Qazan Hərbi Dairəsi
Qazan Hərbi Dairəsi — 1864–1918-ci illərdə Rusiya imperator ordusunun, 1945–1946-ci illərdə SSRİ Silhlı Qüvvələri tərkibində yaradılmış hərbi birləşmə.
== Tarixi ==
Rusiya imperiyasında Qazan Hərbi Dairəsi 1864–1918-ci illərdə mövcud olmuşdur. Hərbi dairənin ərazisinə Qazan, Perm, Vyatka, Penza, Simbirsk, Saratov və Həştərxan quberniyaları daxil idi. 1981-ci ildə onun tərkibinə ləğv olunmuş Orenburq Hərbi Dairəsinin ərazisi də daxil edilmişdi.
Rusiya Xalq Komissarları Sovetinin 4 may 1918-ci il tarixli dekretinə əsasən keçmiş Qazan Hərbi Dairəsinin ərazisi yeni yaradılan Volqaboyu (mərkəz Samara şəhəri olmaqla) və Ural (mərkəz Yekaterinburq şəhəri olmaqla) hərbi dairələri arasında bölüşdürüldü.
SSRİ-də Qazan Hərbi Dairəsi 9 iyul 1945-ci ildə təşkil olunmuşdu. Hərbi dairə Kirov vilayətinin və Tatar, Udmurt, Mari, Çuvaş MSSR-nın ərazilərini əhatə edirdi. Hərbi dairə 4 fevral 1946-cı ildə ləğv edilərək Volqaboyu Hərbi Dairənin tərkibinə daxil edilmişdi.
== Qazan Hərbi Dairəsi (1864–1918) qoşunlarının komandanları ==
1864–1865-ci illərdə — general-leytenant Knorinq Roman İvanoviç,
1865–4 fevral 1867- general Semyakin Konstantin Romanoviç,
21 fevral 1867–16 aprel 1872 — general Boris Qriqoryeviç Qlinka-Mavrin,
1872–25 may 1882 — general-leytenant Brunner Andrey Osipoviç,
25 may 1882–26 avqust 1901 — general-leytenant Qriqori Vasilyeviç Meşerinov
15 sentyabr 1901–25 oktyabr 1905 — general Andrey Ivanoviç Kosiç,
7 dekabr 1905–23 sentyabr 1907 — general Karass İvan Aleksandroviç,
24 sentyabr 1907–7 fevral 1912 — general-leytenant Aleksandr Henrixoviç Sandetsk,
7 fevral 1912–19 iyul 1914 — general Anton Yeqoroviç Zaltsa,
24 sentyabr-18 oktyabr 1914 — general Anton Yeqoroviç Zaltsa.
== Dairənin hərbi rəisləri ==
6 yanvar-8 avqust 1915 — general Platon Aleksandroviç Qeysman,
8 avqust 1915–10 iyul 1916 — general Aleksandr Henrixoviç Sandetsk,
mart-iyun 1917 — general Aleksandr Zaxaryeviç Mışlayevski
iyul-oktyabr 1917 — polkovnik Pavel Aleksandroviç Koroviçenko,
?