* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Ümumiyyətlə, mal-qaranın, xüsusilə at, inək və öküz kimi iri ev heyvanlarının alnındakı ağ ləkə. // sif. Alnında qaşqası olan. Qaşqa inək. Qaşqa day. Qaşqa dana. – [Pəricahan xanım:] Qaşqa at altımda qoruqdan gəlirdim. S.S.Axundov. Əqlin baltasıyla vurdu başından; Sındırdı öküzün buynuzlarını; Milyon il dedilər: – Qaşqa öküzlə; Çatıbdır şöhrətə, şərəfə dünya. B.Vahabzadə. 2. məc. Alnın tam ortası. Ovçu quşu qaşqasından vurmuşdu. – Qaşqası böyük olanın sözü çox danışılar. (Ata. sözü). Qızdırmalı bir bayqınlıq içində Tərlanın alnındakı qaşqanı yaxından nişan alıb, tətiyi çəkdim. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / qaşqa1 Həm də təpəl, ağıtma kəlmələri ilə ifadə edilib, “ağ ləkə” kimi açıqlanıb. Anadolu türklərində qaşqa yerinə akıtma işlədilir. Deməli, ağ sözü ilə bağlıdır. Sözün sinonimi təpəldir. Qaş və təpə (kəllə) məsafəcə bir-birinə yaxın olur. Görünür, qaşqa (təpəl) atın (heyvanın) təpəsində olan “ağ ləkə” deməkdir. Qaraqalpaq dilində buna ak manlay deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qaşqa1 QAŞQA I is. Mal-qaranın, atın alnındakı ağ hissə. Qaşqa at altımda qoruqdan gəlirdim (S.S.Axundov). QAŞQA II is. məh. Alın. Güllə canavarın qaşqasından dəymişdi. QAŞQA III sif. dan. Tərs, həyasız, sırtıq. Bəsdir, qaşqa uşaq olma.
Azərbaycan dilinin omonimlər lüğəti / qaşqa1 1. белое пятно на лбу животных, лысина; 2. животное с белым пятном на лбу;
Azərbaycanca-rusca lüğət / qaşqa2 1 I сущ. 1. звёздочка, светлое пятно на лбу животного 2. разг. лоб, самая середина лба. Qaşqasından öpmək поцеловать в лоб II прил. 1. белолобый (с белой отметиной на лбу). Qaşqa qaz белолобая казарка, qaşqa öküz белолобый бык, qaşqa at лошадь с белой отметиной на лбу 2 прил. диал. 1. упрямый, строптивый, своенравный (о человеке) 2. перен. рыжий (не такой, как все). Mən qaşqayam? я рыжий, что ли?
Azərbaycanca-rusca lüğət / qaşqa1 is. 1) tache f claire sur le front de l’animal ; 2) dan. front m, ~sından öpmək déposer un baiser sur le front de qn
Azərbaycanca-fransızca lüğət / qaşqa1 сущ. 1. кьашкьа (калин, балкӀандин ва мс. пеле жедай лацу леке); 2. прил. пеле кьашкьа авай, кьашкьа (мес. хвар, ккал); 3. пер. пелен юкьни-юкь.
Azərbaycanca-ləzgicə lüğəti / qaşqaI (Balakən, Basarkeçər, Borçalı, Hamamlı, Xaçmaz, Qazax, Mingəçevir, Şəmkir, Şəki, Tovuz, Zaqatala) alın. – Qaşqağa nə yazılıptısa, honu görcaxsan (Zaqatala); – Qaşqamnan yara çıxıf (Borçalı); – Güllə canavarın qaşqasınnan dəymişdi (Balakən); – Daşnan vuruf, qaşqasını yarale: f gədənin (Hamamlı); – Güllə yazuğun qaşqasinə dəgdi (Xaçmaz) II (Başkeçid, Borçalı, Qazax, Laçın, Şəmkir) sırtıq. – Bəsdi, qaşğa uşağ olma (Borçalı); – Ə:, nə qaşqasan, sözə də baxmersan heç (Qazax); – Bu nə qaşqa uşaxdı, heç adamın sözünə baxmer (Şəmkir); – Adam qaşqa olmaz, böyüyün sözünə baxar (Laçın)
Azərbaycan dilinin dialektoloji lüğəti.