qaşqaldaq sözü azərbaycan dilində

qaşqaldaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaşqaldaq • 90.6542%
  • Qaşqaldaq • 9.3458%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaşqaldaq
Qaşqaldaq (lat. Fulica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Adi qaşqaldaq
Adi qaşqaldaq (lat. Fulica atra) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin qaşqaldaq cinsinə aid heyvan növü. Avrasiya, Şimali Afrika və Avstraliyada geniş ərazilərdə yayılmışdır. Kütləsi 445-1250 q olur. Rəngi tutqun qaradır, çalma lələkləri bozumtul qonur, sükan lələkləri qaradır. Dimdiyi və qaşqası ağdır. Dimdiyinin dibi qırmızımtıldır. Dişisinin rəngi erkəyindən açıqdır. Yaxşı üzür və suyun 4 m dərinliyə qədər dala bilir. Suyun altında adətən 10 saniyə, bəzən hətta 2,5 dəqiqəyə qədər qala bilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.34 dəfə / 1 mln.
2006 ••••• 0.23
2007 ••••• 0.21
2009 ••••••• 0.32
2010 •••••••• 0.36
2011 •••••••••••••••••••• 0.94
2012 •• 0.09
2014 ••••••••••• 0.51
2015 •••••••• 0.34
2016 •••• 0.17
2018 ••••••••••••• 0.60
2019 ••••••••• 0.42
2020 ••••••••••••••• 0.66

qaşqaldaq sözünün leksik mənası və izahı

  • 1 is. zool. Əti yeyilən qara rəngli, ördəyə bənzər su quşu. Pirallahıdan bu yanda balaca bir ada var, bir dəfə atam ora qaşqaldaq ovuna getmişdi, məni də aparmışdı… Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / qaşqaldaq

qaşqaldaq sözünün etimologiyası

  • 1 Nə qədər qəribə görünsə də, bu kəlmə heyvanın alın hissəsindəki ağ ləkəni bildirən qaşqa sözü ilə kökdaşdır. Mənbələrdə qaşqa aldaq, qaş­qa­al­laq, qaşqalaq formalarında yazılıb və “лысая утка (daz ördək)”, ya da “su to­yu­ğu” kimi açıqlanıb. Qaşqa bütün hallarda “ağ” mənası ilə bağlıdır. Mən­bə­lərdə “daz “(лысый) mənasında qırbaş sözü də var. Ehtimal ki, bu qırbaş “qaş­qa”ya çevrilib. “Седой” mənasında qırğı, “седеть” mənasında kajay sözləri olub. Qırğı və kajay kəlmələrinin qaşqa formasına düşməsi mümkündür. Güman edi­rəm ki, sözün sonundakı daq (laq) hissəsi leylək kəlməsinin ixtisarından ibarətdir: quş qaşqa leylək adlanıb. Qaşqa sözünün sinonimi sakar (saqqar), Anadolu türklə­rin­də isə akıtma sözüdür. Qaşqaldağa həm də sakarbalaq (ehtimal ki, “ayaqları ağ” deməkdir) deyiblər. Qazax rayonunda saqqar sözü indi də “qaşqa” mə­na­sında işlədilir (saqqar qoçu bəri gətir). Bəzi dillərdə kaçay sözü “седой” mə­nasında işlədilir. Deməli, qaşqa (kacay) sözünün bir mənası “ağ” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qaşqaldaq

qaşqaldaq sözünün rus dilinə tərcüməsi

qaşqaldaq sözünün inglis dilinə tərcüməsi

qaşqaldaq sözünün fransız dilinə tərcüməsi

qaşqaldaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. зоол. кашкалдак, лысуха, лыска (чӀулав, уьрдегдиз ухшар цин къуш); // кашкалдакдин (мес. як, шараг).

    Azərbaycanca-ləzgicə lüğəti / qaşqaldaq

Oxşar sözlər

#qaşqaldaq nədir? #qaşqaldaq sözünün mənası #qaşqaldaq nə deməkdir? #qaşqaldaq sözünün izahı #qaşqaldaq sözünün yazılışı #qaşqaldaq necə yazılır? #qaşqaldaq sözünün düzgün yazılışı #qaşqaldaq leksik mənası #qaşqaldaq sözünün sinonimi #qaşqaldaq sözünün yaxın mənalı sözlər #qaşqaldaq sözünün əks mənası #qaşqaldaq sözünün etimologiyası #qaşqaldaq sözünün orfoqrafiyası #qaşqaldaq rusca #qaşqaldaq inglisça #qaşqaldaq fransızca #qaşqaldaq sözünün istifadəsi #sözlük