Xasməmməd sözü azərbaycan dilində

Xasməmməd

Yazılış

  • Xasməmməd • 96.5517%
  • xasməmməd • 3.4483%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xasməmmədovlar
Xasməmmədovlar — Azərbaycan xalqının soylarından biri. Hacıbaba bəyin ailəsində 4 oğul var idi və onlardan üçü—Xəlil bəy, Ələsgər bəy, Ələkbər bəy məşhur hüquqşunas və içtimai xadim olub. Gəncə xanlığının məşhur simalarından olan Xasməmməd bəyin övladları rus üsul-idarəsi dönəmində Xasməmmədov soyadını qəbul etdilər. 1922-ci ilin aprelində Ələsgər bəyi yenə həbs etmişdilər. Ələsgər bəy birinci dəfə XI Ordunun xüsusi şöbəsinin və Azərbaycan FK-nın əmri ilə 1920-ci ilin 29 mayından 4 iyununa qədər heç bir səbəb olmadan həbsdə saxlanılır. Ağır işgəncələrdən sonra buraxılır. 1929-cu ilin son ayları Xəlil bəy Xasməmmədovla qohumluq əlaqəsi olan bütün qohumlar həbsə və sürgünə məruz qalır. Ələkbər və Məmməd bəy 19 mart 1931-ci ildə, Nağı bəy isə 27 mart 1931-ci ildə ailələri ilə birlikdə, şəxsi əmlakları müsadirə edilməklə Qazaxıstana sürgün edilirlər. Xəlil bəy Xasməmmədov — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ədliyyə və daxili işlər naziri.
Xəlil Xasməmmədov
Xəlil bəy Xasməmmədov (tam adı: Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov, mühacirətdə: Halil Has Mehmet Gürgören; 25 oktyabr 1873, Yelizavetpol – 11 avqust 1945, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə və daxili işlər naziri. Xəlil bəy Xasməmmədov 1873-cü ildə Gəncədə anadan olmuşdur. Gəncə klassik gimnaziyasında orta təhsil almışdır O, Moskva Universitetinin hüquq fakültəsini (1895) bitirib müstəntiq işləmişdir. Yekaterinodar (indiki Krasnodar) və Yelizavetpol (Gəncə) dairə məhkəmələrində işləmişdir. Yelizavetpol quberniyasından 2-ci Dövlət dumasına deputat seçilmişdir (1907). Xəlil bəy Xasməmmədov Fətəli xan Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olmuş, xalq azadlığı partiyasını təmsil etmişdir. Özlərini "solların gənc tatar partiyasına" aid edən Xoyski və Xasməmmədov fraksiyanın proqramını "Varlılar və zadəganlar üçün" nəzərdə tutulduğundan, tam şəkildə qəbul etmirdilər. Xasməmmədov Dumanın müsəlman fraksiyasının iclasında amnistiya məsələsini qaldırmış və onun qanunvericilik yolu ilə keçirilməsini təklif etmişdi. "İttifaqi-müslimin" təşkilatının din və hüquq komissiyalarının üzvü olmuşdur.3-cü Dövlət dumasında (1907–1912) Xasməmmədov Azərbaycanı təmsil edən yeganə deputat idi.
Xəlil bəy Xasməmmədov

Ələkbər bəy Xasməmmədov
Ələkbər bəy Xasməmmədov (1870, Yelizavetpol – 1925, Bakı) — ictimai, siyasi xadimi, hüquqşünas. Gəncə şəhər Dumasının, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, Gəncə Müsəlman Milli Komitəsinin, Difai Partiyasının Mərkəzi Komitəsinin üzvü, Qeyrət partiyasının qurucularından biri. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Mart soyqırımını araşdırmaq üçün hökumətin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sədri daha sonra isə Azərbaycan Məhkəmə Palatasının böyük sədri vəzifələrini icra edib. Ələkbər bəy Xasməmmədov 1870-ci ildə Gəncədə anadan olub. Moskvada hüquq təhsili alıb. Gəncə şəhər Dumasının, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və onun təftiş komissiyasının üzvü olub. 1905-ci ilin yayında Qafqazda yerli idarəetmə orqanlarının təşkili ilə bağlı yaradılan üç nəfərdən ibarət heyətin (Əlimərdan bəy Topçubaşov və Adil xan Ziyadxanovla birlikdə) üzvü seçilib. Bu heyət Gəncə bələdiyyə seçkilərinin nəticələrini təsdiq etdirməli, müsəlmanların yerli idarə orqanlarına seçilməsindəki hüquqi məhdudiyyətlər aradan qaldırılmayınca yeni seçkilərin dayandırılması üçün müvafiq Rusiya orqanları qarşısında məsələ qaldırmalı idi. Ələkbər bəy 1905-ci ildə Gəncədə yaradılmış Qeyrət partiyasının qurucularından biri olub. 1906-cı il fevralın 20-də Azərbaycanlı və erməni nümayəndələrinin Tiflisdə keçirilən "barışdırıcı qurultayında" Gəncə qəzasını Adil xan Ziyadxanla birgə Ələkbər bəy Xasməmmədov da təmsil edib.

xasməmməd sözünün leksik mənası və izahı

Oxşar sözlər

#xasməmməd nədir? #xasməmməd sözünün mənası #xasməmməd nə deməkdir? #xasməmməd sözünün izahı #xasməmməd sözünün yazılışı #xasməmməd necə yazılır? #xasməmməd sözünün düzgün yazılışı #xasməmməd leksik mənası #xasməmməd sözünün sinonimi #xasməmməd sözünün yaxın mənalı sözlər #xasməmməd sözünün əks mənası #xasməmməd sözünün etimologiyası #xasməmməd sözünün orfoqrafiyası #xasməmməd rusca #xasməmməd inglisça #xasməmməd fransızca #xasməmməd sözünün istifadəsi #sözlük