* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••• | 3.43 |
2003 | ••• | 0.79 |
2004 | •••• | 1.01 |
2005 | •••••• | 1.35 |
2006 | ••• | 0.68 |
2007 | ••• | 0.63 |
2008 | •••• | 0.97 |
2009 | ••••• | 1.28 |
2010 | •••••••• | 1.91 |
2011 | •••••• | 1.46 |
2012 | •••••• | 1.38 |
2013 | •••••••••••••••••••• | 5.40 |
2014 | •••••••••••• | 3.09 |
2015 | •••••••• | 2.04 |
2016 | • | 0.17 |
2017 | •••• | 0.81 |
2018 | •••• | 0.90 |
2019 | •••• | 0.97 |
2020 | •••••• | 1.59 |
1 is. [ər.] köhn. 1. Birinə məxsus torpaq sahəsi, malikanə, nəql olunmaz, daşınmaz əmlak. [Hacı Əli:] Bir belə mülkləri dolandırmaq, əlbəttə, asan iş deyildir. N.Vəzirov. // Bina, ev. Həkimin evi … beşmərtəbəli bir mülkdə idi. Mir Cəlal. Hacı Rəcəblinin mülkü bir dağın döşündə tikilmiş, … bir hektarlıq yeri tuturdu. Ə.Əbülhəsən. // məc. Obrazlı təşbehlərdə işlədilir. Unudulmaz el yolunda canı qurban olanlar; Vətən mülkü abad yaşar vəfadarı görəndə. S.Vurğun. [Sərətan:] Üstündür hələlik şair Xaqani; Odur söz mülkünün qadir sultanı. M.Rahim. 2. klas. Ölkə, məmləkət. Sinədən peykanlar çəkmə, dili etmə xərab; Padşahi-adil öz mülkini viran istəməz. S.Ə.Şirvani. Xarici mülkündə də hətta gəzib; Çox tühaf insan görürəm, qorxmuram. M.Ə.Sabir. Şəki mülkündə, xanım, xandır bu; Adlı-sanlı igid Tərxandır bu. A.Şaiq.
Azərbaycan dilinin izahlı lüğəti / mülk1 1. MÜLK [Zərrintac:] Mən özümdən sonra yadigar qoymaq, atadanqalma var-dövlətə, haşan-kaşanlı mülkə varis qoymaq istəyirəm (S.Rəhimov); XANİMAN Gülbahar xanım: Hürü nənə, gətir ayaqlarından öpüm ki, gedib atamın xanimanına dəyəcəkdim.. (N.Vəzirov); MÜLKİYYƏT, MALMÜLK. 2. mülk bax məmləkət, ölkə 1 3. mülk bax malikanə 4. mülk bax var I
Azərbaycan dilinin sinonimlər lüğəti / mülk1 1. недвижимое имущество, недвижимость, имение, владение, поместье; 2. здание;
Azərbaycanca-rusca lüğət / mülk2 сущ. 1. владение (-я), недвижимое имущество (в основном земля), принадлежащее кому-л. Ata-baba mülkü отцовское владение, fermerin mülkü владения фермера 2. разг. здание, дом. Yeni mülk tikmək построить новый дом 3. юрид. домовладение (дом как чья-л. собственность). Mülk almaq купить дом, mülk satmaq продать дом; vətən mülkü высок. родная сторона, родная земля
Azərbaycanca-rusca lüğət / mülk1 is. propriété f ; domaine m ; bien m ; ~ almaq acheter une propriété ; bu ~ ona atasından qalıb il a hérité cette propriété de son père
Azərbaycanca-fransızca lüğət / mülk1 [ər.] сущ. куьгьн. мулк (1. садаз талукь тир ччил, масанихъ тухуз тежер, юзуриз тежер амлак; кӀвал, дарамат; 2. клас. уьлкве, мемлекат).
Azərbaycanca-ləzgicə lüğəti / mülkə. 1) səltənət, dövlət, hökumət; 2) ölkə, məmləkət; 3) mülkiyyət, mal-mülk, malikanə; 4) tarixən mövcud olmuş torpaq mükəlləfiyyəti forması.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti(Gəncə) vergi adı (toplanmış məhsulun 1/10 qədəri). – Hər il on pencə mülk verərdim
Azərbaycan dilinin dialektoloji lüğəti.