həftəsi sözü azərbaycan dilində

həftəsi

Yazılış

  • həftəsi • 88.8548%
  • Həftəsi • 11.0770%
  • HƏFTƏSİ • 0.0682%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dəb həftəsi
Dəb həftəsi — ildə iki dəfə keçirilən, təxminən bir həftə boyunca davam edən, dəb dünyasının ən əhəmiyyətli tədbiridir. Bu tədbirlərdə modelyer-dizaynerlər, müxtəlif geyim şirkətləri son kolleksiyalarını moda nümayişlərində alıcılara və KİV-ə nümayiş etdirir. Bu dəb həftələri cari və növbəti kolleksiyaları əhatə edir. Ən mühüm dəb həftələri Nyu-York, London, Milan və Paris kimi dünyanın dəb mərkəzlərində keçirilir. Bu şəhərlər KİV-də "Big Four", yəni "Böyük dördlü" kimi tanınır. Adıçəkilən şəhərlərdən sonra isə siyahını Los-Anceles, San-Paulu, Moskva və Sankt-Peterburq, Tokio, Helsinki, Şanxay, Berlin, Madrid, Sidney, Yeni Dehli, Kopenhagen, Vaşinqton və başqa şəhərlər davam etdirir. == Yaranma tarixi == Dəb həftəsi konsepsiyası ilk dəfə olaraq Parisdə, marketoloqların ideyası ilə qadınların müəyyən ödəniş qarşılığında ictimai yerlərdə müxtəlif brendlərin geyimlərini geyinib göstərməsilə başladı. Bu tədbirlər isə tədricən onların özlərinin sosial hadisələrinə çevrildi. Fransada bu kimi tədbirlərə hələ də "défilés de mode" deyilir, bu birləşmənin tərcüməsi isə "dəb paradları" deməkdir. 1903-cü ildə Nyu-Yorkda "Ehrich Brothers" adlı bir mağaza, orta təbəqədəki qadınları mağazaya cəlb etmək üçün ölkənin ilk moda nümayişini həyata keçirmişdi.
Talan həftəsi
Talan həftəsi, Yağmalama həftəsi və ya Qrabnedelya — 1920-ci ildə Aprel işğalından sonra Bakıda bolşeviklər tərəfindən törədilmiş və bir həftə boyunca davam etmiş talan hadisəsi. Yorq Baberovski öz əsərində qeyd edir ki, bolşeviklər Azərbaycana işğalçı kimi gəlmişdilər. Onlar respublikanı qətllər və talan meydanına çevirmişdilər. Bir neçə ay davam edən terror özündən sonra qorxunc dağıntı izləri qoymuşdu. İşğaldan sonra bolşeviklər insanların əmlakını müsadirə edir, onların qiymətli əşyalarını talan edirdilər. Müsadirə edilmiş və ya sahibləri öldürülmüş evlərə bolşeviklərin özləri köçürdülər. Bakı İcraiyyə Komitəsinin 1920-ci il dekabrın 23-də keçirilən iclasında bütün Bakının hərbçilərlə dolu olduğu və onların 10-12 mininin fərdi mənzillərdə yaşadıqları qeyd olunub. XI qızıl ordunun xüsusi şöbəsi, digər cəza orqanları Azərbaycandakı partiyaların, müxtəlif siyasi təşkilatların rəhbərlərinin, üzvlərinin təqib və həbs olunmasını getdikcə gücləndirirdilər. Onlar Azərbaycan ziyalılarının nümayəndələrini təcrid edir və qırırdılar, yüzlərlə adam Solovetsk adalarına, Suzdala, Novqoroda və digər ucqar yerlərdəki həbs düşərgələrinə göndərildilər. Təkcə ilk iki gün ərzində Bayıl həbsxanasında 300 (üç yüz) nəfərin güllələndiyi bildirilir.
Beynəlxalq Esperanto Həftəsi
Beynəlxalq Esperanto Həftəsi (esp. Junulara E-Semajno, JES) — Polşa və Almaniya esperanto gənclik təşkilatlarının təşkil etdiyi və Yeni İl ərəfəsində keçirilən gənclərin esperanto yığıncaqları. İlk belə görüş 2009–2010-cu illər arasındaki Yeni İl həftəsində Zakopane şəhərində keçirildi, ikincisi isə 2010–2011-ci illərdə Burq şəhərində baş tutdu. Beynəlxalq Esperanto Həftəsi yeni il ərəfəsində keçirilən iki gənc esperanto görüşlərinin birləşdirilməsi ilə yarandı, onlar polyak Fəaliyyət Həftəsi (AS) və alman Beynəlxalq Seminar (İS) idilər. 2008/2009 mövsümü hər iki tədbir üçün sonuncu oldu, bu İS üçün 52-ci mövsüm, AS üçün isə 7-ci idi. Təşkilatçılar Beynəlxalq Esperanto Həftəsinin hər il bir həftə ərzində Mərkəzi Avropanın müxtəlif yerlərində keçirməyi planlaşdırmışdılar. == Adı == JES abreviaturundaki "E" hərfi "Esperanto" mənasını verir, lakin E@I təşkilatıyla olduğu kimi eyni zamanda Avropa və təhsili (esp. Edukado) də simvollaşdıra bilər. Buna görə Junulara Esperanto-Semajno əvəzinə Junulara E-Semajno adının istifadəsi əsl mənaya daha yaxındır. Bundan başqa, esperanto dilində JES müsbət ədat kimi işlənir, yəni azərbaycan dilindəki "bəli" sözü kimi.
Beynəlxalq Kosmos Həftəsi
Ümümdünya Kosmos Həftəsi — dünyanın əksər ölkələrində hər il 4–10 oktyabrda bu bayram qeyd olunur. Ümumdünya Kosmos Həftəsinin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır. == Tarix == Beynəlxalq Millətlər Təşkilatının Kosmos üzrə III Konfransında Mərakeş nümayəndə heyəti 20 iyul — ABŞ kosmonavtlarının aya endiyi günü kosmos günü kimi qeyd etməyi təklif etdi. Əksər ölkələr kosmos günü ideyasını dəstəkləsə də, tarix olaraq 20 iyul seçilməsi məsələsi mübahisəyə səbəb oldu. Rusiya nümayəndə heyəti kosmos günü ideyasını dəstəkləsə də, 20 iyul tarixi ilə razılaşmadı. Çünki kosmos erası 1957-ci il 4 oktyabrda SSRİ tərəfindən Yerin ilk süni peykinin göndərilməsi ilə başlayır. Bu səbəbdən Rusiya 4 oktyabr tarixini təklif etdi. Lakin alternativ olaraq 10 oktyabr Kosmos Haqqında müqavilənin imzalandığı gün təklif olundu. İran nümayəndəsi isə kosmos günü deyil Kosmos həftəsi keçirməyi təklif etdi və bu təklif əksər ölkələrin nümayəndələri tərəfindən dəstəkləndi. Nəticədə 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 4–10 oktyabr tarixinin hər il Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunacağını elan etdi: 1957-ci il 4 oktyabr Yerin ilk süni peyki buraxıldığı və 1967-ci il 10 oktyabr Kosmos haqqında Müqavilə imzalandığı gün.
Dünya Kosmos Həftəsi

Müqəddəs Müdafiə Həftəsi
Müqəddəs Müdafiə Həftəsi (fars. هفته دفاع مقدس‎, Romanizasiya: Hafte Defâ Moqaddas, tərcüməsi Müqəddəs Müdafiə Həftəsi) — İran tərəfindən 1980–1988-ci illəri əhatə etmiş olan İran-İraq müharibəsinin ilk həftəsini əhatə edir və bu müharibəni anmaq üçün İran təqvimində qeyd edilir (tez-tez İranda "Müqəddəs müdafiə" adlanır). Hərbi paradlarla qeyd olunur. İran təqvimi ilə Şəhrivər ayının 31-də başlayır. Bu müddət 22–29 sentyabr tarixlərini əhatə edir.
Ümumdünya Kosmos Həftəsi
Ümümdünya Kosmos Həftəsi — dünyanın əksər ölkələrində hər il 4–10 oktyabrda bu bayram qeyd olunur. Ümumdünya Kosmos Həftəsinin məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır. Beynəlxalq Millətlər Təşkilatının Kosmos üzrə III Konfransında Mərakeş nümayəndə heyəti 20 iyul — ABŞ kosmonavtlarının aya endiyi günü kosmos günü kimi qeyd etməyi təklif etdi. Əksər ölkələr kosmos günü ideyasını dəstəkləsə də, tarix olaraq 20 iyul seçilməsi məsələsi mübahisəyə səbəb oldu. Rusiya nümayəndə heyəti kosmos günü ideyasını dəstəkləsə də, 20 iyul tarixi ilə razılaşmadı. Çünki kosmos erası 1957-ci il 4 oktyabrda SSRİ tərəfindən Yerin ilk süni peykinin göndərilməsi ilə başlayır. Bu səbəbdən Rusiya 4 oktyabr tarixini təklif etdi. Lakin alternativ olaraq 10 oktyabr Kosmos Haqqında müqavilənin imzalandığı gün təklif olundu. İran nümayəndəsi isə kosmos günü deyil Kosmos həftəsi keçirməyi təklif etdi və bu təklif əksər ölkələrin nümayəndələri tərəfindən dəstəkləndi. Nəticədə 1999-cu il dekabrın 6-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 4–10 oktyabr tarixinin hər il Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunacağını elan etdi: 1957-ci il 4 oktyabr Yerin ilk süni peyki buraxıldığı və 1967-ci il 10 oktyabr Kosmos haqqında Müqavilə imzalandığı gün.
Bakı Enerji Həftəsi
Bakı Enerji Həftəsi və ya Baku Energy Week — öz brendi altında 3 böyük tədbiri (27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu) birləşdirən bir tədbirdi. 2022-ci ildə Bakı Enerji Həftəsində 30 ölkədən 249 şirkət iştirak etmişdir. 2022-ci ildə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı Enerji Həftəsi iştirakçılarına məktub ünvanlamışdır. == “Caspian Power” sərgisi == “Caspian Power” sərgisində enerjidən istifadə üzrə ən son nailiyyətlər təqdim edilir və burada elektroenergetika sənayesinin aparıcı nümayəndələri ilə görüşlər keçirilir. Sərgi ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumat almaq imkanı yaradır. 2022-ci ildən sərginin adı Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi olaraq dəyişilib. 2022-ci ildən başlayaraq “Caspian Power” sərgisi “Caspian Oil&Gas” sərgisi ilə birgə Bakı Enerji Həftəsi çərçivəsində keçirilir. == “Caspian Oil&Gas” sərgisi == Xəzər Neft və Qaz sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Sərgi artıq 25 ildən çoxdur ki keçirilir. “Xəzər Neft və Qaz” sərginin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib.
Rejissorların iki həftəsi
Rejissorların iki həftəsi (fr. Quinzaine des Réalisateurs) — Kann Film Festivalının rəsmi seçimi ilə paralel formada keçirilən müstəqil bölmədir. 1968-ci ilin may ayında Fransada baş vermiş olan hadisələrdən sonra Kann film festivalı ləğv edildikdən sonra 1969-cu ildə Fransa Rejissorlar Gildiyası tərəfindən yaradılmışdır. Rejissorların iki həftəliyində dünyanın hər yerindən gətirilmiş qısametrajlı, bədii və sənədli filmlər nümayiş etdirilir. Bölümün (epizodun) proqramlaşdırılmasına bədii rəhbər nəzarət edir. Hal-hazırkı bədii rəhbər 2012-ci ildən epizodu proqramlaşdıran Eduard Vaintropdur. Olivier Pere — 2004–2009 Frederik Boyer — 2009–2011 Eduard Vaintrop – 2012–h.h. İncəsənət Film Mükafatı SACD Mükafatı The Europa Cinemas Label Mükafatı İlly Mükafatı 40x15.
10 Noyabr Atatürkün anım günü ve Atatürk həftəsi
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi — 10 noyabr 1938-ci ildə saat 09:05-də həyatını itirən, Türkiyə qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk xatirəsinə hər il tutulan milli yasdır. 10 noyabr gününü əhatə edən Atatürk Həftəsi isə Atatürkün yurd daxilində anıldığı, qanun və inqilablarının izah edildiyi, radio və televiziyada danışıqlarının öz səsindən nümayiş olunduğu, Atatürklə əlaqədar filmlərin göstərildiyi; Noyabrın 10–16-dək davam edən həftə adlanır. 10 noyabr günləri saat 09: 05-də fit səsləriylə birlikdə Türkiyə daxilində 2 dəqiqə sükutla Atatürk xatirəsinə hörmət duruşuna keçilir. Ardından Türkiyə Böyük Millət Məclisi binası önündəki bayraqlar xaric, Türkiyədəki bütün rəsmi binalarda və ölkənin xarici nümayəndəlikləri bayraqları, yas göstəricisi olaraq yarıya endirilər. Anıtqəbirdəki bayraqlar digər günlərdə heç bir səbəbə görə yarıya endirilmir. Bayraq daimi qaldırılmadığı yerdə bayraq əvvəlcə göndərən tərəfə çəkilir; sonra iki dəfə azalır. == Rəsmi mərasimlər == === Anıtqəbirdə təşkil edilən mərasimlər === Paytaxt Ankaradakı mərasimlər prezidenti, prezidenti müavini, Məclis Başçısı, Məclisdə qrupu olan siyasi partiyaların ümumi başçıları, Baş qərargah Başçısı, qüvvət komandirləri və digər dövlət nümayəndələrinin iştirakı ilə Anıtkqəbirdə həyata keçirilir. Mərasim Aslan Yolunda gəzinti ilə başlayır. Yürüşdən sonra Prezident Atatürkün məqbərəsinə çələng qoyur. 09:05-də dövlət adamları iki dəqiqə sükut içində dayanır və İstiqlal Himnini oxuyur.
10 Noyabr Atatürkün anım günü və Atatürk həftəsi

"həftəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həftəsi nədir? #həftəsi sözünün mənası #həftəsi nə deməkdir? #həftəsi sözünün izahı #həftəsi sözünün yazılışı #həftəsi necə yazılır? #həftəsi sözünün düzgün yazılışı #həftəsi leksik mənası #həftəsi sözünün sinonimi #həftəsi sözünün yaxın mənalı sözlər #həftəsi sözünün əks mənası #həftəsi sözünün etimologiyası #həftəsi sözünün orfoqrafiyası #həftəsi rusca #həftəsi inglisça #həftəsi fransızca #həftəsi sözünün istifadəsi #sözlük