baldız sözü azərbaycan dilində

baldız

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • baldız • 85.3659%
  • Baldız • 14.6341%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baldız
Baldız — kişinin arvadının bacısı, yaxud arvadın ərinin bacısı. Kişinin arvadı sağ ikən öz baldızı ilə evlənməsi İslama görə qadağandır. Bu barədə Qurani-Kərimdə deyilir: "...iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə olan bu cür işlər müstəsnadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2009 •••• 0.16
2010 ••• 0.09
2011 •••••••• 0.34
2013 •••••••••••••••••• 0.73
2014 •••••••••••••••••••• 0.86

baldız sözünün leksik mənası və izahı

  • 1 is. Arvadın və ya ərin bacısı. [Teymur ağa:] Mən sənin baldızın Nisə xanıma təəşşüq yetirib, Allahın əmri ilə onu almağa talib idim. M.F.Axundzadə. Məsmənin həyatının üçüncü səhifəsi öz baldızının qəyyumluğundan çıxdığı tarixdən başlayır. S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / baldız

baldız sözünün etimologiyası

  • 1 Mənbələrdə “kiçik gəlin” anlamı baltır sözü ilə verilib. Gəlinin kiçik bacısı “baldız” adlanıb. Bəzi türk dillərində “yalduz” (baldız), “yaldız” (qızıl suyuna salınmış) “baldız” mənasında işlədilir. Belə olduqda “baldız” “gözəl” mənasında işlədilən “parlaq” anlamını əks etdirə bilər. Türk dillərində yaşca kiçik qohumlara baltır, arvadın kiçik bacısına baltız deyiblər. Maraqlıdır: böyük bacının əri baca, kiçiyinki bacanaq adlandığı kimi, arvadın böyük və kiçik qohumları da müxtəlif sözlərlə (aba, xala, baldız və s.) ifadə olunub. İndi baldız “kiçik” mənasından uzaq­laşıb, həm də yalnız arvad tərəflə məhdudlaşmır. Ər və arvadın bütün bacıları onlar (ər və arvad) üçün baldız hesab olunur. Deməli, baldız tarixən (bala) kiçik sözü ilə bağlıdır, “çıxıntı” mənası da mövcud olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / baldız

baldız sözünün rus dilinə tərcüməsi

baldız sözünün inglis dilinə tərcüməsi

baldız sözünün fransız dilinə tərcüməsi

baldız sözünün ləzgi dilinə tərcüməsi

baldız sözünün türk dilinə tərcüməsi

"baldız" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#baldız nədir? #baldız sözünün mənası #baldız nə deməkdir? #baldız sözünün izahı #baldız sözünün yazılışı #baldız necə yazılır? #baldız sözünün düzgün yazılışı #baldız leksik mənası #baldız sözünün sinonimi #baldız sözünün yaxın mənalı sözlər #baldız sözünün əks mənası #baldız sözünün etimologiyası #baldız sözünün orfoqrafiyası #baldız rusca #baldız inglisça #baldız fransızca #baldız sözünün istifadəsi #sözlük