* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 bağl. [ər.] Cümlədə aid olduğu sözü və ya söz birləşməsini ayırmaq və gücləndirmək üçün işlədilir – üstəlik, həm də, belə. Onu gördüm, hətta söhbət də etdim. Hamı, hətta uşaqlar da diqqətlə qulaq asırdılar. – Otların hamısı, hətta tikanlı boz qanqallar da çiçək açmışdı. İ.Əfəndiyev. [Əntərzadə] nəinki səliqə və məharətini, hətta başını da itirdi. Mir Cəlal. // Bəzən təkid üçün “belə” ədatı da əlavə olunmaqla işlədilir. Hətta gözümlə görsəm belə inanmaram. – Səba xanımın özü də Atabəylə tez-tez görüşməyi, hətta lazım olmadığı zaman belə adi bir işi bəhanə edərək, Atabəyin otağına soxulmağı sevirdi. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / hətta1 bağ. even; Hamı gəlmişdi, hətta uşaqlarda Everyone came, even the children; ~ əgər even if; O, hətta təsəvvür edə bilməzdi ki, bu belədir He / She couldn’t even imagine that it is so
Azərbaycanca-ingiliscə lüğət / hətta2 and even ... / and even then ... * и то (более того, и даже при этом)
Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / hətta1 bağ. même ; Hamı gəlmişdi, ~ uşaqlar da Tout le monde était venu, même les enfants
Azərbaycanca-fransızca lüğət / hətta