* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Acıqlı, hirsli və ya bir şeydən narazı olan adamın üzündə əmələ gələn hal; qaşların çatılması və alnın qırışdırılması. Xudayar bəy qaşqabaq ilə cavab verdi. C.Məmmədquluzadə. □ Qaşqabağı açılmaq – üzündə fərəh əlaməti görünmək; açığı, hirsi soyuyaraq üzü açılmaq. [Hacı Murad:] Bəs niyə heç qaşqabağın açılmır? S.S.Axundov. Qızın … üzündə qəzəb və hiddət bir anda silindi. Qaşqabağı açıldı. M.Rzaquluzadə. Qaşqabağı yer altından (yer ilə) getmək – həddən artıq hirsli, acıqlı olmaq. Tükəzban qayət hirsli olaraq içəri daxil oldu. Nədənsə ovqatı çox təlx idi; qaşqabağı yer altından gedirdi. B.Talıblı. Qaşqabağını sallamaq (turşutmaq, tökmək) – qaşlarını çataraq və alnını qırışdıraraq, öz sifətinə acıqlı, yaxud narazı bir ifadə vermək. Sözlərini qurtaran kimi Səməd yenə qaşqabağını sallayıb, sükuta gedərdi. Çəmənzəminli. Bu dəmdə Məstan bəyin keçmiş nökəri çolaq Məcid daxil oldu, Məstan bəy qaşqabağını tökdü. B.Talıblı. Qaşqabaq göstərmək – pis qarşılamaq, acıqlı qarşılamaq. Şəksiz səninlə ədavəti var; Onunçun göstərir qaşqabaq sənə. Q.Zakir.
Azərbaycan dilinin izahlı lüğəti / qaşqabaq1 Qaş-qabaq sallamaq deyirik. Burada qabaq sözü “göz qapağı” (веко) anlamını əks etdirir və müasir türkmən dilində həmin mənada qa: bak formasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qaşqabaq1 QAŞQABAQ – ÜZÜGÜLƏR Xudayar bəy qaşqabaq ilə cavab verdi (C.Məmmədquluzadə); Səməd kişi bizi üzügülər qarşıladı.
Azərbaycan dilinin antonimlər lüğəti / qaşqabaq2 сущ. хмурое, недовольное лицо ◊ qaşqabaq göstərmək смотреть сентябрём (хмуро); qaşqabaq salmaq хмуриться, нахмуриться, супиться, насупиться, надувать, надуть губы, принимать, принять озабоченный вид; qaşqabağı açıldı у кого-л. лицо просияло, приняло приветливый вид; qaşqabağını tökmək сделать мрачное лицо; qaşqabağını turşutmaq наморщить лоб; qaşqabağı yer süpürür kimin в плохом настроении кто; qaşqabağı tutulub kimin не в духе, не в настроении кто; qaşqabağı yerlə gedir не с той ноги встал, не в своей тарелке, сам не свой; qaşqabağı açılmır никак не улыбнется; qaşqabağından zəhər tökülür (yağır) волком смотрит; qaşqabağından ilan-əqrəb sallanır см. qaşqabağından zəhər tökülür; qaşqabağını düyünləmək нахмуриться, наморщить лоб
Azərbaycanca-rusca lüğət / qaşqabaq1 i. frown, scowl; qaşqabağını tökmək / sallamaq / turşutmaq to frown, to scowl, to knit* one’s brows; ~ göstərmək to gloom, to sulk, to scowl; bir kəsə ~ göstərmək to sulk with smb.
Azərbaycanca-ingiliscə lüğət / qaşqabaq1 is. maussaderie f ; ~ sallamaq refrogner (se), assombrir (s’) ; rembrunir (se) ; ~ğı açılmaq détendre (se), épanouir (s’) ; ~ğı yer süpürmək être dans un mauvais jour ; mettre son bonnet de travers
Azərbaycanca-fransızca lüğət / qaşqabaq1 сущ. хъел авай ва я са затӀуникай нарази тир касдин чинин гьал; ччинин чӀурувал (атӀугъайвал), пел агажун, рацӀамар агажун; // qaşqabağı açılmaq ччин ахъа хьун, ччина шадвилин лишанар гьатун; хъел алахьун; qaşqabağı yer altından (yer ilə) getmək ччинай маргъузар авахьун, ччин атӀугъун, гзаф хъел кваз хьун; qaşqabağını sallamaq (turşutmaq, tökmək) ччинай маргъузар авадарун, ччин чӀурун (атӀугъун), пел (рацӀамар) агажун; qaşqabaq göstərmək ччин тагун, ччин чӀурун, пис (хъел аваз) къаршиламишун.
Azərbaycanca-ləzgicə lüğəti / qaşqabaq