* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 bax qahmar. [Qarı:] Bala, o, xozeyinlər, naçalniklər üçün qorxulu adamdır. Sənin kimi, mənim kimi fağırların onun kimi qəhmər çıxanı olmasaydı, indi bizim gözümüzə od salmışdılar. S.S.Axundov. Yeni dünya quran bizik; Haqqa qəhmər duran bizik. R.Rza. Gizlədərəm hissimi, əlaqəmi birtəhər; Deyərəm yaxşı olmaz, çıxsam oğlana qəhmər. M.Rahim.
Azərbaycan dilinin izahlı lüğəti / qəhmər(Cənubi Azərbaycan, Füzuli, Qarakilsə, Mingəçevir, Ucar) bax qahmar. – Qasımnan höcətdəşdim, qəhmərim çox oldu (Ucar) ◊ Qəhmər çıxmax (Cənubi Azərbaycan) – tərəfdar çıxmaq. Qəhmər durmax (Füzuli, Qarakilsə) – tərəfdar durmaq. – Kim mənə qəhmər çıxar? (Cənubi Azərbaycan); – Sən niyə ona qəhmər durursan? (Füzuli); – Qəhmər durmax yaxşı şeydi, əmə gərəx’ insaflı olasan (Qarakilsə)
Azərbaycan dilinin dialektoloji lüğəti.