* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. İçində xörək bişirmək, su qaynatmaq və s. üçün böyük girdə metal qab. Mis qazan. Aş qazanı. Qulplu qazan. Buxar qazanı. – Qazan olmayan yerdə güvəc də qazandır. (Ata. sözü). Ocaq daşının üstündə iri qazandan plov qoxusu gəlirdi. Ə.Vəliyev. □ Qazan asmaq – qazanda xörək bişirmək. Oxudular fatihə əmvat üçün; Neçə qazan asdılar xeyrat üçün. S.Ə.Şirvani. ◊ Qazan qaynatmaq – iş düzəltmək, təşəbbüs etmək, hazırlıq görmək, zəmin hazırlamaq. [Məşədi Püstə:] Qoy, qonşumuz Kəblə Paşanın yasından başım ayılsın, mən bir qazan qaynadaram ki. H.Sarabski.
Azərbaycan dilinin izahlı lüğəti / qazan1 Bu qabın adı qazmaq məsdəri ilə bağlıdır. Qabaqlar ağacın içini çanaq kimi oymaqla düzəldiblər. İndi misdən və digər metaldan hazırlanır. Bəzi türk dillərində mədə (qursaq) əvəzinə aş qazanı işlədirlər. Mənaca qazan sözünə yaxın olan çanaq, çömçə, çölmək (qorşok) sözləri isə çökəklik, çuxur sözləri eyni kökə malik olub. Onların da içi oyuq olur. Deməli, qazan “içi qazılmış” (oyuq) deməkdir. İkinci ehtimala görə, qazan və qaynar kökdaş sözlərdir. Bizim kənddə “qazan asmışam” cümləsi ilə yanaşı, “qaynar asmışam” cümləsi də işlədilir. Bu baxımdan qazan “qaynatmaq vasitəsi”, “bişirmək vasitəsi” kimi də yozula bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qazan1 QAZAN (xörək bişirmək üçün qab) Qazan dibini yalama, toyunda qar yağar (Ata. sözü); TAVA Rübaba yağış suyu ilə dolan tavanı, teşti, ..yenə gətirib əvvəlki yerinə qoydu (H.Abbaszadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / qazan1 QAZAN I is. İçində xörək bişirmək, su qaynatmaq və s. üçün böyük girdə metal qab. Ocaq daşının üstündəki iri qazandan plov qoxusu gəlirdi (Ə.Vəliyev). QAZAN II f. İşləməklə, çalışmaqla əldə etmək, qazanc götürmək. Kərbəlayı Məmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörək pulu qazansın (C.Məmmədquluzadə).
Azərbaycan dilinin omonimlər lüğəti / qazan2 I сущ. 1. котёл, казан (большой чугунный или медный котёл для варки пищи и т.д.). Mis qazan медный котёл, qaynar qazan кипящий котел, qazan asmaq поставить котёл на огонь; atom qazanı физ. атомный котёл 2. кастрюля: 1) металлическая посуда для варки пищи. Böyük qazan большая кастрюля, südü qazana tökmək вылить молоко в кастрюлю 2) количество еды, помещающееся в кастрюле. Bir qazan şorba кастрюля супа II прил. тех. котельный. Qazan armaturu котельная арматура, qazan dəmiri котельное железо; qazan şlakı (posası) котельный шлак ◊ bilmir qazanda bişən nədir, deyir, bir çömçə bura qoy слышит звон, да не знает, где он; qazan-qazana dibin qaradır deməz горшок смеётся над горшком, а оба черны; elə bil başına bir qazan qaynar su tökdülər kimin как будто обдали кипятком кого; iki qoçun başı bir qazanda qaynamaz два медведя в одной берлоге не уживутся; qazan qaynatmaq заваривать, заварить кашу, заводить, завести интригу; qazan dibi yalayan прихлебатель
Azərbaycanca-rusca lüğət / qazan1 i. 1. kettle, pot; (böyük) cauldron; (qulplu) saucepan; mis ~ copper kettle; (paltar qaynatmaq üçün) copper; 2. tex. boiler; buxar ~ı steam-boiler; ~ asmaq to put* the pot on the fire / stove; to cook / to make* meal
Azərbaycanca-ingiliscə lüğət / qazan1 is. 1) chaudière f, bouilloir m ; 2) casserole f, cocote f, marmite f ◊ bilmir ~da bişən nədir, deyir bir çömçə bura qoy il a ouï braire une vache et il ne sait où ; ~ qaynatmaq faire preuve d’initiative ; ~ asmaq fonder une famille, faire son nid ; ~ dibi yalamaq piquer l’assiette
Azərbaycanca-fransızca lüğət / qazan1 сущ. къажгъан; çuqun qazan чуьгуьндин къажгъан; // qazan asmaq (къулал) къажгъан эцигун, къафун чурун (къажгъанда); ** qazan qaynatmaq пер. къажгъан ругун, кар туькӀуьрун, са кардив эгечӀун, кьил кутун, гьазурвал акун.
Azərbaycanca-ləzgicə lüğəti / qazan