Balakişi sözü azərbaycan dilində

Balakişi

Yazılış

  • Balakişi • 99.6124%
  • balakişi • 0.3876%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Balakişi Hüseynov
Balakişi Qasımov
Balakişi Qasımov (azərb. Balakişi (Balaş) Ələkbər oğlu Qasımov‎; d. 20 oktyabr 1978, Bakı) — İctimai Televiziyanın baş direktoru (2018-ci ildən), "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüseri, GameTV.az prodüser mərkəzinin rəhbəri. == Bioqrafiyası == Bakı şəhər 1 saylı orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirmişdir. == "Nə? ==
Balakişi Vəliyev
Balakişi Vəliyev (tam adı: Vəliyev Balakişi Əhməd oğlu; 7 noyabr 1927, Xoşkeşin, Naxçıvan MSSR – 12 iyul 2001, Bakı) — həkim, terapevt. Tibb elmlər doktoru, professor == Həyatı == Vəliyev Balakişi Əhməd oğlu 7 noyabr 1927-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. === Vəfatı === 12 iyul 2001-ci ildə Bakı şəhərində vəfat edib. === Təhsili === 1953-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 17 il Qazaxıstanın Çimkənd vilayətinin tibb müəssisələrində, Qazaxıstan Elmlər Akademiyası Mahal Peşə Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda işləmişdir. 1971-ci ildən Azərbaycan Dövlət Tibb Universitetində assisent, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1993-cü ildən II daxili xəstəliklər kafedrasının professoru idi. 1974–80-ci illərdə Bakının baş terapevti olmuşdur. Qurğuşunla zəhərlənmə xəstəliklərinin patogenezinə və müalicəsinə dair tədqiqatların, o cümlədən 2 monoqrafiyanın,80-dək elmi işin, həmçinin metodik vəsiatlərin müəllifidir. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Balakişi bəy Ərəblinski
Ərəblinski Balakişi bəy Əli bəy oğlu (30 avqust 1828 və ya 1828, Zaqatala rayonu – 1 yanvar 1902, Dərbənd, Dağıstan vilayəti) — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant. == Həyatı == Balakişi bəy Ərəblinski 1828-ci ildə Zaqatala mahalının Tala kəndində anadan olmuşdur. Mahal naibi Əli bəyin ailəsində böyüyən Balakişi bəy Sankt-Peterburqdakı birinci dərəcəli kadet korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi almışdır. Müxtəlif hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşarında Polkovnik-leytenant rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir. General-leytenant B. Ərəblinski Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan Azərbaycan oğlu idi. 1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə başçılıq etmişdir. Yerli əhali arasındakı gözəl insani keyfiyyətləri ilə hədsiz hörmət qazanmış general-leytenant Balakişi Ərəblinskinin şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı kənd və stansya indi də onun adını daşıyır. O, 1902-ci ilin yanvarında vəfat etmiş və Dərbəndin qədim müsəlman qəbiristanlığında dəfn olunmuşdur. == Ailəsi == Hazırda general-leytenant Ərəblinskinin iki nəvəsi: Fatma xanım və Həyat Abdullayevlər, qohumlarından Bəhruz Xalid oğlu Ərəblinski və ailəsi Bakıda yaşayırlar.
Bəxtiyar Balakişiyev
Dürdanə Balakişiyeva
Dürdanə Balakişiyeva (d. 7 iyun 1976, Bakı) — Eksperimental astrofizika sahəsində gənc alim, Florida Universitetinin azərbaycanlı professoru. Dürdanə Balakişiyeva 1976-cı il iyunun 7-də Bakıda anadan olub. Bakıda 189 nömrəli tam orta məktəbin ingilis təmayüllü xüsusi sinfində təhsil alıb. Orta məktəbdə oxuyarkən kollecdə tibb kursunu keçməklə yanaşı, tennis üzrə çempionatın qalibi olub. D. Balakişiyeva 15 yaşında orta məktəbi əla qiymətlərlə bitirib. Daha sonra ali təhsilini Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində davam etdirib. Fizika ixtisası üzrə İtaliyanın Triest şəhərindəki əsası pakistanlı nəzəri fizik, Nobel mükafatı laureatı Əbdüs Salam tərəfindən qoyulmuş Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) təqaüdünü qazanıb. Yüksək enerji fizikası üzrə magistr diplomu alıb. Alim 2001-ci ildə Nyu-Yorkdakı Syrakus Universitetində (ing.
Kamil Balakişiyev
Kamil Balakişiyev (20 sentyabr 1906, Bakı – 22 noyabr 1973, Bakı) — Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim, Azərbaycanda elmi anatomiyanın banisi, uzun illər qayğıkeş pedaqoq, bacarıqlı təşkilatçı kimi insan anatomiyası kafedrasının müdiri vəzifəsində çalışmış əməkdar elm xadimi, tibb elmləri doktoru, professor. Kamil Əbdülsalam oğlu Balakişiyev 1906-cı il sentyabr ayının 20-də Bakının Novxanı kəndində anadan olmuşdur. O, orta təhsilini ikinci dövlət kişi gimnaziyasında almış, 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. Hələ ikinci kurs tələbəsi ikən pedaqoji və elmi-tədqiqat işlərinə ciddi maraq göstərdiyinə görə insan anatomiyası kafedrasına qəbul olunmuşdur. Onun fitri istedadı kafedra rəhbərliyinin diqqətini cəlb etmiş və bir qədər sonra insan anatomiyası fənni üzrə sərbəst surətdə məşğələlər aparmasına icazə verilmişdir. Beşinci kurs tələbəsi olarkən K. Balakişiyev öz müəllimi A. Valenkaya ilə birlikdə rus dilində "Osteologiya üzrə praktik məşğələlərə rəhbərlik" adlı dərs vəsaiti yazmış və həmin vəsait 1926-cı ildə çap olunmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində isə o, Azərbaycan dilində latın qrafikası ilə silsilə dərslik və dərs vəsaitləri çap etdirərək ölkə anatomiyası tarixində yeni səhifə açmışdır. 1930-cu ildə 24 yaşında elmi-pedaqoji fəaliyyətindəki xidmətlərinə görə K. Balakişiyev privat-dosent elmi adına layiq görülmüşdür. O, praktik məşğələlər aparmaqla yanaşı, tələbələrə həm rus, həm də Azərbaycan dilində normal anatomiya fənni üzrə mühazirələr oxumağa başlamışdır. Hələ tələbəlik illərindən ardıcıl olaraq elmi-tədqiqat işləri ilə məşğul olan alimə 1935-ci ildə dövri mətbuatda çap etdirdiyi sanballı elmi-tədqiqat işlərinin nəticələrinə görə tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir.
Nadir Balakişiyev
Nadir Balakişiyev — Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi (1962-1971). Balakişiyev Nadir Ağadayı oğlu 1930-cu il fevralın 2-də Bakı şəhərində anadan olmuşdur. Məktəbi fərqlənmə ilə bitirib Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. Birinci kursun axırlarında atasını itirən 19 yaşlı Nadir Balakişiyev ailəsinin bütün məsuliyyətini öz çiyinlərinə götürür və beləliklə o, hələ tələbəlik illərində əmək fəaliyyətinə başlayaraq mühəndis-energetik vəzifəsinə işə düzəlir. 1953-cü ildə institutu bitirən Nadir Balakişiyevə Dövlət Nəzarəti Nazirliyində işləmək məsləhət görülür. 1961-ci ilin yanvarında Azərbaycan KP MK-nın təşkilat işi şöbəsində məsul təşkilatçı vəzifəsinə təyin edilir. 1962-ci ildən Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1971-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici turizm idarəsinin rəisi vəzifələrində çalşıb. 1978-1990-cı illərdə ixtisası üzrə, 1991-1997-ci illərdə isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru işləyib. İki dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1964-cü ildə isə Azərbaycan KP MK üzvü seçilib. 1966-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Sov.İKP XXIII qurultayının işində iştirak edib.
Qara Balakişiyev
Rövşən Balakişiyev
Xəyal Balakişiyev
Zamin Balakişiyev
İbrahim Balakişiyev
Balakişiyev İbrahim Əbdülsalam oğlu — "Səhiyyə əlaçısı" (1961), "Azərbaycan SSR Əməkdar həkimi" (1968). İbrahim Balakişiyev 1916-cı il mayın 5-də Novxanıda anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Sentyabr ayına kimi poliklinikada həkim vəzifəsində çalışmış, oradan da Sovet Ordusu sıralarına getmişdir. 1941–1942-ci illərdə Pribaltika Səyyar Səhra hospitalı filialının rəisi vəzifəsində xidmət edib. Ərazi işğal olunduqdan sonra 1942–1943-cü illərdə Leninqrad vilayətində partizan briqadasının hospitalına rəhbərlik edib. Vilayət düşməndən azad olunandan sonra ona Leninqrad şəhəri Novoselsk rayon şəhiyə şöbəsinin müdiri vəzifəsi təklif edilib. Lakin o, faşist işğalçıları ilə mübarizə aparmağa üstünlük verib, döyüçən ordunun tərkibində müharibənin sonuna qədər Qatçinsk diviziyası 201-ci Tibbi Sanitar Batalyonunda hospital rotasının rəisi vəzifəsində xidmət edib. "Qırmzı Ulduz" və "Vətən müharibəsi" ordenləri ilə təltif edilmişdir. Müharibədən sonra N. Nərimanov adına ATİ-nun dəri-zöhrəvi xəstəliklər kafedrasında klinik ordinaturanı bitirib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.96 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••• 0.39
2004 •• 0.34
2005 •••• 0.67
2006 •••••••• 1.35
2007 •• 0.21
2008 ••• 0.49
2009 •••••••• 1.28
2010 •••••••••••• 1.91
2011 ••••••••• 1.46
2012 •• 0.26
2013 ••• 0.44
2014 ••••• 0.69
2016 •• 0.17
2017 •••••• 0.98
2018 •••••••••• 1.65
2019 ••••••••• 1.39
2020 •••••••••• 1.59

balakişi sözünün leksik mənası və izahı

"balakişi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#balakişi nədir? #balakişi sözünün mənası #balakişi nə deməkdir? #balakişi sözünün izahı #balakişi sözünün yazılışı #balakişi necə yazılır? #balakişi sözünün düzgün yazılışı #balakişi leksik mənası #balakişi sözünün sinonimi #balakişi sözünün yaxın mənalı sözlər #balakişi sözünün əks mənası #balakişi sözünün etimologiyası #balakişi sözünün orfoqrafiyası #balakişi rusca #balakişi inglisça #balakişi fransızca #balakişi sözünün istifadəsi #sözlük