* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••• | 2.36 |
2004 | ••• | 2.36 |
2005 | •••••• | 5.40 |
2006 | •••••••• | 7.66 |
2007 | ••••••••••••• | 13.11 |
2008 | •••••••••• | 10.48 |
2009 | ••••••••••• | 11.68 |
2010 | ••••••••• | 8.81 |
2011 | •••••• | 5.49 |
2012 | ••••• | 4.99 |
2013 | •••• | 3.79 |
2014 | •••• | 3.95 |
2015 | ••••••••• | 9.02 |
2016 | •••••••• | 7.81 |
2017 | •••••••••••••• | 14.96 |
2018 | •••••••• | 8.54 |
2019 | •••••••••••••••••••• | 21.56 |
2020 | • | 1.06 |
1 is. 1. Çənbər, qurşaq, dairə şəklində gərək (əsasən metaldan olur). Qaratoyuq ayağını cələdən çəkdikdə qıl halqa daralıb onu bənd edirdi. S.S.Axundov. Səlim də quşları tutmaq, ayaqlarına yüngül alümin halqa taxmaq işində elmi işçilərə kömək edirdi. M.Rzaquluzadə. // Kilid əvəzinə və ya qıfılı keçirmək üçün qapıya (bəzən də pəncərəyə) vurulan həmin formada alət. Böyük qapının böyük halqası olar. (Ata. sözü). …Durdum, getdim, ara qapını örtdüm və gördüm ki, hələ möhkəm qarmağı da var, qarmağı da keçirtdim halqaya, soyundum və yıxıldım yatdım. C.Məmmədquluzadə. // Bəzək üçün və ya evlilik simvolu kimi barmağa taxılan həmin formalı əşya; qaşsız üzük. Göylərin sanki bu Göygöl kimidir; Halqa üstündəki zümrüd kimidir. M.Müşfiq. [Fitnə:] Biz çoxdan bağlıyıq bir-birimizə; Nə gərək bu qızıl halqalar bizə! A.Şaiq. // Adətən cəm şəklində, idm. Asılmış iki çənbərdən ibarət gimnastika aləti. // Ümumiyyətlə, halqaya, çənbərə oxşayan hər şey. 2. Zənciri əmələ gətirən dairəvi hissələrdən hər biri. Dövlət quruluşu belədir, məmləkətdə qoyulmuş qanunların hamısı zəncirin halqası kimi bir-birinə bənd olubdur. M.S.Ordubadi. 3. Həmin formada olan hər bir şey. Tüstü halqaları. – Bir anda bütün ətrafda yüzlərlə lampoçka yandı, qaranlığın halqası parçalandı. M.İbrahimov. // Dairə, dövrə. Getdikcə oynayanların halqası böyüyürdü. S.Hüseyn. □ Halqa vurmaq – dairə vurmaq, dövrə vurub oturmaq. Qoca ləzgi bir daş üzrə oturmuş; Ətrafında kənd əhli halqa vurmuş. A.Səhhət. Dəstə halqa vurub oturmuşdur. S.Rəhimov. // Dövrələyən, mühasirəyə alan, qapayan şey; mühasirə. Düşmən halqasını yarıb keçdilər. □ Halqaya almaq – mühasirəyə almaq, dövrələmək, əhatə etmək. [Fərid:] Böyük bir izdiham sarayı halqa içərisinə aldı. M.Hüseyn. Bir neçə atlı şimşək sürətilə xanı və bəyləri halqaya almış düşmənlər üzərinə şığıdı. M.Rzaquluzadə. 4. bax hədəqə. [Gülnaz] sözünün dalını deyə bilmədi. Halqasından çıxmaqda olan ala gözlərini Firiduna dikib susdu. M.İbrahimov. halqa-halqa sif. Halqalar şəklində, burumburum. Kərbəlayı Qurban ayaqlarını uzadıb, çubuğu almışdı damağına və hərdənbir ağzından halqa-halqa tüstü çıxarırdı. Çəmənzəminli. [Nəbi:] Həcərin saçları dalğadalğadır; İpək birçəkləri halqa-halqadır. S.Rüstəm.
Azərbaycan dilinin izahlı lüğəti1 Ərəbcədən alınma sözdür. Türk aləmində həmin mənada aylav (aylayu), yəni “dəyirmi olan” sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti1 dairə — sahə — çərçivə
Azərbaycan dilinin sinonimlər lüğəti2 manqa — dəstə
Azərbaycan dilinin sinonimlər lüğəti4 ilmə — kəmənd
Azərbaycan dilinin sinonimlər lüğəti5 halqa bax 1. üzük 1; 2. hədəqə
Azərbaycan dilinin sinonimlər lüğəti1 1. кольцо, ободок, звено (цепи); 2. круг, кружок; 3. петля
Azərbaycanca-rusca lüğət2 сущ. 1. кольцо: 1) предмет в форме обода, окружности из металла или другого материала. Polad halqa стальное кольцо 2) что-л. имеющее форму кольца. Tüstü halqaları кольца дыма 3) спорт. только мн. ч. кольца (гимнастический снаряд, состоящий из двух подвешенных обручей). Gimnastika halqaları гимнастические кольца, halqalarda hərəkətlər упражнения на кольцах 4) перен. о том, что замкнуто круговой линией чего-л. Blokada halqası кольцо блокады, halqaya almaq брать в кольцо, halqanı yarmaq прорвать кольцо; mühasirə halqası daralır кольцо окружения сжимается 5) бот., лес. концентрические слои древесины, по числу которых можно определить, сколько лет дереву. İl halqaları годичные кольца 2. звено: 1) отдельная составная часть (кольцо) цепи. Zəncirin halqaları звенья цепи 2) перен. составная часть чего-л. целого. Layihənin halqalarından biri одно из звеньев проекта 3. петля: 1) движение, перемещение кого-л., чего-л. по замкнутой или полузамкнутой кривой. Halqaya almaq взять в петлю (окружить), halqada qalmaq оказаться в петле 2) окружение (положение, при котором кто-л., что-л. находится в кольце вражеских войск) ◊ halqa vurmaq становиться (стать) в круг
Azərbaycanca-rusca lüğət1 is. anneau m ; chaînon m ; maillon m
Azərbaycanca-fransızca lüğət1 сущ. гьалкъа (1. ченбер, банд; уьнуьг; са гафуналди гьалкъадиз ухшар гьар са затӀ, закӀал, сахнах, гьака ва мс.; 2. зунжурдин элкъвей паярикай гьар сад; 3. элкъвер, элкъвей цӀар; гьалкъа хьиз аквадай гьар са затӀ; tüstü halqaları гумадин гьалкъаяр; // элкъуьрна кьадай, элкъуьрна юкьва ттвадай затӀ; halqa vurmaq чарх ягъун, элкъуьн, элкъвена (чарх яна) ацукьун; halqaya almaq гьалкъада ттун, элкъуьрна (элкъвена) юкьва ттун, алчударна (элкъвез-элкъвез алчуд хьана) юкьва ттун, кьун; 4. кил. hədəqə).
Azərbaycanca-ləzgicə lüğəti