* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Qoyun və başqa ev heyvanlarının gətirilib saxlandığı mötədil havalı və otlaqlı qışlama yeri. Heyvanlar yaylaqdan qışlağa köçdü. // Qışı keçirmək üçün bina və s. olan yer; oba, kənd. Əvvəlinci məclis Qarabağ vilayətində … yazın əvvəlində Novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur. M.F.Axundzadə. Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa; Köçər o vaxt el-oba, enər tamami qışlağa. A.Səhhət. Qışlaqda idik, payızın aydınlıq gecəsi idi. A.Şaiq. // məc. Yurd mənasında. Bir vətən eşqilə Mildə, Muğanda; Min bir oba qurub, qışlaq saldınız. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / qışlaq1 Kökü qış ismidir, ondan qışlamaq feili, sonuncudan isə qış-la-q ismi əmələ gəlib. Deməli, burada –laq şəkilçisindən deyil, -la və -q şəkilçilərindən danışmaq olar (yaylaq kəlməsi də eyni qəlib üzrə yaranıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qışlaq1 QIŞLAQ – YAYLAQ Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa; Köçər bu vaxt el-oba, enər tamam qışlağa (A.Səhhət).
Azərbaycan dilinin antonimlər lüğəti / qışlaq2 сущ. зимовье, кишлак: 1. стоянка зимовщиков 2. место, где зимуют животные, зимнее пастбище
Azərbaycanca-rusca lüğət / qışlaq1 i. 1. winter hut / cabin, winter camp; 2. (heyvanlar üçün) winter quarters pl.
Azərbaycanca-ingiliscə lüğət / qışlaq1 сущ. 1. ккал (хъуьтӀуьз дагъдай эвичӀна хпер, малар хуьн патал чиле векь авай паласадин чка); къишлах (нугъ.); 2. кьуьд акъуддай (хъуьтӀуьз яшамиш жедай) чка; тала, паласа, уба, хуьр; // пер. мескен манада.
Azərbaycanca-ləzgicə lüğəti / qışlaq