ucalıq sözü azərbaycan dilində

ucalıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ucalıq • 91.6201%
  • Ucalıq • 7.2626%
  • UCALIQ • 1.1173%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ucalıq düsturu (film, 2012)

ucalıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Yüksəklik, hündürlük. Dağın ucalığı. Boyun ucalığı. Tavanın ucalığı. – Siz öləsiz, elədi, bax, odu, Hacı Namazalı özüdü, papağının ucalığı burdan da görsənir. C.Məmmədquluzadə. // Ətraf sahəyə nisbətən daha hündür olan sahə, yer; təpə. Ölçüsüz ucalıqda; Qorxunc bir külək qopar; Kəsərdi yollarını qanadlarımın. R.Rza. 2. məc. Yüksək ictimai mövqe, vəziyyət. Əzalar isə süst olub indi qocalıqdan; Bir dadrəsim yox, görməzmisən əhvalımı, düşdüm ucalıqdan. M.Ə.Sabir. [Səkinə:] Yox, Rüstəm, sən heç şeyə aldanma, nə elə ucalığını istəyirəm ki, əl çatmasın, nə də elə yıxılmağını ki, ayaqlar altına düşəsən. M.İbrahimov. 3. məc. Mənəvi yüksəklik, təmizlik, nəciblik, alicənablıq; şərəf. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S.Rüstəm. [Tahir] yenə də bu xüsusda düşünür, Lətifənin mənəvi ucalığı ilə fəxr eləyirdi. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / ucalıq

ucalıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

ucalıq sözünün antonimləri (əks mənalı sözlər)

ucalıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. высота, вышина; 2. авторитет;

    Azərbaycanca-rusca lüğət / ucalıq
  • 2 сущ. 1. высота: 1) протяженность по вертикали снизу вверх. Binanın ucalığı высота здания, tavanın ucalığı высота потолка, dağın ucalığı высота горы 2) перен. высокая степень, высокий уровень чего-л. Mövqeyinin ucalığı высота положения, vəzifə ucalığı высота должности, elmi inkişafın ucalığında на высоте научного развития, müasir tələblər ucalığında на высоте современных требований 2. перен. возвышенность (полнота высокого значения, содержания, благородных чувств и мыслей). Məqsəd ucalığı возвышенность цели, hisslərin ucalığı возвышенность чувств 3. громкость. Səsin ucalığı громкость звука 4. перен. благородство (высокие нравственные качества). Xalqımın ucalığı благородство моего народа, mənəvi ucalıq духовное благородство

    Azərbaycanca-rusca lüğət / ucalıq

ucalıq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. tallness; (səs haq.) loudness; height; pitch; 2. məc. authority; loftiness, elevation; eminence, ridge; dağ ucalığı mountain heights; 100 metr ucalığında a hundred metres high; ~ gətirmək / qazandırmaq to gain / to get* authority / prestige; Bu, ona böyük ucalıq qazandırdı This earned / won him / her immense prestige

    Azərbaycanca-ingiliscə lüğət / ucalıq

ucalıq sözünün fransız dilinə tərcüməsi

ucalıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кьакьанвал (мес. дагъдин, буйдин, дараматдин); // кьакьан чка, вине авай чка; ппел, кӀунтӀ ва мс.; 2. пер. кьакьанвал, винизвал, вини дережа; 3. пер. руьгьдин кьакьанвал, михьивал, хъсанвал, жумартвал; шереф.

    Azərbaycanca-ləzgicə lüğəti / ucalıq

"ucalıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ucalıq nədir? #ucalıq sözünün mənası #ucalıq nə deməkdir? #ucalıq sözünün izahı #ucalıq sözünün yazılışı #ucalıq necə yazılır? #ucalıq sözünün düzgün yazılışı #ucalıq leksik mənası #ucalıq sözünün sinonimi #ucalıq sözünün yaxın mənalı sözlər #ucalıq sözünün əks mənası #ucalıq sözünün etimologiyası #ucalıq sözünün orfoqrafiyası #ucalıq rusca #ucalıq inglisça #ucalıq fransızca #ucalıq sözünün istifadəsi #sözlük