əlaqə sözü azərbaycan dilində

əlaqə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əlaqə • 91.9350%
  • Əlaqə • 8.0368%
  • ƏLAQƏ • 0.0283%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Empirik əlaqə
Elmdə empirik əlaqə və ya fenomenoloji əlaqə təcrübə və müşahidə ilə dəstəklənən, lakin nəzəriyyə ilə mütləq şəkildə dəstəklənməyən əlaqə və ya korrelyasiyadır . == Nəzəriyyəsiz analitik həllər == İlk prinsiplər kimi nəzəri əsaslardan asılı olmayaraq empirik əlaqə təsdiqedici məlumatlar ilə dəstəklənir. Bəzən ilkin empirik əlaqələr üçün nəzəri izahatlar tapılır, bu halda əlaqələr artıq empirik hesab edilmir. Buna misal olaraq hidrogen spektral xətlərinin dalğa uzunluqlarını təxmin etmək üçün Ridberq düsturunu göstərmək olar. 1876-cı ildə təklif edilmiş o, Lyman seriyasının dalğa uzunluqlarını mükəmməl təxmin etmişdi, lakin 1925-ci ildə Niels Bor atomun Bohr modelini yaradana qədər nəzəri əsası yox idi. Bəzən empirik amil hesab edilən şey sonradan əsas fiziki sabit hesab olunur. == Təxminlər == Bəzi empirik əlaqələr sadəcə təxminlərdir, çox vaxt fenomeni təsvir edən analitik həllin Taylor seriyasının ilk bir neçə həddinə ekvivalentdir. Digər əlaqələr yalnız müəyyən spesifik şərtlər altında baş verir və onları daha ümumi əlaqənin xüsusi hallarına endirir. Bəzi təxminlər, xüsusən fenomenoloji modellər hətta nəzəriyyə ilə ziddiyyət təşkil edə bilər; Onlar bəzi nəzəriyyələrə nisbətən riyazi cəhətdən daha asan başa düşülən və nəticə verə bildikləri üçün istifadə olunurlar.
Kovalent əlaqə
Kovalent əlaqə — Elektromənfilikləri kəskin fərqlənməyən atomlar arasında kovalent əlaqə yaranır. Kovalent əlaqənin təbiəti atomlar cütünün ümumi (əlaqələndirici) elektron cütünün əmələ gəlməsindən və bu cütə birgə sahib olmaqdan ibarətdir. Bu cütlüyün elektronları hesabına hər bir atom öz valent səviyyəsini tamamlayır və bununla da öz enerjisini azaldır. Bu cütün yerləşdiyi yerdə mənfi yükün iki qat olması hesabına nüvələrdən hər birinin arasında və bu oblastda cazibə güclənir. Beləliklə atomlar əlaqələnmiş olur və birlikdə olur. == Kovalent rabitə nəzəriyyəsi == Kovalent rabitə nəzəriyyəsi ümumi şəkildə 1916-cı ildə Amerika alimi Lyus tərəfindən yaradılmışdır. Bu nəzəriyyənin sonrakı inkişafında, xüsusilə onun kompleks birləşmələrə tətbiqi sahəsində N.Sicivikin böyük rolu olmuşdur. Buna görə kovalent rabitə nəzəriyyəsi son vaxtlarda Lyus-Secvik nəzəriyyəsi adlanır. ion rabitəsində olduğu kimi kovalent rabitə nəzəriyyəsinin də əsas mahiyyətini qarşılıqlı kimyəvi təsirdə olan element atomlarında müvafiq təsirsiz qazlara məxsus davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir.Lakin kovalent rabitənin yaranması zamanı ion rabitəsindən fərqli olaraq, elektronun bir element atomundan digər element atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının açıq elektronlarının bir-biri ilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki, bunlar da eyni vaxtda hər iki atoma aid olmaqla onların arasında rabitənin yaranmasına səbəb olur.
Qarşılıqlı əlaqə
Ünsiyyət Qarşılıqlı əlaqə – dialektikanın ən ümumi kateqoriyalarından biri; obyektiv aləmin daimi hərəkət və dəyişilməsində onun vəhdətini, onu təşkil edən predmet və hadisələr arasındakı sonsuz əlaqəni ifadə edir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Sürtünmə yolu ilə cinsi əlaqə
Sürtünmə yolu ilə cinsi münasibət — cinsi əlaqə olmadan, cinsi partnyorlar tərəfindən bir-birlərini oxşayaraq, ovuşduraraq, yaxud da, bir-birlərinə sürtünərək həyata keçirmiş olduqları sevişmə metodlarından biri. Cinsiyyət orqanlarının stimullaşdırılması öpüşmək, erogen zonalara toxunma və ya bəzən də alt paltarları çıxarmadan fiziki təmasla təmin edilir. Ümumiyyətlə bu metod cinsi təcrübəsi olmayan subay gənclərin üstünlük verdiyi üsuldur.
Cinsi əlaqə
Cinsi əlaqə və ya seks — cinsi məmnuniyyət (həzz) və nəsil artırma məqsədini daşıyan genital əlaqə. Bu, vaginal cinsi əlaqə və ya vaginal seks kimi də qeyd olunur. Bu əlaqələr iki və ya daha çox şəxs arasındakı fiziki yaxınlığı əhatə edir və ümumiyyətlə insanlar arasında fiziki və ya emosional məmnuniyyətin artması üçün istifadə olunur və insanın bir-biri ilə yaxınlaşmasına kömək edə bilər. Cinsi əlaqə və ya digər cinsi fəaliyyətin nədən ibarət olduğu, bu əlaqələrin reproduktiv sağlamlığa təsiri haqqında fərqli fikirlər mövcuddur. Müxtəlif yurisdiksiyalarda insest, yetkinlik yaşına çatmayanlarla cinsi fəaliyyət, fahişəlik, təcavüz, zoofiliya, sodomiya, nikah öncəsi və nikahdan kənar seks kimi bəzi cinsi davranışlara məhdudiyyət qoyulur. == Dinlərdə cinsi əlaqə == === Buddizm === Buddizm inancına görə insan nə aseksual, nə də cinsi əlaqənin köləsi olmalıdır. İnsanlar mənəvi inkişafına zidd olmadığı müddətcə cinsi əlaqəyə girə bilərlər. Evlilikdən əvvəl cinsi əlaqə haram deyil, amma həyat yoldaşını aldatmaq yaxşı davranış sayılmır. Üstəlik, daha yüksək mənəvi inkişafa nail olmaq üçün seksuallığın son dərəcə zəruri olduğu deyilir. === Xristianlıq === Cinsi əlaqə xristian kilsəsində qəbul ediən müqəddəs evlilik vədlərindən sonra normaldır.
Əlaqə (1989)
"Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?.." Personajların birinin verdiyi bu sual filmin müəlliflərini düşündürür və onlar "belə bir bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik" mesajını tamaşaçılara çatdırmağa çalışırlar. Filmdə amansızlığın necə hərc-mərcliyə, zorakılığa, planetdə bütün varlığın məhvinə gətirib çıxardığı göstərilmişdir. Burada adamlara bir daha xatırladılır ki, əlaqələrin olmaması dəhşətli bəladır, qlobal qəzalar doğurur, amma film ümid hissilə sona çatır. Müsəlman və xristian dini mahnıları oxunur və yeni həyat başlanır. Film yazıçı Anarın "Əlaqə" povesti əsasında ekranlaşdırılmışdır. Filmdə xronikal kadrlardan istifadə edilmişdir. Filmin 14-cü dəqiqəsində tələbə ilə qoca qadının daxil olduğu bina hal-hazırda Lider TV-nin yerləşdiyi binadır. Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Cahangir Zeynallı Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Kamran Zeynallı Bəstəkar : Firəngiz Əlizadə Səs operatoru : Akif Nuriyev Rejissor : Adil İsmayılov Operator : Tərlan Babayev Montaj edən : Esmira İsmayılova Geyim rəssamı : Tamilla Dağıstanlı Qrim rəssamı : Çingiz Paşayev, Berta Roqova Quraşdırılmış səhnələrin operatoru : B. Travkin Quraşdırılmış səhnələrin rəssamı : M. Zavrajnı Rejissor assistenti : F. Hüseynov Montaj üzrə assistent : Tamilla Muxtarova Assistent : F. Qaryağdı İnzibatçı : M. Səfərov Səs Operatoru-Stajçı : T. Babayev İşıq Tənzimçisi : Əminə Cəfərova İşıq Ustası : Tahir Bağırov (T. Bağırov kimi) Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor : Konstantin Krimets Redaktor : Əhmədağa Qurbanov Filmin direktoru : Əli Məmmədov İlqar Həsənov-Tələbə Rafiq Əliyev-Psixiatr Aliyə Əliyeva Fikrət Məmmədov-Dazbaş T. Babayeva R. Axundova Q. Süleymanov Niyazi Bədəlov-Qoca Pərviz Bağırov-Tələbə (İlqar Həsənov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Qarı (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Psixiatr (Rafiq Əliyev) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Əlaqə (film, 1989)
"Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?.." Personajların birinin verdiyi bu sual filmin müəlliflərini düşündürür və onlar "belə bir bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik" mesajını tamaşaçılara çatdırmağa çalışırlar. Filmdə amansızlığın necə hərc-mərcliyə, zorakılığa, planetdə bütün varlığın məhvinə gətirib çıxardığı göstərilmişdir. Burada adamlara bir daha xatırladılır ki, əlaqələrin olmaması dəhşətli bəladır, qlobal qəzalar doğurur, amma film ümid hissilə sona çatır. Müsəlman və xristian dini mahnıları oxunur və yeni həyat başlanır. Film yazıçı Anarın "Əlaqə" povesti əsasında ekranlaşdırılmışdır. Filmdə xronikal kadrlardan istifadə edilmişdir. Filmin 14-cü dəqiqəsində tələbə ilə qoca qadının daxil olduğu bina hal-hazırda Lider TV-nin yerləşdiyi binadır. Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Cahangir Zeynallı Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Kamran Zeynallı Bəstəkar : Firəngiz Əlizadə Səs operatoru : Akif Nuriyev Rejissor : Adil İsmayılov Operator : Tərlan Babayev Montaj edən : Esmira İsmayılova Geyim rəssamı : Tamilla Dağıstanlı Qrim rəssamı : Çingiz Paşayev, Berta Roqova Quraşdırılmış səhnələrin operatoru : B. Travkin Quraşdırılmış səhnələrin rəssamı : M. Zavrajnı Rejissor assistenti : F. Hüseynov Montaj üzrə assistent : Tamilla Muxtarova Assistent : F. Qaryağdı İnzibatçı : M. Səfərov Səs Operatoru-Stajçı : T. Babayev İşıq Tənzimçisi : Əminə Cəfərova İşıq Ustası : Tahir Bağırov (T. Bağırov kimi) Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor : Konstantin Krimets Redaktor : Əhmədağa Qurbanov Filmin direktoru : Əli Məmmədov İlqar Həsənov-Tələbə Rafiq Əliyev-Psixiatr Aliyə Əliyeva Fikrət Məmmədov-Dazbaş T. Babayeva R. Axundova Q. Süleymanov Niyazi Bədəlov-Qoca Pərviz Bağırov-Tələbə (İlqar Həsənov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Qarı (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Psixiatr (Rafiq Əliyev) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ədəbi əlaqə və təsir
Ədəbi əlaqə və təsir — bir ədəbi hadisənin başqa ədəbi hadisə ilə ideya yaradıcılıq əlaqələri. Ayrı-ayrı yazıçılar, yaxud ədəbi cərəyanlar, məktəblər və bütöv ədəbi dövrlər səviyyəsində yaranır. Ədəbiyyatla digər sənət növləri (teatr, rəssamlıq, musiqi və s.) arasında da əlaqə və qarşılıqlı təsir mövcuddur. Bir sənətkarın yaradıcılığında olduğu kimi, ümumi ədəbi prosesdə də hər şey bir-biri ilə qarşılıqlı əlaqədə olur. Ədəbi əlaqə iki aspektdə öyrənilir: yazıçı, yaxud ədəbi mühitin təsir altında olması və onun özünün təsir göstərməsi. Bir milli ədəbiyyat daxilində ədəbi əlaqə bir yazıçı, yaxud yazıçılar qrupunun öz müasirlərinə, yaxud sonrakı ədəbi nəsillərə təsiri, millətlərarası ədəbi əlaqə isə bir xalqın bədii kəşfləri və nailiyyətlərinin başqa bir xalqa təsiridir. Başqa ədəbiyyatlarla əlaqə, qarşılıqlı mübadilə və hətta təsirlənmə milli ədəbiyyatın zəiflik əlaməti yox, dinamik inkişaf əlamətidir. Milli ədəbiyyat qapalı, yalnız öz çərçivəsində inkişaf edə bilməz, milli ədəbiyyatın gücü onun qeyri-milli ədəbiyyatlarla, inkişaf etmiş ədə-biyyatlarla yaradıcılıq ünsiyyətinin dərinliyində və çoxcəhətliliyindədir. Antik yunan ədəbiyyatı, orta əsrlər Azərbaycan, fars-tacik şeiri, İtaliya İntibah dövrü ədəbiyyatı, Fransa Maarifçilik ədəbiyyatı, rus realist ədəbiyyatı beynəlmiləl əhəmiyyətə malikdir. Sənətin inkişafında müəyyən nisbi müstəqilliyə baxmayaraq, bədii şüurun inkişafında ümumi, təkrarlanan cəhətləri məhz sosial-tarixi və ictimai-iqtisadi prosesin ümumi qanunauyğunluqları şərtləndirir.
Torpaq-Kosmos-Qarşılıqlı Əlaqə (1984)
Bu gün, insan hər iki qütbü fəth edəndən, Yerdə praktiki olaraq "ağ ləkələr" qalmayandan sonra, biz cazibə qüvvəsini dəf edib ulduzlara hücum etdik, sözün həqiqi mənasında Yer planetini özümüz üçün kəşf etdik. XX əsrin güclü sənayesi ilə ətraf mühitin dramatik qarşılıqlı əlaqəsi zəmanəmizin ən sərt və vacib məsələlərindən biridir. "Ekologiya", "Ətraf mühitin mühafizəsi"-bu sözlər dünya mətbuatında hər gün səslənir. Ən müdrik və ağıllı insanlar, beş qitənin ən qabaqcıl alimləri haray qaldırır, torpağımızı çirkləndirməkdən, onun varını-meşələri, çayları, okeanları, atmosferi, birbaşa məhv olmaqdan xilas etməyə çağırırlar. Elmi-kütləvi film Yerin nə olduğu barədə onun insanla mürəkkəb əlaqəsi haqqında danışır. Film eyni zamanda insan zəkasının geniş yaradıcılıq imkanları haqqındadır. Bu kinolent insana həsr olunmuş himndir. Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Tofiq İsmayılov, Ruslan Şahmalıyev Operator: Nemət Rzayev, Anatoli İvanov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Nataliya Nuriyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Şəbəkə əlaqə kanallarına giriş metodları
Giriş metodu – lokal şəbəkənin əlaqə kanalını növbəti hansı işçi stansiyanın istifadə edəcəyini müəyyən edən metoddur. Əlaqə kanalına (kabelə) girişin idarə edilməsi metodu şəbəkənin xarakteristikalarına əhəmiyyətli dərəcədə təsir göstərir. Giriş metodları aşağıdakılardır: — daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş (Carrier Sense Multiple Access with Collision Detection – CSMA/CD); — səlahiyyətlərin ötürülməsi ilə çoxsaylı giriş və ya markerin ötürülməsi metodu (Token Passing Multiple Access – TPMA); — vaxtın bölünməsi ilə çoxsaylı giriş (Time Division Multiple Access – TDMA); — tezliyin bölünməsi ilə çoxsaylı giriş (Frequency Division Multiple Access – FDMA) və ya dalğa uzunluğunun bölünməsi ilə çoxsaylı giriş (Wavelength Division Multiple Access – WDMA). Daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş metodunun alqoritmi şəkil 19-da verilmişdir. Daşıyıcının dinlənilməsi və münaqişələrin həlli ilə çoxsaylı giriş metodu (CSMA/CD) növbəti alqoritm üzrə işləyir: əgər işçi stansiya verilənlərin ötürülməsi üçün şəbəkədən istifadə etmək istəyirsə, o, əvvəlcə kanalın vəziyyətini yoxlamalıdır və kanal boş olduqda ötürməyə başlaya bilər Ötürmə prosesində stansiya mümkün konfliktləri aşkarlamaq üçün şəbəkəni dinləməni davam etdirir. Əgər iki qovşağın kanalı tutmaq üçün etdikləri cəhdə görə konflikt yaranarsa, onda konflikti aşkarlayan şəbəkə platası şəbəkəyə xüsusi siqnal göndərir və hər iki stansiya eyni zamanda ötürməni dayandırır. Bu zaman, qəbul edən stansiya qismən qəbul edilmiş məlumatı atır və məlumat göndərmək istəyən bütün stansiyalar məlumatı göndərməzdən əvvəl təsədüfi seçilmiş zaman müddətində gözləyir. Bütün şəbəkə plataları müxtəlif psevdotəsadüfi zaman müddətinə proqramlaşdırılmışdır. Əgər təkrar məlumat göndərilməsi zamanı konflikt yaranarsa, onda bu zaman müddəti artırılır. Ethernet standartı rəqabətli şəbəkəni müəyyən edir, yəni işçi stansiyaları şəbəkəyə giriş hüququ əldə etmək üçün bir biri ilə rəqabət aparmalıdırlar.
Torpaq-kosmos-qarşılıqlı əlaqə (film, 1984)
Bu gün, insan hər iki qütbü fəth edəndən, Yerdə praktiki olaraq "ağ ləkələr" qalmayandan sonra, biz cazibə qüvvəsini dəf edib ulduzlara hücum etdik, sözün həqiqi mənasında Yer planetini özümüz üçün kəşf etdik. XX əsrin güclü sənayesi ilə ətraf mühitin dramatik qarşılıqlı əlaqəsi zəmanəmizin ən sərt və vacib məsələlərindən biridir. "Ekologiya", "Ətraf mühitin mühafizəsi"-bu sözlər dünya mətbuatında hər gün səslənir. Ən müdrik və ağıllı insanlar, beş qitənin ən qabaqcıl alimləri haray qaldırır, torpağımızı çirkləndirməkdən, onun varını-meşələri, çayları, okeanları, atmosferi, birbaşa məhv olmaqdan xilas etməyə çağırırlar. Elmi-kütləvi film Yerin nə olduğu barədə onun insanla mürəkkəb əlaqəsi haqqında danışır. Film eyni zamanda insan zəkasının geniş yaradıcılıq imkanları haqqındadır. Bu kinolent insana həsr olunmuş himndir. Rejissor: Ruslan Şahmalıyev Ssenari müəllifi: Tofiq İsmayılov, Ruslan Şahmalıyev Operator: Nemət Rzayev, Anatoli İvanov Bəstəkar: Rafiq Babayev Səs operatoru: Nataliya Nuriyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Elm və dünya əlaqələri üzrə Paquoş konfransı
Elm və dünya əlaqələri üzrə Paquoş konfransı (ing. Pugwash Conferences on Science and World Affairs) — sülh, tərksilah və beynəlxalq təhlükəsizlik tərəfdarı olan, nüvə müharibəsinin qarşısının alınması üçün elmi əməkdaşlıq. Paquoş hərəkatı 1955-ci ildə, o cümlədən Albert Eynşteyn, Frederik Jolio-Küri, Bertran Rassel, Maks Born, Leopold İnfeld, Persi Bricmen, Cozef Rotblat və Laynus Polinq daxil olmaqla 11 dünyaca şöhrətli alimlər arasında yaranmışdır. Hərəkat nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinə qarşı qurulan konfrans idi. 1957-ci il 7-10 iyul tarixində Amerikalı sənayeçi Sayrus İtonun dəstəyi ilə alimlərin ilk görüşü keçirilmişdir. == Əsas mərhələləri == 1987-ci ildə Paquoş Beynəlxalq Tələbə və Gənclər hərəkatı yaradılmışdır. 2013-cü ildən etibarən Avropa ölkələrinin "AvroPaquoş" Paquoş komitələri birliyi fəaliyyət göstərir və beynəlxalq forumlar hər il müxtəlif ölkələrdə keçirilirdi. Paquoş hərəkat iştirakçılarının ideyalarının yayılması üçün dövri nəşrlər buraxılırdı:"Elm və dünya əlaqələri üzrə Paquoş konfransı"(1957-ci ildən etibarən hər il), "Paquoş Xəbər bülleteni" (1963-cü ildən), "Paquoş Nadir sənədlər" (2000-ci ildən), xüsusi monoqrafiyalar və hesabatlar. 1957-ci ildən 1967-ci ilədək Elm və dünya əlaqələri üzrə Paquoş komitəsinin sədri Bertran Rassel olmuşdur. 1967-ci ildə elm adamları Paquoş Hərəkatının prezidenti vəzifəsini təsis edənlər: Con Kokroft Xouard Flori Frensis Perren Mixail Millonşikov Yevgeni Rabinoviç Hannes Alven Doroti Xockin Cozef Rotblat Maykl Frensis Atya Monokompu Svaminatan Cayanta Canapala 2017-ci ildə Sercio Duarte prezident seçildi..
Erməni-Azərbaycanlı mədəniyyət əlaqələri
Azərbaycan–erməni mədəni münasibətləri — azərbaycanlılar və ermənilərin dil və mədəniyyətləri arasında əlaqə. == Tarix == SSRİ dövründə Bakının ruslaşdırılması Bakı əhalisini özündə birləşdirən azərbaycanlı, rus, erməni və digər etnik qruplardan ibarət Bakı şəhəri submədəniyyətinin yaradılması ilə nəticələndi. == Din == Hacı-Baba türbəsi islam dininə aid, azərbaycanlılar və ermənilər üçün ortaq ziyarətgahdır. Qarabağ münaqişəsindən əvvəl Azərbaycandan arabir molla gəlir, burada namaz qıldırırmış. Bundan əlavə, bir azərbaycanlı daim ziyarətgahın yaxınlığında yaşamış və onun saxlanması üçün ianə toplamışdır. == İstinadlar == == Əlavə oxu == Fragments of Armenia’s Soviet Past: Tracing the Armenian-Azerbaijani Coexistence// RA NAA IAE. Edit.
Fiqurların qarşılıqlı əlaqəsi (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Forik əlaqələr
Forik əlaqələr — bioloji aləmdə bir növün digər növün yayılmasında iştirakı. Hər hansı bioloji növün toxumlarının daşınması rolunda heyvanlar çıxış edir. Heyvanların bitki toxumlarını, sporlarını, tozcuqları bir yerdən başqa yerə aparması zooxoriy, digər daha xırda heyvanları daşıması foreziya adlanır. Bitki növlərinin daşınması adətən xüsusi və müxtəlif uyğunlaşmalar vasitəsilə baş verir. Heyvanlar bitki toxumlarını – passiv və aktiv üsullarla daşıyırlar. Passiv üsul — heyvanın bədəninin təsadüfən bitkiyə toxunması ilə baş verir. Bitkinin toxumu və ya hamaş meyvəsi xüsusi ilişik qarmaq, tikan (üçbarmaq, pıtrax, fıstıq) heyvanın bədəninə (tükünə) ilişərək aparılır. Aktiv üsul – heyvanların (ən çox məməlilər və quşlar) bitkilərin meyvə və giləmeyvəsini yeməklə baş verir. Həzm olunmayan toxumları heyvanlar peyinlə birlikdə müxtəlif yerlərə daşıyırlar. Bu üsulla bitki növləri 100 kilometrlərlə uzağa yayıla bilirlər.
Funksional əlaqələr
== Hidrometeoroloji amillər == Hidrometeoroloji hadisə və proseslər çoxsaylı amillərin təsiri altında formalaşır. Bu hadisə və prosesləri öyrəndikdə, onlarla müxtəlif amillər arasındakı əlaqələr təhlil olunur. Ararılan tədqiqatlar iki tip məsləni həll etməyi imkan verir: Funksional əlaqələr Staxastik əlaqələr == Funksional əlaqələr == Birinci tip məsələ, hidrometeoroloji hadisə və ona təsir edən amillərin ərazi üzrə və zamana görə dəyişmə səbəblərinin müəyyən edilməsi ilə əlaqədardır İkinci tip məsələ isə, baxılan və ya prosesin inkişaf tendensiyası və ya onların konkret kəmiyyət göstəricisinin təyini ilə bağlıdır. Y və X təsadüfi kəmiyyətlər arasındakı əlaqələr və onların sıxlığından asılı olaraq iki qrupa bölünür: funksional və Staxastik əlaqələr. Funksional asılıqlarda perdiktorun, x, hər bir qiymətinə, predikdiktantın, y, yalnız bir qiyməti uyğun olur, yəni bütün müşahidə nöqtələri əlaqə xətti üzərində yerləşir.
Konsul əlaqələri haqqında Vyana Konvensiyası
Konsul əlaqələri haqqında Vyana Konvensiyası — konsul münasibətləri sahəsində universal qaydaları müəyyən edən ilk beynəlxalq çoxtərəfli razılaşma. 24 aprel 1963-cü ildə qəbul edilmişdir. == Tarixi == Beynəlxalq əlaqələrin hərtərəfli inkişafı, konsul müəssisələrinin rolunun hədsiz artması konsul hüququnun universal səviyyədə məcəllələşdirilməsi zərurətini yaradırdı. Bununla əlaqədar olaraq BMT-nin Baş Assambleyası 1949-cu il dekabrın 6-da Konsul əlaqələri və immunitetləri haqqında konvensiya layihəsinin hazırlanması barədə qətnamə qəbul etmişdir. Baş Assambleyanın bu məsələ ilə bağlı çağırdığı konfransda Konsul əlaqələri haqqında Vyana Konvensiyası qəbul edilmişdir. == Müqavilənin müddəaları == Konsul əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası preambuladan, 5 hissədə birləşən 79 maddədən ibarətdir. 1961-ci il Vyana Konvensiyasında olduğu kimi, bu Konvensiyaya da iki əlavə protokol qəbul edilmişdir (Vətəndaşlığın əldə olunması haqqında fakultativ Protokol və Mübahisələrin məcburi həlli haqqında fakultativ Protokol). Preambulada Konvensiyanın bağlanmasının məqsədləri açıqlanır. Konvensiyanın 1-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir, belə ki, burada konvensiyada yer alan “konsul müəssisələri”, “konsul dairəsi”, “konsul vəzifəli şəxsi”, “konsul əməkdaşı” və s. kimi terminlərin açıqlaması verilir.
Marketinq əlaqələri
Marketinq əlaqələri — məhsul haqqında məlumatın hədəf auditoriyaya çatdırılması prosesidir. Marketinq kommunikasiyaları hər proses ola bilər: reklam, şəxsi satış, birbaşa marketinq, sponsorluq, kommunikasiya və ictimaiyyətlə əlaqələr. Marketinq kommunikasiyaları marketinq qarışığından ibarətdir, yəni 4P: Qiymət, Tanıtım, Məkan və Məhsul, ticarət biznesi və 7P: Qiymət, Tanıtım, Yer, Məhsul, İnsanlar, Sübut və Proses, xidmət üçün əsaslanan biznes. == Ümumi baxış == Reklam marketinq kommunikasiyalarının kiçik, lakin vacib hissəsidir; Marketinq kommunikasiyaları qarışığı hədəf auditoriyaya aydın və ardıcıl məlumat çatdırmaq üçün istifadə edilə bilən alətlər toplusudur. Buna adətən reklam qarışığı da deyilir. Krozye (1990) iddia edir ki, bütün terminlər 4ps kontekstində eyni məna daşıyır: məhsul, qiymət, yer və təşviq. Qiymət hədəf auditoriyaya mesaj göndərə bilər. Məsələn, 50 dollarlıq çantanı 10 dollarlıq çanta ilə müqayisə edərkən, birincisinə lüks və ya daha davamlı bir əşya kimi baxmaq olar. Marketinq planı əsas imkanları, təhdidləri, zəif və güclü tərəfləri müəyyən edir, hədəflər qoyur və marketinq məqsədlərinə çatmaq üçün fəaliyyət planı hazırlayır. Hər 4P bölməsi öz obyektini qurur; məsələn, qiymət müəyyən bir coğrafi bazarda öz məhsul və ya xidmətinizin qiymətini rəqiblərininkindən aşağı müəyyən etməklə satışları artıra bilər.
Mədəni əlaqələr
Mədəni əlaqələr — mədəni və vətəndaş cəmiyyəti məkanında həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən həyata keçirilən bir sıra fəaliyyətləri əhatə edən, iki və ya daha çox mədəniyyət arasında qarşılıqlı, məcburi olmayan transmilli qarşılıqlı əlaqələrdir. Mədəni əlaqələrin ümumi nəticələri daha çox əlaqə, daha yaxşı qarşılıqlı anlaşma, daha çox və daha dərin əlaqələr, qarşılıqlı faydalı əməliyyatlar və dövlətlər, xalqlar, qeyri-dövlət subyektləri və mədəniyyətlər arasında davamlı dialoqun gücləndirilməsidir. İctimai diplomatiya və mədəni diplomatiya (dövlətlə insanlar arasında münasibətlər), strateji ünsiyyət və şərtilik (kütləvi inandırma və təbliğat siyasəti də daxil olmaqla ), ölkələr və dövlət tərəfindən maliyyələşdirilən qurumlar qeyri-dövlət aktyorlarına və mədəniyyətə güvənir. Mədəni əlaqələri ictimai diplomatiya kimi dövlət tərəfindən həyata keçirilən fəaliyyətlərdən fərqləndirmək olar; mədəni diplomatiya və millət brendinqi çünki onlar yalnız dövlət aktyorlarının siyasətindən qaynaqlanmır; bir sıra institutlar və qeyri-dövlət aktorları vasitəsilə transmilli aktorlar kimi öz məqsədlərinə nail olmaq və onların qarşılıqlılığı ilə. Bununla belə, onlar Beynəlxalq Münasibətlərin maddi komponentidir, o mənada ki, geniş spektrli qeyri-dövlət aktyorların mədəniyyətlərarası dialoqun təşviqində iştirak etdiyi məkanı əhatə edir. dövlət aktyorların milli maraqlarının ya lehinə, ya da əleyhinə olmalıdır. Bu tərif Chrisine Silvester-in tənqidi təxəyyüllər konsepsiyasını izləyir (bax: “Critical Imaginations in International Relations”, 2016), çünki o, ənənəvi Beynəlxalq Münasibətlərin dünyaları daha çox anlayışların və ya məlumat nöqtələrinin əlaqələndirilməsi yolu ilə təsəvvür etdiyini və bu sahədə müəyyən sosial boşluq buraxdığını iddia edir. kanonun özəyi, həyatlarını yaşayaraq və beynəlxalq münasibətlərə təsir edən insanların olması lazım olan bir boşluqdur. O iddia edir ki, Beynəlxalq Münasibətlərin çoxunda özünü insanların dünyasında yerləşdirmək üçün lazım olan yaradıcılıq yoxdur. Mədəni əlaqələr anlayışı bu boşluğu doldurur.Mədəni əlaqələr cazibə və müraciət yolu ilə başqalarının üstünlüklərinin formalaşması ilə məşğul olduğundan bu fərqli sahə Jozef Nay-ın Soft Power məşhur nəzəri konsepsiyasına uyğun gəlir (bax: Rəhbərliyə Bağlı: Dəyişən Təbiət American Power, 1990) məcbur etməkdən daha çox (gücdən istifadə etmək və ya inandırmaq vasitəsi kimi pul vermək) cəlb etmək və birgə seçim etmək qabiliyyətini ifadə edir.
Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi
MARİƏM (CARICC) – Narkotik vasitələrin, psixotrop maddələrin və onların hazırlanması üçün xammalın qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi (Central Asian Regional Information and Coordination Centre for Combating Illicit Trafficking of Narcotic Drugs, Psychotropic Substances and their Precursors) Əfqanıstandan yayılan narkotiklərin qarşısını almaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMT NCİ – UNODC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan ilə birlikdə MARİƏM-in yaradılması üzrə layihəni həyata keçirir. Qazaxıstanın Almatı şəhərində yerləşən Mərkəzin məqsədləri narkotiklər sahəsində qeyri-qanuni əməllər üzrə məlumat mübadiləsinin təmin edilməsi və bu əməllərin qarşısını almağa yönələn birgə əməliyyatların təşkili və həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir. Mərkəz üzv ölkələrdə narkotiklərlə mübarizə aparan və bu sahədə əməliyyat-axtarış fəaliyyətinin subyekti olan yəni, polis, milli təhlükəsizlik, gömrük, sərhəd xidməti orqanları ilə əməkdaşlıq edir. Mərkəzin şəxsi heyəti yuxarıda qeyd olunan orqanların əməkdaşları sırasından açıq müsabiqə yolu ilə beynəlxalq komisiya tərəfindən müəyyən edilir. Bundan başqa hər bir üzv ölkə, habelə müşahidəçi statusuna malik olan digər ölkə və yaxud səlahiyyətli beynəlxalq təşkilat Mərkəzə səlahiyyətli nümayəndə (əlaqələndərici zabit) ezam etməklə əməliyyat məlumatının mübadiləsi və birgə əməliyyatların təşkilində güclü mexanizm qurmuş olurlar. Bu mexanizmi daha da gücləndirmək məqsədi ilə İnterpol, Avropol, Ümumdünya Gömrük Təşkilatı və sair təşkilatlarla sıx əlaqələr qurulmaqdadır. MARİƏM-in hüquqi bazasını "MARİƏM-in yaradılması haqqında Razılaşma" təşkil edir. Həmin Razılaşma üzv ölkələrin prezidentləri tərəfindən imzalandıqdan və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın ali qanunvericilik orqanları tərəfindən ratifikasiya edildikdən sonra 22 mart 2009-cu il tarixdə qüvvəyə minmişdir.. Rusiya həmin razılaşmanı 9 mart 2011-ci il tarixində ratifikasiya etmişdir. MARİƏM-in xüsusiyyətləri ondan ibarətdir ki, o, heç bir siyasi, hərbi, iqtisadi və yaxud hər hansi qurumdan asılı deyil, bütün əlaqədar orqanlarla (polis, milli təhlükəsizlik orqanları, gömrük, sərhəd xidməti) əməkdaşliq edir və onlara xidmət göstərir, narkotik vasitələrlə mübarizə sahəsində marağı olan hər bir ölkə MARİƏM-ə üzv ola bilər.
Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (Türkiyə)
Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (türk. İletişim Başkanlığı) - 24 iyul 2018-ci il tarixində və 30488 saylı Rəsmi Qəzetdə nəşr olunan 14 nömrəli Prezident Fərmanı ilə yaradılmışdır. Mətbuat və İnformasiya Ümumi Müdirliyinin yerinə açılmışdır və birbaşa Türkiyə prezidentinə bağlıdır. Vəzifələri; ölkənin xaricdə tanıdılma fəaliyyətlərini istiqamətləndirmək, dövlətin tanıdılmasını idarə etmək.
Qumuq - Azərbaycan əlaqələri tarixi
Azərbaycan-qumuk əlaqələri tarixi Şimali Qafqazın ən böyük etnoslardan biri qumuklardır – Altay dil ailəsinin qıpçaq türk qrupuna aid xalq. Öz tarixi boyu qumuqlar müxtəlif feodal birliklərə daxil idilər: Tərki Şamxallığı, Qaytaq Usmiliyi və sairə. Azərbaycanlılar və qumuqların coğrafi yerləşmə yaxınlığı, bəzi nəsillərin eyni etnosiyasi qurumlarda təmsil olunması səbəbindən, sıx hərbi-siyasi və iqtisadi yaxınlığa malik idilər. Məntəqənin ən iri və nüfuzlu dövlət qurumlarından biri, Sulak çayı mənsəbindən cənubda yerləşən və şimaldan qumukların və noqayların mülkləri, qərbdən Avarstan, cənubdab Qara-Qaytaq, şərqdən Xəzər dənizi suları ilə həmsərhəd Tərki Şamxallığı idi. Şamxallıq qumuklar, noqaylar, yuxarı darginlər, laklar, avar qrupu və başqa etnoslarla təmsil olunmuşdular. Coğrafi və qohumluq yaxınlığı Azərbaycan xanları ilə Şamxallığın sıx əlaqələrinə dəstək oldu. "Şamxalların şəcərəsində" məsələn, qeyd olunur ki, şamxal İlçay Əhmədin dayısı Kerşas Şirvan xanı idi. Azərbaycan feodalı öz bacısı oğluna Ağdaş torpaqlarının idarəsini vermişdi. Şamxallar təxminən 17-ci əsrin yarısına qədər qumukları və qazı-qumukları idarə edirdilər. 19-cu əsrdən elmi dövriyəyə buraxılan məlumatlara görə, şamxallar 16-cı əsrdən Tərkidə və Buynakda möhkəmlənmişlər və qazıkumuklardan vergi yığırdılar.
Qumuq–Azərbaycan əlaqələri tarixi
Azərbaycan-qumuk əlaqələri tarixi Şimali Qafqazın ən böyük etnoslardan biri qumuklardır – Altay dil ailəsinin qıpçaq türk qrupuna aid xalq. Öz tarixi boyu qumuqlar müxtəlif feodal birliklərə daxil idilər: Tərki Şamxallığı, Qaytaq Usmiliyi və sairə. Azərbaycanlılar və qumuqların coğrafi yerləşmə yaxınlığı, bəzi nəsillərin eyni etnosiyasi qurumlarda təmsil olunması səbəbindən, sıx hərbi-siyasi və iqtisadi yaxınlığa malik idilər. Məntəqənin ən iri və nüfuzlu dövlət qurumlarından biri, Sulak çayı mənsəbindən cənubda yerləşən və şimaldan qumukların və noqayların mülkləri, qərbdən Avarstan, cənubdab Qara-Qaytaq, şərqdən Xəzər dənizi suları ilə həmsərhəd Tərki Şamxallığı idi. Şamxallıq qumuklar, noqaylar, yuxarı darginlər, laklar, avar qrupu və başqa etnoslarla təmsil olunmuşdular. Coğrafi və qohumluq yaxınlığı Azərbaycan xanları ilə Şamxallığın sıx əlaqələrinə dəstək oldu. "Şamxalların şəcərəsində" məsələn, qeyd olunur ki, şamxal İlçay Əhmədin dayısı Kerşas Şirvan xanı idi. Azərbaycan feodalı öz bacısı oğluna Ağdaş torpaqlarının idarəsini vermişdi. Şamxallar təxminən 17-ci əsrin yarısına qədər qumukları və qazı-qumukları idarə edirdilər. 19-cu əsrdən elmi dövriyəyə buraxılan məlumatlara görə, şamxallar 16-cı əsrdən Tərkidə və Buynakda möhkəmlənmişlər və qazıkumuklardan vergi yığırdılar.
Qədim türkcə-azərbaycanca əlaqələri
Sintaktik əlaqələr
Sintaktik əlaqələr — sintaktik (yun. sintaksisə aid olan), əlaqə (ərəb. qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq‎) deməkdir. Söz birləşməsi və cümlədəki sözlər bir-birilə iki cəhətdən bağlı və əlaqəli olurlar: Məna(semantik) cəhətdən; Qrammatik (morfoloji və sintaktik) cəhətdən. Obyektiv aləmdəki əşyalarla, onların müxtəlif xüsusiyyətləri arasındakı əlaqə nəzərdə tutulur. Onları dörd növə ayırmaq olar: Subyekt əlaqəsi: Əşya ilə onun hərəkəti arasındakı əlaqədir. Buna predikativ əlaqə də deyilir: O gəlir. Tələbə yazır. Obyekt əlaqəsi: Obyektlə hərəkət arasındakı əlaqə nəzərdə tutulur: kitabı oxumaq, yeri şumlamaq, məqaləni yazmaq.Cibindən dəsmalını çıxartdı, eynəyini götürdü, gözlərini sildi. Atributiv əlaqə: Əşya ilə onun müxtəlif əlaməti, keyfiyyət və xasiyyəti arasında olan əlaqə nəzərdə tutulur: ağ divar; həmin adam; Həyatın əzəli, əbədi qanunları var.
Sosial əlaqələr
Qarşılıqlı təsir sabit sosial münasibətlərin yaranmasına gətirib çıxarır. Bu qədər çoxmənalı məfhum altında nəyi nəzərdə tutacağımızı müəyyənləşdirməkdən başlamaq daha yaxşı olardı. Bu söz başqa elmlərdə və məişətdə istifadə olunmasının təsiri altında sosiologiyada da müxtəlif mənalarda işlədilir. Məsələn, əgər A-nın cəmiyyətdə tutduğu yer onun B-dən asılı olduğunu bildirirsə, onda deyirlər ki, A-nın B ilə müəyyən münasibətləri vardır. Bəzən deyirlər ki, A B-yə müəyyən münasibət bəsləyir, məsələn A B-yə qərəzlə yanaşır. "Münasibət" sözü həmçinin "nisbət" istilahı ilə eyni mənalı söz kimi də işlədilir. Məsələn, qüvvələrin qeyri-bərabər münasibəti (nisbəti). "İstehsal münasibətləri" ifadəsində "münasibət" sözü fərdin əmək bölgüsünə əsaslanan istehsal prosesinə cəlb edildiyi və fərddən asılı olmayan mürəkkəb və obyektiv asılılıqlar sistemini bildirir. Bir çox digər misallar da gətirərək göstərmək olar ki, "münasibət" sözünün başqa mənaları da vardır. Lakin belə hesab edirlər ki, bu sözün iki ən mühüm mənası vardır: "Münasibət" istilahı A ilə B-nin müəyyən vəziyyətini (mövqeyini), onların şüurlu səylərinin və subyektiv niyyətlərinin iştirakı olmadan yaranan qarşılıqlı asılılıqlar vəziyyətini bildirir; Bu istilah A-nın B-yə nisbətən şüurlu və subyektiv müəyyənliyi olan hərəkəti, dərk edilən və subyektiv müəyyənliyə malik asılılıqdan yaranan hərəkətidir.
Staxastik əlaqələr
Hidrometeoroloji hadisə və proseslər çoxsaylı amillərin təsiri altında formalaşır. Bu hadisə və prosesləri öyrəndikdə, onlarla müxtəlif amillər arasındakı əlaqələr təhlil olunur. Ararılan tədqiqatlar iki tip məsləni həll etməyi imkan verir: Funksional əlaqələr Staxastik əlaqələr Hidrometeoroloji praktikada y=f(x) əlaqəsinin xarakteri adətən fərqli olur. Bu hadisələrə təsir göstərən çoxsaylı amillərin hamısını nəzərə almaq qeyri-mümkündür və buna hec ehtiyac da yoxdur. Belə ki, çox zaman yalnız bir-iki amilin təsiri həlledici olur və onlarda pediktor kimi istifadə olunur. Belə hallarda ölçmələrin dəqiqliyindən asılı olmayaraq müşahidə nöqtələri əlaqə xətti ətrafında səpələnir və bunlara stoxastik (ehtimallı) asılılıqlar deyilir. Bəzən ola bilər ki, Y və X kimi kəmiyyətləri arasında əlaqə olmasın.
“Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar rəşadətli əməyə görə” medalı
"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — Vladimir İliç Leninin anadan olmasının 100 illik yubileyi münasibətilə SSRİ Ali Soveti Rəyasət Heyətinin 5 noyabr 1969-cu il tarixli Fərmanı ilə təsis edilmişdir. 9 milyon işçi-çalışan, 2 milyon hərbi qulluqçu və təxminin 5 min xarici vətəndaş olmaqla yanaşı 11 milyondan çox insan bu medalla təltif edilmişdir. Medal bürüncdən istehsal edilmişdir və 32 mm diametrli bütöv dairə şəklindədir. Medalın üz tərəfində tutqun fonda sola çevirilmiş V. İ. Leninanın qabarıq profil təsviri yerləşdirilmişdir. Aşağı hissədə isə — "1870–1970" tarixi. Medalın arxa tərəfində tutqun fonda çevrə üzrə yuxarı hissədə "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazısı, onun altında oraq və çəkic təsviri və yazı "V. İ. Leninin anadan olmasının 100 illiyinin qeyd edilməsi şərəfinə". Aşağı hissədə isə — kiçik beş ulduz yerləşdirilmişdir. Xarici vətəndaşların mükafatlandırılması üçün hazırlanmış medalın arxasında — "Şanlı əmək üçün" və ya "Hərbi şücaət üçün" yazılar yoxdur. Medalın kənarları bortla haşiyələnmişdir.
Azərbaycan–Monqolustan mədəni əlaqələri
Qafqaz və tarixi Azərbaycan ərazisində monqol–türk əlaqələri — monqolların XIII əsrdə hal-hazırda azərbaycanlıların yaşadığı əraziləri işğal etməsi ilə başlayan əlaqə. Elxanilər dövründə türk və monqol tayfalarının bölgəyə köçü Azərbaycan xalqının formalaşmasında vacib rol oynamışdır. Vaxt keçdikcə, bölgəyə köçmüş monqollar İslam dinini qəbul etmiş və türkləşmişdir. Bu dövrdə Azərbaycan dili İbn Mühənna lüğətində "Bizim ölkəmizin türk dili" olaraq adlandırılmış, bu dildə yazılı ədəbi nümunələr yaradılmışdır. Cəlairilər sultanlığı dövründə yazılmış əsərlər Azərbaycan dilinin ədəbi dil kimi istifadəsini, türk dilinin musiqi məclislərindəki rolunu göstərir. Elxanilərin dövründə şamanizm adətlərinin güclənməsi baş vermiş, qədim adət-ənənə qaydaları Azərbaycan mədəni mühitində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Bu dövrdə inkişaf edən Azərbaycan türk sufizmi Konya Səlcuqlarının qəlbinə yol tapmış, Krım ətrafında zaviyələr yaradılmışdır. Dövrün digər xarakterik bir ünsürü İran və Azərbaycanda uzun müddət davam edəcək şiələşmə prosesinin başlaması, daha sonra qurulacaq Qaraqoyunlular və Səfəvilər kimi türkmən-şiə dövlətlərin bazasının yaradılmasıdır. Qazan xan və Olcaytu xanın dövrünün qərarları ilə Çingiz xanın qanunları (Yasa) İslam şəriət qaydaları ilə birlikdə istifadə edilmiş, Qaraqoyunlu və Ağqoyunlular dövründə Azərbaycan türkləri Yasanı öz milli qanunları sayıb ona sadiq qalmışdır. Elxanilər on iki heyvanlı təqvimin uyğur variantını tətbiq etmiş, təqvim Qacarların süqutuna qədər istifadə edilmişdir.
Azərbaycan–monqol mədəni əlaqələri
Qafqaz və tarixi Azərbaycan ərazisində monqol–türk əlaqələri — monqolların XIII əsrdə hal-hazırda azərbaycanlıların yaşadığı əraziləri işğal etməsi ilə başlayan əlaqə. Elxanilər dövründə türk və monqol tayfalarının bölgəyə köçü Azərbaycan xalqının formalaşmasında vacib rol oynamışdır. Vaxt keçdikcə, bölgəyə köçmüş monqollar İslam dinini qəbul etmiş və türkləşmişdir. Bu dövrdə Azərbaycan dili İbn Mühənna lüğətində "Bizim ölkəmizin türk dili" olaraq adlandırılmış, bu dildə yazılı ədəbi nümunələr yaradılmışdır. Cəlairilər sultanlığı dövründə yazılmış əsərlər Azərbaycan dilinin ədəbi dil kimi istifadəsini, türk dilinin musiqi məclislərindəki rolunu göstərir. Elxanilərin dövründə şamanizm adətlərinin güclənməsi baş vermiş, qədim adət-ənənə qaydaları Azərbaycan mədəni mühitində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Bu dövrdə inkişaf edən Azərbaycan türk sufizmi Konya Səlcuqlarının qəlbinə yol tapmış, Krım ətrafında zaviyələr yaradılmışdır. Dövrün digər xarakterik bir ünsürü İran və Azərbaycanda uzun müddət davam edəcək şiələşmə prosesinin başlaması, daha sonra qurulacaq Qaraqoyunlular və Səfəvilər kimi türkmən-şiə dövlətlərin bazasının yaradılmasıdır. Qazan xan və Olcaytu xanın dövrünün qərarları ilə Çingiz xanın qanunları (Yasa) İslam şəriət qaydaları ilə birlikdə istifadə edilmiş, Qaraqoyunlu və Ağqoyunlular dövründə Azərbaycan türkləri Yasanı öz milli qanunları sayıb ona sadiq qalmışdır. Elxanilər on iki heyvanlı təqvimin uyğur variantını tətbiq etmiş, təqvim Qacarların süqutuna qədər istifadə edilmişdir.
Qədim türkcə–azərbaycanca əlaqələri
Qədim türkcə-azərbaycanca əlaqələri — qədim türkcənin xüsusiyyətlərinin Azərbaycan dilininin tarixi və müasir mərhələlərində, həmçinin dilin dialektlərində qorunub saxlanması. "Divanü Lüğat-it-Türk"də (XI əsr) və İbnü Mühənna lüğətində (XIII əsr) verilən məlumatlar qədim dillər ilə Azərbaycan dili arasında genetik əlaqədən xəbər verir. Ədəbi Azərbaycan dilinin inkişafının erkən dövründə dil oğuz qrupunun ümumtürk xüsusiyyətlərini saxlayır, həm türkmənlər, həm də Anadolu türkləri tərəfindən başa düşülürdü. Orxon abidələrində (VIII əsrin əvvəlləri) e və i arasında bir ė səsinin olması Azərbaycan türkçəsindən sübutlar gətirməklə izah edilmişdir: er "erkək" — ėr "erkən". Ancaq Azərbaycan dilində daha çox e kimi yazıldığı, bəzi hallarda i olduğu üçün e-i dəyişikliyi hər zaman başa düşülmür: bėl, dė. Azərbaycan dilindəki iki sözdə isə qədim türkçədəki e/ė-yə qarşılıq olaraq i görülür: iki, iyirmi. Bundan başqa Azərbaycan türkçəsində nəqli keçmiş -mış şəkilçisi qədim türkcədəki "ərmiş"-dən gəlmişdir. Qədim türkcədə k ilə başlayan sözlər Türkiyə türkçəsində k-g dəyişikliyinə məruz qaldığı halda (gibi, gönül, göç, göğüs), Azərbaycan dilində olduğu kimi qalmışdır (kimi, könül, köç, köks). Qədim və orta türkcədən qərbi türkcəyə keçid zamanı baş verən t-d dəyişikliyi bəzi Azərbaycan sözlərində baş verməmişdir: tikmək, tökmək, toxunmaq. Azərbaycan dilinin dialektləri türk dillərinin söz varlığını qoruyub saxlaması baxımından çox vacibdir.
Paratiroid hormonu ilə əlaqəli zülal
Paratiroid hormonu ilə əlaqəli zülal — bir hormondur və mezenximal kök hüceyrələr tərəfindən ifraz olunan paratiroid hormonları ailəsinin üzvüdür. Bəzən xərçəng hüceyrələri tərəfindən ifraz olunur (məsələn, döş xərçəngi, ağciyər xərçənginin müəyyən növləri, o cümlədən skuamöz hüceyrəli ağciyər karsinoması). Bununla belə, sümük, diş, damar toxumaları və digər toxumalarda da normal funksiyalara malikdir. PTHrP endokrin, avtokrin, parakrin və intrakrin hormon kimi hərəkət edir. Endoxondral böyümə plitəsinin sabit genişliyini saxlamaqla endoxondral sümük inkişafını tənzimləyir. O, həmçinin süd vəzilərinin formalaşması zamanı epiteliya-mezenximal qarşılıqlı əlaqəni tənzimləyir. PTHrP onurğalılarda və məməlilərdə kalsium homeostazının tənzimlənməsində mühüm rol oynayır. 2005-ci ildə avstraliyalı patoloq və tədqiqatçı Tomas Con Martin aşkar etdi ki, osteoblastlar tərəfindən istehsal olunan PTHrP sümük əmələ gəlməsinin fizioloji tənzimləyicisidir. O, həmçinin osteoklas formalaşmasını gücləndirərək sümük rezorbsiyasının fizioloji tənzimlənməsində rol oynaya bilər. Paratiroid hormonu ilə əlaqəli zülal yerli sümük rezorbsiyasını stimullaşdırmaq üçün siqnal molekulu kimi çıxış etdiyi diş çıxarma zamanı sümükdaxili mərhələsində vacibdir.

əlaqə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Qarşılıqlı münasibət, bir-biri ilə bağlılıq. Sənaye ilə kənd təsərrüfatı arasında əlaqə. Elmlə praktika arasında əlaqə. Ticarət əlaqələri. Beynəlxalq əlaqələrin möhkəmlənməsi. Qohumluq əlaqəsi. // Qarşılıqlı asılılıq, bir-birindən asılı olma. Səbəbiyyət əlaqəsi. Elmlərin bir-biri ilə əlaqəsi. // Sıx münasibət, yaxınlıq, bağlılıq. Dostluq əlaqəsi. Əlaqəsini kəsmək. Onlarla mənim heç bir əlaqəm yoxdur. // Ünsiyyət. Dil insanlar arasında əlaqə vasitəsidir. 2. Münasibət. Aralarında səmimi əlaqə var. – Onların qadına qarşı əlaqələrindəki mehribanlığı xoşlayırdı. M.İbrahimov. [Dilbər:] Sevgilisini görmüş və öz əlaqəsini bildirmişdi. Ə.Sadıq. 3. Sevgi, ürək bağlılığı, məhəbbət. Qətibə bu əlaqənin başlanmasını öz məqsədinə uyğun bilirdi. M.S.Ordubadi. 4. Cinsi yaxınlıq, müaşiqə. 5. Yaxın tanışlıq, dostluq, yaxınlıq. Musiqi aləmi ilə onun yaxın əlaqəsi vardır. – [Mehriban] bu vaxtadək kimsənin qarşısında boyun əyməmişdi. İndi onu sevmək istəməyən bir adamla əlaqəsi necə ola bilərdi?! S.Hüseyn. 6. Rabitə, rabitə vasitəsi. Canlı əlaqə. – Kərim radio vasitəsilə sahillə əlaqəyə girdi. M.İbrahimov. Əlaqə tezliklə bərpa edilməli idi. Ə.Əbülhəsən. 7. Maraq, münasibət. Əlaqə göstərmək. Əlaqə oyandırmaq. – …[Səlimi] tərpənmir, danışmır, əlaqəsini bildirmir, heç bir şey ifadə etməyən gözləri ilə [Hikmət İsfəhaninin və İranpərəstin] bütün hərəkətlərini izləyirdi. M.İbrahimov. 8. İştirak, hissəsi olma, payı olma, aidiyyəti olma. Kitabın tərtibində onun da əlaqəsi var. 9. Dəxli olma, münasibəti olma; aidiyyət. [Yaşlı kişi:] Hərəmxana ilə heç bir əlaqəsi olmayan bu otaqların ancaq birisinin qapısı vardı. S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / əlaqə
  • 3 is. [ər.] Əlaqə kanalı İnformasiyanın (məlumatın) bir əlaqə məntəqəsindən (istehlak olan əlaqə xidmətləri ilə təmin edən yerdən) digərinə ötürülməsini təmin edən qurğular kompleksi. İctimaiyyətlə əlaqələrdə məlumat ötürülərkən əvvəlcə bu məlumatın hansı əlaqə kanalı vasitəsi ilə ötürülməsi müəyyən edilməlidir.

    Yeni sözlər və yeni mənalar lüğəti / əlaqə

əlaqə sözünün etimologiyası

əlaqə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 münasibət — bağlılıq

    Azərbaycan dilinin sinonimlər lüğəti / əlaqə
  • 4 1. ƏLAQƏ (bir-biri ilə bağlılıq olma, münasibəti yaxınlıq) [İlyas:] Rica edirəm, mənə olan əlaqəniz dostluq əlaqəsi çərçivəsindən kənara çıxmasın (M.S.Ordubadi); İRTİBAT Məruf bir zat Azerbaycana gəldi, qeyri-rəsmi bir irtibat yaratdı (M.İbrahimov); MÜNASİBƏT (məc.) Ancaq onların arasındakı münasibət salamlaşmaqdan uzağa getmədi (H.Abbaszadə); RABİTƏ O, Cənubi Azərbaycanda səfərbərlik etdi, çünki Şimalın Cənubla olan qardaşlıq rabitələri möhkəm deyildi (M.S.Ordubadi); ÜNSİYYƏT Nə bais oldu ki, tez kəsdi mendən ünsiyyət; Qərarü səbrü təvan etdi Natəvan tərkin (Natəvan). 2. ƏLAQƏ, CİNSİ YAXINLIQ 3. əlaqə bax rabitə 1 4. əlaqə bax aidiyyət

    Azərbaycan dilinin sinonimlər lüğəti / əlaqə

əlaqə sözünün rus dilinə tərcüməsi

  • 1 1. общение, сношение, связь; 2. отношение, касательство;

    Azərbaycanca-rusca lüğət / əlaqə
  • 2 I сущ. связь: 1. взаимные отношения между кем-л., чем-л.; контакт. Sıx əlaqələr тесные связи, mədəni əlaqələr культурные связи, ticarət əlaqələri торговые связи, beynəlxalq əlaqələr международные связи, qohumluq əlaqələri родственные связи, iqtisadi əlaqələr экономические связи, rəsmi (işgüzar) əlaqələr деловые связи, tarixi əlaqələr исторические связи, kəndlə şəhər arasında əlaqə связь между городом и деревней, məktəblə ailə arasındakı əlaqə связь между школой и семьёй, elmin istehsalatla əlaqəsi связь науки с производством, əlaqələrin möhkəmlənməsi укрепление связей, əlaqələrin genişlənməsi расширение связей, əlaqələrin kəsilməsi разрыв связей 2. взаимная зависимость. Məntiqi əlaqə логическая связь, səbəbiyyət əlaqəsi причинная связь, qarşılıqlı əlaqə взаимная связь (взаимосвязь), vasitəli əlaqə косвенная связь, vasitəsiz əlaqə прямая связь 3. средство общения, сношения на расстоянии. Əlaqəni bərpa etmək восстановить связь, telefonla əlaqə saxlamaq поддерживать связь посредством телефона, canlı əlaqə живая связь; əlaqə yaratmaq устанавливать связь; əlaqələri möhkəmlətmək укреплять, укрепить связи, əlaqələri genişləndirmək расширять, расширить связи; əlaqələri bərpa etmək восстанавливать, восстановить связи, əlaqələrdən istifadə etmək пользоваться связями, əlaqəyə girmək kimlə: 1. входить, войти в связь с кем; 2. вступать, вступить в контакт с кем; əlaqə saxlamaq поддерживать связь с кем; əlaqədə bulunmaq kimlə входить, войти в сношения с кем; əlaqəni üzmək kimlə, nə ilə прекращать, прекратить связи с кем; əlaqəsi olmaq kimin kimlə, nə ilə иметь связи с кем, с чем; əlaqədə olmaq kimlə, nə ilə быть в связях с кем, с чем II прил. контактный. Əlaqə telefonları контактные телефоны

    Azərbaycanca-rusca lüğət / əlaqə

əlaqə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (rabitə, bağlılıq) tie, link, bond; connection; association; (münasibət) relation; relationship; diplomatik ~lər diplomatic relations; səbəb ~si causal relationship; qarşılıqlı ~ mutual / reciprocal relation; interrelation; qardaşlıq / dostluq ~ləri links of brotherhood / friendship; qohumluq ~ləri ties of relationship / blood; sənaye ilə kənd təsərrüfatı arasındakı ~ connection between industry and agriculture; diplomatik ~ yaratmaq to establish diplomatic relations (with); ~ saxlamaq to liaise (with); ~yə girmək to get* into contact (with); (telefon, radio və s. ilə) to get* in touch by (telephone, radio, etc.); sıx ~də olmaq to be* closely connected (with); zəif ~də olmaq to be* remotely connected (with); ~si olmaq to have* connection (with), to bear* a relation (to); It bears no relation to this problem; ~sini qırmaq / pozmaq to disconnect (d.), to dissociate (d.); bir kəslə ~ni kəsmək to sever relations with smb., to break* off with smb.; 2. (ünsiyət) intercourse; communication; contact; şəxsi ~ personal contact; cinsi ~ sexual intercourse; sevgi ~si liaison, love-affairs; qarşılıqlı ~ intercommunication, mutual contact; ~ vasitəsi means of communication, means of intercourse; ~ saxlamaq 1) (məktubla, telefonla və s.) to communicate (with); 2) (şəxsən) to have* / to maintain personal contact (with)

    Azərbaycanca-ingiliscə lüğət / əlaqə

əlaqə sözünün fransız dilinə tərcüməsi

əlaqə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. алакъа (1. авсият; акахьун; рафтарвал, ара; 2. сад-садалай аслувал; 3. ашкъи, кӀанивал, муьгьуьббат; 4. ашкъибазвал, ашервал (эркек-диши жинсерин арада); 5. дуствал, мукьвавал; танишвал, чирхчирвал; 6. связь; 7. гьевес, марагъ; 8. талукьвал аваз хьунухь, иштираквал (пай) аваз хьунухь; талукьвал).

    Azərbaycanca-ləzgicə lüğəti / əlaqə

əlaqə sözünün türk dilinə tərcüməsi

"əlaqə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əlaqə nədir? #əlaqə sözünün mənası #əlaqə nə deməkdir? #əlaqə sözünün izahı #əlaqə sözünün yazılışı #əlaqə necə yazılır? #əlaqə sözünün düzgün yazılışı #əlaqə leksik mənası #əlaqə sözünün sinonimi #əlaqə sözünün yaxın mənalı sözlər #əlaqə sözünün əks mənası #əlaqə sözünün etimologiyası #əlaqə sözünün orfoqrafiyası #əlaqə rusca #əlaqə inglisça #əlaqə fransızca #əlaqə sözünün istifadəsi #sözlük