Atakişi sözü azərbaycan dilində

Atakişi

Yazılış

  • Atakişi • 99.1228%
  • ATAKİŞİ • 0.8772%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atakişi bəy Mərdanbəyov
Atakişi bəy Mərdan bəy oğlu Mərdanbəyov (1825-1881) —çar ordusunun zabiti == Həyatı == Atakişi bəy Mərdan bəy oğlu 1825-ci ildə Qarabağın Qaraçorlu mahalının Əliyanlı camaatının Qalalı kəndində olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. 1 may 1845-ci ildə çar ordusunda, Zaqafqaziya Müsəlman Atlı alayında xidmətə başlamışdı. 23 fevral 1851-ci ildə çarın Leyb-qvardiyasına daxil edilmişdi. 12 dekabr 1852-ci ildə vəkil rütbəsi almışdı. 1849-cu ilin 27 maydan 9 sentyabradək macarların qiyamının yatırılmasında iştirak etmişdi. Georgi lentli gümüş medalla təltif olunmuşdu. Atakişi bəy Mərdanbəyov praporşik rütbəsi almışdı. 1863-cü ilə bağlı qaynaqda kornet rütbəsi daşıdığı haqda bilgi var. Ordudan tərxis olduqdan sonra doğma kəndinə qayıtmışdı.
Elçin Atakişiyev
Elçin Atakişiyev (tam adı: Elçin Arif oğlu Atakişiyev; 31 oktyabr 1968 – 11 fevral 1994) — azərbaycanlı şair, qəzəlxan, meyxanaçı. == Həyatı == Elçin Arif oğlu Atakişiyev 31 oktyabr 1968-ci ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. Atası Arif kəndin sayılıb seçilən xanəndələrindən biri idi. Arif muğam və qəzəllərin mahir bilicisi idi. Atasının şeirə, qəzələ və muğama olan dərin biliyindən bəhrələnərək Elçin gənc yaşlarından şeiriyyata həvəs göstərdi. 1975-ci ildə Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbə daxil olmuşdur. Elə məktəb illərindən Elçində şeiriyyata həvəs oyanmışdır. Məktəbi bitirdikdən sonra Elçin artıq püxtələşmiş şair idi. Bir müddətdən sonra Elçin hərbi xidmətə yollandı. İki qardaşı var: Faiq və Şahin.
Firdovsi Atakişiyev
Atakişiyev Firdovsi Nurəddin oğlu (7 iyun 1970) — Azərbaycan aktyoru, Azərbaycan Respublikası Əməkdar Artisti (2008), Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru (1992-ci ildən). == Həyatı == Firdovsi Nurəddin oğlu Atakişiyev 1970-ci il iyunun 7-də anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsində Nəsir Sadıqzadənin kursunu bitirib. Elə həmin ildən bu günədək Səməd Vurğun adına Rus Dram Teatrında aktyor vəzifəsində işləyir. Lider TV-də "Bakımız" layihəsinin aparıcısı olmuşdur. 28 oktyabr 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə, o cümlədən "Sənətkarın taleyi" tamaşasında canlandırdığı Ərəblinski obrazına görə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Fərhad Atakişiyev (şəhid)
Hüseynağa Atakişiyev
Hüseynağa Ağahüseyn oğlu Atakişiyev (8 sentyabr 1949, Bakı – 9 aprel 2006, Bakı) — Azərbaycan aktyoru və teatr rejissoru, Azərbaycan Dövlət Gənclər Teatrının təsisçisi, bədii rəhbəri və direktoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1982). == Həyatı == Hüseynağa Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda Çəmbərəkənd məhəlləsində yoxsul bir ailədə anadan olmuşdur. Atası Ağahüseyn Atakişiyev sürücü, anası İranida Atakişiyeva evdar xanım idi. Üç uşaqlı ailənin (bir qız, iki oğul) böyük oğlu olan Hüseynağa Atakişiyev altı yaşında olarkən anasını itirir. Anasının ölümündən sarsılan aktyor evdən qaçır, yalnız bir neçə gün sonra onu tapmaq mümkün olur. Hüseynağa Atakişiyev yoxsul ailədə böyüdüyü üçün 12–13 yaşlarından işləməyə məcbur olmuşdur. Lakin təhsilini yarımçıq qoymamış, orta təhsilini başa vurduqdan sonra M. Əliyev adına İncəsənət İnstitutuna qəbul olmuşdur. Burada 4 il boyunca teatr professoru Mehdi Məmmədovdan aktyor sənətini öyrənir. == Fəaliyyəti == Hüseynağa Atakişiyev 1975-ci ildə universiteti bitirdikdən sonra dostu, Moskva Teatr İnstitutunun məzunu Vaqif Abbasovla birlikdə Şəkiyə gedir. O, Şəki Dövlət Teatrında aktyor kimi işə başlayır.
Kamil Atakişiyev
Ləman Atakişiyeva
Ləman Həsən qızı Atakişiyeva (3 avqust 1933, Bakı – 2015) — Azərbaycan dirijoru, xormeyster, Azərbaycan Dövlət Konservatoriyasının professoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). Ləman Atakişiyeva 1976–1989-cu illərdə Azərbaycan Xor cəmiyyətinin nəzdində fəaliyyət göstərən kamera xorunun təşkilatçısı və bədii rəhbəri olmuşdur. == Həyat və yaradıcılığı == Ləman Atakişiyeva 3 avqust 1933-cü ildə Bakıda pedaqoqlar — Həsən Atakişiyev və Səkinə Terequlovanın ailəsində anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbdə almış, 1951-ci ildə buranı bitirmişdir. Daha sonra konservatoriyanın xor dirijorluğu şöbəsində L. V. Frolova sinfini bitirmişdir. 1955-ci ilin mayında A. Yurlov tərəfindən təşkil olunmuş II mahnı bayramının baş dirijoru təyin olunmuşdur. L. Atakişiyeva 1956-cı ildə konservatoriyada pedaqoji fəaliyyətə başlamış və 1961-ci ildə baş müəllim vəzifəsinə keçmişdir. Həmin il konservatoriyanın nəzdində yeni yaradılmış opera studiyasında işləməyə başlamış və 12 il ərzində studiyanın xoruna rəhbərlik etmişdir. Ləman Atakişiyeva 1966–1969-cu illərdə öz təhsilini Qnesinlər adına Moskva Musiqi-Pedaqoji İnstitutunun aspiranturasında davam etdirmiş, Moskvadan qayıtdıqdan sonra konservatoriyada xor dirijorluğu kafedrasının dosenti vəzifəsində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə yaradılmış Xor cəmiyyətinin nəzdində Kamera xorunun bədii rəhbəri təyin edilmişdir.
Mirzə Atakişiyev
Müşfiq Atakişiyev
Atakişiyev Müşfiq Cəmil oğlu (22 aprel 1966, Ağaməmmədli, İmişli rayonu) — iqtisad elmləri doktoru, professor. 2000-ci ildən Beynəlxalq İnformatizasiya Akademiyasının həqiqi üzvü, AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru, AMEA İqtisadiyyat İnstitutu Müdafiə Şurasının üzvü, AMEA İqtisadiyyat İnstitutunun "İqtisadi Artım və İctimai Rifah" jurnalının baş redaktor müavinidir. Müşfiq Atakişiyev 1966-cı ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olmuşdur. Orta təhsilini orada bitirdikdən sonra, Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1990-cı ildə həmin institutun "İqtisadçı mühəndis" fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, ali təhsilini başa vurduqdan sonra, təyinatla həmin fakültədə stajyor kimi saxlanılmışdır. Elmi fəaliyyətini davam etdirərək 1996-cı ildə "Neft qaz quyularının istehsal gücündən istifadənin səmərəliliyinin artırılmasının ehtiyat mənbələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1996-cı ildən "Neft və Qaz Sənayesinin İqtisadiyyatı" kafedrasında dosent vəzifəsində fəaliyyət göstərmişdir. 1999-cu ildə "Neftçıxarmada istehsal potensialından istifadənin iqtisadi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildən Azərbaycan Ali Attestasiya komissiyasının qərarı ilə professor adına layiq görülmüşdür.
Mətanət Atakişiyeva
Mətanət Ağazair qızı Atakişiyeva (16 may 1962, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikanın Əməkdar artisti (2002). Mətanət Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrın səhnəsində çox sayda tamaşada rol almışdır. Bundan başqa aktrisa bir neçə teletamaşada və filmdə çəkilmişdir. M. Atakişiyeva 2002-ci ildə Azərbaycan Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ilin mayında teatr sahəsindəki xidmətlərinə görə "Humay" milli mükafatını almışdır. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. İblis (H. Cavid) — qaraçı Atabəylər (N. Həsənzadə) — kəniz Sehrli alma (Y. Lada) — dayə Nişanlı qız (S. Rəhman) — Qəmər Od gəlini (C. Cabbarlı) — 2-ci qız Ah, Paris… Paris!..
Natiq Atakişiyev
Natiq Atakişiyev (15 fevral 1939, Bakı) — professor, azərbaycanlı fizik, riyaziyyatçı, əməkdar elm xadimi. Natiq Atakişiyev 1939-cu il fevralın 15-də Bakıda anadan olub. Atası – Atakişiyev Məmməd Atakişi oğlu – orta məktəb müəllimi, anası – Mehdiyeva Nərgiz Abulxalıq qızı – 1 saylı Bakı şəhər poliklinikasında həkim işləmişdir. 1956-cı ildə 6 sayli Bakı şəhər orta məktəbini bitirərək, həmin il Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Natiq Atakişiyev 1961-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Azərbaycan SSR Elmlər Akademiyasının Fizika institutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə, Azərbaycan SSR Elmlər Akademiyasında aspiranturaya daxil olaraq, 1964–1967-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna (Dubna şəhəri, Rusiya) ezamiyyətə göndərilmişdir. Aspiranturanı bitirdikdən sonra, 1967–1972-ci illlərdə, Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1971-ci ildə Rusiyada Serpuxov adına Fizika İnstitutunda "Normallaşmış sahə nəzəriyyələrində Qrin funksiyalarının tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1972–1983-cü illərdə Azərbaycan SSR EA Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev (film, 2015)
Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə kinorejissor, operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyevin xatirəsinə həsr olunur. Filmdə "Bir ailə", "Arşın mal alan", "Fətəli xan", "Doğma xalqıma", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Bir qalanın sirri", "Bizim küçə", "Sehrli xalat", "İstintaq davam edir", "Qərib cinlər diyarında" filmlərinin kadrlarından istifadə edilmişdir. Xronoloji: Filmdə "Arşın mal alan" filminin ekranlara 1944-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1945-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Uzaq sahillərdə" filminin ekranlara 1957-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1958-ci ildə ekranlara çıxmışdı. Xronoloji: Filmdə "Bir qalanın sirri" filminin ekranlara 1958-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 1959-ci ildə ekranlara çıxmışdı.
Qorxmaz Atakişiyev
Rafiq Atakişiyev
Rafiq Qasım oğlu Atakişiyev (20 may 1940 – 27 sentyabr 2012) — teatr rejissoru, aktyor, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000). R.Atakişiyev 1968-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Rejissorluq" fakültəsini bitirmişdir. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayaraq baş rejissor kimi teatrın yaradıcılarından biri olmuşdur. 1976-1978-ci illərdə Moskva şəhəri Mayakovski adına Akademik Dram Teatrında rejissor-stajor işləmişdir. 1978-ci ildən 1989-cu ilə qədər Musiqili Komediya Teatrında quruluşçu rejissor işlədiyi müddətdə O.Kazımovun "Qızıl toy", E.Sabitoğlunun "Nəğməli Könül",(Azərbaycan bölməsi) Kolkar "Nəsrədinin Bağdada səyahəti"Ofentaxın "Fransız qonaq" və sair quruluşları olmuşdur. 1978-90-cı illərdə teatrla yanaşı İncəsənət və Mədəniyyət Universitetində əvvəl baş müəllim, dosent kimi pedaqoji fəaliyyəti ilə məşğul olmuşdur. O, teatr sənətçilərinə həsr olunmuş (T.Kazımovun yaradıcılığına həsr olunmuş monoqrafiya), "Rejissor teatra gəlir"və sair çox saylı kitabların müəllifidir. 1990-ci ildən 1999-cu ilə qədər Akademik Milli Dram Teatrında Sərəncamçı direktor işləmişdir. 1999-2005-ci illər Gənc tamaşaçılar teatrında quruluşçu rejissor işləmişdir. 1999-cu ildən ömrünün sonuna qədər Gəncə Dövlət Dram Teatrının bədii rəhbər direktoru vəzifəsində çalışmışdır.
Rafiq Atakişiyev (I)
Rauf İsrafil oğlu Atakişiyev (15 iyul 1925 – 3 fevral 1994) — müğənni, lirik tenor, pianoçu, pedaqoq. Azərbaycan SSR xalq artisti (1967). Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur. Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş "Arşın mal alan" filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir. Lenski ("Yevgeni Onegin", P.Çaykovski), Alfred ("Traviata", C.Verdi), Almaviva ("Sevilya bərbəri", C.Rossini), Faust ("Faust", Ş.Quno), Balaş ("Sevil", F.Əmirov) partiyalarını ifa etmişdir. Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Teatrda Əsgər ("Arşın mal alan"), Faust ("Faust"), Qraf Almaviva ("Sevilya bərbəri", Coakkino Rossini), Knyaz Sinoda ("Demon", Anton Rubinşteyn), Hofman ("Hofmanın nağılları", Jak Offenbax), Malxaz ("Daisi", Zaxari Paliaşvili), Alfred ("Traviata", Cüzeppe Verdi), Edmond ("Kornevil zəngləri", Rober Plaket), Anatoli ("İnsanın taleyi") partiyalarını oxuyub. Rəşid Behbudovun ifasında daha çox məşhur olan "Я встретил девушку" mahnısının ilk ifaçısıdır.
Ramiz Atakişiyev
Rauf Atakişiyev
Rauf İsrafil oğlu Atakişiyev (15 iyul 1925 – 3 fevral 1994) — müğənni, lirik tenor, pianoçu, pedaqoq. Azərbaycan SSR xalq artisti (1967). Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur. Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş "Arşın mal alan" filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir. Lenski ("Yevgeni Onegin", P.Çaykovski), Alfred ("Traviata", C.Verdi), Almaviva ("Sevilya bərbəri", C.Rossini), Faust ("Faust", Ş.Quno), Balaş ("Sevil", F.Əmirov) partiyalarını ifa etmişdir. Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Teatrda Əsgər ("Arşın mal alan"), Faust ("Faust"), Qraf Almaviva ("Sevilya bərbəri", Coakkino Rossini), Knyaz Sinoda ("Demon", Anton Rubinşteyn), Hofman ("Hofmanın nağılları", Jak Offenbax), Malxaz ("Daisi", Zaxari Paliaşvili), Alfred ("Traviata", Cüzeppe Verdi), Edmond ("Kornevil zəngləri", Rober Plaket), Anatoli ("İnsanın taleyi") partiyalarını oxuyub. Rəşid Behbudovun ifasında daha çox məşhur olan "Я встретил девушку" mahnısının ilk ifaçısıdır.
Rövşən Atakişioğlu
Rövşən Atakişioğlu (azərb. Atakişiyev Rövşən Atakişi oğlu‎; d. 1 avqust 1957. Güləbird, Laçın rayonu, Azərbaycan SSR, SSRİ) — yazıçı, publisist, Qarabağ müharibəsi iştirakçısı, 706 saylı həbi hissənin 5-ci batalyonunun komandir müavini (1992-1993) Rövşən Atakişioğlu 1 avqust 1957-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Orta təhsilini Güləbird kənd orta məktəbində başa vuraraq, 1974-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsinə qəbul olunmuş, 1978-ci ildə həmin məktəbi Fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Laçın rayonuna göndərilmiş, doğma kəndinə ixtisası üzrə müəllim təyin edilmişdir. 1990-cı ildə ADPU-nun Şuşa filialında müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1992-ci ilin may ayının 10-dan Könüllülər dəstəsində Laçın və Qubadlı rayonlarının müdafiəsində erməni işğalçılarına qarşı döyüşmüş, 706 saylı həbi hissənin 5-ci batalyonunun komandir müavini təyin edilmişdir. 1993-cü ilin may ayında ordudan tərxis olunmuşdur. Hal-hazırda Bakı şəhərində yaşayır.
Rüstəm Atakişiyev
Rəhman Atakişiyev
Rəhman Atakişiyev Müseyib oğlu (1948, Cəfərli, İmişli rayonu – 2008) — coğrafiya elmlər namizədi. Atakişiyev R.M. oğlu 1948-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1963-cü ildə Cəfərli orta məktəbini, 1968-ci ildə BDU-nun geoloji coğrafiya fakultəsinin geologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1968–1970-ci illərdə Rusiya Federasiyasının Başqırdıstan respublikasında mühəndis geoloq işləmişdir. 1972–1973-cü illər ərzində AMEA Geologiya İnstitutunda işləmiş, 1973–75-ci illərdə həmin institutun aspirantı olmuşdur. 1975-ci ildən hal-hazıra qədər AMEA Coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsində işləyir. 2006-cı ildə "Orta Kür çökəkliyinin Üst Pliose – Pleystosendə paleocoğrafiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, Dördüncü Dövrün paleocoğrafiyasını öyrənilməsi sahəsində fəaliyyət göstərir. Onun əsas elmi əsərləri Azərbaycanın, o, cümlədən Kür çökəkliyinin iqliminin və landşaftının təkamül qanunauyğunluqlarının aşkar edilməsinə, təbii şəraitin bərpasına həsr edilmişdir. Atakişiyev R.M. "SSRİ-nin Üst Aliosen-Pleystosenin paleocoğrafiyası" atlasının müəlliflərindən biri olmuşdur.
Rəşad Atakişiyev
Rəşad Saləddin oğlu Atakişiyev (7 yanvar 1985, Pravda, Şamxor rayonu – 24 iyul 2019, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu. Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. Ailədə üç qardaş olublar. O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Rəşad Atakişiyev oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb. O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
Sahil Atakişiyev
Tərlan Atakişiyev
İntiqam Atakişiyev
İntiqam Vahid oğlu Atakişiyev (7 aprel 1974, Tüntül, Qutqaşen rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. 7 aprel 1974-cü ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 1981-1991-ci illərdə Qəbələ rayonunun Tüntül kənd orta məktəbində, 1991-1992-ci illərdə isə Bakı şəhəri 61 saylı texniki peşə məktəbində oxuyub. Ailəlidir, iki övladı var. O, xeyirxah bir insan, vətəndaşlıq mövqeyi ilə seçilən bir hərbçi kimi tanınır. Təhsil aldığı məktəbin önündə Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün abidə qoyulmasının təşəbbüskarı olmuş, maddi və mənəvi köməyini əsirgəməmişdir. İntiqam Atakişiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyinin 776 saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən atıcıdan taqım komandirinin müavini vəzifəsinədək qalxıb. O, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinin nəzdində taqım komandirləri məktəbini, 1997-ci ildə isə Türkiyə Respublikasının Jandarma Komandirləri məktəbini bitirib. 1995-ci ildən 2004-cü ilədək "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsindən hərbi hissə komandirinin müavini vəzifəsinədək yüksəlib. 1992-1994-cü illərdə Qubadlı, Laçın, Ağdam, Füzuli, Ağdərə və Tərtər bölgələrində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib.
Fərhad Atakişiyev
Hacı Əmi Hacı oğlu Atakişiyev

"atakişi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#atakişi nədir? #atakişi sözünün mənası #atakişi nə deməkdir? #atakişi sözünün izahı #atakişi sözünün yazılışı #atakişi necə yazılır? #atakişi sözünün düzgün yazılışı #atakişi leksik mənası #atakişi sözünün sinonimi #atakişi sözünün yaxın mənalı sözlər #atakişi sözünün əks mənası #atakişi sözünün etimologiyası #atakişi sözünün orfoqrafiyası #atakişi rusca #atakişi inglisça #atakişi fransızca #atakişi sözünün istifadəsi #sözlük