qışla sözü azərbaycan dilində

qışla

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qışla • 89.3617%
  • Qışla • 8.5106%
  • QIŞLA • 2.1277%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abova (qışlaq adı)
Abova-Ermənistanın Quqar (1969-cu ildən Tumanyan) rayonunda qışlaq adı. == Toponimik izahl == Abova- Ermənistanın Quqar (1969-cu ildən Tumanyan) rayonunda qışlaq adı. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq dağılmışdır. Əsli Aboevi. Abo şəxs adından və oba yaxud ev dayanacaq, düşərgə (93, 162) sözündən ibarətdir. Bax: Alpevi. == Həmçinin bax == Qərbi Azərbaycan Abbaslar == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Aşağı Qışlaq
Aşağı Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndi Kolanı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Qışlaq kənd Soveti yaradılmışdır. == Toponomikası == Dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonimin ikinci komponenti olan qışlaq sözünü "qışlama" mənasında qəbul etmək olmaz. Çünki ərazidəki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri qışlaq üçün əlverişli deyil. Bu ad kəngərlilərin qızıl qışlaq tayfasının tirələrindən (orta qışlaq, güllü qışlaq, yazlı qışlaq, yazı qışlaq və ya düz qışlaq) birinin adı ilə bağlıdır. Aşağı Qışlaq oykonimi etnotoponim kimi "adı çəkilən tayfanın, tirənin məskunlaşdığı ərazinin aşağı hissəsi" anlamındadır. == Əhalisi == Əhalisi 916 nəfərdir.
Aşağı Qışlaq Xuraşa (Vərziqan)
Aşağı Qışlaq Xuraşa (fars. قشلاق خورشاسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə).
Aşağı Qışlaqçay
Aşağı Qışlaqçay — Şahbuz rayonu ərazisində çay. Yuxarı Qışlaq çayının (Naxçıvançayın qolu) sağ qolu. == Haqqında == 1800 m. hündürlükdən başlanır. Uzunluğu 5 km. Yağış suları ilə qidalanır.
Bayraməli qışlağı
Bayraməli qışlağı (Əştərək) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. Bayraməli qışlağı (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində, Ayaslı kəndinin yaxınlığında qışlaq. Bayraməli qışlağı (Gədəbəy) — Gədəbəy rayonunun Miskinli kəndinə yaxın olan yer.
Bayraməli qışlağı (Əştərək)
Bayraməli qışlağı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur. == Tarixi == Alagöz dağının cənubunda yerləşirdi. Erməni mənbələrində Bayraməli, Bayraməli kəndi formasında da qeyd edilir. Toponim Bayraməli şəxs adı ilə «yaşayış məntəqəsi, kənd» mənasında işlənən qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 53 nəfər, 1886-cı ildə 87 nəfər, 1897-ci ildə 132 nəfər, 1908-ci ildə 82 nəfər, 1916-cı ildə 100 nəfər yalnız azərbaycanlı və əcəmi kürdü yaşamışdır. 1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1920-ci illərin sonunda kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Baş Qışlaq
Baş Qışlaq (Zəncan) —
Baş Qışlaq (Goranboy)
Başqışlaq — Azərbaycan Respublikasının Goranboy rayonunun Buzluq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Baş Qışlaq kəndi Buzluq çayının sol sahilində, Murovdağ silsiləsinin şm.-ş. yamacındadır. Oykonim "yuxarıda, yüksəkdə olan qışlaq" deməkdir. Kəndin əhalisi vaxtilə Gədəbəy r.nunun Çaldaş, Çalburun və Dəyəqarabulaq kəndlərindən köçüb gəlmiş ailələrdən ibarətdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 0 nəfər əhali yaşayır.
Baş Qışlaq (Xudabəndə)
Baş Qışlaq (fars. باش قشلاق‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (45 ailə). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Qışlaq-Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 15 km. qərbdədir.
Bir yumrucuqlu qışlaqotu
Təkyumrulu qışlaqotu (lat. Herminium monorchis) - qışlaqotu cinsinə aid bitki növü.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumruları şarşəkillidir, diametri 5-9 mm-dir. Gövdənin hündürlüyü 10-25 sm-dir. 2 (az hallarda 3) lansetyarpaqlı, kök hissədə yerləşir, çiçək qrupu nazik, sıx olmayan salxım şəklindədir. Çiçəkləri xırda, sarı-yaşıl, bal ətirlidir. Çıçək dodağı nizəşəkilli, uzunluğu 3,25-3,75 mm, yan qnadları xətvari, kütdür, ortadakından 2 dəfə qısadır . == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == İyun-iyul aylarında çiçəkləyir.
Budaqbəy qışlağı
Budaqbəy qışlağı — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində Tərnəqut kəndinə məxsus qışlaq.
Böyük Qışlaq
Böyük Qışlaq — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, kəndi XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Qarabağdan köçüb gəlmiş ailələr qışlaq yerində salmışlar. Ona görə də kənd belə adlandırılmışdır. Böyük sözü isə kəndi eyniadlı digər yaşayış məntəqələrindən fərqləndirməyə xidmət edir. == Tarixi == === Tarixi abidələri === Böyük Qışlaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Əsrikçayın (Axıncaçayın qolu) sol sahilində, Murğuz silsiləsinin (Kicik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Böyük Qışlaq kənd kitabxana filialı, Böyük Qışlaq kənd Mədəniyyət Evi, Böyük Qışlaq poçt şöbəsi (AZ6019) fəaliyyət göstərir. == Təhsil == Kənddə Gəray Nəsibov adına Böyük Qışlaq kənd tam orta məktəbi və Böyük Qışlaq Şamlıq kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Böyük Qışlaq kənd xəstəxanası yerləşir.
Böyük Qışlaq (Xudabəndə)
Böyük Qışlaq (fars. بيوک قشلاق‎‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (27 ailə). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Qışlaq-Əfşar kəndistanında, Qiydar qəsəbəsindən 24 km qərbdədir.
Cəliq (Qışlaq)
Cəliq (fars. جاليق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 16 nəfər yaşayır (6 ailə).
Dağ Qışlaq
Dağ Qışlaq — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. == Tarixi == Burada ilkin yaşayış XVI əsrə aid olduğu deyilir. Dağ Qışlaq kəndi Qışlaq qəsəbəsindən hündürdə yerləşdiyi üçün (kənd dağın ətəyində yerləşir) bura Dağ Qışlaq adlandırılıb. 1988-ci ilədək Xankəndi şəhərinin tərkibində olub. 1992-ci il martın 2-si kəndə hücum edilib. Hücum Xankəndidəki 366-cı moto-atıcı alay tərəfindən həyata keçirilib. Əvvəlcə şəhər istiqamətindən kəndə qradlar atılıb. Sonra isə əsgərlər kəndi tam mühasirəyə alıblar. Kənd camaatı isə onlarca kilometr qəth edərək Harov kəndinə pənah gətiriblər.
Dörgədərə Qışlağı
Dörgədərə Qışlağı (az.-əbcəd دؤرگه‌دره قێشلاغێ‎, fars. قشلاق درگه‌دره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 10 nəfər yaşayır (5 ailə).
Güney Qışlaq
Güney Qışlaq (əvvəlki adı: Yuxarı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kənd Sovetinin tərkibindəki Yuxarı Remeşin kəndi Remeşin kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Yuxarı Remeşin kəndində 9 evdə 17 nəfəri kişilər 18 əfəri isə qadınlar olmaqla 35 nəfər müsəlman yaşayırdı. Kənd əhalisinin sayı 544 nəfərdir.
Güney Qışlaq Qəbiristanlığı
Güney Qışlaq qəbiristanlığı — Şahbuz rayonunun Güney Qışlaq kəndinin girəcəyində yolun kənarında arxeologi abidə. Qəbiristanlıqda XX əsrin 50–60-cı illərinədək dəfn mərasimləri aparılmışdır. Qəbirlərin bir qisminin baş daşları düşmüşdür. Qəbirlərin ətrafı kiçik həcmli daşlarla əhatə edilmiş, bəzən isə onların üzərində daşlar təpə şəklində toplanmışdır. Qəbirlərdən bir neçəsinin ətrafı dairəvi formada iri həcmli daşlarla əhatələnmişdir. Baş daşlarının üzərində ərəb əlifbası ilə kitabə, o cümlədən tarixlər yazılmışdır. Baş daşlarının üzərində hicri 1121, 1372 və s. tarixlər qeyd edilmişdir. Onların çoxusunun üzəri qalın torpaqla örtüldüyündən kitabələri və tarixləri müəyyənləşdirmək çətinlik törədir. Baş daşlarının üzərindəki kitabələrə əsaslanaraq Nekrapolu XVII–XX əsrlərə aid etmək olar.
Hasara Qışlağı
Hasara Qışlağı (az.-əbcəd حاسارا قێشلاغێ‎, fars. قشلاق خساره‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 27 nəfər yaşayır (10 ailə).
Kor qışlaq
Kor qışlaq-coğrafi adı Ağcabədi rayonunun Boyat kəndi yaxınlığında qeydə alınıb. == Tarixi == Yaşlı nəslin dediklərinə görə bir il çox bərk soyuq olur. Nəticədə qızılca xəstəliyi yayılır. Qışlaqda yaşayanların hamısı bu xəstəlikdən ölür. Elə o zamandan da həmin qışlaq el arasında Kor qışlaq adlanır. Qışlaq-mal-qaranın qışladığı əraziyə, otlağa deyirlər. O, maldarlıq təsərrüfatının meydana çıxması ilə əlaqədar yaranmışdır. Qarabağın ərazisi qoyunçuluğun qədim qışlaqları hesab edilir. Soyuqlarla bağlı olaraq mal-qara 7-8 ay qışlaqda qorunub saxlanır, otarılır.Qışlaqların təxminən 6 min illik yaşı var. Onlardan indi də heyvandarlıq təsərrüfatında geniş istifadə edilir.
Kosalar (Qışlaq)
Kosalar (fars. كوسالار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (26 ailə).
Kəranlı Qışlağı (Xudafərin)
Musakəndi Qışlağı (fars. قشلاق كرانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalilısi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Məhəmmədqulu Qışlaq (Qoşaçay)
Məhəmmədqulu Qışlaq (fars. محمدقلي قشلاق‎) - İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (77 ailə).
Orta Qışlaq
Orta Qışlaq — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.
Qara Qışlaq
Qaraqışlaq (Zəngibasar) Qaraqışlaq (Soyuqbulaq) Qaraqışlaq (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının Mərkəzi bəxşinin Ləkistan qəsəbəsində yerləşib. Qaraqışlaq — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2008 ••••••••••••••• 0.24
2010 ••••••••••• 0.18
2013 ••••••••• 0.15
2014 •••••••••••••••••••• 0.34
2015 •••••••••••••••••••• 0.34
2016 ••••••••••• 0.17
2019 ••••••••• 0.14

qışla sözünün leksik mənası və izahı

  • 1 is. 1. Əsgəri hissələri yerləşdirmək üçün böyük bina; qazarma. Şəhərə buraxılan qoşun dəstələri bu gün öz qışlalarına çəkilmişdi. M.S.Ordubadi. Bu, qışladan bir neçə yüz metr qədər dalda olan bacanın suyu idi. Ə.Əbülhəsən. 2. Fabriklər yanında fəhlələr üçün ümumi yaşayış evi. Araz yoldaşlarını görmək məqsədi ilə evdən çıxıb, fəhlə qışlasına getmək istəyirdi. A.Şaiq. Buyurun, baxın, görək bunlar təzə şəhər evlərinə oxşayır, yoxsa adi bir qışlaya. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / qışla

qışla sözünün sinonimləri (yaxın mənalı sözlər)

qışla sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. казарма (1. аскерар амукьдай чӀехи дарамат, кӀвал; 2. фабрикра фялеяр патал санал яшамиш жедай кӀвал).

    Azərbaycanca-ləzgicə lüğəti / qışla

"qışla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qışla nədir? #qışla sözünün mənası #qışla nə deməkdir? #qışla sözünün izahı #qışla sözünün yazılışı #qışla necə yazılır? #qışla sözünün düzgün yazılışı #qışla leksik mənası #qışla sözünün sinonimi #qışla sözünün yaxın mənalı sözlər #qışla sözünün əks mənası #qışla sözünün etimologiyası #qışla sözünün orfoqrafiyası #qışla rusca #qışla inglisça #qışla fransızca #qışla sözünün istifadəsi #sözlük