* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2009 | •••••••••••••••••••• | 0.16 |
2012 | ••••••••••• | 0.09 |
1 is. [ər.] şair. Göy, asiman. Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi. Müqtədirsən ucalıb ərşə qədər getməyə də; Cənnəti, həm də cəhənnəmləri seyr etməyə də. A.Səhhət. ◊ Ərşə bülənd olmaq – bax ərşə çıxmaq. [Qərib:] Səbrə taqətim yox, gəlməz qərarım; Ərşə bülənd olub ah ilə zarım. “Aşıq Qərib”. Ərşə çıxmaq – ucalmaq, göylərə qalxmaq. Göy üzündə açanda biz qanadı; Ərşə çıxar yağıların fəryadı. R.Rza. Ərşə dayaq olmaq – bax ərşə dayanmaq. Ərşə dayanmaq – bax ərşə çıxmaq. Fərraşların küçələrdə səsi hər dəqiqədə ərşə dayandı. M.F.Axundzadə. Ərşə qalxmaq – bax ərşə çıxmaq. Məzlumların ah və naləsi ərşə qalxdı. C.Məmmədquluzadə. Ərşə ucalmaq – bax ərşə çıxmaq. Zülfün qəmi bir halə salıbdır məni, ey məh! Naləm ucalır ərşə şəbi-tar gələndə. S.Ə.Şirvani. Ərşi-əla şair. – uca göy, səma, asiman. Hər düşəndə qəddin yada, ağlaram; Ünüm çıxar ərşiəlayə, pəri! M.P.Vaqif. Ərşi-fələk – bax ərşi-əla. [Ağamərdan:] Əyər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşi-fələkə çıxacaq. M.F.Axundzadə. Hələ dan ulduzu batmayıb ərşifələkdə öz dövrünü edirdi. A.Divanbəyoğlu. Ərşi-müəlla şair. – bax ərşi-əla. Arizin gün əvəzi aləmi nurani edər; Gər mələklər çəkələr ərşi-müəllayə səni. S.Ə.Şirvani. Başı ərşə durmaq (qalxmaq, dayanmaq) – çox uca, hündür, yüksək şey haqqında. [Nigar:] Başı ərşə duran dağlar; Dağlar, Eyvazı neylədiz?! “Koroğlu”.
Azərbaycan dilinin izahlı lüğəti / ərş1 сущ. устар. поэт. небо, небеса ◊ başı ərşə durmaq (qalxmaq, dayanmaq) возвышаться, подниматься высоко до небес; səsi ərşə qalxmaq см. səsi ərşə çıxmaq; səsi (fəryadı) ərşə çıxmaq неистово кричать
Azərbaycanca-rusca lüğət / ərş1 i. şair. heaven; ~in yeddinci qatında in the seventh heaven; ~ə qalxmaq: 1) to rise* to the heaven, to be* up to the heaven; 2) (at) to ramp, to rear up (on the hind legs)
Azərbaycanca-ingiliscə lüğət / ərş1 is. şair. ciel m, firmament m ; ~in yeddinci qatında au septième ciel
Azərbaycanca-fransızca lüğət / ərş1 [ər.] сущ. шаир. цав, арш; ** ərşə bülənd olmaq кил. ərşə çıxmaq; ərşə çıxmaq цавуз хкаж хьун, цавуз акъатун, аршдив агакьун; ərşi-əla шаир. кьакьан цав, цав; başı ərşə durmaq (qalxmaq, dayanmaq) кьил цавув агакьун, кьил аршдив атун, гзаф кьакьан затӀунин (мес. кьакьан дагъдин) гьакъинда.
Azərbaycanca-ləzgicə lüğəti / ərşYer kürəsi, yaxud göy, asiman. Tez-tez Quranda işlədilən ərş sözündən mıəqsəd ilahi hakimiyyət, yaxud da Tanrı-nın dərgahı deməkdir.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. 1) qübbə, günbəz; 2) taxt, taxt-tac; 3) köhnə heyət elmində: göyün doqquzuncu və ən uca qatı; 4) səma, göy. Ərşi-ə’la bax ərşi-müəlla; ərşi-fələk yüksək fələk; fələk; ərşi-müəlla göyün ən uca qatı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti