balaca sözü azərbaycan dilində

balaca

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • balaca • 79.4780%
  • Balaca • 20.2885%
  • BALACA • 0.2335%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 25.34 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 51.39
2003 •••••• 12.99
2004 •••••••• 19.88
2005 ••••••••• 22.27
2006 ••••••••••• 27.70
2007 ••••••••• 22.41
2008 ••••••••••• 25.82
2009 ••••••••••••• 31.04
2010 •••••••••••••••• 38.94
2011 •••••••••••••• 35.52
2012 ••••••••••• 26.50
2013 ••••••••••••••••••• 47.12
2014 •••••••••••••• 35.35
2015 ••••• 11.74
2016 ••••••••• 21.69
2017 •••••• 14.15
2018 •••• 9.59
2019 •••••• 12.94
2020 •••• 10.08

balaca sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Həcmcə, boyca, ölçücə kiçik, xırda (böyük müqabili). Balaca barmaq. Balaca bina. Balaca otaq. Balaca qutu. Balaca adam. Balaca ağac. – Məcid indi torpaq payını almış və özünə balaca təsərrüfat düzəltmiş bir kəndli idi. B.Talıblı. Məhəccər boyu dairə şəklində balaca bostanın dövrəsini bürümüş gül-çiçək elə uzaqdan da qızarışırdı. M.Hüseyn. Qocanın balaca pəncərəsi qalın meşəyə tərəf açılırdı. S.Rəhimov. İndi bu balaca kəndciyəz Dilara üçün … Bakı qədər əzizdir. Ə.Məmmədxanlı. 2. Sayca, miqdarca az, azacıq, cüzi. Balaca dəstə. Balaca bir məbləğ ayırmaq. 3. Azyaşlı, xırdaca, kiçik. Balaca qız hələ məktəbə getmir. – Balaca, yastıburun … Zivər gəlib, Kərimin qucağında oturdu. M.İbrahimov. // İs. mənasında. Uşaq. Balacanı bazara göndər. Bəs balaca haradadır? Balacanı da özümlə aparacağam. Balacanın neçə yaşı var? // Balaca uşağa müraciət. Balaca, bir bəri bax! 4. Əhəmiyyətsiz, cüzi, yüngülvari; bir qədər, bir az. Balaca dəyişiklik. Balaca rol. Balaca narazılıq. Mənə balaca soyuq dəyibdir. Aramızda balaca mübahisə oldu. Balaca bir iş üstə küsüşdülər. // Zərf mənasında. Balaca tərləmək. Balaca yeyib, içdik. Balaca gözlə. 5. Bəzən bir sözü ilə: bir balaca – azacıq, bir az, bir qədər. Bir balaca gözlə. Sənə bir balaca sözüm var. Sizə bir balaca işim düşüb.

    Azərbaycan dilinin izahlı lüğəti

balaca sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 3 BALACA Qocanın balaca pəncərəsi qalın meşəyə tərəf açılırdı (S.Rəhimov); BALA Tamam ağ bədənin güldən əladır; Qamətindir sənubərdən, bala qız (M.P.Vaqif); CIQQILI (dan.) Kiçikdir hələ qız, boyu Cıqqılı; Amandır, axund, söyləmə “vaqqulu” (M.Ə.Möcüz); XIRDA Xırda təpələri sellər oyanda; Əsər bu həmləyə dağlar da zağ-zağ (B.Vahabzadə); KİÇİK Qapıçı kiçik pəncərədən [Nəbinin] nə istədiyini xəbər alır (“Qaçaq Nəbi”); UFAQ ..Ufaq daxmada Qızxanım adlı bir qadın yaşayırdı (S.S.Axundov).

    Azərbaycan dilinin sinonimlər lüğəti

balaca sözünün antonimləri (əks mənalı sözlər)

balaca sözünün rus dilinə tərcüməsi

  • 1 1. маленький, небольшой; 2. малыш, малолетний, меньшой;

    Azərbaycanca-rusca lüğət
  • 2 прил. маленький: 1. незначительный по величине. Balaca şəhər маленький город, balaca meydança маленькая площадка 2. небольшого роста. Balaca adam маленький человек 3. короткий. Balaca nağıl маленькая сказка 4. небольшой по количеству, немногочисленный. Balaca dəstə маленький отряд 5. разг. незначительный по силе, по степени проявления. Bütün yay ərzində bir balaca yağış yağdı (düşdü) ki, o da zorla tozu yatırtdı за всё лето выпал один маленький дождь, который едва прибил пыль 6. не имеющий существенного значения. Balaca mübahisə маленький спор 7. малолетний. Balaca qız маленькая девочка II сущ. малыш. Balacanı gəzməyə aparmaq взять малыша на прогулку III нареч. немного. Balaca işləyib gəlirəm немного поработаю и приду, bu əhvalatı balaca eşitmişəm я немного слышал об этом случае ◊ bir balaca немного; balacadan böyüyə qədər от мала до велика

    Azərbaycanca-rusca lüğət

balaca sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. baby, child; Balaca fincanı sındırıb The baby has broken the cup II. s. 1. little, small; ~ qız a little / a small girl; 2. slight; ~ fərq a slight difference; ~ ağrı a slight pain

    Azərbaycanca-ingiliscə lüğət

balaca sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. petit, -e, moindre adj (daha balaca) ; exigu (f exiguë), de petite taille (~ boylu) ; court, -e ; peu nombreu||x, -se ; insignifiant, -e (az əhəmiyyəti olan) ; jeunet

    Azərbaycanca-fransızca lüğət

balaca sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. гъвечӀи; balaca adam гъвечӀи (аскӀан) кас; balaca qutu гъвечӀи кьвати; 2. куьлуь, бицӀи; balaca daş гъвечӀи къван; 3. сущ. гъвечӀиди, аял; 4. са тӀимил, са кьадар, са гъвечӀи; balaca tərləmək са тӀимил гьекь хьун; bir balaca са тӀимил, тӀимил кьван, са кьадар.

    Azərbaycanca-ləzgicə lüğəti

balaca sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

kiçik, ən kiçik qız, balaca qız.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"balaca" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#balaca nədir? #balaca sözünün mənası #balaca nə deməkdir? #balaca sözünün izahı #balaca sözünün yazılışı #balaca necə yazılır? #balaca sözünün düzgün yazılışı #balaca leksik mənası #balaca sözünün sinonimi #balaca sözünün yaxın mənalı sözlər #balaca sözünün əks mənası #balaca sözünün etimologiyası #balaca sözünün orfoqrafiyası #balaca rusca #balaca inglisça #balaca fransızca #balaca sözünün istifadəsi #sözlük