* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Ətrafını tutma, dövrələmə, dörd tərəfini tutma. Səlim adamların əhatəsində tərini silə-silə yeriyirdi. S.Rəhimov. □ Əhatə etmək – 1) bax əhatələmək. Şənbə günü sübhdən padşahlıq sarayını əhatə etsinlər və içəri daxil olub Yusif şahı təxtdən yerə salıb həlak etsinlər. M.F.Axundzadə. Düşmənlər hər tərəfdən şəhəri əhatə etmişdi, şəhər darvazaları tamamən bağlanıb, dallarına qalın torpaq çəkilmişdi. Çəmənzəminli. Ətrafı düşmən əhatə edibdir. M.S.Ordubadi; 2) məc. qavramaq. Bütün məsələləri əhatə etmək mümkün olmadı. – Görünür, mənim ərz etdiklərimi lazımınca əhatə edə bilməmişsiniz. M.S.Ordubadi. Mirzə Fətəlinin komediyaları böyük ictimai məsələləri əhatə edən, komik planda ictimai xarakterlər yaradan klassik komediya əsərləri idi. M.İbrahimov. Əhatə olunmaq – bax əhatələnmək. Bizim [Xəzər] dənizinin suyu acı da olsa, hər bir tərəfdən quru ilə əhatə olunduğu üçün göl hesab olunur. H.Zərdabi. Bəsti gənclərlə əhatə olunmuş halda qapıdan içəriyə girdi… Ə.Sadıq. [Ağbulaq kəndi] sıldırımlı dağların geniş ətəyində yerləşərək hər tərəfdən meşə ilə əhatə olunmuşdur. S.Rəhimov. Əhatəyə almaq – bax əhatə etmək. Faytonu əhatəyə aldılar. İki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə endilər. İ.Şıxlı.
Azərbaycan dilinin izahlı lüğəti / əhatə2 ə. ətrafını alma; dövrələmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əhatə1 Ərəbcədir. Mühit, həyat sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əhatə2 сущ. окружение: 1. окружающая обстановка, условия существования кого-л., чего-л. Əlverişli əhatə благоприятное окружение 2. совокупность лиц, составляющих чьё-л. общество; среда. Direktorun əhatəsi окружение директора, elmi əhatə научная среда 3. воен. положение частей находящихся в кольце вражеских войск. Əhatəyə (mühasirəyə) düşmək попасть в окружение, əhatədən (mühasirədən) çıxmaq выйти из окружения; əhatə etmək: 1. окружать, окружить: 1) взять в окружение. Düşməni əhatə etmək (mühasirəyə almaq) окружить противника 2) создать вокруг кого-л. какую-л. обстановку. Diqqət və qayğı ilə əhatə etmək kimi окружить вниманием и заботой кого; 2. охватывать, охватить кого-л., что-л. Bütün ölkəni əhatə etdi охватило всю страну, bütün məsələləri əhatə etmək охватить все вопросы; əhatə edilmək, olunmaq: 1. окружаться, быть окружённым 2. охватываться, быть охваченным
Azərbaycanca-rusca lüğət / əhatə1 i. encirclement; kapitalist ~si capitalist encirclement; ~ sahəsi scope; ~ etmək: 1) (dövrəyə almaq) to surround (d.), to environ (d.), to enclose (d.), to encircle (d.), to round up (d.); 2) (daxil etmək) to include (d.), to involve (d.); to embrace (d.), to cover (d.); ~ olunmaq: 1) (dövrəyə alınmaq) to be* surrounded (by), to be* enclosed (by), to be* environed (by), to be* encircled (by); 2) (daxil edilmək, toxunulmaq) to be* involved, to be* embraced; Məqalədə bu məsələ əhatə olunmamışdır This problem hasn’t been involved in the article
Azərbaycanca-ingiliscə lüğət / əhatə1 is. entourage m, enveloppement m, encerclement m ; encadrement m
Azərbaycanca-fransızca lüğət / əhatə1 [ər.] сущ. элкъуьрна кьун, элкъуьрун, кьуд патахъай кьун; // əhatə etmək а) кил. əhatələmək; б) пер. кьатӀуз хьун; əhatəyə almaq кил. əhatə etmək.
Azərbaycanca-ləzgicə lüğəti / əhatə