ Anquta dönmək, anqutu çıxmaq – arıqlıqdan anqut kimi boğazı uzanmaq. Arıqlayıb anquta dönmüşdür. 3. məc. Həris, acgöz, çox iştahalı adam haqqında. □ Anqut kimi udmaq – qabağına qoyulan yeməyi acgözlüklə, tələsik qamarlayıb yemək.

    Azərbaycan dilinin izahlı lüğəti / anqut

anqut sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. зоол. 1. дикая утка 2. огарь (красная утка) II прил. перен. 1. длинный и худой, кожа да кости, костлявый 2. ненасытный, жадный (о человеке) ◊ anquta dönmək, anqutu çıxmaq стать худым, как щепка, сильно похудеть; anqut kimi udmaq набрасываться на еду, уписывать за обе щеки, уплетать, уплести за обе щеки

    Azərbaycanca-rusca lüğət / anqut

anqut sözünün inglis dilinə tərcüməsi

anqut sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. ангут (1. зоол. туьд яргъи, уьрдегдиз ухшар, мичӀи-яру рангунин са къуш; 2. пер. рах. буйдиз кьакьан, кӀараб яцӀу ва я яхунвиляй кӀарабар хкис хьайи кас; anquta dönmək ангутдиз элкъуьн, ангут хьиз хьун, яхунвиляй туьд яргъи хьун; 3. пер. вил ацӀун тийир, вил ичӀи, къаних, гзаф иштагь авай кас).

    Azərbaycanca-ləzgicə lüğəti / anqut

anqut sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Ağdam, Şuşa) uzunboğazlı ördəyə oxşar quş. – Zalım elə bil anqutdu (Ağdam) II (Ağdam, Bakı, Dərbənd, Şamaxı) acgözlüklə yeyən, hər nə gəldi yeyən. – Zalım oğlu əlinə keçəni anqut kimi udur (Ağdam); – Anqut kimi nə versov udadı (Dərbənd) III (Oğuz) avam, qanmaz. – Sən özünü lap anqut yerinə qoymusan Anqut qalmax (Şəki) – tək-tənha qalmaq. – Qonşu:n arvadının uşağı gedənnən so:ra anqut qalıf. Anqutu çıxmax (Çənbərək, Füzuli, Qarakilsə) – həddindən artıq arıqlamaq. – Gedənin dannanmaxdan anqutu çıxıf (Füzuli)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"anqut" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#anqut nədir? #anqut sözünün mənası #anqut nə deməkdir? #anqut sözünün izahı #anqut sözünün yazılışı #anqut necə yazılır? #anqut sözünün düzgün yazılışı #anqut leksik mənası #anqut sözünün sinonimi #anqut sözünün yaxın mənalı sözlər #anqut sözünün əks mənası #anqut sözünün etimologiyası #anqut sözünün orfoqrafiyası #anqut rusca #anqut inglisça #anqut fransızca #anqut sözünün istifadəsi #sözlük