xanzadə sözü azərbaycan dilində

xanzadə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xanzadə • 55.5556%
  • Xanzadə • 44.4444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xanzadə Sultan
Xanzadə Zəhra Sultan və ya Xanzadə Osmanoğlu (19 sentyabr 1923, Konstantinopol – 19 mart 1998, Paris) — Osmanlı sülaləsinin üzvü. == Həyatı == Xanzadə Sultan 19 sentyabr 1923 tarixində ailəsinin yeni yaşamağa başladığı Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Şahzadə Ömər Fərrux Əfəndi son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu, anası Sabiha Sultan isə son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı idi. Xanzadə ailənin ortancıl qızı idi və özündən başqa Fatma Nəslişah və Nəcla adlı 2 bacısı vardı. 3 mart 1924 tarixli 431 saylı qanunla 6 aylıq Xanzadə Sultan ailəsiylə birlikdə sürgünə getdi. Uşaqlıq və gənclik illəri Fransanın Nitsa şəhərində keçdi. Burada bacıları və Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanım və Sultanzadə Əli bəylə birlikdə ögey ataları Mehmed Kamil bəy (Ənvər Paşanın qardaşı) tərəfindən Osmanlı türkcəsini öyrəndilər. 17 yaşı olanda, ailəsinin istəyilə Misirin kral ailəsindən olan Məhəmməd Əi İbrahimlə (d. 29 aprel 1900, Qahirə - ö. 2 iyul 1977, Paris) evləndi.
Kəlbəli xan Naxçıvanski (xanzadə)
Kəlbəli xan Naxçıvanski (1824, Naxçıvan – 1883, Naxçıvan) — Rusiya İmperiya Ordusunda azərbaycanlı süvari generalı (14 sentyabr 1874). O, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu, süvari generalı və general-adyutant Hüseyn xan Naxçıvanskinin atası, süvari generalı İsmayıl xan Naxçıvanskinin qardaşıdır. Onun adı bəzi rus mənbələrində Kalbalay xan Naxçıvanski deyə keçir. Naxçıvanskilər nəslinə mənsubdur. == Hərbi xidmətə başlaması == Kəlbəli Xan Naxçıvanski 14 yaşında ikən Peterburqdakı zadəgan uşaqlarına məxsus Paj korpusu məktəbinə verilmiş, lakin qəfildən xəstələndiyinə görə Naxçıvana qayıtmalı olmuşdur.. Sağlamlığını bərpa etdikdən sonra Kəngərli Süvari Alayında xidmətə başlamış və 1848-ci ildə artıq Kəngərli Süvari Alayınnı komandiri kimi Dağıstan yürüşündə iştirak etmidir. Kəlbəli xan ilk rütbəsini 1849-cu ildə almışdı. Rusiya imperiyasının Hərbiyyə Nazirliyi əmrində deyilirdi: Sankt Peterburq. 1849-cu ilin 31 martı. No.
Xanzadə Sultan (I Əhmədin qızı)
Xanzadə Sultan (1609, Konstantinopol – 23 sentyabr 1650, Konstantinopol) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı. == Həyatı == === Sultan Əhməd dövrü === Xanzadə Sultan 1609-cu ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Bəzi mənbələrdə anasının Mahfiruz Xədicə Sultan olduğu qeyd olunsa da, Sultan Osmanın taxta çıxması ilə Köhnə saraya sürgün olunan xanım sultanlar arasında olması bu iddianı təkzib edir. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1617-ci ilin noyabrında atası Sultan Əhmədin vəfat etməsiylə anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Atikə və Aişəylə birlikdə Köhnə saraya göndərildilər. === Sultan Murad dövrü === Əmisi Sulan Mustafanın və ögey qardaşı Sultan Osmanın qısa səltənətlərinin ardından doğma qardaşı Sultan Muradın 1623-cü ilin sentyabrında taxta çıxmasının ardından anası və bacıları ilə birlikdə yenidən Topqapı sarayında yaşamağa başladılar. Elə həmin tarixdə yeniçəri ağası Ladikli Bayram ağayla evləndirildi. Nigahın ardından vəzir rütbəsi alan Bayram Paşa üçün Üsküdarda bir saray təsis edildi. Həm Sultan Murad və taxt naibəsi olan anası Validə Mahpeykər Kösəm Sultana yaxınlığı, həm də Xanzadə Sultanın təsiriylə 2 fevral 1637-ci ildə Bayram Paşa sədarətə yüksəldi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2011 •••••• 0.09
2015 ••••••••••• 0.17

xanzadə sözünün leksik mənası və izahı

  • 1 is. [xan və fars. …zadə] Xan oğlu, xan balası, xan nəslindən olan adam. [İbrahim:] Bu saat hamı xanzadələrin, şahzadələrin qızları sənə həsəd aparır. Ə.Haqverdiyev. [Kəndlilər] Allaha pənah, hələ ki bu şəhərdən gələn xanzadələrin heç birindən xeyir iş baş verməyib – deyib qəzavü-qədərə bel bağladılar. Çəmənzəminli. [Cəmaləddin:] …O adama öz tərəfimdən izin verdim və onun sədaqətinə əminəm. Bu, kirmanlı Mirzə Rza adında bir xanzadədir. C.Cabbarlı.

    Azərbaycan dilinin izahlı lüğəti / xanzadə

xanzadə sözünün rus dilinə tərcüməsi

xanzadə sözünün inglis dilinə tərcüməsi

xanzadə sözünün fransız dilinə tərcüməsi

xanzadə sözünün ləzgi dilinə tərcüməsi

xanzadə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

xan oğlu, xan övladı, xan nəslindən olan.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"xanzadə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xanzadə nədir? #xanzadə sözünün mənası #xanzadə nə deməkdir? #xanzadə sözünün izahı #xanzadə sözünün yazılışı #xanzadə necə yazılır? #xanzadə sözünün düzgün yazılışı #xanzadə leksik mənası #xanzadə sözünün sinonimi #xanzadə sözünün yaxın mənalı sözlər #xanzadə sözünün əks mənası #xanzadə sözünün etimologiyası #xanzadə sözünün orfoqrafiyası #xanzadə rusca #xanzadə inglisça #xanzadə fransızca #xanzadə sözünün istifadəsi #sözlük