Qar uçqunları
Qar uçqunu və ya Çığ— dik dağ yamaclarında toplanmış böyük qar kütləsinin qopması və sürüşərək hərəkət edərkən kiçik qar hissələrinin böyüyüb nəhəng qar topasına çevrilməsi ilə digər obyektləri özü ilə aparması.
Qar uçqunları iki növdə olur: quru (qış)qar uçqunu və yaş (yaz)qar uçqunu. Quru qar uçqununun hərəkət sürəti 80–100 m/san, yaş qar uçqununun sürəti isə 10–20 m/san olur.
== Qar uçqunlarının yaranmasının səbəbləri ==
Qar uçqunlarının başvermə səbəbləri müxtəlifdir. Bu səbəblərdən ən başlıcası qarın aşağı laylarında təzyiqlə əlaqədar temperaturun qalxması, yaxud havanın temperaturunun artması ilə qar suyunun qar örtüyünün altına süzülərək yamacı islatması və qarın öz ağırlığı ilə aşağı sürüşməsidir. Qar uçqunu əsasən dik dağ yamaclarında çox qar yığılıb qarın qalınlığı 40–50 sm-dən artıq olduqda baş verir. Qar uçqununun baş verməsində küləklər, zəlzələ, tektonik hərəkətlər, partlayış işləri, sürüşmələr böyük rol oynayır.
Yamaclarda insanın fəaliyyəti də qar uçqununa səbəb ola bilir. Yamaclarda meşə və kolluqların qırılması, intensiv mal-qara otarılaraq çılpaqlaşmış yamaclarda sürülərlə hərəkət edən vəhşi heyvanlar və.s qar uçqunlarına təsir edən canlı faktorlardır.
Qar uçqunlarının həcmi bir neçə milyon kubmetrə çata bilər.