İmanzadə sözü azərbaycan dilində

İmanzadə

Yazılış

  • İmanzadə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ayaz İmanzadə
Hilal İmanzadə
Mübariz İmanzadə
Mübariz Şakir oğlu İmanzadə — Azərbaycanlı peşəkar diplomat və tərcüməçi. Mübariz İmanzadə 21 avqust 1943-cü ildə Şəki şəhərində anadan olmuşur. Atası Şakir İmanzadə orta məktəb müəllimi kimi fəaliyyət göstərmişdir. Anası Səidə İmanzadə görkəmli pedaqoq və tarixçi olmuş, Azərbaycanda qadın azadlığı hərakatında çox önəmli rol oynamışdır. Bacısı Taleə İmanzadə isə BDU və Bakı Slavyan Universitetində müəllim qismində çalışmışdır.[mənbə göstərin] Mübariz 1950–60-ci illərdə Bakı şəhəri 6 nömrəli orta məktəbdə oxumuşdur. Orta məktəbi bitirib, BDU-nun şərqşünasluq fakültəsinin hərbi tərcüməci kursuna qəbul edildi. Yaxşı oxuduğuna görə 3-cü kursdan onu xaricə, bilavasitə hərbi tərcüməçi qismində ezam etdilər. Moskvadan Bakıya gələn xüsusi komissiya 50 nəfərin içindən 3 nəfəri, o cümlədən, Mübarizi seçmişdi. Onları Moskvaya aparıb Xarici Dillər üzrə Hərbi İnstitutda 6 ay hərbi tərcüməçilərin xüsusi kursunda oxutdurduqdan sonra onu Suriyaya hərbi tərcüməçi göndərdilər. O vaxt Suriya ordusunda Sovetlərin hərbi müşavirləri fəaliyyət göstərirdi.
Səidə İmanzadə
Səidə İmanzadə (29 dekabr 1910, Nuxa – 1 may 1992) — Azərbaycanın pedaqoqu, Azərbaycan SSR-in Əməkdar Müəllimi. Səidə xanım İmanzadə 29 dekabr 1910-cu ildə Şəkidə doğulmuşdur. O, ailəsi ilə 1924-cü ildə Bakıya köçmüşdür. Yeni cəmiyyət quruculuğunun ilk dövründə öz həllini tələb edən ən mühüm ictimai problemlərdən biri də qadın azadlığı idi. Bu məqsədlə Bakı və onun rayonlarında onlarca qadın klubları, savad kursları yaradılmış və burada qadınlar arasında fəal ictimai-siyasi iş aparılırdı. Səidə xanım İmanzadə 1925-ci ildə Əmircan qəsəbəsində fəaliyyət göstərən "Qadın nümayəndələri iclası" adlanan təşkilatın fəal üzvlərindən biri olmuş, burada azərbaycanlı qadınlar arasında iş aparmış, qadınların hüqüq və imkanlarını onlara başa salmışdır. Elə ilk vaxtlardan Səidə xanım və onun kimi digər ictimaiyyətçi azərbaycanlı qadınların apardıqları iş öz müsbət nəticəsini verirdi. Səidə xanım İmanzadə ictimai fəaliyyəti ilə yanaşı, öz təhsilini davam etdirməyi də unutmamışdı. O, 1926-cı ildə Bakıda fəaliyyət göstərən "Türk sənaye məktəbi"nə daxil oldu. O zaman Azərbaycanda qadın azadlığı hərəkatının mərkəzi hesab edilən Əli Bayramov adına qadınlar klubunda 1928-ci ildən başladığı fəaliyyət Səidə xanımın ictimai həyatında yeni mərhələ oldu.
Rüstəm İmanzadə
Rüstəm Nazim oğlu İmanzadə (15 iyul 1998, Lənkəran) — Azərbaycanlı ağır atlet. Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyinin qalibi. Rüstəm İmanzadə 1998-ci il iyulun 17-də Lənkəran şəhərində anadan olub. "Zirvə" İdman Klubunun gənc, eyni zamanda çox təcrübəli məşqçisi Qasımov Anarın rəhbərliyi altında məşqlərə başlayan gənc atlet ilk yarışlardan özünü yaxşı tərəfdən göstərə bilib. Klubun zona, final və kubok yarışlarında, həmçinin respublika birinciliklərində uğur qazanan İmanzadə, 2013-cü ilin sentyabrında böyük beynəlxalq qələbəyə də imza atıb. Rüstəm İmanzadə 2009-cu ildən 2014-cü ilə qədər hər il respublika çempionatlarının qalibi olub. Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa birinciliyində, yaşı 15-ə qədər olan oğlanların yarışında Rüstəm İmanzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gənc atlet yarışda ilk yanaşmasında 95 kq sifariş verərək onu rahatlıqla qaldırıb. Bu isə bu hərəkətdə qızıl medal qazanmaq üçün yetərli olub. Toplamda 233 kq (103 kq + 130 kq) nəticə nümayiş etdirən Rüstəm Avropa çempionu olub.

"imanzadə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#imanzadə nədir? #imanzadə sözünün mənası #imanzadə nə deməkdir? #imanzadə sözünün izahı #imanzadə sözünün yazılışı #imanzadə necə yazılır? #imanzadə sözünün düzgün yazılışı #imanzadə leksik mənası #imanzadə sözünün sinonimi #imanzadə sözünün yaxın mənalı sözlər #imanzadə sözünün əks mənası #imanzadə sözünün etimologiyası #imanzadə sözünün orfoqrafiyası #imanzadə rusca #imanzadə inglisça #imanzadə fransızca #imanzadə sözünün istifadəsi #sözlük