dəsti sözü azərbaycan dilində

dəsti

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dəsti • 99.7321%
  • Dəsti • 0.2296%
  • DƏSTİ • 0.0383%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Eniş dəsti
Eniş dəsti — Aviasiya sahəsində təyyarənin yerə enməsini asanlaşdıran qurğuya (adətən bu təkər olur) deyilir. Eniş dəstinin qapıları təyyarə havaya qalxdıqdan sonra enənə kimi bağlı vəziyyətdə saxlanılır. == Ümumi baxış == Aviasiyada eniş qurğuları təyyarələrin taksi hərəkətini etməsini, yerə enməsini və yerdən qalxmasını təmin edən mexaniki sistemlərdir. Eniş qurğuları ümumiyyətlə təkərlidir, ancaq eniş və ya qalxma həyata keçirdəcəyi əraziyə görə təkərlər, kirşələr və xizək olmaqla müxtəlif növlərin fərqli birləşmələri mövcuddur. Təyyarənin eniş qurğusunun tipi mühəndislər tərəfindən hava gəmisinin hansı məqsədli və necə uçuş pistlərində hərəkət edəcəyinə görə müəyyənləşdirilir. Bərk səthlərdə (uçuş-enmə zolağı, yol, gəmi göyərtəsində) uçuş həyata keçirdəcək təyyarələr eniş şok əmici sistemlər ilə təchiz edilmiş təkərli eniş dəstindən istifadə edir, müasir dövrdə bir çox təyyarədə təkərli eniş dəsti mövcuddur, amma qarlı səthlərə və suya eniş və ya qalxma həyata keçirən təyyarələr də vardır və onlar xizəklər və ya kirşələr ilə təchiz edilirlər. Eniş dəsti təyyarənin ən ağır hissələrindən biridir, təyyarənin ağırlığının 7% -i qədər ola bilərlər, lakin adətən ümumi ağırlığın 4-5 faizi civarında olurlar.
Yazı dəsti
Yazı dəsti (yaxud şrift ailəsi) — ölçü, qalınlıq (məsələn, incə-qalın), maililik (məsələn, maili), genişlik (məsələn, dar) və s.ə görə fərqliliklər ehtiva edən letterinq dizaynı nümunəsi. Bu fərqliliklərin hər biri bir şrift deməkdir. Hal-hazırda minlərkə yazı dəsti mövcuddur və gün keçdikcə də yeniləri yaranmağa davam edir. Yazı dəsti incəsənəti və dizaynlarının istehsalı yazı dizaynı, yazı dəsti dizaynerləri isə yazı dizaynerləri adlanır və dizaynerlər, adətən, hərftökən emalatxanalarda işləyirlər. Hər bir yazı dəsti müxtəlif qliflər — hər biri ayrı-ayrılıqda bir hərf, rəqəm və yaxud digər işarə olan simvollar kolleksiyasıdır.
Yastıq (yataq dəsti)
İnternet protokol dəsti
Internet protokol dəsti və ya daha çox tanınan adı ilə TCP/IP — funksional meyarlara uyğun olaraq İnternetdə və oxşar kompüter şəbəkələrində istifadə olunan kommunikasiya protokollarının dəstini təşkil etmək üçün freymvork. Paketdəki əsas protokollar TCP, UDP və IP-dir. Bu modelinin ilkin versiyaları Müdafiə Departamenti modeli kimi tanınırdı, çünki tədqiqat və tərtibatı DARPA vasitəsilə ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilirdi. İnternet protokol dəsti verilənlərin necə paketləşdirilməsini, ünvanlanmasını, ötürülməsini, yönləndirilməsini və qəbul edilməsini təyin edən ucdan-uca kommunikasiyanı təmin edir. Müəyyən bir tətbiq üçün təbəqələrin tətbiqi protokol yığınını təşkil edir. Aşağıdan yuxarıya doğru təbəqələr bir şəbəkə seqmentində (bağlantı) qalan məlumatlar üçün kommunikasiya üsullarını ehtiva edən keçid təbəqəsidir: müstəqil şəbəkələr arasında interneti təmin edən internet təbəqəsi, host-to-host kommunikasiyasını idarə edən nəqliyyat təbəqəsi və proqramlar üçün process-to-process məlumat mübadiləsini təmin edən tətbiq səviyyəsi. İnternet protokol dəstinin və onun tərkib protokollarının əsasını təşkil edən texniki standartlar IETF tərəfindən qorunur. İnternet protokol dəsti ümumi şəbəkə sistemləri üçün daha əhatəli istinad çərçivəsi olan OSI modelindən əvvəl yaranmışdır. BBN Report 1822 Fast Local Internet Protocol Avtomatlaşdırma protokollarının siyahısı İnformasiya texnologiyaları akronimlərinin siyahısı IP protokol nömrələrinin siyahısı Şəbəkə protokollarının siyahısı TCP və UDP port nömrələrinin siyahısı Douglas E. Comer. Internetworking with TCP/IP – Principles, Protocols and Architecture.
Üç təkərli eniş dəsti
Üç təkərli eniş dəsti sistemi, üç təkərli velosiped formasında yaradılmış bir təyyarə eniş dəsti sistemidir. Üç təkərli eniş dəsti sistemi tənzimləməsində ön tərəfdə bir burun təkəri və ağırlıq mərkəzindən bir qədər arxada iki və ya daha çox əsas təkər mövcud olur. Üç təkərli eniş dəsti enmə, qalxma və taksi üçün ən asan bir konfiqurasiya sayılır, buna görə təyyarələrdə ən çox görülən tənzimləmədir. Bir neçə erkən dövr təyyarələrində üç təkərli velosiped avadanlığı mövcud olmuşdur.
Mustafa Dəstici
Mustafa Destici (3 fevral 1966, Gəcək[d], Əskişəhər ili[d]) — Türkiyə siyasətçisi və Böyük Birlik Partiyasının (BBP) hazırkı lideri. Ankara Universitetini bitirmişdir. 3 fevral 1966-cı ildə Əskişəhərin Günyüzü rayonunun Gəcək kəndində anadan olmuşdur. İbtidai məktəbi doğulduğu kənddə, orta məktəbi Sivrihasarda, liseyi isə Tofiq İləri Anadolu İmam Hatip Liseyində bitirmişdir. 1988-ci ildə Ankara Universitetinin İlahiyyat fakültəsindən məzun olmuşdur. 2007-ci ildə dövlət qulluğundan ayrılaraq Böyük Birlik Partiyasında siyasətə başlamışdır. O, 2007-ci ildə vitse-prezident vəzifəsinə təyin edilmişdir. Böyük Birlik Partiyasının qurucusu Möhsün Yazıçıoğlu 25 mart 2009-cu ildə helikopter qəzasına uğrayanda partiyanın təşkilati işlər üzrə sədr müavini olmuşdur. Yazıçıoğlunun ölümünün təsdiqlənməsindən sonra keçirilən IV Fövqəladə Qurultayda baş katib Yalçın Topçunun siyahısından seçilmişdir.

dəsti sözünün leksik mənası və izahı

dəsti sözünün sinonimləri (yaxın mənalı sözlər)

dəsti sözünün rus dilinə tərcüməsi

"dəsti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəsti nədir? #dəsti sözünün mənası #dəsti nə deməkdir? #dəsti sözünün izahı #dəsti sözünün yazılışı #dəsti necə yazılır? #dəsti sözünün düzgün yazılışı #dəsti leksik mənası #dəsti sözünün sinonimi #dəsti sözünün yaxın mənalı sözlər #dəsti sözünün əks mənası #dəsti sözünün etimologiyası #dəsti sözünün orfoqrafiyası #dəsti rusca #dəsti inglisça #dəsti fransızca #dəsti sözünün istifadəsi #sözlük