dəstə-dəstə sözü azərbaycan dilində

dəstə-dəstə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəstə-dəstə • 97.8947%
  • Dəstə-dəstə • 2.1053%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəstə
Dəstə (taksonomik kateqoriya)
Beşinci dəstə
Beşinci kolonna (isp. Quinta columna) — İspaniya vətəndaş müharibəsi dövründə general Frankonun İspaniya Krallığında fəaliyyət göstərən agentura dəstəsinə verilən qeyri-rəsmi ad. Məcazi mənada düşmənin hər hansı gizli agentləri — diversantlar, casuslar, provokatorlar, terrorçular və s. nəzərdə tutulur. == Mənşəyi == "Beşinci kolonna" termini vətəndaş müharibəsi dövründə frankistlərin ordusuna rəhbərlik edən ispan generalı Emilio Molaya məxsusdur. 1936-cı ilin oktyabrında Madrid üzərinə hücum zamanı radio ilə paytaxt sakinlərinə etdiyi müraciətdə o, tabeliyində olan 4 ordu kolonnasından əlavə Madridin özündə yerləşən və lazım olan anda arxadan zərbə vura biləcək beşinci kolonnaya sahib olduğunu bildirmişdi. "Beşinci kolonna" insanlar arasında panika yayır, sabotajlar törədir, diversiya və şpionajla məşğul olurdu, lakin tarix göstərdi ki, Mola bu qüvvələrin gücünü şişirdirdi, belə ki, Madrid 1939-cu ilin ortalarınadək hücumlar qarşısında tab gətirə bildi. İkinci dünya müharibəsi ərəfəsində və müharibə zamanı "beşinci kolonna" termini müxtəlif ölkələrdə fəaliyyət göstərən və həmin ölkələrin işğalına zəmin hazırlayan nasist agenturasına aid edilirdi. == Ədəbiyyatda == Ernest Heminquey 1938-ci ildə bu termini özünün yeganə pyesi olan "Beşinci kolonna"nın adında istifadə etmişdir. O, əsəri Madriddə, şəhərin bombalandığı zaman yazmış və elə həmin il nəşr etdirdiyi "Beşinci kolonna və ilk qırx doqquz hekayə" (The Fifth Column and the First Forty-Nine Stories) kitabına daxil etmişdir.
Dəstə (Ordubad)
Dəstə — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Toponimikası == Tədqiqatçıların fikrincə, oykonim fars dilindəki dəstə sözündən olub, "kənd, bağ, mülk" deməkdir. Kənd adını ərazidəki eyniadlı bulağın adından almışdır. Azərbaycan dilinin dialektlərində isə dəstəma/dəstəmal/dəsmal "su arxı", "su novu"deməkdir. == Tarixi == Dəstə kəndi Ordubadın inkişaf etmiş yaşayış yerlərindən biri idi. 1727-ci ilə aid Naxçıvan sancağının müfəssəl dəftərində Azadciran nahiyəsinə tabe olan kəndlər arasında 10763 ağça illik gəlir verən Dəstə kəndinin adı çəkilir.XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işğalından sonra yeni inzibati bölgüyə əsasən kənd Dəstə mahalının mərkəzi olur. Kəndin mərkəzində mövcud olmuş XVI-XVII əsrlərə aid məscidin kitabəsi dövrümüzədək gəlib çatmışdır. == Coğrafiyası və iqlimi == Kənd Vənəndçayın (Arazın qolu) mənsəbində, Zəngəzur silsiləsinin ətəyində, rayon mərkəzindən 12 km cənub-şərqdə, Ordubad-Naxçıvan avtombil yolunun kənarında, Arazın sol sahilində yerləşir. == Əhalisi == Kənd əhalisi 5000 nəfərdir (2016). === Tanınmış şəxsləri === Hüseyn Razi – şair, dramaturq, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1959-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan MR (1981) və Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1984).
Dəstə düzü
Dəstə düzü — Ordubad rayonu ərazisində düzənlik. == Ümumi məlumat == Arazboyu düzənliklərdən biridir. Cənub-şərqdə Dəstə kəndindən başlayaraq Azadkənd kəndinin şimal kənarınadək 6 kilometr məsafədə uzanır. Zəif maili düzənlikdir. Vənənd və Düylün kəndlərinin gətirmə konuslarından təşkil olunmuşdur. == Bitki örtüyü == Bitki örtüyü əsasən gəvən, yovşan, gəngiz və s. ibarətdir. == Torpaq örtüyü == Dəstə düzündə yayılmış boz və çəmən-boz torpaqlarının xeyli hissəsinə Gilançaydan və Arazdan su çıxarılması burada bağçılığın və meyvəçiliyin inkişafına təkan vermişdir.
Dəstə mahalı
Dəstə mahalı — Naxçıvan xanlığının mahallarından biri. Naxçıvan xaniğı (1747- 1827-ci illər) mahallara bölünmüşdü və onun 9 mahahndan biri də Dəstə mahalı olmuşdur. Dəstə kəndi də bu mahalın mər- kəzi idi. Beləliklə 1747-1827-ci illərdə 80 il müddətinə Biləv eyniadlı mahalın mərkəzi olmuşdur. Mahallari xanın nüməyəndəsi - mirzəbəyilər (naiblər) idarə edirdilər. Onlar xanlığa sədaqətli, adətən Kəngərli tayfasından olan bəylərdən təyin olunurdular.
Milli Dəstə
Milli Dəstə — Azərbaycan milli futbol komandası, Azərbaycan futbol klublarını və digər idman növlərində yarışan yerli idmançıları Avropada dəstəkləyən azarkeş dəstəsidir. Bu dəstə Azərbaycanın bir başa Avropada təsis edilən ilk azarkeş dəstəsidir. == Yaranması == Milli Dəstə 1 Mart 2016-cı ildə Vüsal Əhmədov və Şamil Mustafayev tərəfindən Qərbi Avropada təsis edilmişdir. Kiçik bir müddət sonra Orxan Barini Milli Dəstənin idarə heyətinə cəlb olunmuş və media işləri ona həvalə olunmuşdur. == Məqsədi == Milli Dəstənin əsas məqsədi Avropada yaşayan və təhsil alan azərbaycanlıları müxtəlif idman müsabiqələrində bir ad altında birləşdirmək və istər Milli, istərsə də yerli komandaların oyunlarında onlara dəstək olmaqdır == Simvolu == Milli Dəstə simvol olaraq Xürrəmilər hərəkatının rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş sərkərdə - Babək Xürrəmini seçmişdir. == Loqo == Milli Dəstənin loqosunda Babək Xürrəmdin əks olunmuşdur. Babəyin örtüyündə olan mavi, qırmızı və yaşıl rənglər Azərbaycan bayrağını tərənnüm edir. Loqonun alt hissəsində isə dəstənin adı və yaranma ili qeyd olunmuşdur. == Özəllikləri == Milli Dəstənin özəlliyi müəyyən bir ölkədə fəaliyyət və ya dəstək göstərməsi deyil, bütöv Avropada fəaliyyətini nümayiş etdirməsidir.
Qüdrətli dəstə
Qüdrətli dəstə, Balakiryev dərnəyi, Yeni rus musiqi məktəbi (rus. Могучая кучка; Балакиревский кружок; Новая русская музыкальная школа) — rus bəstəkarlarının, 1850-ci illərin sonu 1860-cı illərin əvvəllərində, Sankt-Peterburqda formalaşmış yaradıcılıq birliyi. Bura Mili Aleksandroviç Balakiryev (1837—1910), Modest Petroviç Musorqski (1839—1881), Aleksandr Porfiryeviç Borodin (1833—1887), Nikolay Andreyeviç Rimski-Korsakov (1844—1908) və Sezar Antonoviç Küi (1835—1918) daxil idilər. Dərnəyin ideya müəllifi və əsas qeyri-musiqiçi məsləhətçisi ədəbi tənqidçi, ədib və arxivçi Vladimir Vasilyeviç Stasov (1824—1906) olmuşdur. "Qüdrətli dəstə" adı ilk dəfə Stasovun 1867-ci ildə yazdığı "Cənab Balakiryevin slavyan konserti" məqaləsində rast gəlinir. "Yeni rus musiqi məktəbi" adı isə dərnəyin öz üzvləri tərəfindən təklif edilmişdi. Onlar özlərini Mixail Qlinkanın davamçısı hesab edirdilər və öz məqsədlərini rus milli ideyasının musiqidə təcəssüm etdirilməsində görürdülər.
Dəcəl dəstə
== Məzmun == Uşaq filmi Bakının beynəlmiləl orta məktəblərindən birinin şagirdlərinin gündəlik qayğılarından danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Aleksandr Popov, Qəmər Salamzadə Ssenari müəllifi: Yuri Fidler Bəstəkar: M.Baxçisaraytsev Quruluşçu rəssam: Viktor Aden Rəssam: Qasım Səlimxanov Səs operatoru: M.Belausov Rejissor köməkçisi: Zeynəb Kazımova Mahnıların mətni: Rəsul Rza, Yuri Fidler === Rollarda === A.Varqanova — əlaçı Olya Murtuza Əhmədov — Heydər (Olyanın dostu) A.Bağırova — əlaçı Nina A.Mirzəyev — Yusif Leyla Bədirbəyli — Anna Pavlovna N.Antonov — Mişa Q.Molodtsov — Qrişa Ağasadıq Gəraybəyli — Yusifin atası Əzizə Məmmədova — Yusifin anası == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
731-ci dəstə
731-ci dəstə (yap. 731部隊) — Keçən əsrin 30-40-cı illərində Yaponiya ordusu Çin ərazisində «731-ci dəstə» adı altında bioloji silah sahəsində və bakterioloji müharibə zamanına hazırlıq üzrə tədqiqatlar aparırdı. Söhbət 200 min adamın həyatından gedir. Eksperiment canlı insanlar, qaçırılmış, əsir düşmüş adamlar üzərində aparılırdı. Bununla bərabər insan bədəninin davamlılıq həddi müəyyənləşdirilirdi. Qaynar suya, quraqlığa, qidasız, susuz qalmaya, donmaya və elektrikə qarşı davamlığı sonradan onun viviseksiya, yəni bədəninin yarılması ilə öyrənilirdi. Təcrübə altında olanları barokameralarda gözləri pırtlayıb çıxanacan saxlayırmışlar. Qurbanlar dəstəyə düşürdüsə bütün ailəsi ilə bərabər təcrübənin bütün ağırlığını yaşamalı olurdu. Eksprimentçilər Çin şəhərlərində yatalaq, taun kimi xəstəliklərlə yoluxmuş gənələri artırıb sonra buraxırmış. Su mənbələrini isə vəba vibrionları ilə «zənginləşdirirmiş».
Dəniz kirpiləri (dəstə)
Dəniz kirpiləri (lat. Echinoida) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz kirpiləri sinfinə aid heyvan dəstəsi.
Dəstə (taksonomik kateqoriya)
Dəstə (ordo) heyvan sistematikasında bir neçə fəsiləni birləşdirən taksonomik kateqoriya. Yaxın dəstələr sinif əmələ gətirir (mükəmməl sistematikalarda dəstə əvvəlcə tamdəstə və yarımsinif, sonra isə sinfi təşkil edir). Bitki sistematikasında sıra dəstəyə müvafiq tutulur.
Meydan məscidi (Dəstə)
Meydan məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dəstə kəndində yerləşən məscid. Kənddə Bu günədək qorunub saxlanmış dörd məscid var: Sahib əz-Zaman məscidi, Şingiləy məscidi, Hacı Allahverdi məscidi və Meydan məscidi. Yerli əhalinin fikrincə bu məscidlərdən ən qədimi Şingiləy məscididir. Ancaq təəssüf ki, bu məscidin heç bir qalığı qalmamışdır. Son vaxtlar məscid yenidən bərpa olunmuşdur. Bərpa zamanı məscidin üzərində qoyulan kitabədən aydın olur ki, “ Məscid 1989-1992-ci illərdə yenidən inşa edilmişdir”. Məscid kənd məscidləri içərisində ən qədimi sayıldığından onun üzərində belə bir kitabə də qoyulmuşdur: “XI əsr abidəsi”. Kəndin mərkəzində inşa edilməsi səbəbindən əhali arasında “Meydan məscidi” kimi tanınan məscid kəndin əsas məscidi olmaqla Came məscidi funksiyasını yerinə yetirmişdir. === Memarlıq quruluşu === Məscidin daxildən ölçüləri belədir: uzunluğu 18,5 metr, eni 12,5 metr, (ümumi sahəsi: 230 m), hündürlüyü 4 metr. Məscidin tavanı 3x6=18 ağac sütunun üzərində dayanmışdır.
Xüsusi Təyinatlı Dəstə
İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri xüsusi şəraitlərdə əməliyyatlar apara bilən, yüksək hazırlıqlı xüsusi təyinatlı qoşunların yaradılmasına böyük diqqət yetirilməyə başladılar. Müxtəlif əməliyyatlarda iştirak edərək özünü bu və ya digər formada göstərən xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə Silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. Türkiyədə «Kommando», «Bordo bereli» «SAT-SAS», ABŞ-də «Reyncer», «Delta forçe», Rusiyada «Alfa», «Vımpel», «Delta», İsraildə «Amor», Böyük Britaniyada «Kommandos», «Skorpion», Finlandiyada «Yeger», Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group «A»), Azərbaycanda «Yarasa», «Qartal», «Şahin», «Vaşaq», «Əqrəb» və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. Bu gün dünyada “Kommandos”, “Bordo Bereli”, “SAT/SAS”, “Reyncer”, “Delta Forçe”, “Alfa”, “Vımpel”, “Amor”, “Skorpion”, “Yeger”, “Group A”, və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. “Hər əsgər komando ola bilməz” Təhlükəsizlik və polis qüvvələrinin analoji birliklərindən fərqli olaraq, xüsusi təyinatlılar tam fərqli situasiyalar üçün hazırlanır. Çətin şəraitlərdə, ölkə sərhədləri daxilində və kənarda hərbi əməliyyatlar apara bilir, müxtəlif döyüş tapşırıqlarını yerinə yetirirlər. Çətin şəraitlərdə əməliyyatlara hazırlanan xüsusi təyinatlıların seçimi və hazırlığı böyük vaxt və tədris tələb edir. Ordu xüsusi təyinatlıları əsasən müddətli və müqavilə əsasında hərbi xidmətə çağrılmış şəxslərdən formalaşdırılır.
"Bəbir" xüsusi təyinatlı dəstə
"Bəbir" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. == Tarixi == "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri mayor Şixamir Qaflanov 19.10.2020-ci il tarixində Füzuli istiqamətində şəhid olmuşdur. Ölümündən sonra ona Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir.
"Gürzə" xüsusi təyinatlı dəstə
"Gürzə" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli Cavid Tağıyevdir. == Tarixi == "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı həmçinin Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 7 nəfər şəhid olmuşdur, 28 nəfər isə yaralanmışdır.
Dəcəl dəstə (film, 1937)
== Məzmun == Uşaq filmi Bakının beynəlmiləl orta məktəblərindən birinin şagirdlərinin gündəlik qayğılarından danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Aleksandr Popov, Qəmər Salamzadə Ssenari müəllifi: Yuri Fidler Bəstəkar: M.Baxçisaraytsev Quruluşçu rəssam: Viktor Aden Rəssam: Qasım Səlimxanov Səs operatoru: M.Belausov Rejissor köməkçisi: Zeynəb Kazımova Mahnıların mətni: Rəsul Rza, Yuri Fidler === Rollarda === A.Varqanova — əlaçı Olya Murtuza Əhmədov — Heydər (Olyanın dostu) A.Bağırova — əlaçı Nina A.Mirzəyev — Yusif Leyla Bədirbəyli — Anna Pavlovna N.Antonov — Mişa Q.Molodtsov — Qrişa Ağasadıq Gəraybəyli — Yusifin atası Əzizə Məmmədova — Yusifin anası == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Gürzə (xüsusi təyinatlı dəstə)
"Gürzə" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli Cavid Tağıyevdir. == Tarixi == "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı həmçinin Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 7 nəfər şəhid olmuşdur, 28 nəfər isə yaralanmışdır.
Kobra (xüsusi təyinatlı dəstə)
"Kobra" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Kobra" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Kobra" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri Vətən Müharibəsi Qəhrəmanı Füzuli İmrəliyevdir. == Tarixi == "Kobra" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 9 nəfər (baş leytenant Kamran Kazımov, baş çavuşlar Əsgər Əhmədov və Vüqar Cəfərov, çavuşlar Ceyhun Rzayev, Elvin Məmmədov, Hilal İmanzadə, Mikayıl Mikayılzadə, Orxan Ömərov və Tərlan Eyniyev) şəhid olmuşdur, 30 nəfər isə yaralanmışdır.
Kobra Xüsusi Təyinatlı Dəstə
Kobra (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsi. Kobra (ilan) — sürünənlər fəsiləsinə aid heyvan. Kobra (film, 1986) — Silvestr Stallonenin baş rolda çəkildiyi filmlərindən biridir. Kobra (Mortal Kombat) — Mortal Kombat oyun seriyasının personajlarından biridir.
Yarasa (xüsusi təyinatlı dəstə)
"Yarasa" — Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycan Prezidenti İlham Əliyev 14.12.2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədi ilə Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. Xarici Kəşfiyyat Xidmətinə tabe olan ən gizli xüsusi bölmə "Yarasa" Xüsusi Təyinatlı Dəstəsidir. == Tarixi == "Yarasa" Xüsusi Təyinatlı Dəstəsi Azərbaycan Ordusunun elit və ən gizli xüsusi bölməsi hesab olunur. Komandirlərin adları belə gizli saxlanılır."Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır.Bölmənin əsas fəaliyyəti Ermənistan Ordusunun arxa cəbhəsində olmuşdur.10.12.2020-ci ildə baş tutan Zəfər Paradı zamanı "Yarasa" Xüsusi Təyinatlı Dəstəsinin mövcudluğu barədə birinci dəfə ictimaiyyətə məlumat verilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.26
2012 •••••••••••••••••••• 0.26
2013 •••••••••••• 0.15

dəstə-dəstə sözünün leksik mənası və izahı

  • 1 zərf 1) dəstələr halında. Odur, atlılar ya dəstə-dəstə, ya tək-tək uzaqdan görsənirlər. C.Məmmədquluzadə; 2) qatarqatar. Az sonra sanki bütün quşlara xəbər yayıldı. Onlar dəstə-dəstə uçub gəldilər. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / dəstə-dəstə

dəstə-dəstə sözünün sinonimləri (yaxın mənalı sözlər)

dəstə-dəstə sözünün rus dilinə tərcüməsi

  • 1 1. букетами, пучками; 2. группами, отрядами, колоннами; 3. кипами, пачками;

    Azərbaycanca-rusca lüğət / dəstə-dəstə
  • 2 1 нареч. 1. пучками 2. разг. кипами, пачками 3. букетами 2 нареч. 1. группами. Dəstə-dəstə dayanmaq стоять группами 2. отрядами 3. колоннами. Dəstə-dəstə keçmək проходить колоннами 4. партиями 5. стаями. Quşlar dəstə-dəstə uçurlar птицы летят стаями

    Azərbaycanca-rusca lüğət / dəstə-dəstə

dəstə-dəstə sözünün inglis dilinə tərcüməsi

dəstə-dəstə sözünün fransız dilinə tərcüməsi

dəstə-dəstə sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#dəstə-dəstə nədir? #dəstə-dəstə sözünün mənası #dəstə-dəstə nə deməkdir? #dəstə-dəstə sözünün izahı #dəstə-dəstə sözünün yazılışı #dəstə-dəstə necə yazılır? #dəstə-dəstə sözünün düzgün yazılışı #dəstə-dəstə leksik mənası #dəstə-dəstə sözünün sinonimi #dəstə-dəstə sözünün yaxın mənalı sözlər #dəstə-dəstə sözünün əks mənası #dəstə-dəstə sözünün etimologiyası #dəstə-dəstə sözünün orfoqrafiyası #dəstə-dəstə rusca #dəstə-dəstə inglisça #dəstə-dəstə fransızca #dəstə-dəstə sözünün istifadəsi #sözlük