Şahməmməd sözü azərbaycan dilində

Şahməmməd

Yazılış

  • Şahməmməd • 97.2222%
  • şahməmməd • 2.7778%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şahməmməd Şahməmmədov
Şahməmməd Gülməmməd oğlu Şahməmmədov (d. 6 avqust 1947, Ləngəbiz kəndi, Ağsu rayonu, Azərbaycan SSR SSRİ) — Azərbaycanlı hərbçi; Qarabağ müharibəsi iştirakçısı, polis polkovniki, şair və yazıçı. Şahməmməd Şahməmmədov 6 avqust 1947-ci ildə Azərbaycan Respublikası, Ağsu rayonu, Ləngəbiz kəndində anadan olmuşdur. 5 yaşında I sinfə getmişdir. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Şamaxı Pedaqoji texnikumuna daxil olmuşdur. Texnikumu bitirib, Ağsu rayonunun Səfərli və Ərəbuşağı kəndlərində 2 il müəllim işləmişdir. Sonra Uzaq Şərqə əsgəri xidmətinə getmişdir. Əsəgəri xidməti başa vurduqdan sonra təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlmişdir. ADU-nun hüquq fakültəsinə daxil olmuşdur. Eyni zamanda fəaliyyətini respublikanın hüquq-mühafizə orqanları ilə bağlamışdır.
Şahməmmədli
Şahməmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun Goranboy şəhər inzibati ərazi dairəsində kənd. Kənd Gəncə-Qazax düzənliyindədir. Yerli əhali kəndi Şəmmədli adlandırır. Oykonim Şahməmmədli nəslinin burada məskunlaşması ilə bağlı yaranmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 771 nəfər əhali yaşayır.
Şamil Şahməmmədov
Şamil Məmməd oğlu Şahməmmədov (7 avqust 1935, Kirovabad – 26 iyul 2021, Bakı) — Azərbaycan peşəkar jurnalistikasının tanınmış nümayəndəsi, "Şöhrət"ordenli, Prezident təqaüdçüsü Azərbaycan Respublikası Əməkdar mədəniyyət işçisi. "AzərTAc"ın baş direktoru (1995–2002) Şamil Məmməd oğlu Şahməmmədov 1935-ci ildə anadan olmuşdur. Fəal jurnalist yaradıcılığı ilə XX əsrin 50-ci illərindən Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbəsi ikən məşğul olmağa başlamışdır. O, əvvəl radio ilə əməkdaşlıq etmiş, 1957-ci ildən isə dördüncü kurs tələbəsi olmasına baxmayaraq, yeni yaradılan paytaxt qəzeti "Bakı"ya işə götürülmüşdür. Burada Şamil Şahməmmədov 30 ildən artıq müddətdə milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin rəhbərliyi altında zəngin təcrübə məktəbi keçmişdir. O, əvvəl müxbir, şöbə müdiri, sonra məsul katib işləmiş və nəhayət, baş redaktor vəzifəsinədək yüksəlmişdir. "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor müavini və AzərTAc-da baş direktor olması vəzifəsinədək yüksəlmişdi. Bakıda 1960–1970-ci illərin ən möhtəşəm tikintilərindən olan metro, funikulyor, Yaşıl Teatr, Mərkəzi Univermağın inşası barədə ilk reportajları məhz Şamil Şahməmmədov yazmışdır. Onun Bakı şin zavodunun tikintisindən və Suraxanı neftçilərinin fəaliyyətindən bəhs edən oçerkləri Yazıçılar İttifaqının "Azərbaycan" ədəbi-bədii jurnalında dərc olunmuşdur. Onun iyirmi il ərzində "idman jurnalisti" kimi "Kommunist", "Ədəbiyyat və incəsənət", Moskvanın, Kiyevin axşam qəzetlərində, habelə "Ulduz" jurnalında onlarla futbol icmalları dərc olunmuşdur.
Mehriban Şahməmmədova
Mehriban Şahməmmədova (4 fevral 2006, Qalınçaq, Ağcabədi, Azərbaycan) — Azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Neftçi" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət milli yığmasının qapıçısı == Həyatı və Karyerası == Əslən Ağcabədidən olan Mehriban, İsmayıllı klubunda futbolun sirrlərini öyrənmişdir. 2022-ci ildə Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Mingəçevir" klubuna transfer oldu. Növbəti mövsümdən — 2023-cü ildən sonra Bakının "Neftçi" klubuna transfer olaraq, klubun əsas futbolçularından biri olmuşdur. 2023/2024-cü ildə, bu klubla birlikdə çempionluq əldə etmişdir. == Milli kadyerası == 2021-ci ildən 2022-ci ilə qədər U17 millisində çıxış etmişdir. 2022-ci ildən 2024-cü ilə qədər U19 millisində çıxış etdi. 2024-cü ildən Azərbaycanın qadınlardan ibarət A milli yığmasına dəvət aldı.

şahməmməd sözünün leksik mənası və izahı

"şahməmməd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şahməmməd nədir? #şahməmməd sözünün mənası #şahməmməd nə deməkdir? #şahməmməd sözünün izahı #şahməmməd sözünün yazılışı #şahməmməd necə yazılır? #şahməmməd sözünün düzgün yazılışı #şahməmməd leksik mənası #şahməmməd sözünün sinonimi #şahməmməd sözünün yaxın mənalı sözlər #şahməmməd sözünün əks mənası #şahməmməd sözünün etimologiyası #şahməmməd sözünün orfoqrafiyası #şahməmməd rusca #şahməmməd inglisça #şahməmməd fransızca #şahməmməd sözünün istifadəsi #sözlük