səhv-xəta sözü azərbaycan dilində

səhv-xəta

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • səhv-xəta • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səhv səcdəsi
İki halda namazın salamından sonra insan gərək bir cüt səhv səcdəsi sonradan deyiləcək göstərişlə yerinə yetirsin: Təşəhhüdü unutsa. Dörd rəkətli namazda ikinci səcdəyə getdikdən sonra, dörd ilə beş və ya dörd ilə altı rəkət qıldığı barədə şəkk edərsə. Üç halda isə, vacib ehtiyata əsasən səcdeyi səhv lazımdır: Namazdan sonra, namazın səhih olmasına hökm olunmasına baxmayaraq, ümumi halda namazda bir şeyin səhvən əskik və ya artıq yerinə yetirildiyini bilirsə. Namaz əsnasında səhvən danışsa. Namazın salamını verməli olmadığı yerdə məsələn, birinci rəkətdə səhvən salam versə. Əgər bir səcdəni unudarsa və ayağa qalxması lazım olan yerdə, məsələn; Həmd və surəni oxuması lazım olan yerdə səhvən oturarsa, yaxud oturması lazım olan yerdə, məsələn; təşəhhüd etməsi lazım olan yerdə səhvən ayağa qalxarsa, iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Hətta namazda səhvən yerinə yetirdiyi çoxluq və azlıq üçün iki səhv səcdəsi etməsi ehtiyat müstəhəbbdir. Bu bir neçə surətin hökmləri gələcək məsələlərdə izah olunacaq. Əgər insan səhvən və ya namazın qurtardığını xəyal edib danışsa, gərək ehtiyata əsasən bir cüt səhv səcdəsi yerinə yetirsin. Öskürəkdən peyda olan səs üçün, səhv səcdəsi vacib deyildir, amma səhvən nalə çəksə, ya "ah" çəksə və ya "ah" desə, gərək vacib ehtiyata əsasən səhv səcdəsi etsin.
Qaçılmaz xəta
Qaçılmaz xəta (ing. fatal error) – tətbiqi proqramın, yaxud bütöv sistemin işini davam etdirməyə imkan verməyən aparat, sistem və ya tətbiqi proqram xətası; çox zaman verilənlərin, tranzaksiyaların, faylların və s. itməsi kimi xoşagəlməz nəticələrə səbəb olur. Təəssüf ki, adi istifadəçinin qaçılmaz xətalarla mübarizə yolları çox azdır: komputeri yenidən yükləmək, tətbiqi proqramı və ya əməliyyat sistemini yenidən quraşdırmaq, proqram təminatını yeniləmək,hansı hallarda qaçılmaz xətanın meydana çıxması ilə bağlı statistikanı toplamaq və müşayiət xidmətinə müraciət etmək və s..
Xəta (riyaziyyat)
Xəta – müşahidə edilən və ya ölçülən nəticələrlə həqiqətdə olacaqlar arasında uyuşmazlıq. Riyaziyyatda və hesablama texnikasında “ERROR” ilə “MISTAKE” heç də eyni şey deyildir. Riyaziyyatda xəta (error), alınmış qiymət ilə verilmiş standart kəmiyyət arasındakı fərqdir; məsələn, statistikada xətalar qaçılmazdir və statistik verilənlər, adətən, “Seçmə yolu ilə aparılmış araşdırmanın xətası: ±5%” kimi qeydlərlə müşayət olunur. Kompüterlərin aparat və proqram təminatında xəta, ya hadisələrin gözlənilməz gedişinin nəticəsi, ya da mümkün olmayan və ya yolverilməz hərəkətləri həyata keçirmək cəhdinin nəticəsidir. Belə ki, veriliş xətası bir və ya bir neçə bitin təhrif olunmasını, “sıfıra bölmə” xətası isə proqramın sıfıra bölməni həyata keçirməyə cəhd etməsini göstərə bilər. Xətalar çox kiçik ola bilər, məsələn, disksürənin kilidi bağlı olmadıqda proqram diskdən istifadə edə bilmir; çox ciddi problemlər də ola bilər, məsələn, aparat təminatındakı nasazlıq və ya ciddi proqram xətası sistemin sıradan çıxmasına səbəb ola bilir. == Xəta anlayışı == Praktik məsələlərin həllində bəzi hallarda kəmiyyətin dəqiq qiyməti ilə yanaşı onun təqribi qiymətindən də istifadə olunur. Tutaq ki, hər hansı kəmiyyətin dəqiq qiyməti A {\displaystyle A} , kəmiyyətin A {\displaystyle A} dəqiq qiymətə uyğun təqribi qiyməti isə a {\displaystyle a} ilə işarə olunmuşdur. Kəmiyyətin təqribi qiyməti onun dəqiq qiymətindən az fərqlənir və hesablama proseslərində ondan olunur. Bundan sonra dəqiq və təqribi ədəd uyğun olaraq A {\displaystyle A} və a {\displaystyle a} ilə işarə edəcəyik.
Xəta anlayışı

Xəta mesajı
Xəta mesajı – sistemdə olan və insanın müdaxiləsini tələb edən xəta haqqında istifadəçini məlumatlandıran sistem və ya proqram mesajı. Məsələn, proqram verilənləri printerə göndərə bilmədikdə belə bir mesaj verə bilər: “Printer Not Ready” (“printer hazır deyil”). Belə mesajlarla təsvir olunan xətaların diapazonu çox genişdir: asanca (məsələn, diski boş disksürənə qoymaqla) aradan qaldırılan xətalardan tutmuş, yalnız sistemi yenidən başlatmaqla (RESTART) aradan qaldırılması mümkün olan ciddi problemlərə kimi.
Xəta tezliyi
Xəta tezliyi – rabitə sistemlərində: göndərilmiş düzgün olmayan bitlərin sayı (adətən, 100 000 bitə bir bit). Standart telefon xətləri ilə iş zamanı modem üçün tipik xəta tezliyi təxminən 200 000 bitə bir bit olur. Verilənlərin ötürülməsi proqramları belə xətaları qəbuletmə anında müxtəlif prosedurlar (xətaların aşkarlanması və düzəldilməsi prosedurları) vasitəsilə düzəltməyə çalışır.
İnzibati xəta
İnzibati xəta — idarəetmə sahəsində olan hüquq pozuntularıdır. İnzibati hüququn predmetinə idarəetmə sahəsində yaranan münasibətlər aid olunur. Buna görə də bu sahədə yaranan hüquqpozuntuları inzibati xəta adlanır. İnzibati hüquqa aid olan bütün digər anlayışlar kimi, inzibati xəta da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb. == İnzibati xəta: anlayışı == İnzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) ikinci fəslində öz əksini tapıb. Həmin fəsil "İNZİBATİ XƏTA VƏ İNZİBATİ MƏSULİYYƏT" adlanır. İnzibati xətalar ümumiyyətlə həyatımızda çox geniş yayılıb. İnzibati xətalarla cinayətləri bir-birindən fərqləndirmək lazımdır. Həm inzibati xətalarda, həm də cinayət əməllərində qanunpozuntuları olur. Yəni, onların xəta hesab olunmasının başlıca amili qanunazidd əməlin olmasıdır ki, bu da onları bir-birinə yaxınlaşdırır.
İrsi xəta
İrsi xəta (ing. inherent error ~ ru. унаследованная ошибка ~ tr. kalıtsal hata) – fərziyyələrdə, layihədə, məntiqdə və / və ya alqoritmdə olan və proqramın yaxşı yazılmasına baxmayaraq, onu yanlış işləməyə vadar edən xəta. Məsələn, paralel portdan istifadə üçün yazılmış ardıcıl rabitə proqramında irsi xəta var. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xəta aşkarlama kodlaşdırması
Xəta aşkarlama kodlaşdırması – verilənlərin saxlanması və ya ötürülməsində yaranan xətaları aşkarlamağa imkan verən kodlaşdırma üsulu. Belə kodlaşdırma üsullarının əksəriyyəti, onların aşkarlaya biləcəyi yanlış bitlərin sayı ilə xarakterizə olunur. Fayldakı yanlış bitlərin sayı həmin həddi aşarsa, xətalar aşkarlanmamış qala bilər.
Səhv etmək insana xasdır
Errare humanum est (azərb. Səhv etmək insana xasdır‎) — latınca bir ifadənin ön hissəsi. İfadə o qədər məşhurdur ki, tam söynəlilməsinə ehtiyac duyulmur, yalnız cümlənin ilk hissəsi deyilməklə fikir aydın olur. İfadə tam şəkildə belədir: lat. "Errare (Errasse) humanum est, sed in errare (errore) perseverare diabolicum." Tərcüməsi: azərb.
Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
== Məzmun == Rejissorun bu filmini modern rejissor işi adlandırmaq olar. Film Ruhi Xəstəliklər Xəstəxanasında çəkilmişdir. Müəlliflər burada müalicə olunan ruhi xəstələri dəli kimi deyil, əsl ağıllı insanlar kimi göstərməyə çalışmışlar. == Festivallar və mükafatlar == 1) 1992-ci ildə Aşqabadda I Beynəlxalq "Gümüş Aypara" kinofestivalı Filmə Baş Mükafat və Diplom verilmişdir. 2) 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsi Ən yaxşı sənədli filmə görə rejissor Yavər Rzayevə Priz və Diplom verilmişdir. Ən yaxşı operator işinə görə Rafiq Quliyevə və İsrafil Ağazadəyə Priz və Diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Yavər Rzayev Operator: Rafiq Quliyev, İsrafil Ağazadə (İsrafil Ağayev kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Marat İsgəndərov, Teymur Abdullayev Məsləhətçi: Ağabəy Sultanov Prodüser: Cavanşir Kamandar, Anatollu Qasımov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".

Oxşar sözlər

#səhv-xəta nədir? #səhv-xəta sözünün mənası #səhv-xəta nə deməkdir? #səhv-xəta sözünün izahı #səhv-xəta sözünün yazılışı #səhv-xəta necə yazılır? #səhv-xəta sözünün düzgün yazılışı #səhv-xəta leksik mənası #səhv-xəta sözünün sinonimi #səhv-xəta sözünün yaxın mənalı sözlər #səhv-xəta sözünün əks mənası #səhv-xəta sözünün etimologiyası #səhv-xəta sözünün orfoqrafiyası #səhv-xəta rusca #səhv-xəta inglisça #səhv-xəta fransızca #səhv-xəta sözünün istifadəsi #sözlük