baltası sözü azərbaycan dilində

baltası

Yazılış

  • baltası • 94.1176%
  • Baltası • 5.8824%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Döyüş baltası
Döyüş baltası ənənəvi olaraq müharibələrdə istifadə edilən balta növüdür. Əksəriyyəti yüngül olub və bir əllə tutmaq üçündür, daha ağır olanları isə iki əl ilə istifadə edilməsi üçündür. Onların çəkisi 0,5 kq ilə 3 kq arasında dəyişir.
Qazma baltası
Qazma baltası- yeraltı yataqlara yol açmaq prosesində dağ-mədən suxurlarının deşilməsi üçün tətbiq olunan deşmə alətinin əsas hissəsidir. Baltalar adətən deşmə ştanqının sonunda bərkidilir və ona deşmə avadanlığından fırlanma hərəkəti verilir. Zərbə ilə işləyən qurğularda balta başlığı metal məftilldən asılır və deşmə lazımi yerə zərbə ilə düşərək həyata keçirilir. == Təsnifatı == Qazma baltalarının sinifləşdirilməsi onun təyinatı və suxura təsirindən asılı olaraq aparılır. Təyinatından asılı olaraq 3 növ baltalar mövcuddur: bütöv qazma üçün (suxuru bütün qazma boyu dağıtmaqla), içlikli qazma (suxur silindrik divar boyu kəsilir, içi isə bütöv qalır) və xüsusi hallar üçün (sementin deşilməsi, quyunun genişləndirilməsi). Suxura təsir etmək xarakterinə görə isə baltalar 4 sinifə bölünürlər: qazma hərəkətli, qazma-ovma və sürtmə-kəsmə hərəkətli. Baltaların əsas elementi olan gövdəsi və işçi hissəsinə görə 3 növ baltalar vardır: diyirlənən, almazlı və kürəkli. Diyirlənən qazma baltası qaz və neft yataqlarının qaılmasımda tətbiq olunan baltaların 90%-ni təşkil edirlrər. Bu baltalar bir, iki, üç və çox saylı diyircəklərə malik ola bilir. Diyirlənən baltaların kəsən hissəinin parametrləri (dişin hündürlüyü və uzunluğu, ilişmə bucağı, itiləmə bucağı, yeyilməsi, dişlər arasındakı məsafə) onların tətbiq olunduğu şəraitdən asılı olaraq təyin olunur.
Döyüş baltası mədəniyyəti
Döyüş baltası mədəniyyəti (İngiliscə: Corded Ware; Almanca: Schnurkeramik; Fransızca: céramique cordée; Hollandca: touwbekercultuur), Avropada eramızdan əvvəl 2900-2350-ci illər arasında, son Neolit, Mis dövrü və erkən Tunc dövrünün arxeoloji mədəniyyətidir. Döyüş baltası mədəniyyəti qərbdə Reyn çayından şərqdə Volqaya qədər uzanan Şimali Avropa, Mərkəzi Avropa və Şərqi Avropanı əhatə edən geniş ərazini əhatə edirdi. Müxtəlif dairələr tərəfindən Döyüş baltası mədəniyyətinin insanlarının genetik olaraq Yamnaya mədəniyyətinin insanları ilə sıx əlaqədə olduğu və bunun şərqdən Avropanın ürəyinə böyük bir köçü sənədləşdirdiyi iddia edilir. Döyüş baltası mədəniyyətinin proto-german və proto-baltik-slavyan kimi Hind-Avropa dillərini yaydığı düşünülür. Mədəniyyət həmçinin proto-hind-iran dilində danışan sonrakı Sintaşta mədəniyyəti ilə genetik yaxınlıq göstərir. == Terminologiya == Şnurlu keramika mədəniyyəti (almanca: Schnurkeramik-Kultur, hollandca: touwbekercultuur, fransızca: ceramique cordée, ingiliscə: Corded Ware) ilk dəfə 1883-cü ildə alman arxeoloqu Fridrix Klopfleiş tərəfindən təqdim edilmişdir. Keramika üzərində tapılan ip çapına bənzəyən ornamentlər bu adın verilməsində mühüm rol oynamışdır. Bu mədəniyyətin alt mədəniyyəti olan Tək Qəbir mədəniyyəti termini müxtəlif artefaktlarla əyilmiş vəziyyətdə dəfn edilmiş fərdlərə tətbiq edilən tumulus dəfn ənənələrindən irəli gəlir. Mədəniyyətin digər bir alt mədəniyyəti olan döyüş baltası mədəniyyəti də kişi məzarlarında tapılan daş döyüş baltalarına görə belə adlandırılmışdır. == Coğrafiya == Döyüş baltası mədəniyyəti Almaniya, Hollandiya, Danimarka, Polşa, Litva, Latviya, Estoniya, Belarusiya, Çexiya, Avstriya, Macarıstan, Slovakiya, İsveçrə, Rumıniyanın şimal-qərbində, Ukraynanın şimalında Rusiyanın Avropa hissəsində mövcud olmuşdur.
Hindi döyüş baltası
Hindi döyüş baltası (ing. tomahawk) — ənənəvi olaraq Şimali Amerikada yaşayan hindlilər tərəfindən müharibədə və məişət işlərinin görülməsində istifadə edilən balta. Tomahawk sözü ingilis dilinə XVII əsrdə Alqonkin dilindən keçmişdir. Zamanla döyüş silahı modernləşdirlmiş və geyim dəstinin yan ciblərinə taxılmaq üçün uyğunlaşdırılmışdır. Hindi döyüş baltasından əvvəllər hindilər istifadə etsə də, sonralar Yeni Dünyaya gələn Pilqremlərin nəsilləridə silahdan istifadə etməyə başlamışlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2006 ••••••••••••• 0.23
2010 •••••••••••••••••••• 0.36
2011 ••••• 0.09
2012 ••••• 0.09
2013 ••••••••• 0.15
2014 •••••••••• 0.17
2017 •••••••••••••••••• 0.33
2020 •••••••• 0.13

"baltası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#baltası nədir? #baltası sözünün mənası #baltası nə deməkdir? #baltası sözünün izahı #baltası sözünün yazılışı #baltası necə yazılır? #baltası sözünün düzgün yazılışı #baltası leksik mənası #baltası sözünün sinonimi #baltası sözünün yaxın mənalı sözlər #baltası sözünün əks mənası #baltası sözünün etimologiyası #baltası sözünün orfoqrafiyası #baltası rusca #baltası inglisça #baltası fransızca #baltası sözünün istifadəsi #sözlük