* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 27.41 |
2003 | ••••••••••••••• | 19.29 |
2004 | ••••••••••• | 14.15 |
2005 | ••• | 4.05 |
2006 | •••• | 5.18 |
2007 | •••••• | 7.19 |
2008 | ••••• | 6.58 |
2009 | •••• | 4.32 |
2010 | ••••• | 6.35 |
2011 | •••• | 5.32 |
2012 | •••• | 5.25 |
2013 | •••• | 5.25 |
2014 | ••• | 3.09 |
2015 | •••• | 4.76 |
2016 | ••• | 3.12 |
2017 | •• | 1.63 |
2018 | •••••• | 8.09 |
2019 | •• | 1.95 |
2020 | ••• | 3.18 |
1 əhədi kəsilmək (üzülmək) – bərk yorulmaq, əldən düşmək, gücdən düşmək, taqətdən düşmək, üzülmək; əhədini kəsmək (üzmək) – 1) tamam əldən salmaq, bərk yormaq, üzmək, şiddətli təsir etmək. Qızdırma əhədimi kəsdi. Soyuq əhədimi üzdü. – Sərkərdə deyir: – Filan davada düşmən bizim lap əhədimizi kəsmişdi. “M.N.lətif.” Düşmən padşahın qoşununun lap əhədini kəsdi. (Nağıl); 2) öldürmək. [Məşədi İbad Sərvərə:] Qurban olasan bu altımdakı hambala, yoxsa əhədini kəsərdim. Ü.Hacıbəyov.
Azərbaycan dilinin izahlı lüğəti / əhəd1 Ərəb sözüdür, “tək” deməkdir. Allah tək olduğu üçün Əhəd sözü “Allah” mənasında da işlədilir. Əhədini kəsmək ifadəsi də işlədilir (mənası: “tək qalan, son gücünü də əlindən almaq, haldan salmaq, məhv etmək” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / əhəd1 i.: ~i kəsilmək to be* exhausted, to be* tired out; ~ini kəsmək to exhaust (d.), to tire out (d.)
Azərbaycanca-ingiliscə lüğət / əhəd1 is. ~i kəsilmək être broyé, -e de fatigue, tomber vi (ê) de fatigue
Azərbaycanca-fransızca lüğət / əhəd1 əhədi kəsilmək (üzülmək) аман атӀун, гзаф галатун, такьатдай аватун, агалхьун; əhədini kəsmək (üzmək) а) кӀнув атӀун, тӀакь атӀун, гзаф галудун, кӀевидаказ эсер авун (мес. къаю); б) рекьин (жува).
Azərbaycanca-ləzgicə lüğəti / əhədə. 1) bir, vahid, tək; 2) bax yövmüləhəd.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiəhədin kəsməx’: (Şərur) döymək, döyüb əldən salmaq. – Qardaşdarım okki var əhədin kəsdi
Azərbaycan dilinin dialektoloji lüğəti.tək, bir, vahid, bircə. “Əbdüləhəd” adının ixtisarından Sovet dövründə işlənməyə başlanmışdır. “Əhəd” Allah deməkdir. Bolşevik ideologiyası “Allahın qulu” olmağı yasaq etdiyindən həmin mənanı verən adlar sadələşdirilirdi. Nəticədə “Əbdül” hissəsi atılandan sonra “Allah” mənası verən komponent saxlanılırdı. Beləliklə, advermədə də islam dinindən uzaqlaşma bir hadisəyə çevrilmişdi. Ərəb dilini və dini ənənələri bilməyən xalq kütlələri özləri də bilmədən kobud səhvlərə yol verirdilər. Eyni qayda ilə Baqi, Vahab, Qədir, Qafar, Rəhim, Rəhman, Cəlil və s. kimi adlardan da istifadə olunmuşdur.
Azərbaycan kişi adlarının izahlı lüğəti