sülh sözü azərbaycan dilində

sülh

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sülh • 86.5517%
  • Sülh • 13.4217%
  • SÜLH • 0.0265%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gendemian sülh müqaviləsi
Gendemian sülh müqaviləsi — Rusiya ilə Xivə xanlığı arasında bağlanmış sülh müqaviləsi. == Sülh müqaviləsinin imzalanması == 1873-cü ilin iyun ayında Xivə xanlığı rus qoşunları tərəfindən işğal edildikdən sonra 24 avqust 1873-cü ildə Rusiyanın Türküstan general-qubernatoru K. F. Kaufman və Xivə xanı II Səid Məhəmməd-Rahim arasında Gendemian sülh müqaviləsi imzalanmışdır. Bu müqavilənin adı onun imzalandığı yerin — Xivə xanının yay iqamətgahı yerləşən Gendemian bağının adı ilə əlaqədar olmuşdur. == Sülhün şərtləri == Gendemian sülh müqaviləsini imzalamaqla Xivə xanı özünün Rusiyanın vassalı olduğunu etiraf edirdi. Müqavilənin mətnində qeyd olunurdu ki, xan özünü "Ümumrusiya imperatorunun itaətkar nökəri" hesab edir. Gendemian sülh müqaviləsinə əsasən Xivə xanlığı müstəqil xarici siyasətdən imtina edir, Rusiya hakimiyyətinin razılığı və icazəsi olmadan heç bir hərbi əməliyyata başlamamağı öhdəsinə götürürdü. Xanlığın Amudərya çayının sağ sahilindəki torpaqları Rusiyanın tərkibinə birləşdirilirdi. Rus tacirləri xanlığın ərzisinə gömrüksüz mal gətirmək və ticarət etmək hüququ alırdılar. Xanlıqda quldarlıq və qul ticarəti ləğv olunurdu. Sulh müqaviləsinə əsasən xan "əbədi olaraq quldarlığı və insan ticarətini ləğv etmək" öhdəliyinı yerinə yetirməli idi.
Gülüstan sülh müqaviləsi
Gülüstan sülh müqaviləsi ( rus. Гюлистанский договор) — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətləndi. Müqavilə Dağıstanın, Gürcüstanın, bugünkü Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırkı Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi. Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlandı. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzaladı. Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Türkmənçay müqaviləsində Qacar dövləti tərəfindən təsdiq edilməsinə nail oldu. Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalandı. == Arxa plan == Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi.
Himeyuri Sülh Muzeyi
Himeyuri Sülh Muzeyi (ひめゆり平和祈念資料館, Himeyuri Heyva Kinen Şiryokan) – Yaponiyanın Okinava prefekturasının İtoman şəhərində yerləşən muzey. Muzey Okinava döyüşü zamanı yaralı yapon əsgərlərə tibbi yardım göstərmiş Himeyuri tələbələrinə həsr olunmuşdur. == Tarixi == "Himeyuri" sözü Okinava prefekturasının iki qadınlar məktəbini bildirmək üçün istifadə olunur. Onların 1916-cı ildə yaratdıqları jurnalın adından yaranan bu söz bu məktəblərdə təhsil alan şəxsləri adlandırmaq üçün istifadə olunmağa başlanmışdır. İkinci dünya müharibəsi zamanı Himeyuri tələbələri Okinava döyüşündə yaralanan yapon əsgərlərə tibbi yardım göstərmək məqsədilə səfərbər olmuşdurlar. Müharibə nəticəsində əsgərlərə qayğı göstərən 136 Himeyuri tələbəsi və müəllimi ölmüşdür. Himeyuri Sülh Muzeyi 1989-cu ildə bu şəxslərin fədakarlığını anmaq və müharibə xatirələrini nümayiş etdirmək məqsədilə yaradılmışdır. == Xüsusiyyətlər == Muzey Himeyuri qülləsinin yaxınlığında yerləşir. İki məktəbin əsas binası əsasında modelləşdirən muzey binasında müharibədən əvvəlki dövrü təsvir edən sənədlər, sahə xəstəxanasının dioraması və sağ qalmış Himeyuri tələbələrinin mesajları sərgilənir. Muzey ziyarətçilərini Okinava döyüşündən bir il əvvəl – 1944-cü ildə məzun olmuş sinifin fotosu qarşılayır.
Hiroşima Sülh Memorialı
Hiroşima Sülh Memorialı (yap. 広島平和記念碑 - Hiroşima heiva kinenhi) və ya daha çox Atomik Bomb Dome (Atom bombası Gümbəzi) və ya Genbaku Domu (Atom bombası Günbəzi - yap. 原爆ドーム) adı ilə tanınır — Yaponiyada tarixi abidə. Eyni adlı parkın bir hissəsi olan Hiroşima Sülh Memorialı 1996-cı ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Lakin bu proses də siyasi müdaxilələrdən yan keçməyib. Çin və ABŞ hökumətinin etirazlarına baxmayaraq, 1996-cı ilin dekabrında Genbaku Günbəzi ümumdünya mədəni və təbii irsin müdafiəsi Konvensiyasına əsasən UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Tarixi binanın həmin siyahıya daxil edilməsi bəşəriyyət tarixində ilk dəfə insanların yaşadığı ərazilərdə nüvə silahının istiafdə edilməsi nəticəsində atom bombasının dağıdıcı təsirindən "sağ çıxması" və daha vacibi tikilinin sülhün rəmzi kimi təqdim olunması ilə əsaslandırılıb. Binanın qalıqları 6 avqust 1945-ci ildə Hiroşimaya atılan atom bombasının təsiri nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə saxlanılıb. Bütövlükdə, atom bombasının təsiri nəticəsində Yaponiyada 70 mindən çox insan yerindəcə həlak olub daha 70 min nəfər isə radiasiyanın müxtəlif dərəcəli, ölümcül təsirlərinə məruz qalıblar. O qədər də qeyri-adi tarixçəsi olmayan tikili hazırda yaponlar üçün unudulmaz və bir o qədər də yaxın keçmişin, daha da önəmlisi isə, dəhşətli və faciəli günün tarixinə çevrilib.
Həmədan sülh müqaviləsi
Həmədan müqaviləsi — 1727-ci ildə əfqanlarla Osmanlı dövləti arasında bağlanan sülh müqaviləsi. == Haqqında == I Pyotrun ölümündən sonra onun varisləri I Yekaterina (1725–1727), II Pyotr (1727–1730) və Anna İvanovnanın (1730–1740) dövründə Səfəvi dövləti ilə münasibətdə müəyyən dəyişiklik baş verdi. Rusiya Səfəvi dövlətinin Osmanlı dövləti tərəfinə keçməsinə yol verməmək üçün bəzi güzəştlərə getməli oldu. XVIII yüzilin 20-ci illərində Səfəvi dövlətinin böhranı xeyli dərinləşmişdi. Bundan istifadə edən əfqanların Səfəvi dövlətinə qarşı işğalları başladı. Mirmahmudun yürüşləri İsfahanın tutulması və onun şah elan edilməsi ilə (1722–1725) nəticələndi. Antiəfqan qüvvələri Mazandaranda Təhmasib ətrafında mərkəzləşməyə başladı. Əfqanların öz daxilində də çəkişmələr genişləndi, 1725-ci ilin aprelində Mahmud öldürüldü. Əşrəf şah elan olundu (1725–1729). Hakimiyyətə gələn Əşrəf 1726-cı ildə osmanlılara qarşı çıxdı, Əşrəf bu dəfə də düşüncəli hərəkət edərək, üz-üzə gəlməyə tələsmir.
Kipr Sülh Hərəkatı
Kipr əməliyyatı (türk. Kıbrıs Harekâtı), həmçinin Türkiyənin Kiprə müdaxiləsi (yun. Τουρκική εισβολή στην Κύπρο) və ya Atilla əməliyyatı (türk. Attila Harekatı) — 20 iyul 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı və 14 avqust tarixində türk silahlı birləşmələrinin paytaxt Nikosiyaya daxil olması ilə nəticələnən əməliyyat. Türkiyə hökuməti bu əməliyyatın Sürix və London müqaviləsinin 4-cü maddəsinə istinadən yerinə yetirildiyini bildirmişdir. Buna baxmayaraq BMT və Avropa Şurası bunu işğal olaraq qiymətləndirmişdir. Avropa Şurası Parlament Assambleyasının 29 iyul 1974-cü il tarixli 573 saylı qərarında və Afinadakı Apelyasiya Məhkəməsinin 21 mart 1979-cu il tarixli qərarında Türkiyənin müdaxiləsinin qanuni olduğu vurğulanmışdır. Ancaq, beynəlxalq qərarların çoxu bunu "işğal" olaraq adlandırmışdır. == Hadisə == Türklər və yunanlar arasında ilk hadisələr 1920-ci ildə, Osmanlı imperiyasının 1878-ci il tarixli 50 illik icarə müqaviləsi ilə adanı Böyük Britaniyaya verməsindən sonra, icarə müddətinin bitməsinə 8 il qalmış başladı. Bu hadisələr yalnız siyasi döyüşlər olsa da, silahlı toqquşmalar şəklini almayıb.
Kirmanşah sülh müqaviləsi
Kirmanşah müqaviləsi — Səfəvilər və Osmanlı dövləti arasında bağlanmış sülh müqaviləsi. == Kirmanşah müqaviləsinin bağlandığı tarixi şərait == XVIII əsrin 30-cu illərində Azərbaycanda siyasi vəziyyət kəskin şəkildə dəyişmişdir. Ölkə ərazisi Osmanlı və Səfəvi imperiyaları arasında gedən qanlı mübarizə meydanına çevrilmişdir. Ərazisinin bir hissəsi əfqan tayfaları, digər bir hissəsi (Xəzəryanı vilayətlər) Rusiya tərəfindən işğal edilmiş Səfəvi dövlətinin qərb hissəsini Osmanlılar zəbt etdikdən sonra onun bir dövlət kimi varlığı üçün ciddi bir təhlükə yaranmışdır. Şah II Təhmasib (1722-1732) və yerli feodallar dövlətin taleyi haqqında düşünməli oldular. Düşmənlərə qarşı mübarizədə yeganə çıxış yolu qüvvvələrin birləşdirilməsi idi. Bu mühüm vəzifəni Əfşar tayfasından olan Nadir xan öz üzərinə götürmüşdür. 1730-cu ildə o, əfqanları ölkədən qovaraq Heratı ələ keçirdi. Bu qələbə Nadirin nüfuzunu xeyli artırdı. == Osmanlı imperiyası ilə müharibə == Nadir xan 1730-cu ildə Osmanlı imperiyasına qarşı müharibəyə başladı.
Kürdan sülh müqaviləsi
Kürdan sülh müqaviləsi (1746) — Nadir şahla Osmanlı dövləti arasında sülh müqaviləsi. 14 sentyabr 1746-cı il tarixində imzalanmış və 1742–1746-cı illərdə davam edən Osmanlı-Əfşar müharibələrini sonlandırmışdır. Bu müqavilə Nadir şahın Tehran ilə Qəzvin arasında Kürdan adlanan yerdəki ordugahında Osmanlı elçisi Mustafa Nazif Əfəndi ilə Həsən Əli Hacı xan arasında imzalanmışdır. Kürdan müqaviləsi II Qəsri Şirin müqaviləsi olaraq da bilinir. Çünki, bu müqavilə ilə Qəsri Şirin müqaviləsi sərhədlərinə geri dönülmüşdür. Kürdar müqaviləsindən sonra bu iki tərəf arasında uzunm üddət davam edən sülh yaranmışdı. == Müqavilə ərəfəsində Osmanlı dövləti ilə münasibətlər == Osmanlı dövləti ilə Səfəvilər dövləti arasında bağlanan 1639-cu il Qəsri-Şirin sülh müqaviləsindən 1720-ci illərin əvvəllərinədək olan dövr nisbətən sakit keçdi. 1720-ci illərdə Səfəvilər dövlətinin böhranı, Rusiyanın Xəzərsahili torpaqlarda işğalçı siyasəti Osmanlı dövlətini də fəallaşdırdı. 1723–1727-ci illərdə Osmanlı dövlətinin hərbi əməliyyatları 1727-ci ilin oktyabrında Həmədan müqaviləsi ilə nəticələndi. 1730–1732-ci ilin əvvəllərindəki döyüşlər 1732-ci il 10 yanvarda Kirmanşah sülh müqaviləsi ilə başa çatmışdı.
Lozanna Sülh Konfransı
Lozanna Sülh Konfransı (11 noyabr 1922-24 iyul, 1923), İsveçrənin Lozanna şəhərində 8 ay davam etmiş və Türk tərəfinin qeyd-şərtsiz müstəqillik tələbi ilə çətin şəraitdə keçmişdir. Görüşmələrdə Türkiyəni təmsil edən İsmət İnönü başqanlığındakı heyətin bu uğurdakı rolu böyükdür. Lozanna konfransına qatılacaq Türk nümayəndəliyinin 8 noyabr 1922-ci ildə şərq ekspresiylə İstanbuldan hərəkət etmiş və 11 noyabr 1922-ci ildə Lozannaya çatmışdır. Türk nümayəndə heyəti rəhbəri Lozanna səfər zamanı heyət üzvlərinə ilk Başqanlıq Ümumi Bəyannaməsini 11 noyabr, 1922-ci ildə bildirmişdir. hərbi nizam və intizamını özündə ehtiva edən bu bəyannamə, konfransın davam etdiyi müddətə heyət mənsublarının işləmə və davranışlarını tənzimləyən bir təlimat funksiyası daşımışdır. == Konfransa qatılan türk nümayəndə heyəti == === Nümayəndələr === İsmət İnönü (Xarici İşlər naziri, nümayəndə heyətinin rəhbəri) Dr. Rza Nur (Səhiyyə naziri) Həsən Saka (köhnə Maliyyə naziri) === Müşavirlər === Münir Ertəgün (Xarici İşlər Nazirliyi hüquq müşaviri) Muxtar Cilli (köhnə Mütərəqqilik Nazirliyi müşaviri) Vəli Saltıkgil (Burdur millət vəkili) Zülfü Tigrel (Diyarbəkir millət vəkili) Zəkai Apaydın (Adana millət vəkili) Cəlal Bayar (köhnə İqtisadiyyat naziri və İzmir millət vəkili) Şefik Başman (Maliyyə Tədqiqat Qurumu rəhbəri) Tevfik Bıyıklıoğlu (Qərərgah polkovnik-leytenantı) Tahir Taner (Ədliyyə Nazirliyi müşaviri) Nüsrət Metya (Xarici İşlər Nazirliyi ikinci hüquq müşaviri) Yusif Hikmət Bayur (Xarici İşlər Nazirliyi Siyasi İşlər müdiri) Zühtü İnhan (Universitet təhsil üzvü) Fuad Ağralı (Maliyyə Nazirliyi Hesab İşləri müdiri) Mustafa Şərəf Özkan (Xarici İşlər Nazirliyi müşaviri) Şükrü Kaya ( Mülki işlər müfəttişi) Həmid Həsəncan (Qızıl Aypara Cəmiyyəti ikinci başqanı) Mehmed Cavid ( köhnə maliyyə naziri) Haim Nahum (Türkiyə Yəhudiləri Hamambaşı, Yüksək Mühəndis Məktəbi fransızca müəllimi) Baha Bəy ( Ədliyyə Nazirliyi Məzhəb İşləri müdiri) === Mətbuat nümayəndələri === Ruşən Əşrəf Ünaydın (yazıçı) Yahya Kamal Bayatlı (İstanbul Darulfününün müəllimi) === Baş Katib və müşavir === Rəşid Saffet Atabinen ==== Katiblər ==== Əli bəy Türkgəldi (Xariçi İşlər Nazirliyi işçisi) Mehmed Əli Balin (Xariçi İşlər Nazirliyi işçisi) Cavad Açıqalın (Xariçi İşlər Nazirliyi işçisi) Cəlal Hazim Arar (Xariçi İşlər Nazirliyi işçisi) Saffet Sav (Qızıl Aypara Cəmiyyəti işçisi) Süleyman Saib Kıran (Xariçi İşlər Nazirliyi işçisi) Rıfat Bəy (Xariçi İşlər Nazirliyi keçmiş işçisi) Dr.
Montevideo sülh müqaviləsi
Montevideo müqaviləsi — 1828-ci ilin 27avqust tarixində Birləşmiş La-Plata provensiyasi ilə Braziliya İmperiyası arasında imzalanır ki, bu da iki dövlət arasında müharibənin sonu demək idi.(ispanca Convenció Prelimiar de Paz) 1827-ci ildən artıq müharibə demək olar ki dayanmışdı. Müharibə artıq hər iki tərəfin bütün qüvvələri tükənmişdi və hec bir aktiv əməliyyatlar həyata keçirə bilmirdi. Braziliya limanları mühasirədə saxlaması Britaniyanın ticari əlaqələrinə ağır zərbə vururdu. Britaniya sülh danışıqlarının aparılmasını istəyirdi. Bu şəraitdə 20fevral 1818-ci ildə Braziliya İmperiyası və Birləşmiş Provensiya arasında Britaniyanın başçılığı ilə sülh danışıqlara başlayır. Britaniya Londondan Rio-de-Janeyroya Con Ponsonbi həmsədr sifəti ilə göndərir. Danışıqların gedişatında məlum olur ki, Birləşmiş provensiyası sərq hövzəsini Braziliyaya verilməsinə razı olmur. Braziliyada bu torpaqlarının La-Plata provensiyasına verilməsinə razı deyildi. Bu anlaşılmazlıqları görən həmsədr sərq hövzəsində müstəqil dövlətin yaradılmasını irəli sürülür. Bu fikir Birləşmiş provensiya tərəfindən qəbul edilməsədə Britaniyanın təziqi ilə 27 avqust 1828-ci ildə müqavilə edilir.
Moskva sülh müqaviləsi
Moskva sülh müqaviləsi, 1940-cı il martın 21-də Finlandiya Qış müharibəsində məğlubiyyətini qəbul etdikdən sonra Sovet İttifaqı ilə Finlandiya arasında imzalanmış sülh müqaviləsidir. Ancaq 25 iyun 1941-ci ildə Davam müharibəsinin başlaması ilə müqavilə qüvvədən düşmüşdür. 29 yanvar 1940-cı ildə Finlandiya hökuməti Sovet İttifaqının ilk sülh təklifini aldı. Bu vaxta qədər Qırmızı Ordu Finlandiyada əsas strateji nöqtələri ələ keçirmək üçün mübarizə aparmışdı. Finlandiya Vıborq şəhəri, Ladoqa gölü və onun bir hissəsi olaraq Kareliya bölgəsində yerləşmişdi. Bundan əlavə, Hanko Yarımadası 30 il Sovet nəzarətində olacaqdı. Finlandiya hökuməti ilk sülh təklifini rədd etdi və İsveç, İngiltərə və Fransaya hərbi yardım tələblərini göndərdi. Finlandiya bu dövlətlərdən və Millətlər Liqasından dəstək almağa ümid edirdi. Fin Ordusunun vəziyyəti getdikcə pisləşirdi. Bu vəziyyət qarşısında Karl Gustaf Emil Mannerheim Sovet İttifaqı ilə sülh danışıqlarına hazırlaşırdı.
Mudros sülh müqaviləsi
Mudros müqaviləsi – 30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmış sülh müqaviləsi. Müqavilə Lemnoos adasının Mudros limanında ingilis hərb gəmisi "HMS Agamemnon" gəmisində imzalanmışdır. Müqavilənin şərtlərinə görə Osmanlı dövləti Birinci dünya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilmişdir. Birinci Dünya müharibəsi davam edərkən, 1918-ci ilin yay aylarında Osmanlı dövləti və müttəfiqləri Almaniya, Avstriya-Macarıstan İmperiyası və Bolqarıstan, döyüş cəbhələrində ağır məğlubiyyətlərə uğrayaraq böyük torpaq sahələri itirmişdilər. Bolqarıstan 15 sentyabrda Makedoniya cəbhəsində faciəvi bir məğlubiyyətə uğradı və Antanta Dövlətləri ilə 29 sentyabrda barışıq imzaladı. Beləliklə, Osmanlı Dövlətinin, müttəfiqləri ilə qurudan əlaqəsi kəsilmiş oldu. Cənub cəbhəsinin süqutu nəticəsində işğal təhlükəsi ilə üz-üzə qalan Avstriya-Macarıstan imperiyası da 5 oktyabrda İtaliyada qalib dövlətlərlə barışıq imzaladı. Almaniya isə 11 noyabrda Fransada barışığa imza atdı. Müharibənin sona çatmasının hiss olunduğu bir dövrdə, Ənvər paşa Şərq Orduları qrupu Komandanı Xəlil paşaya göndərdiyi məxsusi əmrdə belə deyirdi: "Mövcud vəziyyətdəki dəyişiklik səbəbi ilə, ehtimal ki, bizdən sonra gələcək kabinet, Azərbaycan və Şimali Qafqazın boşaldılması şərtini qəbul edəcək və yerinə yetirəcək. Əvvəlcə yazdığım kimi, Nuru (Nuru paşa), orada özü ilə işləmək üçün qalacaq zabit, serjant və birlikləri, indidən elə hazırlasın ki, boşaltma əmrindən sonra da fasiləsiz çalışmaq üçün qala bilsin." Müharibə boyunca Osmanlı Dövlətini sövq və idarə edən, orduları istiqamətləndirən İttihad və Tərəqqi Partiyası və hökumət başçıları Tələt, Ənvər və Cəmil paşalar, müharibənin gedişatından ümidlərini kəsmişdilər.
Sülh
Sülh — hansısa dövlətin, böyük ərazinin əhalisinin müəyyən dövr ərzində digər dövlətlə açıq müharibə vəziyyətində olmaması zamanı. Sülh dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurması, bir-birinin milli maraqlarını uzlaşdırması və bütün bunların müqavilə ilə təsdiqləməsi nəticəsində mümkün olur. Sülh şəraiti müharibə nəticəsində pozulur. Sülhsüz nə ictimai, nə də şəxsi təhlükəsizlik mümkün olmur. R.Ceksonun hesablamalarına görə 1945-ci ildən sonra dünyada cəmi 26 gün müharibəsiz keçib. İstənilən müharibənin istəyi sülhdür. Cəmiyyət Nobel Sülh mükafatı BMT Яндекс.
Yurdda sülh, cahanda sülh
Yurdda sülh, cahanda sülh! (türk. Yurtta sulh, cihanda sulh) — şüarı Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürk 20 aprel 1931-ci ildə Anadolu turları zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını tələffüz edib. Bu şüar sonradan Türkiyə Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 20 aprel 1931-ci ildə Anadolu səfəri zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını səsləndirmişdir. Əslində şüarın cümləsi genişdir. Atatürk nitqində "Hesab edirəm ki, Cümhuriyyət Xalq Partiyasının qəti ümumi siyasətini ifadə etmək üçün aşağıdakı qısa cümlə kifayətdir: Yurdda sülh, cahanda sülh üçün çalışırıq".
Riyad Sülh
Riyad əs-Sülh (ərəb. رياض الصلح‎; 1894, Sayda – 17 iyul 1951, Amman) — Livan Ərəb Respublikasının 1-ci baş naziri. Riyad Sülh Livanın cənubundakı Sayda şəhərində, 1894-cü ildə anadan olmuşdur. Livana köçən Misir və qismən-Fələstin mənşəli ərəb ailəsində görkəmli bir sünni torpaq sahibi idi. Rza Sülh, Nəbətiyyədə və Sayda'da bir islahatçı sub-qubernator və bir lider millətçi ərəb lideri idi. 1915-ci ildə Rza Sülh Osmanlı qüvvələri tərəfindən mühakimə olundu və Smirna'ya, Osmanlı İmperiyasına sürgünə getdi. Sonra Osmanlı valisi olaraq vəzifə yerinə yetirdi.Həmçinin Dəməşqdə Emir Feysəl hökumətində daxili işlər naziri vəzifəsini də icra etmişdir Sülh Paris Universitetində hüquq və siyasi elmlər üzrə təhsil almışdır. Atası Osmanlı Məclisində millət vəkili olduğu üçün gəncliyinin çox hissəsini İstanbulda keçirdi. Sülh iki dəfə Livanın baş naziri vəzifəsini icra etdi. Onun ilk müddəti Livan müstəqillik qazandıqdan dərhal sonra (25 sentyabr 1943 - 10 yanvar 1945) olmuşdur.
Sülh (Neftçala)
Sülh — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. 1 sentyabr 2004-cü ildə Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki Sülh qəsəbəsinə kənd statusu verilmışdir.
Sülh Korpusu
Sülh Korpusu — ABŞ hökumətinin qeyri-siyasi, qeyri-dini agentliyidir. Sülh Korpusu 1961-ci ildə prezident Con F.Kennedi tərəfindən yaradılmışdır. Sülh Korpusunun əsas məqsədi maraq göstərən ölkələrə amerikalı könüllüləri göndərməklə dünyada sülh və dostluğun yayılmasına kömək etməkdən ibarətdir. Sülh Korpusu sülh və dostluq quraraq mədəniyyət mübadilə proqramları ilə ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə təkan verir. 1961-ci ildən bu vaxtadək 200.000 Sülh Korpusu könüllüsü dünyanın 139 ölkəsində xidmət etmişdir. Sülh Korpusu proqramı Azərbaycanda 2003-cü ildən fəaliyyət göstərir. Könüllülər Azərbaycanda İngilis dilinin tədrisi, Gənclərin İnkişafı və İqtisadi İnkişaf sahələri üzrə texniki biliklərə olan ehtiyacların ödənilməsinə köməklik göstərir, Amerika və Azərbaycan xalqları arasında dostluğu daha da möhkəmləndirirlər. Könüllülərin aylıq xərcləri və onların sağlamlığı ilə bağlı xərclər Sülh Korpusu tərəfindən ödənilir. Könüllünü qəbul edən təşkilat həmin Könüllüyə heç bir maliyyə ayırmır. Onlardan yalnız Könüllünün işinə nəzarət etmək və onun səmərəli işləməsi üçün lazım olan dəstəyi təmin etmək tələb olunur.
Sülh Tağı
Sülh tağı - ABŞ-Kanada sərhəddində, Bleyn və Surrey şəhərləri arasında yerləşən abidə. Hündürlüyü 20.5 metrdir. Abidə 1921-ci ildə Samuel Hills tərəfindən tikdirilmişdir. Abidənin tikilməsində məqsəd 1814-cü ildə bağlanan Qent müqaviləsi nəticəsində yaranan ABŞ-Kanada sülh münasibətlərinin yüzilliyini qeyd etmək olmuşdu. Abidə tam olaraq ABŞ-Kanada sərhəddində, Ştatlararası 5 və Avtomaqistral 99 arasında şimal-cənub hərəkət zolaqlarının arasındakı yaşıllıq ərazidə yerləşir. Abidənin tacında hər iki ölkənin bayrağı dalğalanır. Frizin üzərində ABŞ tərəfdə “Children of a common mother” (Bir ananın övladları), Kanada tərəfində isə “Brethren dwelling together in unity” (Birlik içərisində yaşayan qardaşlar) yazısı həkk olunmuşdur. Tağın daxilində iki dəmir qapı yerləşdirilmişdir. Burada “May These Gates Never Closed” (Bu qapılar heçvaxt bağlanmasın) yazılmışdır. Abidə hər iki tərəfdən Sülh Tağı Parkı ilə əhatə olunub.
Sülh ağacı
Sülh müqavilələri
Abo sülh müqaviləsi
Sülh müqaviləsi
Sülh müqaviləsi —müharibə edən tərəflər arasında müharibənin rəsmi olaraq sona çatdığı (atəşkəsdən sonra) vəziyyətlə əlaqədar iki və ya daha çox dövlət və ya hökumət arasında sülh üçün imzalanan bir müqavilədir. Müharibənin başa çatdırılmasından, yəni atəşkəs müqaviləsindən fərqli olaraq, daimi müqavilədir.
Sülh dividendi
Sülh dividendi — ABŞ Prezidenti Corc H. V. Buş və Birləşmiş Krallığın Baş naziri Marqaret Tetçer tərəfindən ön plana çıxarılmış, 1988–1991-ci illərdə Sovet İttifaqının dağılması fonunda müdafiə xərclərinin azalmasının iqtisadi faydasını təsvir edən siyasi şüar. Termin tez-tez Soyuq müharibənin sonunda, bir çox Qərb dövlətlərinin hərbi xərcləri əhəmiyyətli dərəcədə azaltması fonunda istifadə olunmuşdur. İqtisadiyyatlar böyük bir münaqişənin sona çatmasından sonra resessiyaya məruz qalır, çünki iqtisadiyyat uyğunlaşmaq və yenidən qurulmaq məcburiyyətində olur. Buna baxmayaraq, sülh dividendləri potensial uzunmüddətli faydaya aid edilir, çünki dövlət büdcəsinin müdafiə xərcləri üçün ayrılmış hissəsinin ən azı bir qisminin sosial proqramlara və/yaxud vergi dərəcələrinin azalmasına yönəldildiyi güman edilir. Real iqtisadiyyatlarda sülh dividendlərinin mövcudluğu hələ də müzakirə olunur, lakin bəzi araşdırmalar onun reallığına işarə edir. Soyuq müharibənin başa çatması nəticəsində yaranan sülh dividendləri ilə bağlı siyasi müzakirə hansı ölkələrin hərbi xərclərinin azaldılması, hansı ölkələrin azaldılmaması ilə bağlı müzakirələri əhatə edir. Müdafiə xərclərinin azalması halları əsasən Qərbi Avropa və Rusiya Federasiyasında diqqətə gəlmişdir. 1985–1993-cü illərdə hərbi xərcləri sürətlə azalmış və 1993–1999-cu illərdə sabit qalmış ABŞ 11 sentyabr 2001-ci ildən sonra Terrorizmlə müharibə, Əfqanıstan müharibəsi və İraq müharibəsi də daxil olmaqla münaqişələrin maliyyələşdirilməsini kəskin şəkildə artırmışdır. ABŞ intellektualı Noam Çomski, əksinə, ABŞ-nin hərbi kompleksə böyük sərmayə qoymasının təhlükəsizlik səbəbi ilə bağlı olmadığını, əksinə, bu sənayenin korporasiyalarının və onların tərəfdaşlarının xeyrinə kütləvi dövlət hərbi xərcləri vasitəsilə texnoloji yeniliyi azaltmaq üçün siyasi konsensual mexanizm olduğunu irəli sürmüşdür. Bəzilərinə görə, SSRİ-nin süqutu ABŞ-yə ölkə daxilində hərbi xərcləri istədiyi kimi əsaslandırmaq üçün yeni xarici müharibələr axtarmağa imkan yaratmışdır.
Sülh heykəli
Sülh Heykəli (Koreya: 평화의 소녀상, Pyeonghwaui sonyeosang; Yapon: 平和の少女像, Heiwano shōjo-zō), tez-tez Sonyeosang kimi qısaldılır (Koreya dilində və ya yapon dilində "Shōjo statusu" və bəzən "Rahatlıq Qadını Heykəli" (慰安婦像, Ianfu-zo), İkinci Dünya Müharibəsi zamanı (xüsusilə, 2-ci Dünya Müharibəsi zamanı) Yapon ordusu tərəfindən evfemik olaraq rahatlıq qadınları kimi tanınan cinsi köləlik qurbanlarının simvoludur. İkinci Çin-Yapon müharibəsinin başlanğıcı Sakit okean müharibəsinin sonuna qədər). Sülh heykəli ilk dəfə Seulda Yaponiya hökumətini qurbanlardan üzr istəməyə və onlara hörmət etməyə çağırmaq üçün ucaldılıb. Bununla belə, o vaxtdan bəri müxtəlif partiyalar arasında təmsilçilik döyüşləri yerinə çevrilmişdir. Çərşənbə nümayişi 1992-ci ildə başladı və təxminən 20 il sonra Sülh Heykəlinin ideyası Yaponiya tərəfindən Hərbi Seksual Köləlik üçün Hazırlanan Qadınlar üçün Koreya Şurası tərəfindən təklif edildi. Daha dəqiq desək, şura Yaponiyanın Seuldakı səfirliyinin qarşısında Yaponiya imperator ordusu tərəfindən cinsi köləlik qurbanı olan qadınların ağrılarını xatırlamaq üçün xatirə daşı qoyulmasını təklif edib. Bu təklif 2011-ci il dekabrın 14-də səfirliyin qarşısında bürünc heykəl qoyulanda reallaşıb. Sülh heykəlini Kim Seo-kyung və Kim Eun-sung cütlüyü hazırlayıb. O, Seulun mərkəzindəki Yaponiya səfirliyinə oturmuş və nəzər salan kiçik əlləri və qısa saçlı, chima jeogori (19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində hanbokun dəyişdirilmiş forması) geyinmiş bir qızı təsvir edir. Yaponiya dəfələrlə heykəlin götürülməsini tələb edib, lakin Seul və xüsusilə də qurbanlar bu tələbləri rədd edərək, Yaponiya hökumətinin heç vaxt öz ordusunun qadınların rahatlığı məsələsində birbaşa iştirakını rəsmi olaraq qəbul etmədiyini iddia edərək, bu tələbləri rədd ediblər.
Şərəflə sülh
Şərəflə sülh (ing. Peace with Honor) — ABŞ Prezidenti Riçard Niksonun 23 yanvar 1973-cü ildə Vyetnam müharibəsini bitirəcək Paris sülh sazişini təsvir etmək üçün çıxışında istifadə etdiyi ifadə. Bu ifadə Niksonun 1968-ci ildə seçki kampaniyası zamanı verdiyi vədin fərqli bir variantıdır. O bu zaman demişdir: "Mən sizə söz verirəm ki, Vyetnamdakı müharibəni şərəflə bitirəcəyik". Razılaşmada atəşkəsin dörd gün sonra baş tutacağı qeyd edilmişdir. Plana görə, atəşkəsdən sonra altmış gün ərzində Şimali Vyetnam hakimiyyəti bütün ABŞ müharibə məhbuslarını azad edəcək və bütün ABŞ qoşunları Cənubi Vyetnamdan çıxacaqdılar. 29 mart 1973-cü ildə sonuncu ABŞ əsgəri Vyetnamı tərk etmişdir. 30 aprel 1975-ci ildə Sayqon Şimali Vyetnam qoşunlarının əlinə keçmişdir.
Sülh quruculuğu
Sülhyaratma — sülhün əsaslarını bərpa etmək üçün daxili və ya beynəlxalq münaqişənin sonunda həyata keçirilən fəaliyyətlərdir. Prosesə sülhün möhkəmlənməsinə, müqavilələr bağlamasına və keçmiş düşmənlər arasında qarşılıqlı əlaqə yaratmasına, seçkilərin keçirilməsinə və ya monitorinqinə həmçinin,mülki infrastrukturun yenidən qurulmasına və yenidən qurulmasına kömək edən tədbirlər və qurumlar üçün dəstək daxildir.
Ermənistanı sülhə məcburetmə əməliyyatı
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür. Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı.
Gülüstan sülhü
Gülüstan sülh müqaviləsi ( rus. Гюлистанский договор) — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətləndi. Müqavilə Dağıstanın, Gürcüstanın, bugünkü Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırkı Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi. Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlandı. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzaladı. Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Türkmənçay müqaviləsində Qacar dövləti tərəfindən təsdiq edilməsinə nail oldu. Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalandı. == Arxa plan == Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi.
Heydər Əliyev və Qafqazda Sülh Prosesi (kitab)
Hüdeybiyyə sülhü
Hüdeybiyyə sülhü (ərəb. الحدیبیّة‎) — hicri VI (M.628/mart)ildə Hüdeybiyyə adlanan bir məntəqədə Hz. Peyğəmbərlə məkkə müşrikləri arasında bağlanmış bir sülh müqaviləsidir. Həcc mərasimlərini yerinə yetirmək üçün Məkkəyə yollanan müsəlmanlar Qureyş müşrüklərinin qadağası ilə üzləşdilər, Hz. Peyğəmbər Qüreyş müşrikləri ilə danışıqlar aparmaq qərarına gəldi və bunun üçün ilk olaraq Ömər ibn Xəttabı seçdi. Ancaq O, getməkdən imtina edib Osman ibn Əffanın getməsini təklif etdi, Osmanın getməsindən və öldürülməsi barədə yayılan şayiələrdən sonra hz. Peyğəmbər müsəlmanlara Rizvan beyəti kimi tanınan bir müqavilə bağladı. Tərəflər arasındakı danışıqlardan sonra nəhayət, tərəflər arasında on illik barışığı təmin edən Hüddeybiyyə Barışıq Sazişi bağlandı və müsəlmanlar o il Mədinəyə qayıtdılar ki, növbəti il Ümrə ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəlsinlər. == Müsəlmanların Həccə getmək əzmi == Hz. Peyğəmbər hicrətin VI ilində səhabələri ilə birlikdə Məkkəyə getdiyini və Allahın evini ziyarət etdiyi yuxusunda gördü.
Hərb və Sülh (roman)
Hərb və sülh (rus. Война и миръ) — Rusiya yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1869-cu ildə nəşr edilmiş roman. Roman dünya ədəbiyyatının ən mühüm nailiyyətlərindən və vacib əsərlərindən biri kimi dəyərləndirilir. "Hərb və sülh" L. Tolstoyun digər əsəri olan "Anna Karenina" (1873–1877) ilə birgə onun ədəbi yaradıcılığının zirvəsi hesab olunur. "Hərb və sülh" Rusiyanın Fransa tərəfindən istilası dövründə baş vermiş hadisələri və Napoleon erasının Rusiyada Çar cəmiyyətinə təsirini, bu təsirin doğurduğu nəticələri beş zadəgan ailəsinin nümunəsində təsvir edir. Romanın ilkin versiyası 1865–1867-ci illərdə "Rus Xəbərçisi" qəzetində silsilə şəklində "On il 1805" adı ilə nəşr edilmişdir. Roman tam şəkildə ilk dəfə 1865-ci ildə nəşr edilmişdir. 2009-cu ildə "Newsweek" tərəfindən tərtib edilmiş "Top 100 Kitablar" sırasında "Hərb və sülh" birinci olmuşdur. Tolstoy özü, əsər haqqında bir qədər qarışıq fikir bildirərək qeyd etmişdir ki, "Hərb və sülh" "roman deyil, bir qədər poema, daha çox isə tarixi xronikadır". Romanın bəzi bölmələri isə təsvirilikdən tamam uzaq olmaqla, fəlsəfi diskussiya xarakteri daşıyır.
Hərb və Sülh romanındakı obrazların siyahısı
Aşağıdakı siyahıda Lev Tolstoyun «Hərb və Sülh» romanındakı obrazların siyahısı təqdim edilmişdir. Siyahı əsas, ikinci dərəəli və epizodik obrazların ayrıca qeyd edilməsi şəklində hazırlanmışdır. Rahat olması üçün siyahı kateqoriyalara bölünmüş, kateqoriyalar tərkibində isə adla əlifba sırası ilə düzülmüşdür. Kateqoriyalar tarixilik əsasında yox, obrazların romandakı mövqeyinə görə müəyyən edilmişdir. Hər obrazın qarşısında, onun romanda ilk dəfə göründüyü səhifə qeyd edilmişdir. İlk rəqəm (rum rəqəmi) kitabın cildini (E həri isə Epiloqu), ikinci rəqəm (ərəb rəqəmi) cilddəki hissəni, üçüncü rəqəm (rum rəqəmi) isə fəsli bildirir. Adların bəzisinin qarşısında olan Y işarəsi isə həmin obrazın tarixi şəxsiyyət olduğunu bildirir. == Əsas obrazlar — rus zadəgan ailələrinin təmsilçiləri == === Rostovlar === Rostov Andrey (Andryuşa) Nikolayeviç , Nikolay Rostovun oğlu. E, 1, IX Rostov İlya Andreyeviç, qraf. I, 1, X Rostov Nikolay İliç.
Kiçik Qaynarca sülhü
Kiçik Qaynarca sülhü (türk. Küçük Kaynarca Antlaşması, rus. Кючук-Кайнарджийский мир) — Osmanlı və Rusiya imperiyaları arasında 10 (21) iyul 1774-cü ildə imzalanmış və 1768–1774-cü illər rus-türk müharibəsini başa çatdıran sülh müqaviləsi. == Tarixi şərait == XVIII əsrin II yarısında Rusiya Sağsahil Ukraynası və Belorusiyanı Polşadan geri almaq, Baltik dənizində yeni ərazilər tutmaqla yanaşı Litva və Latviyanı da işğal etmək və Qara dəniz ətrafındakı torpaqlara yiyələnmək siyasəti aparırdı. Rusiyanın Qara dənizdə möhkəmlənmək siyasəti daha çox Osmanlı dövlətini narahat edirdi. == Müharibənin gedişi == 1768-ci ildə Osmanlı Rusiyaya müharibə elan etdi. 1770-ci il Larqa və Kaqul döyüşlərində və eyni zamanda 1770-ci il Çeşmə dəniz döyüşündə Osmanlı ordusu məğlub oldu. == Müqavilə şərtləri == 1774-cü ildə hər iki dövlət arasında Bolqarıstan ərazisindəki Kiçik Qaynarca kəndində sülh müqaviləsi bağlandı. Müqavilə Rusiyanın müharibə zamanı əldə etdiyi bəzi ərazi uğurlarını təsdiq etdi: Kerç, Yeniqala və Kinburn əraziləri Rusiyaya verildi; Rus gəmilərinə Qara dənizdə sərbəst üzmək hüququ verildi (Beləliklə, Rusiya Qara dəniz dövlətinə çevrildi) Rus ticarət gəmilərinə Bosfor və Dardanel boğazlarından sərbəst keçmək hüququ verildi; Valaxiya və Moldaviya Rusiyanın himayəsinə keçdi; Krım xanlığı Osmanlıdan ayrılaraq müstəqil oldu (1783-cü ildə Rusiya Krım xanlığını ləğv edərək "Tavrida" adı ilə özünə birləşdirdi); Dnepr və Buq çayları arasındakı ərazilər Rusiyaya keçdi. Müqavilə 1700-cü il İstanbul müqaviləsi istisna olmaqla, Osmanlı və Rusiya imperiyaları arasında əvvəlki bütün müqavilələri ləğv etdi.
Kоmpyеn sülh müqaviləsi (1918)
Birinci Kompyen sülh sazişi (fr. Armistice de Rethondes, 1918-ci il Kompyen sülh müqaviləsi) — I Dünya Müharibəsində hərbi əməliyyatların dayandırılması haqqında 1918-ci il noyabrın 11-də Kompyen şəhəri yaxınlığında Fransanın Pikardi bölgəsində Antanta və Almaniya İmperiyası arasında imzalanmış barışıq. Nəhəng münaqişənin son nəticələrini Versal sülh müqaviləsini qəbul edən Paris Sülh Konfransı yekunlaşdırdı. == Şərait == 1918-ci il sentyabrın 29-da Alman Ordusunun Ali Komandanlığı Spa şəhərində (Belçika) yerləşən baş qərargahında Kayzer II Vilhelmə və İmperator Kansleri Qraf Georq fon Qertlingə Almaniyanın hərbi vəziyyətinin ümidsiz olduğu bildirildi. General-kvartirmeyster Erix Ludendorff böyük fəlakətdən qorxaraq cəbhənin ən az 24 saat davam edəcəyinə zəmanət vermədiyini söylədi və Antantadan dərhal atəşkəs istənməsini tələb etdi. Bundan əlavə, o, ABŞ prezidenti Vudro Vilsonun əsas şərtlərini (Vudro Vilsonun 14 maddəsi) qəbul etməyi və daha yaxşı sülh şərtləri ümidi ilə demokratik bir əsasda Alman İmperatorluğu hökumətini yaratmağı tövsiyə etdi. Bu addım ordunun nüfuzunu qoruyacaq və təslimçi sülhün məsuliyyətini birbaşa demokratik partiyalara və parlamentin üzərinə yükləyəcəkdi. Oktyabrın 1-də o, qərargahının zabitlərinə belə söyləmişdi: "İndi onlar bizim üçün hazırladıqları yatağa getməlidirlər". Sentyabrın 30-da Qraf Georq fon Qertlingin hökuməti istefa verdi. Oktyabrın 3-də şahzadə Maksimilian Baden yeni kansler (hökumət başçısı) təyin edildi.
Kоmpyеn sülh sazişi (1918)
Birinci Kompyen sülh sazişi (fr. Armistice de Rethondes, 1918-ci il Kompyen sülh müqaviləsi) — I Dünya Müharibəsində hərbi əməliyyatların dayandırılması haqqında 1918-ci il noyabrın 11-də Kompyen şəhəri yaxınlığında Fransanın Pikardi bölgəsində Antanta və Almaniya İmperiyası arasında imzalanmış barışıq. Nəhəng münaqişənin son nəticələrini Versal sülh müqaviləsini qəbul edən Paris Sülh Konfransı yekunlaşdırdı. == Şərait == 1918-ci il sentyabrın 29-da Alman Ordusunun Ali Komandanlığı Spa şəhərində (Belçika) yerləşən baş qərargahında Kayzer II Vilhelmə və İmperator Kansleri Qraf Georq fon Qertlingə Almaniyanın hərbi vəziyyətinin ümidsiz olduğu bildirildi. General-kvartirmeyster Erix Ludendorff böyük fəlakətdən qorxaraq cəbhənin ən az 24 saat davam edəcəyinə zəmanət vermədiyini söylədi və Antantadan dərhal atəşkəs istənməsini tələb etdi. Bundan əlavə, o, ABŞ prezidenti Vudro Vilsonun əsas şərtlərini (Vudro Vilsonun 14 maddəsi) qəbul etməyi və daha yaxşı sülh şərtləri ümidi ilə demokratik bir əsasda Alman İmperatorluğu hökumətini yaratmağı tövsiyə etdi. Bu addım ordunun nüfuzunu qoruyacaq və təslimçi sülhün məsuliyyətini birbaşa demokratik partiyalara və parlamentin üzərinə yükləyəcəkdi. Oktyabrın 1-də o, qərargahının zabitlərinə belə söyləmişdi: "İndi onlar bizim üçün hazırladıqları yatağa getməlidirlər". Sentyabrın 30-da Qraf Georq fon Qertlingin hökuməti istefa verdi. Oktyabrın 3-də şahzadə Maksimilian Baden yeni kansler (hökumət başçısı) təyin edildi.
Kоmpyеn sülh sazişi (1940)
İkinci Kompyen sülh sazişi (və yaxud 1940-cı ilin Kompyen sülh sazişi) — 1940-cı il iyunun 22-də də Fransada alman qoşunlarının müvəffəqiyyətli döyüş kampaniyasını tamlayan (may–iyun 1940) Nasist Almaniyası və Fransa arasında Kompyen meşəsində bağlanmış barışıq. Sülh sazişi Fransanın Alman qoşunlarının işğal zonasına və Vişi rejimi tərəfindən idarə olunan bir marionet dövlətinə bölünməsi ilə nəticələndi. Hitler qəsdən israrla barışığın Kompyen meşəsində imzalanmağını tələb etdi. Çünki, burada 1918-ci ildə Almaniya üçün əlverişsiz şərtlərlə Birinci Dünya Müharibəsinin sona çatmasını rəsmiləşdirən Almaniya ilə Antanta ölkələri arasında Kompyen sülh sazişi imzalanmışdı. == İmzalanma tarixi == 1940-cı il mayın 10-da alman qoşunları Belçika, Hollandiya və Fransaya hücum edərək bir ay ərzində fransız ordusunu və qitədə yerləşən ingilis hərbi ekspedisiya birləşmələrini məğlub etdi. İyunun 14-də Paris işğal edildi və Fransa hökuməti Bordoya köçdü. Hökumət üzvləri arasında yekdil fikir yox idi. Bəziləri bunun üçün hətta Şimali Afrikaya (o dövrdə Fransa əraziləri orada da yerləşirdi) qədər çəkilmək lazım olsa belə müqavimət göstərməyi təklif edir, digərləri isə Almaniya ilə müharibədən çıxmaqda israr edirdilər. Fransanın baş naziri Paul Reyno sülh danışıqlarından imtina edərək iyunun 16-da istefa verdi. Onu bu vəzifədə Birinci Dünya müharibəsinin qəhrəmanı marşal Anri Filipp Paten əvəz etdi.
Müsəlmanlar Sülh Uğrunda Mübarizədə (1987)
Film müsəlmanların sülh uğrunda mübarizəsinə həsr edilmiş Beynəlxalq Bakı konfransının işindən danışır.
Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987)
Film müsəlmanların sülh uğrunda mübarizəsinə həsr edilmiş Beynəlxalq Bakı konfransının işindən danışır.
Mərənd sülh müqaviləsi
Mərənd sülh müqaviləsi —26 sentyabr 1618-ci il tarixində Osmanlı Sultanı II Osman ilə Səfəvi Şahı I Abbas arasında imzalanmış müqavilə. I Mustafa (1617–1618; 1622–1623) hakimiyyətə gəldikdən sonra sülh danışıqları təşəbbüsü, onun devrilməsilə baş tutmadı. Xəlil paşa müharibəni davam etdirdi. Təbrizi tutdu. Şah Abbas baş döyüşdən yaxa qurtara bilmədi. O, Sərab yaxınlığındakı döyüşdə Osmanlı və Krım tatarlarının birləşmiş qüvvələri üzərində qələbə çaldı. Bu qələbə müharibənin taleyini həll etdi. Ə. Rəhmani yazır ki, Xəlil paşa Osmanlıların və tatarların Sərab yaxınlığındakı döyüşdə məğlub olduğunu bilib, öz təkliflərini Abbasa göndərərək sülh danışıqlarına başladı. II Osman və Şah I Abbas arasında bağlanan, tarix elmində səhvən Sərab sülhü adlanan sülh müqaviləsi Mərənddə tərtib edildi və imzalandı (hicri zülqədə 1027-ci il-1618-ci il sentyabr). Bu müqavilə ilə 1612-ci il müqaviləsinin şərtləri bir daha tanınırdı.

sülh sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Barış, əmin-amanlıq, dinclik, sakitlik. Sülh uğrunda mübarizə. – …Silahını bağrına basmış döyüşçülərin gözündə əbədi sülhün işıqları yanırdı. M.İbrahimov. // Müharibə edən tərəflərin müharibəni dayandırmaq haqqında razılığı; saziş, barış, barışıq. □ Sülh etmək – barışmaq, barışmaq haqqında müşahidə bağlamaq. 2. İncikliyi, ədavəti, küsülülüyü aradan qaldırma, barışma. Yox, kərbəlayıya hirs qalib olub, sülhlə arası yoxdur. Çəmənzəminli. [Molla Xəlil] qalibiyyətinə xatircəm deyildi. Bunun üçün müəllimə sülh təklif edirdi. S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / sülh

sülh sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 əmin-amanlıq — sakitlik — dinclik — asayiş

    Azərbaycan dilinin sinonimlər lüğəti / sülh
  • 2 1. SÜLH Satqınla salmış onu bu gün qanlı bir yola; Sən isə səsləyirsən sülhə, şanlı bir yola (S.Rüstəm); BARIŞIQ [Şamo:] Alo əmi, barışıq lazımdır (S.Rəhimov); MÜTARİKƏ (köhn.) (müvəqqəti barışıq) Bəhram şah bu nəsihətləri qəbul etdi, sülh və mütarikə hazırlıqları gedir (M.S.Ordubadi); BARIŞ, BARIŞMA, DİNCLİK. 2. sülh bax əmin-amanlıq

    Azərbaycan dilinin sinonimlər lüğəti / sülh

sülh sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 SÜLH – MÜHARİBƏ Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik; Biz Vətən naminə ölsək, dirilərdən diriyik (B.Vahabzadə); Dövlət başçıları danışanadək; Mənim müharibəm davam edəcək! (S.Vurğun).

    Azərbaycan dilinin antonimlər lüğəti / sülh

sülh sözünün rus dilinə tərcüməsi

  • 1 мир, согласие

    Azərbaycanca-rusca lüğət / sülh
  • 2 I сущ. мир: 1. отсутствие вражды, войны, вооруженных действий между государствами; согласное сосуществование государств, народов. Möhkəm sülh прочный мир, kövrək sülh хрупкий (непрочный) мир, pozulmaz sülh нерушимый мир, sülh uğrunda mübarizə борьба за мир, sülh siyasəti политика мира, sülh proqramı программа мира, sülh şəraitində в условиях мира, sülhü qorumaq беречь мир, sülhü möhkəmləndirmək упрочивать, укреплять мир; ‚Ümumdünya Sülh Şurası Всемирный совет мира, sülh tərəfdarları сторонники мира 2. соглашение между воюющими сторонами о прекращении войны. Sülh bağlamaq заключить мир, sülhü bərqərar etmək установить мир, separat sülh сепаратный мир II прил. мирный (связанный с прекращением войны, с заключением соглашения о мире). Sülh danışıqları мирные переговоры, sülh müqaviləsi мирный договор, sülh yolu ilə мирным путём

    Azərbaycanca-rusca lüğət / sülh

sülh sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. peace; ədalətli ~ just peace; möhkəm ~ lasting / stable peace; ~ bağlamaq to make* peace; bütün dünyada ~ peace throughout the world; ~ü müdafiə defence of peace; ~ uğrunda mübarizə aparmaq to fight* for peace; Sülhü müdafiə bütün xalqların ümumi işidir The defence of peace is the common cause of all the peoples; Sülh qalib gələcək Peace will triumph II. s. peace; ~ danışıqları peace negotiations; ~ siyasəti peace policy; ~ müqaviləsi peace treaty, treaty of peace; ~ konfransı peace conference, conference of peace; ~ şəraitində yaşamaq to live at peace; Ümumdünya ~ ŞurasıWorld Peace Council

    Azərbaycanca-ingiliscə lüğət / sülh

sülh sözünün fransız dilinə tərcüməsi

  • 1 is. paix f ; ~ bağlamaq conclure la paix, signer la paix ; ~ bağlanması conclusion f de la paix ; ~ və azadlıq paix f et liberté f ; ~ və əminamanlığı bərpa etmək rétablir la paix et la sécurité ; ~ və əməkdaşlıq tərəfdarı olmaq être partisant de la coopération et de la sécurité ; ~ və dostluq paix f et amitié f ; ~ və təhlükəsizlik paix f et sécurité f ; ~ danışıqları les pourparlers m pl de paix ; ~ danışıqları siyasəti la politique de pourparlers de paix ; ~ doktrinası doctrine f de paix ; ~ işinə zidd contre la cause de la paix ; ~ işinə hədə menaces fpl à la paix ; ~ yolu ilə par la voix pacifique ; ~ yolu ilə məsələnin həlli règlement m pacifique, solution f du problème par la voie pacifique ; ~ məqsədi ilə istifadə utilisation f dans les buts pacifiques ; ~ naminə au nom de la paix ; ~ nümayişi manifestation f pour la paix ; ~ sazişi traité m de paix ; ~ sazişi imzalamaq signer le traité de paix ; ~ siyasəti politique f de paix ; ~ siyasəti yeritmək mener la politique de paix ; ~ təklifi proposition f de paix ; ~ tələbi exigeance f de paix ; ~ tərəfdarı partisant m de la paix ; ~ tərəfdarları komitəsi Comité m des partisants de la paix ; ~ tərəfdarlarının ümumdünya konqresi Conférence f internationale des partisants de la paix ; ~ tərəfdarları hərəkatı mouvement m de la paix ; ~ uğrunda pour la paix ; ~ uğrunda mübariz combattant m de la paix ; ~ uğrunda mübarizə lutte pour la paix ; ~ uğrunda mübarizə aparmaq lutter pour la paix ; ~ uğrunda mübarizə proqramı programme m de lutte pour la paix ; ~ uğrunda mübarizə cəhdi effort m de lutter pour la paix ; ~ fondu Fonds m de la paix ; ~ cəbhəsi Front m de la paix ; ~ haqqında ilkin saziş traité m initial de paix ; ~ şəraiti yaratmaq créer une atmosphère de paix ; ~ şəraitində dans le climat (dans l’atmosphère) de paix ; ~ şurası Conseil m de la paix, Conseil Mondial de la paix ; ~ şurasının sədri président m du Conseil de la paix ; ~ə qarşı təhlükə yaratmaq créer une menace contre la paix ; ~ə çağırmaq appeler à la paix ; ~ü bərqərar etmək instaurer la paix ; ~ü qoruyub-saxlamaq sauvegarder la paix ; ~ü möhkəmlətmək renforcer, raffermir (consolider) la paix ; ~ü pozmaq violer (rompre) la paix ; ~ü təmin etmək maintenir la paix ; ~ü hədələmək menacer la paix ; ~ün bərpa olunması rétablissement m de la paix ; ~ün əleyhdarları adversaires m pl de la paix ; ~ün keşiyində dayanmaq être au garde de la paix ; ~ün möhkəmləndirilməsi renforcement m (consolidation f, raffermissement m) de la paix ; ~ün pozulması violation f (rupture f) de la paix ; ~ün təmin edilməsi assurence f de la paix ; ~ün hədələnməsi menace f à la paix ; ~ün şərtləri conditions fpl de la paix

    Azərbaycanca-fransızca lüğət / sülh

sülh sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. ислягьвал, баришугъвал, динжвал, секинвал, умунвал; // sülh etmək баришугъ хьун; 2. баришугъвал; мидявал (инжиклувал, хъел) арадай акъудун, баришугъ хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / sülh

sülh sözünün türk dilinə tərcüməsi

"sülh" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sülh nədir? #sülh sözünün mənası #sülh nə deməkdir? #sülh sözünün izahı #sülh sözünün yazılışı #sülh necə yazılır? #sülh sözünün düzgün yazılışı #sülh leksik mənası #sülh sözünün sinonimi #sülh sözünün yaxın mənalı sözlər #sülh sözünün əks mənası #sülh sözünün etimologiyası #sülh sözünün orfoqrafiyası #sülh rusca #sülh inglisça #sülh fransızca #sülh sözünün istifadəsi #sözlük