Butunqlar
Butunqlar (butonlar) — İndoneziyada (Butunq, Muna və digər adalarda) xalq.
== Təsviri ==
Sayları 150 min nəfərdir (1995). Avstrasiya dil ailəsinin Qərbi Avstroneziya qrupuna aid dillərdə və dialektlərdə danışırlar: butunq, yaxud volio, sia-sia, tukanqbesi və s. Həmçinin İndoneziya, bugi, makasar dilləri yayılmışdır. Qonşu Vovoni, Tukanqbesi, Muna adalarının əhalisi ilə birlikdə bunqkular, morilər və lalakilərə qohum olan mədəni-dil birliyini təşkil edirlər. Dindarları müsəlmandır, Butunqların layololar subetnik qrupunda xristianlar da var.
== Tarixi ==
Butunqlar dənizçi və tacir olmuşlar, 19–20-ci əsrlərdə muzdla və mövsümi iş yayılmışdır. Şərqi İndoneziyada, xüsusilə Molukk adalarında geniş şəkildə məskunlaşmışlar. Qohum xalqlar və Sulavesinin cənub-şərqindəki bəzi sahilboyu rayonların əhalisi ilə birlikdə 17–20-ci əsrlərdə Butunq sultanlığının tərkibində olmuşlar. Ənənəvi məşğuliyyətləri tropik toxa əkinçiliyidir (qarğıdalı, quru dərələrdə yetişdirilən çəltik, darı, batat, kokos palması).