Banqladeşin sözü azərbaycan dilində

Banqladeşin

Yazılış

  • Banqladeşin • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Banqladeşin dövlət quruluşu
Banqladeşin dövlət quruluşu - 1972-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemidir. == Dövlət quruluşu == Banqladeş parlament formasında idarəetmə üsuluna malik respublikadır . Milli bayram günü olan müstəqillik günü (1971) 26 mart tarixində qeyd olunur. Ölkə Konstitusiyası 4 noyabr 1972-ci ildən qüvvədədir. == Dövlət başçısı == Əsasən mərasim funksiyalarını yerinə yetirən Prezident Parlament tərəfindən 5 il müddətinə seçilir. Konstitusiyaya görə, eyni zamanda silahlı qüvvələrin ali baş komandanı sayılan dövlət başçısı, Banqladeş Respublikasının xarici siyasətinin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilməsinə nəzarət etmək, zəruri hallarda Milli Assambleyanı çağırmaq və buraxmaq, fövqəladə vəziyyət elan etmək, Parlamentlə razılaşdırmadan Ali Məhkəmənin üzvlərini və aşağı instansiya məhkəmələrinin hakimlərini təyin etmək səlahiyyətlərinə malikdir. Banqladeşdə unikal sistem kimi tətbiq olunan “Müvəqqəti hökumətin” (seçkilərin keçirilməsinə və hakimiyyətin ötürülməsinə məsuliyyət daşıyır) keçid hakimiyyəti dövründə dövlət başçısının səlahiyyətləri genişlənir, digər hallarda isə real hakimiyyət Prezidentin təyin etdiyi Baş nazirin əlində cəmlənir. Bu zaman, dövlət başçısı səlahiyyətlərinin böyük bir qisminin icrasını Baş nazirin məsləhətinə uyğun olaraq həyata keçirir. == Qanunverici hakimiyyət == Banqladeşin ali qanunverici orqanı bir palatadan – ümumi və bərabər seçki əsasında gizli səsvermə yolu ilə 5 il müddətinə seçilən 345 üzvü olan Milli Assambleyadan (Jatio Sanqşad) ibarətdir. Parlamentdə 45 deputat yeri birmandatlı dairələrdən seçilən qadın deputatlar üçün nəzərdə tutulmuşdur.
Banqladeşin kişilərdən ibarət milli basketbol komandası
Banqladeşin kişilərdən ibarət milli basketbol komandası — Banqladeşi beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Banqladeş Basketbol Federasiyası 1978-ci ildən FİBA-nın üzvüdür.. == Tarixi == 1971-ci ilədək Banqladeş Pakistanın Şərqi Pakistan adlanan vilayətini təşkil etdiyindən Banqladeş basketbolçuları kişilərdən ibarət Pakistan basketbol komandasının tərkibində çıxış etmişlər. Banqladeş yığması Asiyanın ən zəif komandalarından biridir. Komanda basketbol üzrə Asiya çempionatında ilk dəfə 1979-cu ildə debut etmiş,, Banqladeş yığması sonuncu — 13-cü yeri tutmuşdur.. Sonralar komanda daha üç dəfə Asiya birinciliyində iştirak etmiş, lakin heç bir qələbə qazanmayaraq hər dəfə turniri sonuncu yerdə başa vurmuşdur.. 2010-cu ildə Cənubi Asiya oyunlarının basketbol turnirində basketbol komandası 3-cü yeri tutmuşdur.. Basketbol üzrə Banqladeşin kişilərdən ibarət basketbol komandası basketbol üzrə dünya çempionatında və olimpiya oyunlarında iştirak etməmişdir.

"banqladeşin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#banqladeşin nədir? #banqladeşin sözünün mənası #banqladeşin nə deməkdir? #banqladeşin sözünün izahı #banqladeşin sözünün yazılışı #banqladeşin necə yazılır? #banqladeşin sözünün düzgün yazılışı #banqladeşin leksik mənası #banqladeşin sözünün sinonimi #banqladeşin sözünün yaxın mənalı sözlər #banqladeşin sözünün əks mənası #banqladeşin sözünün etimologiyası #banqladeşin sözünün orfoqrafiyası #banqladeşin rusca #banqladeşin inglisça #banqladeşin fransızca #banqladeşin sözünün istifadəsi #sözlük