* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Cızıq. Kağızda dikinə çəkilən xətlərin sayı indi beş idi. Ə.Əbülhəsən. 2. İki məntəqəni birləşdirən yol. Moskva – Bakı dəmiryol xətti. Moskva – Kiyev hava xətti. Trolleybus xətti. // Teleqraf, telefon rabitəsi qurğuları (məftillər, kabellər və s.); su, kanalizasiya sistemi. Teleqraf xətti. Telefon xətti xarab olmuşdur. Xəlil içəri girib isti su xəttinin üstündəki manometrə nəzər saldı. İ.Məlikzadə. // Elektrik enerjisini nəql etmək üçün qurğular (məftillər, kabellər və s.) sistemi. İki saatdan çox idi ki, kəşfiyyat buruğunda elektrik xətti korlanmışdı. M.Hüseyn. …Xətdə cərəyan var, işə başlamaq olar. M.Süleymanov. // Yan-yana durmuş şeylərin uzun sırası, bir şeyin arasıkəsilməz sırası. İstehkam xətti. Müdafiə xətti. – Bəhram şah Bərdəsirin mühasirə xəttini yarmağa və Atabəy Məhəmmədə qalib gəlməyə müvəffəq olmayacaqdır… M.S.Ordubadi. 3. Bir dövlətin hüdudu, sərhədi və bu sərhəd boyunca olan istehkamlar sırası. Vaqifin yazdığı məktub Qafqaz xəttindəki baş komandan … vasitəsilə Yekaterinaya göndərildi. Çəmənzəminli. // Vuruşan iki tərəf arasında uzanan yer, döyüş gedən yer. Vuruşmanın qızğın vaxtında rota komandiri Zəhranı çağırdı və tapşırıq verib qabaq xəttə göndərdi. Ə.Vəliyev. Orda mən bilirdim ki, cəbhə xəttinin o tərəfində düşmən durur. H.Seyidbəyli. 4. Cizgi. Kim olduğunu daha bilmədiyim bu qadını yalnız üzünün xətləri, hal və tövrilə öyrənmək istəyirdim. S.Hüseyn. Baxıram heykələ… mən heyrətdəyəm… Necə yerindədir hər xətt, hər qırış! B.Vahabzadə. 5. məc. İstiqamət, hərəkət, görüş tərzi. Düzgün xətt. Yanlış xətt. Orta xətt götürmək. 6. Qan qohumluğu əsasında birləşmiş adamların ardıcıl sırası, əcdadlar, nəsillər sırası. Ata xətti ilə qohumluq.
Azərbaycan dilinin izahlı lüğəti / xətt2 is. 1. Yazarkən hərfləri təsvir etmə tərzi, yazı yazma xüsusiyyəti; yazı. Gözəl xətt. Uşaq xətti. Tanış xətt. – [Yaqut:] Məktubu açmışdım və uşaq xəttinə oxşar o tanış xətti görərkən yenə əllərim titrəmişdi. Ə.Məmmədxanlı. Reyhanın çox səliqəli; Gözəl, təmiz bir xətti var. M.Dilbazi. 2. Nazik saqqal. Yumşaq barmaqlar Xəlilin xətt yerindən çənəsinə qədər titrəyə-titrəyə gəzdi. Üzünə isti nəfəs dəydi. İ.Məlikzadə.
Azərbaycan dilinin izahlı lüğəti / xətt3 ə. 1) cizgi, cızıq; 2) sıra və ya cizgi şəklində olan şey; 3) yazı; 4) qırış, qırışıq; 5) hökm, əmr, fərman; 6) öhdə(çi)lik, təəhhüd, iltizam. Xətti-hərəkət 1) döyüş üsulu, taktika; 2) ictimai-siyasi mübarizə üsul və vasitələri; xətti-xuda «Allahın xətti» dini kitablar; xətti-istiva’ ekvator; xətti-mixi mixi xətti (qədim iranlıların və assuriyalıların əlifbası); xətti-rüxsar üz, surət, sifət; xətti-səbz «yaşıl xətt» yeniyetmə oğlanların saqqaldan əvvəl üzlərində çıxan incə tük(lər).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xətt3 I XƏTT, YAZI [İlyas:] Bu yazı onun yazısı deyil, Səbanın öz xəttidir (M.S.Ordubadi); DƏST-XƏTT Sübhanverdizadə öz dəst-xətti ilə yazmağına baxmayaraq, bu kimi müxtəlif bəhanələrlə öz yazdığını pozmağı da bacarırdı (S.Rəhimov). II XƏTT Kim olduğunu .. bilmədiyim bu qadını yalnız üzünün xətləri, hal və tövrilə öyrənmək istəyirdim (S.Hüseyn); CİZGİ Gözlərinin kənarlarından gicgahlarına doğru uzanan cizgilər onu gülümsər göstərirdi (M.Rzaquluzadə). III xətt bax cızıq
Azərbaycan dilinin sinonimlər lüğəti / xətt2 1 сущ. 1. почерк (свойственная кому-л. манера изображения букв при письме, характер начертаний букв в письме). Uşaq xətti детский почерк, şagird xətti ученический почерк, kalliqrafik xətt каллиграфический почерк, xətləri tutuşdurmaq сличать почерки, xəttindən tanımaq узнавать по почерку 2. тонкая бородка 2 I сущ. линия: 1. узкая полоса, черта, проведенная на какой-л. поверхности от одной точки к другой. Düz xətt прямая линия (прямая), əyri xətt кривая линия, paralel xətlər параллельные линии 2. воображаемая черта, соединяющая две точки или являющаяся границей пересечения двух поверхностей. Ekvator xətti линия экватора, üfüq xətti линия горизонта 3. черта (существующая или воображаемая), определяющая предел границы чего-л. Sərhəd xətti линия границы, воен. hücüm xətti линия атаки, müdafiə xətti линия обороны (спорт. линия защиты), ön xətt передовая линия, atəş xətti линия огня, müşahidə xətti линия наблюдения, cəbhə xətti линия фронта, görüş xətti линия встречи; спорт. finiş xətti линия финиша (финишная прямая), start xətti стартовая линия; qapı xətti линия ворот, yan xətt боковая линия 4. очертания, контуры чего-л. ‚Üzünün xətləri линии лица 5. путь (полотно железной дороги или трамвая). Metro xətti линия метро, tramvay xətti трамвайная линия 6. путь (железнодорожного, водного и т.п.) сообщения, связывающий два каких-л. пункта. Moskva-Bakı dəmiryolu xətti железнодорожная линия Москва-Баку, Bakı-Naxçıvan hava xətti воздушная линия Баку-Нахичевань 7. система устройств (проводов, кабеля и т.п.) для телеграфной и телефонной связи. Telefon xətti телефонная линия, teleqraf xətti телеграфная линия 8. система устройств для передачи и распределения электроэнергии. Elektrik xətti линия электропередачи, cərəyan xətti линия тока 9. последовательный ряд лиц, соединенных кровными связями от предков к потомкам. Ata xətti ilə qohumluq родство по отцовской линии 10. перен. направление, образ действий, мыслей. Düzgün xətt seçmək выбрать правильную линию, siyasi xətt политическая линия, yanlış xətt ошибочная линия 11. ряд производственных машин, устройств с непрерывным циклом работ. Avtomatik xətt автоматическая линия 12. последовательный ряд производственных операций. Axın xətti поточная линия, konveyer xətti конвейерная линия 13. направление, осуществляемое какой-л. организацией. Təhsil nazirliyinin xətti ilə по линии министерства образования II прил. линейный (предназначенный для обслуживания линий, путей сообщения и связи). связь. Xətt rabitəsi линейная связь, xətt məftili линейная проволока, xətt lövhəsi линейный щит, xətt süzgəci линейный фильтр, xətt nəzarəti линейный надзор, xətt sınaqçısı линейный испытатель
Azərbaycanca-rusca lüğət / xətt1 i. 1. line; düz ~ straight / right line; əyri ~ curve; perpendikulyar ~ perpendicular (line); paralel ~ parallel (line); hava ~i air line; dəmiryol ~i railway line; tramvay ~i tram-way, tram-line; ~ çəkmək to draw* a line; 2. (əlyazması) handwriting; yaxşı / pis ~i olmaq to write* a good* / a bad* hand
Azərbaycanca-ingiliscə lüğət / xətt1 is. ligne f ; düz ~ ligne directe ; əyri ~ ligne courbée ; paralel ~ ligne parallèle ; hava ~i ligne aérienne ; dəmiryol ~i ligne de chemin de fer ; hücum ~i ligne de feu ; qohumluq ~i les ascendants
Azərbaycanca-fransızca lüğət / xətt2 [ər.] сущ. 1. цӀар; 2. рехъ (кьве шегьер, хуьр ва мс. сад-садахъ гилигзавай); tramvay xətti трамвайдин рехъ; 3. линия (телефондин, электрикдин ва мс.); 4. цӀиргъ, жерге (несилрин ва мс.); пад; ana xətti ilə qohumluq диде патай мукьвавал; 5. цӀар, бириш (мес. ччина); 6. пер. рехъ, гьерекат.
Azərbaycanca-ləzgicə lüğəti / xətt