həftə sözü azərbaycan dilində

həftə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • həftə • 90.1159%
  • Həftə • 9.8790%
  • HƏFTƏ • 0.0051%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həftə
Həftə (fars. هـفـت‎ — "yeddi") — yeddi gündən ibarət vaxt dövrü. == Tətbiqi == Qriqorian təqvimi də daxil olmaqla bir çox təqvimlər, o cümlədən xristian vaxt ölçüsünə əsaslanmayanlar, həftəyə yeddi gün daxil edirlər. Həftənin astronomik əsası, ayın yarıya kimi tutulma və ya açılma vaxtına bərabərdir. O, dünyada çox geniş istifadə edilir. Prinsipcə həftəlik təqvimlər astronomik zamanı özünə tabe etdirir. Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
Həftə içi (qəzet)
Həftə içi — Azərbaycanda nəşr olunan gündəlik ictimai-siyasi qəzet == Haqqında == Medianin İnkişafı Agentliyinin elektron bazasında qeydə alınmış "Həftə içi" ictimai-siyasi qəzeti 22 iyul 1998-ci ildən nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru Sevinc Seyidovadır. Fəaliyyətə başladığı andan bu günədək "Həftə içi" qəzetində boyük məktəb keçmiş əməkdaşlar sırasında hazırda Azərbaycanın müxtəlif televiziyalarında, radiolarında, dövlət qəzetlərində, agentliklərdə çalışan tanınmış jurnalistlər, ictimai xadimlər var. Hazırda "Həftə içi" qəzetində çalışanlar arasında yazıçı-publisist Vüsal Tağıbəyli, siyasət yazarı Azad Əliyev və başqaları da var. Qəzetin veb-saytı hafta.az vasitəsilə ölkəmizdə və düntada baş verən son proseslərlə bağlı xəbərləri operatib\v şəkildə izləyə bilərsiniz.
Həftə İçi qəzeti

4 ay 3 həftə 2 gün (film, 2007)
4 Ay, 3 Həftə, 2 Gün (film, 2007)
4 ay 3 həftə 2 gün (rum. 4 luni, 3 săptămâni și 2 zile) — 2007-ci il Rumıniya istehsalı olan film. Rejissoru Christian Mungiu olan film 2007-ci il Kann kinofestivalında Qızıl Palma Budağı mükafatını qazanmışdır. == Məzmun == Kommunizmin son nəfəslərini verdiyi 1980-ci illərin Rumıniyasında keçən film Otilia və Gabita adındakı iki universitet tələbəsi gənc qızın çətin keçən bir gününü bəs etməkdədir. Evlilik xarici cinsi əlaqədən hamilə qalan Gabita abort olmaq istəməkdədir, lakin Çavuşesku, ölkənin iş gücünə ehtiyac duyduğu üçün o illərdə abortu qadağan etmişdir. Buna görə Gabita körpəsini yox etmək üçün qeyri-qanuni yola müraciət edir. Gabita, bu müddətdə Otilianın dəstəyinə də ehtiyac duyur və bu mövzularda onu tək buraxmamasını istəyir. Gabitanın utancaqlığından ötəri bütün işləri Otilia edir. Bebe deyilən adamla görüşür və onu otel otağına gətirir. Dostlarından aldıqları məlumatlarla müəyyən miqdarda pul ilə nəticələndirəcəklərini düşündükləri abort işini, Bebenin istəkləriylə gözləmədikləri nəticəyə gətirirlər.
10 Noyabr Atatürkün anım günü ve Atatürk həftəsi
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi — 10 noyabr 1938-ci ildə saat 09:05-də həyatını itirən, Türkiyə qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk xatirəsinə hər il tutulan milli yasdır. 10 noyabr gününü əhatə edən Atatürk Həftəsi isə Atatürkün yurd daxilində anıldığı, qanun və inqilablarının izah edildiyi, radio və televiziyada danışıqlarının öz səsindən nümayiş olunduğu, Atatürklə əlaqədar filmlərin göstərildiyi; Noyabrın 10–16-dək davam edən həftə adlanır. 10 noyabr günləri saat 09: 05-də fit səsləriylə birlikdə Türkiyə daxilində 2 dəqiqə sükutla Atatürk xatirəsinə hörmət duruşuna keçilir. Ardından Türkiyə Böyük Millət Məclisi binası önündəki bayraqlar xaric, Türkiyədəki bütün rəsmi binalarda və ölkənin xarici nümayəndəlikləri bayraqları, yas göstəricisi olaraq yarıya endirilər. Anıtqəbirdəki bayraqlar digər günlərdə heç bir səbəbə görə yarıya endirilmir. Bayraq daimi qaldırılmadığı yerdə bayraq əvvəlcə göndərən tərəfə çəkilir; sonra iki dəfə azalır. == Rəsmi mərasimlər == === Anıtqəbirdə təşkil edilən mərasimlər === Paytaxt Ankaradakı mərasimlər prezidenti, prezidenti müavini, Məclis Başçısı, Məclisdə qrupu olan siyasi partiyaların ümumi başçıları, Baş qərargah Başçısı, qüvvət komandirləri və digər dövlət nümayəndələrinin iştirakı ilə Anıtkqəbirdə həyata keçirilir. Mərasim Aslan Yolunda gəzinti ilə başlayır. Yürüşdən sonra Prezident Atatürkün məqbərəsinə çələng qoyur. 09:05-də dövlət adamları iki dəqiqə sükut içində dayanır və İstiqlal Himnini oxuyur.
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi

Alazan-Həftəran vadisi
Alazan-Həftəran vadisi (digər adları: Alazan vadisi; Alazan–Əyriçay vadisi; Qanıx-Əyriçay vadisi) (gürc. ალაზნის ვაკე;) — Azərbaycan və Gürcüstan ərazisində dağlararası çökəklik. Azərbaycanda və Gürcüstanda Böyük Qafqazın cənub ətəyi boyunca Əyriçay və Qanıxçay (Alazan) arasında yerləşən vadi. Uzunluğu 200–225 km, eni 20–40 km, dəniz səviyyəsindən hündürlüyü 200-450 metrdir. Rayonun iqtisadiyyatının əsasını üzümçülük və turizm təşkil edir Orta əsrlərdə bu ərazidə Qafqaz Albaniyasının Hereti vilayəti yerləşirdi. Etnik və dil müxtəlifliyi ilə fərqlənir. Gürcülər və azərbaycanlılarla yanaşı burada saxurlar, ingiloylar avarlar, ruslar, osetinlər də məskunlaşıblar. Gürcüstan ərazisində olan yaşayış məntəqələri: Laqodexi, Kvareli, Snori. Azərbaycan ərazisində olan yaşayış məntəqələri: Balakən rayonu, Zaqatala rayonu, Qax rayonu. == Heyvanat aləmi == Hazırda vadidə meşələrin 80- 90%-nin qınlıb yerində yaşayış məntəqələrinin salınması və ya kənd təsərrüfatında işlədilən kimyəvi maddələr, brokonyerlik və digər səbəblərdən hçyvanat aləminin kəsgin azalmasına gətirib çıxarmışdır.
Dünya Kosmos Həftəsi
Ümümdünya Kosmos Həftəsi — dünyanın əksər ölkələrində hər il 4–10 oktyabrda bu bayram qeyd olunur. Ümumdünya Kosmos Həftəsinin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır. == Tarix == Beynəlxalq Millətlər Təşkilatının Kosmos üzrə III Konfransında Mərakeş nümayəndə heyəti 20 iyul — ABŞ kosmonavtlarının aya endiyi günü kosmos günü kimi qeyd etməyi təklif etdi. Əksər ölkələr kosmos günü ideyasını dəstəkləsə də, tarix olaraq 20 iyul seçilməsi məsələsi mübahisəyə səbəb oldu. Rusiya nümayəndə heyəti kosmos günü ideyasını dəstəkləsə də, 20 iyul tarixi ilə razılaşmadı. Çünki kosmos erası 1957-ci il 4 oktyabrda SSRİ tərəfindən Yerin ilk süni peykinin göndərilməsi ilə başlayır. Bu səbəbdən Rusiya 4 oktyabr tarixini təklif etdi. Lakin alternativ olaraq 10 oktyabr Kosmos Haqqında müqavilənin imzalandığı gün təklif olundu. İran nümayəndəsi isə kosmos günü deyil Kosmos həftəsi keçirməyi təklif etdi və bu təklif əksər ölkələrin nümayəndələri tərəfindən dəstəkləndi. Nəticədə 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 4–10 oktyabr tarixinin hər il Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunacağını elan etdi: 1957-ci il 4 oktyabr Yerin ilk süni peyki buraxıldığı və 1967-ci il 10 oktyabr Kosmos haqqında Müqavilə imzalandığı gün.
Dəb həftəsi
Dəb həftəsi — ildə iki dəfə keçirilən, təxminən bir həftə boyunca davam edən, dəb dünyasının ən əhəmiyyətli tədbiridir. Bu tədbirlərdə modelyer-dizaynerlər, müxtəlif geyim şirkətləri son kolleksiyalarını moda nümayişlərində alıcılara və KİV-ə nümayiş etdirir. Bu dəb həftələri cari və növbəti kolleksiyaları əhatə edir. Ən mühüm dəb həftələri Nyu-York, London, Milan və Paris kimi dünyanın dəb mərkəzlərində keçirilir. Bu şəhərlər KİV-də "Big Four", yəni "Böyük dördlü" kimi tanınır. Adıçəkilən şəhərlərdən sonra isə siyahını Los-Anceles, San-Paulu, Moskva və Sankt-Peterburq, Tokio, Helsinki, Şanxay, Berlin, Madrid, Sidney, Yeni Dehli, Kopenhagen, Vaşinqton və başqa şəhərlər davam etdirir. == Yaranma tarixi == Dəb həftəsi konsepsiyası ilk dəfə olaraq Parisdə, marketoloqların ideyası ilə qadınların müəyyən ödəniş qarşılığında ictimai yerlərdə müxtəlif brendlərin geyimlərini geyinib göstərməsilə başladı. Bu tədbirlər isə tədricən onların özlərinin sosial hadisələrinə çevrildi. Fransada bu kimi tədbirlərə hələ də "défilés de mode" deyilir, bu birləşmənin tərcüməsi isə "dəb paradları" deməkdir. 1903-cü ildə Nyu-Yorkda "Ehrich Brothers" adlı bir mağaza, orta təbəqədəki qadınları mağazaya cəlb etmək üçün ölkənin ilk moda nümayişini həyata keçirmişdi.
Həftəbecər turşusu
== Ərzaqlar == 2 litrlik banka üçün 500 qr badımcan (təxminən 3 ədəd) — kiçik kublara doğranmış 1 kq (1 orta boy) kələm — yarı bölünüb nazik-nazik doğranmış 250 qr (2 ədəd) yaşıl bibər — iri-iri doğranmış 1 acı bibır (əgər turşunuzun bir az acı olmasını istəyirsinizsə istifadə edin) — iri-iri doğranmış 500 qr (4 ədəd) göy pomidor — iri-iri doğranmış 500 qr (4 ədəd) yerkökü — uzunsov nazik-nazik doğranmış (digər tərəvəzlər kimi də doğraya da bilərsiniz) 1 kərəvizin sapı — iri-iri doğranmış 1 baş sarımsaq — doğranmış 1 stəkan xırda doğranmış nanə 1 stəkan xırda doğranmış cəfəri 4 xörək qaşığı duz təxminən 300 ml (1/3 litr) və ya bankanı dolduracaq qədər sirkə == Hazırlanma qaydası == 1. Doğranmış badımcanı aşsüzənə yığın və üstünə təxminən 2 xörək qaşığı duz səpin. Üzərinə ağırlıq (qapaq və ya qab) qoyun və 20 dəqiqə müddətində kənarda saxlayın. Sonra badımcanları yuyun, yaxşıca süzün, suyunu sıxın və qalın salfet və ya kağız dəsmalla qurulayın. 2. Doğradığınız bütün tərəvəz və göyərtiləri iri ləyənə qoyun. Üstünə 2 xörək qaşığı duz səpin və əlinizlə ərzaqları yaxşıca qarışdırın. 20 dəqiqə müddətinə kənara qoyun. Bu müddət ərzində tərəvəzlər sulanacaq. 3.
Həftənin günləri
Həftə (fars. هـفـت‎ — "yeddi") — yeddi gündən ibarət vaxt dövrü. == Tətbiqi == Qriqorian təqvimi də daxil olmaqla bir çox təqvimlər, o cümlədən xristian vaxt ölçüsünə əsaslanmayanlar, həftəyə yeddi gün daxil edirlər. Həftənin astronomik əsası, ayın yarıya kimi tutulma və ya açılma vaxtına bərabərdir. O, dünyada çox geniş istifadə edilir. Prinsipcə həftəlik təqvimlər astronomik zamanı özünə tabe etdirir. Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
Həftəsov
Həftəsov — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sağ sahilində yerləşir. Əhalisi 71 nəfərdir. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 5 km yolu piyada və ya atla getmək olar. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Həftasiyab kəndində 131 evdə etnik tatlardan ibarət 1.027 nəfər (548 nəfəri kişilər, 479 nəfəri qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı. Hal -hazırda əhalisi 60 nəfərdir ki onunda 30 nəfəri kişi, 30nəfəri qadındır. === Şəhidləri === 1.
Həftəvantəpə
Həftəvantəpə – Güney Azərbaycan ərazisində, Urmiya gölü yaxınlığında, Şapur (salmas) şəhərindən cənubda yerləşir. Həfətvantəpədə arxeoloji qazıntılar C.Barney tərəfindən aparılmışdır. Tədqiqatlar nəticəsində e.ə. III minillikdən başalamış orta əsrlər dövrünə kimi tarixi kəsimi əhatə edən yeddi dövr müəyyənləşdirilmişdir. Təbəqələrin ardıcıllığı xırda sapmalar nəzərə alınmazsa Həsənlitəpə üçün qəbul edilmiş dövrlərlə uyğun gəlir. Həfətvantəpə V dövrü intensiv tikinti fəaliyyətini üzə çıxarır. Binalardan boz gil məmulatından və özündən əvvəlki ənənələri əvəz etdirən qırmızı gil məmulatından ibarət keramika tapılmışdır. Onlar iri saxlanc küplərindən, boğazı və ya lüləyi açıq qablardan ibarətdir. Qablar dalğavari xəttlər və ya üçbucaqlılarla bəzədilmişdir. Əsas tikililər təpənin başında (C.Barney onları Urartu dövrünə aid edir) eləcə də onun altında IV dövr təbəqəsindədir.
Həftəvantəpə yaşayış yeri

Müqəddəs Müdafiə Həftəsi
Müqəddəs Müdafiə Həftəsi (fars. هفته دفاع مقدس‎, Romanizasiya: Hafte Defâ Moqaddas, tərcüməsi Müqəddəs Müdafiə Həftəsi) — İran tərəfindən 1980–1988-ci illəri əhatə etmiş olan İran-İraq müharibəsinin ilk həftəsini əhatə edir və bu müharibəni anmaq üçün İran təqvimində qeyd edilir (tez-tez İranda "Müqəddəs müdafiə" adlanır). Hərbi paradlarla qeyd olunur. İran təqvimi ilə Şəhrivər ayının 31-də başlayır. Bu müddət 22–29 sentyabr tarixlərini əhatə edir.
NBA All-Star Həftəsonu
NBA All-Star Həftəsonu festivalı NBA-nın müntəzəm mövsümünün ortalarında, bazar günü axşam keçirilən NBA All-Star Oyununda baş verən müxtəlif basketbol tədbirlərindən, sərgilərdən və çıxışlardan ibarət olan həftəlik bir festivaldır. Bu dövrdə müntəzəm mövsüm oyunları keçirilmir, bu da All-Star fasiləsi kimi tanınır. All-Star Həftəsonu oyunları bazar günü keçirilən əsas oyundur. 2017-ci oyun Yeni Orlean Pelicans evinin Nyu Orleans Smoociye King Mərkəzində keçirildi. 2018-ci ildə keçiriləcək NBA All-Star Həftəsonu Oyunları Los Anceles şəhərində keçirilməsi planlaşdırılır. NBA Cam Sessiyası 1992-ci ildən bu yana All-Starda keçirilməyə başlanılmışdır. Bu "Basketbolun təməl parkı" bayramlarının bir hissəsini təşkil edir. All star tərəfdarları, cümə axşamı və bazar günləri arasında çox sayda interaktiv basketbolla əlaqəli fəaliyyətlərdə iştirak edə bilir. NBA Jam Sessiyası ümumiyyətlə gənc tərəfdarlara yönəldilir. NBA All-Star Məşhur Oyunu: İlk olaraq 2003-cü ildə keçirilən oyun, təqaüdçü NBA oyunçular, WNBA oyunçuları, aktyorlar, musiqiçilər və basketboldan başqa idmançılara aiddir.
Qanıx-Həftəran vadisinin heyvanat aləmi
Talan həftəsi
Talan həftəsi, Yağmalama həftəsi və ya Qrabnedelya — 1920-ci ildə Aprel işğalından sonra Bakıda bolşeviklər tərəfindən törədilmiş və bir həftə boyunca davam etmiş talan hadisəsi. Yorq Baberovski öz əsərində qeyd edir ki, bolşeviklər Azərbaycana işğalçı kimi gəlmişdilər. Onlar respublikanı qətllər və talan meydanına çevirmişdilər. Bir neçə ay davam edən terror özündən sonra qorxunc dağıntı izləri qoymuşdu. İşğaldan sonra bolşeviklər insanların əmlakını müsadirə edir, onların qiymətli əşyalarını talan edirdilər. Müsadirə edilmiş və ya sahibləri öldürülmüş evlərə bolşeviklərin özləri köçürdülər. Bakı İcraiyyə Komitəsinin 1920-ci il dekabrın 23-də keçirilən iclasında bütün Bakının hərbçilərlə dolu olduğu və onların 10-12 mininin fərdi mənzillərdə yaşadıqları qeyd olunub. XI qızıl ordunun xüsusi şöbəsi, digər cəza orqanları Azərbaycandakı partiyaların, müxtəlif siyasi təşkilatların rəhbərlərinin, üzvlərinin təqib və həbs olunmasını getdikcə gücləndirirdilər. Onlar Azərbaycan ziyalılarının nümayəndələrini təcrid edir və qırırdılar, yüzlərlə adam Solovetsk adalarına, Suzdala, Novqoroda və digər ucqar yerlərdəki həbs düşərgələrinə göndərildilər. Təkcə ilk iki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfərin güllələndiyi bildirilir.
Ümumdünya Kosmos Həftəsi
Ümümdünya Kosmos Həftəsi — dünyanın əksər ölkələrində hər il 4–10 oktyabrda bu bayram qeyd olunur. Ümumdünya Kosmos Həftəsinin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır. Beynəlxalq Millətlər Təşkilatının Kosmos üzrə III Konfransında Mərakeş nümayəndə heyəti 20 iyul — ABŞ kosmonavtlarının aya endiyi günü kosmos günü kimi qeyd etməyi təklif etdi. Əksər ölkələr kosmos günü ideyasını dəstəkləsə də, tarix olaraq 20 iyul seçilməsi məsələsi mübahisəyə səbəb oldu. Rusiya nümayəndə heyəti kosmos günü ideyasını dəstəkləsə də, 20 iyul tarixi ilə razılaşmadı. Çünki kosmos erası 1957-ci il 4 oktyabrda SSRİ tərəfindən Yerin ilk süni peykinin göndərilməsi ilə başlayır. Bu səbəbdən Rusiya 4 oktyabr tarixini təklif etdi. Lakin alternativ olaraq 10 oktyabr Kosmos Haqqında müqavilənin imzalandığı gün təklif olundu. İran nümayəndəsi isə kosmos günü deyil Kosmos həftəsi keçirməyi təklif etdi və bu təklif əksər ölkələrin nümayəndələri tərəfindən dəstəkləndi. Nəticədə 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 4–10 oktyabr tarixinin hər il Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunacağını elan etdi: 1957-ci il 4 oktyabr Yerin ilk süni peyki buraxıldığı və 1967-ci il 10 oktyabr Kosmos haqqında Müqavilə imzalandığı gün.
İtirilmiş həftəsonu (film, 1945)
"İtirilmiş həftəsonu" (ing. The Lost Weekend) — rejissor Billi Uaylderin filmi. Filmdə içki düşkününün faciəsindən danışılır. Bu içki düşkünü, Don Birnam adlı yazıçıdır. Onun qardaşı Vik və rəfiqəsi Helen birlikdə həftəsonu planlaşdırırlar. Pulsuz qalmış Donun artıq 10 gündür ki, spirtli içki içmədiyini zənn edərək, çıxıb gedirlər, lakin Don işləmək bəhanəsiylə getmir və yenidən içib əyyaşlıq etməyə başlayır. Film Amerika yazıçısı Çarlz Ceksonun 1944-cü ildə yazdığı eyniadlı romanı əsasında çəkilmişdir. Ən yaxşı film – Çarlz Brekkett Ən yaxşı kişi roluna görə – Rey Milland Ən yaxşı rejissor işinə görə – Billi Uaylder Ən yaxşı ssenariyə görə – Çarlz Brekkett, Billi Uaylder Ən yaxşı operator işinə görə – Con F. Seits Ən yaxşı musiqiyə görə – Mikloş Roja Ən yaxşı montaja görə – Doan Harrison Əsərin müəllifi : Çarlz Cekson Ssenari müəllifləri : Çarlz Brekkett, Billi Uaylder Rejissor : Billi Uaylder Operator : Con F. Seits Bəstəkar : Mikloş Roja Prodüser : Çarlz Brekkett Rey Milland – Don Birnam Ceyn Uayman – Helen Sent-Ceyms Fillip Terri – Vik Birnam Hovard da Silva – Net Doris Doulinq – Qloriya Frenk Feylen – Bim Nolan Meri Yanq – missis Deveric Anita Bolster – missis Foli Lilian Fonteyn – missis Sent-Ceyms Frenk Ort – asılqançı Lüis L. Rassell The Lost Weekend — Internet Movie Database saytında.
Bakı Enerji Həftəsi
Bakı Enerji Həftəsi və ya Baku Energy Week — öz brendi altında 3 böyük tədbiri (27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu) birləşdirən bir tədbirdi. 2022-ci ildə Bakı Enerji Həftəsində 30 ölkədən 249 şirkət iştirak etmişdir. 2022-ci ildə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi iştirakçılarına məktub ünvanlamışdır. == “Caspian Power” sərgisi == “Caspian Power” sərgisində enerjidən istifadə üzrə ən son nailiyyətlər təqdim edilir və burada elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşlər keçirilir. Sərgi ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumat almaq imkanı yaradır. 2022-ci ildən sərginin adı Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi olaraq dəyişilib. 2022-ci ildən başlayaraq “Caspian Power” sərgisi “Caspian Oil&Gas” sərgisi ilə birgə Bakı Enerji Həftəsi çərçivəsində keçirilir. == “Caspian Oil&Gas” sərgisi == Xəzər Neft və Qaz sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Sərgi artıq 25 ildən çoxdur ki keçirilir. “Xəzər Neft və Qaz” sərginin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib.
Mənim Merilinlə həftəm
Mənim Merilinlə həftəm filmi rejissor Saymon Körtis tərəfindən 2011-ci ildə ekranlaşdırılmışdır. Əsas rolları Mişel Vilyams, Kennet Brana və Eddi Redmeyn ifa edirlər. Kolin Klark adlı gənc oğlan kinematoqrafiya ilə maraqlanır və bu sektorda iş tapmağa çalışır. Bu məqsədlə Londona, Lourens Olivyenin studiyasına gələn gənc burada rejissorun 3-cü assistenti olaraq işə götürülür. İşə başlayan Klark həm Lourensin, həm də Hollivuddan çəkilişlər üçün gəlmiş məşhur aktrisa Merilin Monronun müxtəlif xırda tapşırıqlarını yerinə yetirməli olur. Bu müddət ərzində Merilinlə ünsiyyət quran Kolin onun gözəllyinə heyran olur və aktrisanın streslə mücadiləsinə yardımçı olur.
İtirilmiş həftəsonu
"İtirilmiş həftəsonu" (ing. The Lost Weekend) — rejissor Billi Uaylderin filmi. Filmdə içki düşkününün faciəsindən danışılır. Bu içki düşkünü, Don Birnam adlı yazıçıdır. Onun qardaşı Vik və rəfiqəsi Helen birlikdə həftəsonu planlaşdırırlar. Pulsuz qalmış Donun artıq 10 gündür ki, spirtli içki içmədiyini zənn edərək, çıxıb gedirlər, lakin Don işləmək bəhanəsiylə getmir və yenidən içib əyyaşlıq etməyə başlayır. Film Amerika yazıçısı Çarlz Ceksonun 1944-cü ildə yazdığı eyniadlı romanı əsasında çəkilmişdir. Ən yaxşı film – Çarlz Brekkett Ən yaxşı kişi roluna görə – Rey Milland Ən yaxşı rejissor işinə görə – Billi Uaylder Ən yaxşı ssenariyə görə – Çarlz Brekkett, Billi Uaylder Ən yaxşı operator işinə görə – Con F. Seits Ən yaxşı musiqiyə görə – Mikloş Roja Ən yaxşı montaja görə – Doan Harrison Əsərin müəllifi : Çarlz Cekson Ssenari müəllifləri : Çarlz Brekkett, Billi Uaylder Rejissor : Billi Uaylder Operator : Con F. Seits Bəstəkar : Mikloş Roja Prodüser : Çarlz Brekkett Rey Milland – Don Birnam Ceyn Uayman – Helen Sent-Ceyms Fillip Terri – Vik Birnam Hovard da Silva – Net Doris Doulinq – Qloriya Frenk Feylen – Bim Nolan Meri Yanq – missis Deveric Anita Bolster – missis Foli Lilian Fonteyn – missis Sent-Ceyms Frenk Ort – asılqançı Lüis L. Rassell The Lost Weekend — Internet Movie Database saytında.
Rejissorların iki həftəsi
Rejissorların iki həftəsi (fr. Quinzaine des Réalisateurs) — Kann Film Festivalının rəsmi seçimi ilə paralel formada keçirilən müstəqil bölmədir. 1968-ci ilin may ayında Fransada baş vermiş olan hadisələrdən sonra Kann film festivalı ləğv edildikdən sonra 1969-cu ildə Fransa Rejissorlar Gildiyası tərəfindən yaradılmışdır. Rejissorların iki həftəliyində dünyanın hər yerindən gətirilmiş qısametrajlı, bədii və sənədli filmlər nümayiş etdirilir. Bölümün (epizodun) proqramlaşdırılmasına bədii rəhbər nəzarət edir. Hal-hazırkı bədii rəhbər 2012-ci ildən epizodu proqramlaşdıran Eduard Vaintropdur. Olivier Pere — 2004–2009 Frederik Boyer — 2009–2011 Eduard Vaintrop – 2012–h.h. İncəsənət Film Mükafatı SACD Mükafatı The Europa Cinemas Label Mükafatı İlly Mükafatı 40x15.

həftə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Şənbədən bazar gününə qədər yeddi günə bərabər vaxt ölçüsü vahidi. Həftənin birinci günü. Bütün həftəni işləmək. – Dolandı həftələr, dolandı aylar; Sənətlə bir yerdə ucaldı Aygün. S.Vurğun. Həftələr, aylar keçir; Axşamlı-səhərli; Bəzən şirin, bəzən zəhərli. R.Rza. // Hər hansı gündən başlayaraq hesablanan yeddigünlük vaxt, müddət. Xəstəlik iki həftədən bəridir ki, davam edirdi. M.S.Ordubadi. Əhmədov bir həftə deyildi ki, buraya, tikinti işinə icraçı mühəndis təyin olunmuşdu. Mir Cəlal. // Bir hadisəyə və ya bir şeyə, tədbirə həsr edilmiş yeddigünlük müddət. Yaşıllaşdırma həftəsi. Uşaq ədəbiyyatı həftəsi. Ədəbiyyat və incəsənət həftəsi. ◊ Həftə səkkiz, mən doqquz – həmişə, daima, tez-tez. Həftə səkkiz, mən doqquz xəstələnir. Həftə səkkiz, mən doqquz maşın xarab olur. – [Fərhad] həftə səkkiz, mən doqquz kağız yazıb, Aslandan pul istəyirdi. C.Cabbarlı. [Yunis xalasına:] Budur, Yaqut ərə getdiyi üç ay deyil, amma axır zamanlar həftə səkkiz, mən doqquz gəlib, anasının yanında qalır. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / həftə

həftə sözünün etimologiyası

  • 1 Farsca həft (7) sözündəndir.Yeddi ulduzun (Ay, Mars, Merkuri, Yupiter, Sa­turn, Zöhrə, Günəş) Yer ətrafında firlanması ilə bağlı 7 günə “1 həftə” deyiblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / həftə

həftə sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. неделя: 1. единица исчисления, равная семи дням, от понедельника до воскресенья включительно. Təqvim həftəsi календарная неделя, iş həftəsi рабочая неделя, həftənin axırıncı günü последний день недели, ötən həftə прошлая неделя; на прошлой неделе, gələn həftə будущая неделя; на будущей неделе, bütün həftəni işləmək проработать всю неделю, həftədə 2 dəfə 2 раза в неделю 2. период времени в семь дней, отчисляемый от какого-л. дня. Bir həftə одна неделя, bir neçə həftə несколько недель, şənliklər iki həftə davam etdi торжества продолжались две недели, bir həftədən sonra через неделю, bir həftə qalmış nəyə за неделю до чего, iki həftə keçəndən sonra спустя две недели, bir həftəyədək (təxminən bir həftə) с неделю (около недели) 3. семидневный промежуток времени, посвященный чему-л., какому-л. событию. Uşaq ədəbiyyatı həftəsi неделя детской литературы, avtomobillərə texniki baxış həftəsi неделя технического осмотра автомобилей II прил. недельный. Həftə müddəti (həftəlik müddət) недельный срок ◊ həftə səkkiz, mən doqquz дневать и ночевать где-л., у кого-л. (слишком часто приходить куда-л.)

    Azərbaycanca-rusca lüğət / həftə

həftə sözünün inglis dilinə tərcüməsi

həftə sözünün fransız dilinə tərcüməsi

həftə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. гьафте, икӀи (ирид йикъан вахт); həftənin ikinci günü гьафтедин кьвед лагьай югъ, саласа (югъ); ** həftə səkkiz, mən doqquz гьамиша, фад-фад.

    Azərbaycanca-ləzgicə lüğəti / həftə

həftə sözünün türk dilinə tərcüməsi

"həftə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həftə nədir? #həftə sözünün mənası #həftə nə deməkdir? #həftə sözünün izahı #həftə sözünün yazılışı #həftə necə yazılır? #həftə sözünün düzgün yazılışı #həftə leksik mənası #həftə sözünün sinonimi #həftə sözünün yaxın mənalı sözlər #həftə sözünün əks mənası #həftə sözünün etimologiyası #həftə sözünün orfoqrafiyası #həftə rusca #həftə inglisça #həftə fransızca #həftə sözünün istifadəsi #sözlük