xəttat sözü azərbaycan dilində

xəttat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xəttat • 87.5817%
  • Xəttat • 10.4575%
  • XƏTTAT • 1.9608%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xəttat
Xəttat – gözəl yazı ustası; yazıçıların əsərlərini, xüsusilə şeirlərini nəfis xətlə köçürüb yayan şəxs; xoşnəvis, mirzə, katib, kalliqraf. == Ümumi məlumat == İslam dinində canlıların surətini yaratmaq qadağan olunmuşdu. Bununla və ərəb əlifbası qrafikasının xüsusiyyələri ilə əlaqədar bədii yazı sənəti olan xəttatlıq islamı qəbul etmiş xalqların mədəniyyət və incəsənətində vacib sahələrdən birinə çevrilmişdi. İslamı qəbul edən ölkələr Qurani-Kərimin əlifbasını da qəbul etmişdilər. Din xadimləri bu əlifbada yaranan yazı sənətini hər cür dəstəkləyir və belə bir kultun yaranması üçün xəttatlara yardım da göstərirdilər. Dekorativ-ornamental sənətlə qovuşan bədii yazı mədəniyyəti kitabları, saray binalarını, məscidləri, saxsıdan, metaldan,ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəyirdi. Xəttatlıq get-gedə müsəlman dünyasında müstəqil və əsas sənət növlərindən birinə, gözəl yazmaq savadlılıq dərəcəsinin göstəricisinə çevrilirdi. Dövlət xadimlərinin, ədib, şair və alimlərin, rəssamların həm də yaxşı xəttat olduqlarına dair çoxlu misallar gətirmək mümkündür. == Azərbaycanda xəttatlıq == Orta əsrlərdə Azərbaycanda bir qayda olaraq, bütün savadlı adamlar, münəccim, həkim, yaxud filosof olmalarından asılı olmayaraq, hesab edirdilər ki, yüksək savad dərəcəsinin bir göstəricisi də şeir yazmaq və xəttatlıq sənətinə yiyələnməkdir. Buna görə də, o dövrdə şair və xəttat kimi şöhrət qazanmaq olduqca çətin idi.
Baqi (xəttat)
Mir Əbdülbaqi Təbrizi (az.-əbcəd میر ابدولباقی تبریزی‎), təxəllüsü Baqi (az.-əbcəd باقی‎) — XVI əsrin sonu–XVII əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycan xəttatı. == Həyatı == Təbriz, Bağdad və İsfahanda fəaliyyət göstərmiş, elm və sənətin müxtəlif sahələrində şöhrət qazandığına görə "danişmənd" (alim) təxəllüsü almışdır. Mir Əbdülbaqi Təbrizi İsfahanda bir sıra məscidin kitabələrini işləmiş (Əli Rza Təbrizi ilə birgə), nəsx, süls və rüqə xətləri ilə "Qəsideyi-bürda" ("Peyğəmbərin əbası haqqında qəsidə", 1588) və s. əsərlərin üzünü köçürmüşdür. Şah I Abbasın dövründə yaşamış, Ələddin Təbrizi və Əlirza Təbrizinin tələbəsi olmuşdur. O, 1629-cu ildə vəfat etmişdir.
Azərbaycan mədəniyyətində xəttatlıq
Azərbaycan mədəniyyətində xəttatlıq (az.-əbcəd آزربایجان مدنییّتینده ختّاتلیق‎) — xəttatlığın Azərbaycan ədəbiyyatı və təsviri incəsənətində oynadığı rol. Orta əsrlərdə Azərbaycan əlyazmalarının yazılmasında müxtəlif xəttatlıq nümunələrindən (nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi) istifadə edilmiş, elmi əsərlər isə nəsx xətti ilə yazılmışdır. XIX əsrdə gözəl yazı ilə bağlı "İnşai-Mirzə Kazım", Əbdülqəni Xalisəqarızadə Nuxəvinin "Məcməül-xoş xətt" və Əbdüssəlam Axundzadənin "Xətti-təliq və nəstəliq" əsərləri yazılmışdır. Sovet dövründə Azərbaycanda xəttatlıq tənəzzülə uğrasa da, müasir dövrdə hələ də ondan istifadə edilir. == Tarixi == === Orta əsrlər === Azərbaycan əlyazma kitablarının yazılmasında nəsx, nəstəliq, təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi və s. xətt nümunələrindən istifadə edilmişdir. Elmi əsərlər əsasən nəsx xətti ilə yazılmışdır. Bundan başqa məscid kitabələrində, misgərlik nümunələrində, döyüş əşyalarında, sufi dərvişlərinin istifadə etdiyi kəşkül və təbərzində xəttatlıq nümunələrinə rast gəlinir.Orta əsrlərdə yaşamış xəttatlara Azərbaycan ədəbiyyatının nümayəndələri olan qəzvinli Kişvəri, Məhəmməd Tahir Vəhid Qəzvini, Sadıq bəy Əfşar misal göstərilə bilər. Orta əsr Azərbaycan əlyazmaları Xəlil bin Əhməd, Səfəvilər dövründə Şah Mahmud Nişapuri, Məhəmməd ibn Hüseyn Katib Nişati, Mahmud Şirazı, XVIII əsrdə Şamaxılı Osman ibn Mahmud Əfəndi, Kazım Qaradonlu və s. kimi katib və xəttatlar tərəfindən köçürülmüşdür.
Xəttatlar
Xəttat – gözəl yazı ustası; yazıçıların əsərlərini, xüsusilə şeirlərini nəfis xətlə köçürüb yayan şəxs; xoşnəvis, mirzə, katib, kalliqraf. == Ümumi məlumat == İslam dinində canlıların surətini yaratmaq qadağan olunmuşdu. Bununla və ərəb əlifbası qrafikasının xüsusiyyələri ilə əlaqədar bədii yazı sənəti olan xəttatlıq islamı qəbul etmiş xalqların mədəniyyət və incəsənətində vacib sahələrdən birinə çevrilmişdi. İslamı qəbul edən ölkələr Qurani-Kərimin əlifbasını da qəbul etmişdilər. Din xadimləri bu əlifbada yaranan yazı sənətini hər cür dəstəkləyir və belə bir kultun yaranması üçün xəttatlara yardım da göstərirdilər. Dekorativ-ornamental sənətlə qovuşan bədii yazı mədəniyyəti kitabları, saray binalarını, məscidləri, saxsıdan, metaldan,ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəyirdi. Xəttatlıq get-gedə müsəlman dünyasında müstəqil və əsas sənət növlərindən birinə, gözəl yazmaq savadlılıq dərəcəsinin göstəricisinə çevrilirdi. Dövlət xadimlərinin, ədib, şair və alimlərin, rəssamların həm də yaxşı xəttat olduqlarına dair çoxlu misallar gətirmək mümkündür. == Azərbaycanda xəttatlıq == Orta əsrlərdə Azərbaycanda bir qayda olaraq, bütün savadlı adamlar, münəccim, həkim, yaxud filosof olmalarından asılı olmayaraq, hesab edirdilər ki, yüksək savad dərəcəsinin bir göstəricisi də şeir yazmaq və xəttatlıq sənətinə yiyələnməkdir. Buna görə də, o dövrdə şair və xəttat kimi şöhrət qazanmaq olduqca çətin idi.
Xəttatlıq
Xəttatlıq və ya kalliqrafiya (yun. καλλιγραφία — "gözəl xətt") — təsviri incəsənətin sahələrindən biri. Onu həmçinin nəfis məktub incəsənəti də adlandırırlar. Xəttatlığın elmi anlayışı belədir: "işarələrin ekspressiv, harmonik və incə zövqlə tərtibatı incəsənəti". Xəttatlıq yazını nəfis şəkildə şrift, əl və əlifba kimi yazmaq bacarığıdır. Kalliqrafiya əşya və lövhə üzərində məişət yazısından yüksək incəsənət nümunələrinə qədər geniş bir sənətdir. Kalloqrafiyada həmişə hərflər standart formada yazılmır.. Müasir dövrdə kalliqrafiya bəzi dini yazılarda, xüsusi sənəd yazılışında, dəvətnamələrdə, yubiley və şənlik təbriklərində, qrafik işlərdə, daş yonmalarında və tarixi sənəd təkrarında isrifadə edilir. Xəttatlıq həmçinin televiziya monitor yazılarında, müəyyən xasiyyətnamələrdə, əllə yazılması nəzərdə tutulan sənədlərdə ( məsələn, doğum şəhadətnaməsi ) istifadə edilir. == Azərbaycanda xəttatlıq == Xəttatlıq Azərbaycan xalqının uzun əsrlərdən bəri yaşatdığı qədim sənət növlərindən biridir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.42 dəfə / 1 mln.
2005 ••••••••••• 0.67
2006 •••••••••••••••••• 1.13
2007 •••••••••• 0.63
2008 •••••••• 0.49
2009 ••••••••••• 0.64
2010 •••••••••••••••••••• 1.27
2011 ••••• 0.26
2012 ••••••••••• 0.69
2013 ••• 0.15
2014 ••• 0.17
2017 •••••• 0.33
2018 ••• 0.15
2020 ••••• 0.27

xəttat sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Gözəl xətti olan adam, gözəl yazı yazan adam. [Vaqif] …bir şeir Tiflisin və valinin mədhinə, bir ayrısını da vəliəhdə ithaf olaraq yazdı, üzü göçürülmək üçün özü ilə gətirdiyi xəttata verdi. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / xəttat

xəttat sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 XƏTTAT (gözəl xətlə yazan adam) Vaqif hamamdan sonra iki gün evdən çölə çıxmayıb, bir şeir Tiflisin və valinin mədhinə, bir ayrısını da vəliəhdə ithaf yazdı, üzü götürülmək üçün özü ilə gətirdiyi xəttata verdi (Çəmənzəminli); XOŞXƏT, XOŞNƏVİS (köhn.), KALLİQRAF.

    Azərbaycan dilinin sinonimlər lüğəti / xəttat

xəttat sözünün rus dilinə tərcüməsi

xəttat sözünün inglis dilinə tərcüməsi

xəttat sözünün fransız dilinə tərcüməsi

xəttat sözünün ləzgi dilinə tərcüməsi

xəttat sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. gözəl xətti olan adam; kalliqraf.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"xəttat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəttat nədir? #xəttat sözünün mənası #xəttat nə deməkdir? #xəttat sözünün izahı #xəttat sözünün yazılışı #xəttat necə yazılır? #xəttat sözünün düzgün yazılışı #xəttat leksik mənası #xəttat sözünün sinonimi #xəttat sözünün yaxın mənalı sözlər #xəttat sözünün əks mənası #xəttat sözünün etimologiyası #xəttat sözünün orfoqrafiyası #xəttat rusca #xəttat inglisça #xəttat fransızca #xəttat sözünün istifadəsi #sözlük