* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Yüksək, hündür. Uca boy. Uca bina. Uca ağac. – Buludlara dəyir uca dağları; Cənnət guşəsidir gözəl bağları. A.Səhhət. Xudayar bəyin ancaq otuz yeddi-otuz səkkiz sinni olar. Boyu ucadı, çox ucadı. C.Məmmədquluzadə. // Ucaboylu, boylubuxunlu. Uca oğlan. Uca kişi. – Heç yadımdan çıxmır, konsul özü bir uca adamdır, amma mən alçaq adam. C.Məmmədquluzadə. // Çox hündürdə, çox yüksəkdə yerləşmiş. Uca yer. Uca ulduzlar. Dağlıq rayonun ən uca kəndi. // is. Uca yer. Çıxım gədiklərnən, izin izləyim; Ucalardan alçaqları gözləyim. “Koroğlu”. 2. məc. Yüksək, ali, ülvi. …Min cürə uca fikirlər və müqəddəs hisslər şairin silsileyitəbinə hərəkət versə, daha [gözəl] olmazdımı? F.Köçərli. Gözəldir bir uca əməl bəsləyib; Bu əməl uğrunda qan-tərə batmaq. M.Müşfiq. 3. Yüksək, yuxarı, zil; ucadan, bərkdən. Günorta idi. Müəzzin uca səslə azan verirdi. Çəmənzəminli. [Böyükxanım] axırda uca səslə ağlayaraq… durub genə əlini Rzaquluxanın çiyninə qoyub deyirdi. M.S.Ordubadi. ◊ Özünü uca tutmaq – təkəbbür satmaq, başqalarına xor baxmaq, özünü hamıdan yüksək saymaq. [Sərdar Rəşid] özünü çox uca tutur. M.S.Ordubadi. Uca tutmaq – yüksək tutmaq, yüksəklərə qaldırmaq, şərəfləndirmək. [Hidayət Mürşidə:] İnsanlıq ləyaqətini uca tutduğunuza görə sizə təşəkkür edirəm. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / uca1 Rus dilindəki таз sözünün mənasını tatar dilinə oça kimi tərcümə edirlər. Крестец sözü oçabaşı kimi tərcümə olunur. Сидеть kəlməsi oç kimi tərcümə olunub. Bizdə indi “oç elə” ifadəsi mövcuddur. Uca sözümüz də var: belin arxa (quyruq) tərəfinin ən yaxşı yeməli ətidir (qədimdə deyim də olub: ucanı qudalara yedirərlər). Uca sözü rus dilində репица deməkdir. Ehtimal ki, uc (qurtaracaq) sözü ilə bağlıdır (belin quyruq tərəfindən qurtaracaq hissəsinin adıdır). Qədim türk qəbirlərindən çoxlu bud (uca) sümükləri tapılıb: guya “ölü bu əti yeyəcək” anlamı ilə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / uca4 1. UCA Amma [günəşin] şəfəqi qarşıdakı uca dağın başına düşmüşdü (S.S.Axundov); ALI Hülaku xan paytaxtı Təbriz şəhərində ali bir imarət tikdirdi (A.Bakıxanov); BOYLU toylu çinar budaq atmış, qol atmış (R.Rza); BÜLƏND (kl.əd.) Eylər azadələrin adını aləmdə bülənd; Sərv edərsə özün ol şiveyi-rəftarə fəda (Qövsi); HÜNDÜR Aralıda olan hündür və silsilə dağlar başındakı səngərlərdən güllə səsləri artır... (S.Rəhimov); QƏLBİ (dial.) Ağabala: Dağ qəlbidir, – dedi, qarabağlı qızına sataşdı (Çəmənzəminli); ŞUMAL Tikildi divarlar, şumal dirəklər (M.Müşfiq); YÜKSƏK Nəriman: ..dünya üzündə ən yüksək bir zirvə, dərin bir ümmansınız, bütöv bir dünyasınız! (S.Rəhimov). 2. uca bax ucaboy(lu) 3. uca bax ülvi 4. uca bax zil 1
Azərbaycan dilinin sinonimlər lüğəti / uca1 UCA – ALÇAQ Alçaq uçan ucaya qonar (Ata. sözü). UCA – GÖDƏK Biri boyda gödəkdi, biri xeyli ucaydı (M.Rahim).
Azərbaycan dilinin antonimlər lüğəti / uca2 I прил. высокий: 1. имеющий большое протяжение снизу вверх. Uca dağlar высокие горы, uca boy высокий рост, uca ev высокий дом 2. тонкий, вызываемый колебанием большой частоты (о звуках). Uca səs высокий голос; uca səslə oxumaq петь высоким голосом 3. перен. возвышенный, полный глубокого, необыденного содержания. Uca hisslər высокие чувства, uca fikirlər высокие мысли II нареч. высоко. Uca tutmaq: 1. высоко ценить; 2. высоко держать (знамя и т.п.); özünü uca tutmaq держать себя высоко
Azərbaycanca-rusca lüğət / uca1 I. s. 1. (müxt. mənalarda) high; (insan və heyvan) tall; (dağ, ev və s.) high / lofty; ~ ev lofty / high house; ~ dağ lofty / high mountain; ~ bina / ağac a tall building / tree; şəhərin ~ divarları the lofty walls of the city; çox ~ adam a very tall man*; boyca başqalarından ~ olmaq to tower (above); O, camaatın arasında hamıdan uca idi He towered above the crowd; 2. loud, high; ~ səs a high voice; ~ səsi olmaq to have* a high voice; Onun çox uca səsi var She / He has a very high voice II. z. high; ~ tutmaq to hold* high; to raise aloft the standard (of d.); başını ~ tutmaq to hold* one’s head high
Azərbaycanca-ingiliscə lüğət / uca1 sif. haut, -e ; élevé, -e ; grand, -e başını ~ tutmaq porter haut la tête
Azərbaycanca-fransızca lüğət / uca1 прил. 1. кьакьан (мес. дагъ, буй, дарамат ва мс); uca ağac кьакьан ттар; // кьакьан буйдин (мес. кас); 2. сущ. кьакьан чка, кьакьан; 3. пер. чӀехи (мес. фикир, амал); 4. кӀеви, гужлу, зил (мес. ван); ** özünü uca tutmaq вичи-вич вине кьун, кьама (хамуна) ялар ттун, масабуруз виняй агъуз килигун; uca tutmaq вине кьун, виниз хкажун, гзаф сейлиз кьун.
Azərbaycanca-ləzgicə lüğəti / uca(Zaqatala) heyvanın fəqərə sütununun yanlarında olan ət
Azərbaycan dilinin dialektoloji lüğəti.