səhh sözü azərbaycan dilində

səhh

Yazılış

  • səhh • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abbas Səhhət
Mehdizadə Abbas Əliabbas oğlu (1874, Şamaxı – 11 iyul 1918, Yelizavetpol) — şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi. == Həyatı == Abbas Səhhət 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlmişdir. 1894-cü ildə İrana getmiş Məşhəd və Tehran şəhərlərində tibb təhsili almışdır. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhət tədricən həkimlik sənətindən uzaqlaşaraq məktəblərdə, daha sonra Azərbaycan dilindən dərs deyir. Məhz bu dövrdən etibarən ədəbi fəaliyyətə başlayır. 1903-cü ildən məqalələri Şərqi-Rus qəzetində çap olunur. 1905-ci ildə "Yeni poeziya necə olmalıdır?" adlı məqaləsi, daha sonra "Poetik nitq", "Azadlığa mədhiyyə", "Oyanışın səsi" şerləri işıq üzü görür. "Yeni üslublu məktəblər" ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur (Füyuzat jurnalı, 1906–1907-ci illər). Abbas Səhhət o dövrdə Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə mütəmadi qaydada çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus (Lermontov, Puşkin, Krılov, Nadson, Maksim Qorki və b.), fransız (Hüqo, Müsse, Sülli-Prüdom və b.), alman şair və yazıçılarının əsərləri ilə tanış edir 1912-ci ildə şairin öz şerlərindən ibarət "Sınıq saz" və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət "Qərb günəşi" adlı şerlər toplusu işıq üzü görür.
Abbas Səhhət (film, 2007)
Hüseyn Səhhaf
Hüseyn Səhhaf 1906-cı ildə Təbriz şəhərində anadan olub. Şair Mirzə Şərif adlı bir mollanın qədim üsulla məktəbində təhsil almışdır. Atası yoxsul həyat şəraiti ağır olduğu üçün Səhhaf oxumaqla bərabər, cildçi yanında şagirdlik etmiş və bu işi özünə sənət seçərək cildçilikləməşğul olmuşdur. Məhz buna görə də o, “Səhhaf” təxəllüsünü qəbul edərək şeirlərini bu ad altında yazmışdır. Səhhaf 12 yaşından başlayaraq zamanın təqazasına münasib nohələr, həcvlərlə bərabər, komik və satirik əsərlər də yazmışdır. Əksəriyyəti ana dilində olmaqla şairin 40 min beytə yaxın şeiri vardır. Şairin “Səhənd”, “Azərbaycan”, “Vətən yolunda” və digər Təbriz, Tehran qəzetlərində çıxış etmişdir. Hüseyn Səhhafın “Vətən qurbanıyıq”, “Ayrılmaz”, “İşıqlandır dünyanı”, “Şirlər məskəni” kimi şeirləri maraqla oxunmuş və bu gün də oxunmaqdadır. Şairin şeirlərdən başqa qəzəlləri də vardır. Hüseyn Səhhaf şeirlərində vənlə bağlı, fəsillə bağlı və xalqına olan sevgisini qələmə almışdır.
Səhhət (1976)
Səhhət (film, 1976)
Səhhət Hüseynov
Səhhət və Mərəz
"Səhhət və Mərəz" — farsca və nəsrlə yazılmış alleqorik əsər. "Səhhət və Mərəz" əsərində Füzuli öz dövrünün tibbi görüşlərini qələmə almış və elmi əsərləri bədii şəkildə verməyin qiymətli nümunəsini yaratmışdır. Füzuli "Səhhət və Mərəz" əsərində dövrünün tibbi görüşlərini qələmə almış və elmi əsərləri bədii şəkildə verməyin gözəl nümunəsini yaratmışdır. Əsərdən aydın olur ki, şair ruhun varlığına inanır, onun Lahut aləmində yaşayıb Cəbərut aləmindən Nasut aləminə, yəni dünyaya gəldiyini və burada İnsan bədəni ilə birləşdiyini söyləməklə bərabər, ayrı-ayrı bədən üzvlərinin vəzifələrini və bunların arasındakı əlaqənin İnsan məzacı vasitəsilə yarandığını və bu ahəngdarlıqdan səhhət yarandığını göstərdiyi kimi, bədən üzvləri arasındakı ziddiyyətlərdən doğan xəstəliklər və bunlarla mübarizə üsullarından da bəhs edir. Əsərin ikinci hissəsi İnsanın xarici görünüşünün təsvirinə həsr olunmuşdur. Əgər daxili üzvlərdən beyin bir qala adlanıb – sevinc, kədər, qorxu, cəsarət, eşq, məhəbbət, hüsn və s. onunla bağlanırdısa, bu hissədə zahiri üzvlər təsvir edilir. Bu da maraqlıdır ki, həmin üzvlərin təsvirində Füzuli poeziyasında İnsan gözəlliyinin tərənnümünə xidmət edən poetik vasitələrdən geniş istifadə olunmuşdur. Burada təriqət terminlərinə xeyli yer verilməsinə baxmayaraq, əsas diqqət şəriət məsələləri üzərində cəmlənmişdir. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır.
Abbas Səhhət (film)

səhh sözünün leksik mənası və izahı

"səhh" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səhh nədir? #səhh sözünün mənası #səhh nə deməkdir? #səhh sözünün izahı #səhh sözünün yazılışı #səhh necə yazılır? #səhh sözünün düzgün yazılışı #səhh leksik mənası #səhh sözünün sinonimi #səhh sözünün yaxın mənalı sözlər #səhh sözünün əks mənası #səhh sözünün etimologiyası #səhh sözünün orfoqrafiyası #səhh rusca #səhh inglisça #səhh fransızca #səhh sözünün istifadəsi #sözlük