Çempionlar Kubokunu və UEFA Çempionlar Liqasını qazanan məşqçilərin sıyahısı
Çərşənbə günü saat 18.00-da Məzəm-Su 15 maçında Məzəm komandası 9-6 hesabı ilə qələbə çalmışdır. Maçın adamı Muradov Rəhman olmuşdur.Hikmət Osmanov isə göstərdiyi düüüüd oyuna görə ən zəif marafon yarışçısı seçilib. Bu siyahıya UEFA Çempionlar Kuboku və Çempionlar Liqasını məşqçi olaraq qazanan şəxslər daxildir. İspaniyalı məşqçi Xose Vilyalonqa Lorente 1955-56 sezonunda "Real Madrid"lə UEFA Çempionlar Kubokunu qazanaraq bu uğuru əldə edən ilk məşqçi olmuşdur. 1970-80-cı illərdə ingilis klubları və məşqçiləri arasında rəqabət getməsinə baxmayaraq, ən çox italyan məşqçilər bu uğura nail olmuşlar.
1992-93 sezonunda bir sıra dəyişikliklərdən sonra turnirin adı UEFA Çempionlar Liqası adlandırılmışdır. Bu yenilikdən sonra ilk final olan 1993 finalında belçikalı Raymon Qotals Olimpik Marsel klubunu çempion edərək kubokun yeni formatında çempionluq yaşayan ilk məşqçi olmuşdur.
1976-77, 1977-78 və 1980-81 sezonlarında Liverpul ilə 3 dəfə çempion olan Bob Peysli kuboku ən çox qazanan məşqçidir. Bundan əlavə 16 məşqçidə kuboku 2 dəfə qazananlar sırasındadır. Miçel Munoz, Covanni Trapattoni, Yohan Krayf, Karlo Ançelotti, Frank Raykard və Xosep Qvardiola həm futbolçu, həm də məşqçi olaraq çempionluq yaşayan şəxlərdir.