Ncamena
Ncamena (fr. Ndjamena, ərəb. نجامين Nijāmīnā "istirahət yeri"), 1973-cü ilə qədər Fort-Lami (fr. Fort-Lamy)) — Çadın paytaxtı, Şari-Bağirmi nahiyəsinin inzibati mərkəzi. Şari çayının sağ sahilində, Loqon çayı tökülən yerdə yerləşir. Qonşu ölkə Kamerunun Kousseri şəhəri ilə körpüylə birləşir. Ncamena Çadın 22 regionundan biridir və "arrondisment" adı verilən şəhərdən daha kiçik 10 inzibati vahidə bölünür. Ncamenanın xüsusi idarə statusu var.
== Görməli-gəzməli yerləri ==
Ncamenanın əsas prospektləri Şarl de Qol və Feliks Eboue prospektləridir. Həmin prospektlərdə "Ncamena Milli Katedralı" (kilsəsi) və "Milli Muzeyi" yerləşir.