uçqun sözü azərbaycan dilində

uçqun

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • uçqun • 86.7692%
  • Uçqun • 13.1538%
  • UÇQUN • 0.0769%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Uçqun
Uçqun — dağların dik yamaclarında və ya dənizlərin sıldırımlı sahillərində süxur kütlələrinin qoparaq böyük sürətlə aşağıya düşməsi. Uçqun aşınma prosesinin süxurları dağıtması, yerüstü və yeraltı suların qayanın altını yuması, habelə cazibə qüvvəsi və zəlzələ nəticəsində əmələ gəlir. Dağ uçqunundan başqa dağ zirvələrindən və yamaclarından qar kütləsinin sürüşüb düşməsi nəticəsində qar uçqunu və buz uçqunu da olur. Qafqazda, o cümlədən Türkiyənin dağlarında qar uçqunu müşahidə olunur. Uçqun bəzən dağlarda dərələri doldurur və kəndləri dağıdır. Uçqun – (rus. обвал, ing. rockfall) yamacda süxur kütləsinin qoparaq aşağıya düşməsi. U. sürüşmə və töküntü materiallarının qravitasion yerdəyişməsinə aiddir. Dağlarda ana sü-xurlarda baş verən uçqunlarla ya-naşı qar uçqunları, sıldırım yamac-lardakı asılı buzlağın qurtaraca-ğında buzlaq uçqunu da baş verir.
Qar uçqunları
Qar uçqunu və ya Çığ— dik dağ yamaclarında toplanmış böyük qar kütləsinin qopması və sürüşərək hərəkət edərkən kiçik qar hissələrinin böyüyüb nəhəng qar topasına çevrilməsi ilə digər obyektləri özü ilə aparması. Qar uçqunları iki növdə olur: quru (qış)qar uçqunu və yaş (yaz)qar uçqunu. Quru qar uçqununun hərəkət sürəti 80–100 m/san, yaş qar uçqununun sürəti isə 10–20 m/san olur. Qar uçqunlarının başvermə səbəbləri müxtəlifdir. Bu səbəblərdən ən başlıcası qarın aşağı laylarında təzyiqlə əlaqədar temperaturun qalxması, yaxud havanın temperaturunun artması ilə qar suyunun qar örtüyünün altına süzülərək yamacı islatması və qarın öz ağırlığı ilə aşağı sürüşməsidir. Qar uçqunu əsasən dik dağ yamaclarında çox qar yığılıb qarın qalınlığı 40–50 sm-dən artıq olduqda baş verir. Qar uçqununun baş verməsində küləklər, zəlzələ, tektonik hərəkətlər, partlayış işləri, sürüşmələr böyük rol oynayır. Yamaclarda insanın fəaliyyəti də qar uçqununa səbəb ola bilir. Yamaclarda meşə və kolluqların qırılması, intensiv mal-qara otarılaraq çılpaqlaşmış yamaclarda sürülərlə hərəkət edən vəhşi heyvanlar və.s qar uçqunlarına təsir edən canlı faktorlardır. Qar uçqunlarının həcmi bir neçə milyon kubmetrə çata bilər.
Qar uçqunu

Vulkan uçqunu
Vulkan uçqunu (rus. провал вулканический, ing. volcanic collapse) — kövrək vulkan materiallarının qrunt suları vasitəsilə yuyulması və qisməndə həll olması nəticəsində əmələ gəlmiş, mənfi relyef forması.
Nasuda qar uçqunu (2017)
Nasuda qar uçqunu (那須雪崩事故) – 2017-ci ildə Yaponiyanın Toçiqi prefekturasının Nasu qəsəbəsində baş vermiş qar uçqunu hadisəsi. Hadisə nəticəsində 8 nəfər ölmüşdür. 25 mart 2017-ci ildə 7 liseydən olan 52 şagird və 11 müəllim üç günlük alpinizm ekspedisiyası üçün Toçiqi prefekturasında yerləşən Nasu xizək kurortuna səfər etmişdir. Hadisədən bir gün əvvəl güclü qar yağışı səbəbilə qar uçqunu təhlükəsi barədə xəbərdarlıq yayımlanmışdı. Ekskursiyasının sonuncu günündə – 27 martda Çausudake dağının yaxınlığında keçirilmiş yürüyüş təlimi zamanı baş verən qar uçqunu nəticəsinə 7 şagird və bir müəllim ölmüş, 40 nəfər yaralanmışdır. Ölənlərin çoxu Otavara liseyinin alpinizm klubunun üzvləri idi. Xilasetmə işlərinə 100-dən çox xilasedici cəlb olunmuşdur. Hadisədən sonra xizək kurortu mövsümün sonuna qədər bağlanmışdır. 2023-cü ildə Toçiqi prefekturası hadisə nəticəsində ölən 5 nəfərin ailələrinə 290 milyon yen təzminat ödəmişdir. 2024-cü ilin mayında keçirilmiş məhkəmə prosesi nəticəsində ekskursiyaya rəhbərlik etmiş Şuiçi İnose, Hisao Suqamata və Hironori Vatanabe təhlükəsizlik məsələlərindəki məsuliyyətsizliyə və qar uçqunu riskini nəzərə almamalarına görə ölümlərdən məsul hesab edilmiş və 2 il müddətinə həbs olunmuşdurlar.

uçqun sözünün leksik mənası və izahı

  • 1 is. Dağlardan, qayalardan, ümumiyyətlə, hündür yerlərdən qopub düşən qar, daş, qaya, torpaq koması. Birdən ordan qar uçqunu uçdu; Bərk səsilə guruldayıb düşdü. A.Səhhət. Dörd il əvvəl bu ailənin Hənifə adlı böyük qızı gilabı qazdığı yerdə uçqun altında qalıb həlak olmuşdu. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / uçqun
  • 2 uçağan; çox sürətlə yeriyən, gedən.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / uçqun
  • 3 yamacda süxur kütləsinin qoparaq aşağıya düşməsi. U. sürüşmə və töküntü materiallarının qravitasion yerdəyişməsinə aiddir. Dağlarda ana süxurlarda baş verən uçqunlarla yanaşı qar uçqunları, sıldırım yamaclardakı asılı buzlağın qurtaracağında buzlaq uçqunu da baş verir. обвал rockfall

    Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / uçqun

uçqun sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 UÇQUN I is. Dağın sürüşməsi. Görürsən bir anda dağ dərəsində; Uçqunlar özgə bir həyat yaradır (M.Araz). UÇQUN II f. Əsmək, titrəmək. Hava bərk soyuq olduğundan o uçqunurdu.

    Azərbaycan dilinin omonimlər lüğəti / uçqun

uçqun sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. обвал: 1. падение большой оторвавшейся от чего-л. массы. Qar uçgunu снежный обвал 2. груда камней, земли, лавина снега, обрушившаяся с гор II прил. обвалистый. Uçqun qayalar обвалистые скалы

    Azərbaycanca-rusca lüğət / uçqun

uçqun sözünün inglis dilinə tərcüməsi

uçqun sözünün fransız dilinə tərcüməsi

uçqun sözünün ləzgi dilinə tərcüməsi

uçqun sözünün türk dilinə tərcüməsi

"uçqun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#uçqun nədir? #uçqun sözünün mənası #uçqun nə deməkdir? #uçqun sözünün izahı #uçqun sözünün yazılışı #uçqun necə yazılır? #uçqun sözünün düzgün yazılışı #uçqun leksik mənası #uçqun sözünün sinonimi #uçqun sözünün yaxın mənalı sözlər #uçqun sözünün əks mənası #uçqun sözünün etimologiyası #uçqun sözünün orfoqrafiyası #uçqun rusca #uçqun inglisça #uçqun fransızca #uçqun sözünün istifadəsi #sözlük